Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   16   17   18   19   20   21   22   23   ...   50

41 
 
Dövlət  insan  maraqlarını  həm  də  mənəvi-əxlaqi  dəyərlərlə  təmin  edir.   
Dövlətin  əxlaq  qurumu  olması  onun  sərhədlər  müəyyən  etməsindədir.  Dövlət 
tərəflər  üçün  bir  pay  bölgüsü  prinsipini  də  formalaşdırır.    Dövlət  mənəvi 
kompozisiyanın  bir  məhsuludur.  Bu  baxımdan  da  sosial  məqsədli  və 
təyinatlıdır.  Əxlaq nizamın əsasıdır. Çünki əxlaq normalardan ibarətdir. Əxlaq 
tarazlı inkişafın əsaslarını meydana gətirir. Normalar sərhədləri yaradır və pay 
bölgüsünü  meydana  gətirir.  Bu  aspektdə  əxlaq  bütün  maraqlı  tərəfləri  nəzərə 
alır  və  maraqların  tarazlı  qaydada  təmin  olunmasını  yerinə  yetirir.  Dövlət 
özündə əxlaqı məcmuələşdirir. 
Ə
xlaq  dövlətin  sabit  inkişafının  əsaslarını  ortaya  qoyur.  Sərhədlərlə 
inkişaf özündə əxlaqi normaları yaradır.  Əxlaq normaları ünsiyyət və davranış 
kodekslərini meydana gətirir. Əxlaq özünüdərk fəlsəfəsini yaradır. Özünüdərk 
fəlsəfəsi dövlətin  və cəmiyyətin pozitiv  mənalarını üzərə çıxarır. Yəni,  əxlaq 
qoruyucu tərəf kimi dövlət formalaşdırılır. Dövlət şəxsiyyəti müəyyən edir və 
insanların  şəxsi  keyfiyyətlərini  üzərə  çıxarır.  İnsanların  şəxsiyyət  kimi 
formalaşmasını təmin etməklə bərabər, şəxsiyyəti təşkil edən ünsürlərin təmin 
olunmasını  və  qorunmasını  təmin  edir.  Bu  aspektdə  dövlət  dəyərli  tərəfdir  və 
dəyərləri müəyyən edən ünsürdür, kompleksdir. 
Dövlət fəaliyyəti siyasi əxlaqla müəyyən olunur. Siyasətin pozitiv mənası 
onun  normalarla  tənzim  olunmasından  irəli  gəlir.  Burada  hüquq  normaları 
ə
xlaq  normaları  ilə  vəhdət  təşkil  edir.  Siyasət  normaları  münasibətləri  və 
ə
laqələri  sərhədləyir.  Bu  aspektdə  elə  hüquq  norması  ilə  əxlaq  norması 
məzmunca eyniləşir.   
 
Hadisələrin idarə olunması və siyasət  
 
Hadisələr  elementlər  toplusunun  müəyyən  məkanda  cəmləşməsidir  və 
bundan meydana gələn enerjidir. Dövlət bu aspektdə öz fəaliyyəti ilə enerjisini 
artırır. Hər bir hərəkət ehtiyaclar, maraq və məqsədlər üzərində formalaşdırılır. 
Bu  baxımdan  da  istiqamətləndirilir.  Hərəkətlərin  istiqamətləndirilməsi  elə 
özlüyündə 
hadisələrin 
istiqamətləndirilməsi 
mənasını 
verir. 
İ
stiqamətləndirilmə  resurslardan  istifadə  etməklə  yönləndirilmə  deməkdir. 
Hərəkətlər  istiqamətlənir,  bu  baxımdan  da  istiqamətli  obrazlanma  meydana 
gəlir.    Hadisələr  idarə  olunur  və  sistemlərdə  tənzim  edilir.  Hadisələrin  idarə 
olunması  məkanlar  üzrə  elementlərin  yerləşdirilməsidir.  Bu  da  özlüyündə 
tənzimləmə  deməkdir.    Hadisələrin  tərkib  elementlərinin  müəyyən 
istiqamətlərə  yönləndirilməsi  özündə  idarəetmənin  əsaslarını  formalaşdırır. 
Sahələr  üzrə  hadisələr  törədilir.  Bu  hadisələr  sahələr  üzrə  tənzim  edilir.  
İ
darəçiliyin məqsədi hədəfləri seçməkdən ibarətdir. Hədəflər maraqların təmin 
olunmasını  qarşısına  məqsəd  kimi  qoyur.    Hadisələrin  idarə  olunması 
subyektlərin  maraqlarından  asılı  olur.  Hadisələr  bir  qrup  tərəfindən  iradələrə 
müvafiq  olaraq  idarə  olunur.  Digər  qrup  isə  iradədən  kənar  olaraq  onu  qəbul 


42 
 
edir.  Buna  görə  də  əksər  halarda  istəklərə  uyğun  siyasət  və  istəklərə  uyğun 
olmayan  siyasət  meydana  gəlir.  İdarə  edənlərlə  tabe  olanlar,  yəni    idarə 
olunanlar  arasında  bir  uyğunsuzluq  vəziyyətləri  yaranır.  Siyasət  universal 
aspektdə  məkanlar  üzrə  müəyyən  olunur  və  sərhədləri  baxımından  ümumi 
sərhədlər  çərçivəsində  həyata  keçirilir.  Makro  məkan  öz  daxilində  kiçik 
məkanları  birləşdirir.  Buna  görə  də  siyasət  məxsusi  olaraq  mikro  məkanları 
ə
hatə edir, eləcə də makro məkanlarda formalaşır. 
Hadisələrin 
idarə 
olunması 
proseslərin 
hüquq 
normaları 
ilə 
tənzimlənməsini həyata keçirməkdən ibarət olur.  
   
Maraq, məqsəd və siyasət  
 
 
Dövlət  özü  maraqlardan  yaranan  bir  nəticədir,  vəziyyətdir,  hadisədir, 
canlı  komponentlərdən  ibarət  olan  kompleksdir.      Bu  aspektdə  siyasətini,  öz 
fəaliyyətini   maraqların təmin olunmasına doğru yönəldir. Məqsədlər özündə 
maraqları  yaradır.  Şərait  məqsədləri  aşkar  edir.  Məqsədlər  hədəflərə  yönəlir. 
Dövlət    ayrı-ayrı  tərəflərin,  dövlətin  özünün  təşkil  edən  elementlərin  (burada 
subyektlərin)  maraqlarını  təmin  edən  siyasət  həyata  keçirir,  fəaliyyət  təşkil 
edir.  Maraqların  tərkib  zənginliyi  və  çoxlu  sayda  məkanları  əhatə  etməsi  öz-
özlüyündə  siyasəti  təmin  edir.  Dövlət  vətəndaşların  ölkədaxili  və  beynəlxalq 
maraqlarını təmin etməkdə maraqlı olur. Vətəndaşların ölkədaxili və ölkəxarici 
maraqlarının  təmin  olunması  özlüyündə  dövlət  maraqlarının  böyüməsini 
meydana  gətirir.  Çünki  dövlətin  maraq  obyektində  məhz  vətəndaş 
(ümumilikdə  insanlar)    dayanır.  İnsan  maraqlarının  məkan  üzrə  genişlənməsi 
özündə  dövlət  maraqlarının  məkan  üzrə  genişlənməsinə  səbəb  olur.  Dövlətin 
maraqlarının  insanların  maraqlı  olduqları  resurslar  da  yaradır.  Resursların 
dövriyyəsi  və  məkan  üzrə  hərəkəti  özündə  dövlət  maraqlarının    “gəzməsinə” 
səbəb  olur.  Dövlət  maraqların  təmin  olunması  fəaliyyətini  şəbəkəli  edir  və 
kateqoriyalar  üzrə  həyata  keçirir.  Dövlət  siyasəti  maraq  müstəvisini 
formalaşdırır.  Bu  müstəvi  də  geosiyasi  maraqların  təmin  olunması  üçün 
ə
sasları  ortaya  qoyur.  Dövlət  insanların  maraq  müxtəlifliyini  təmin  edir.  Bu 
anda  fərqli  tərkibə  malik  olan  maraqlar  şəbəkəsi  meydana  gəlir.  Maraq 
tərkibinin zənginliyi (subyektə və obyektə münasibətdə) dövlətin maraq təmin 
etmək fəlsəfi düşüncələrini yaradır.  
 
Müdafiə və siyasət 
 
İ
nsan  maraqları  qorunmalı  müdafiə  olunmalıdır.  Bu  maraqları  həm 
insanların  özləri,  həm  də  dövlət  və  cəmiyyət  qoruyur.  Deməli,  maraqlar  fərdi 
və  kollektiv  əsaslarla  müdafiə  olunur.  Dövlət  dəyərli  qurum  olduğundan  və 
insanlara  dəyərlər  verdiyindən  (bu  dəyərləri  çox  istiqamətdə  təqdim  edir) 
dəyərləri  qorumaq  funksiyasını  yerinə  yetirir.  Dövlət  dəyərləri  cəmiyyətdən,  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə