Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   14   15   16   17   18   19   20   21   ...   50

37 
 
arasında  əlaqələr  və  münasibətlər  tənzimlənir.  Hər  bir  subyekt  öz  vəzifə  və 
funksiyalarını  müəyyən  edir,  icrasını  təmin  edir.  Dövlətin  hüquqla  müəyyən 
etdiyi,  onun  hüquqlarını  qəbul  etdiyi    vətəndaş,  qeyri-vətəndaş  dövlətin 
sakinləridir. Onların hüquqları dövlət tərəfindən müəyyən edilir və icrası təmin 
olunur.  Dövlət  özündə  vətəndaşın  və  qeyri-vətəndaşın  hüququnu    əks  etdirən 
daxili  və  beynəlxalq  hüquqları  qəbul  edir.  Hüquq  sistemi,  hüquq  müstəvisi 
normalar şəkilində dövlət tərəfindən formalaşdırılır.     
Dövlət hüquq və siyasət sisteminin vəhdətindən ibarət olan bir qurumdur. 
Hüquq  sistemi  siyasətlə  formalaşdırılır.  Hüquq  sistemi  hakimiyyətin 
fəaliyyətinin əsas norma və qaydalarını müəyyən edir. Hüquq sistemi dövlətin 
qanunvericilik  vasitələrinin  cəmindən  ibarət  olan  sistemdir.  Hüquq  sisteminin 
tərkibinə onu yaradan, yəni müəyyən edən və icrasını təmin edən subyektlərin 
hüquqlarını  ifadə  edən  hüquq  normaları  və  qaydaları  sistemi  daxildir.  Hüquq 
sistemi  siyasət  sisteminin  statusunu  müəyyən  edən  mexanizmlərdən  ibarətdir. 
Məsələn,  konstitusiya  ilə  dövlət  quruluşunun  əsasları  nəzəri  baxımdan 
formalaşır  və  dövlət  hakimiyyətinin  hüquqi  statusları  müəyyən  edilir.  Hüquq 
sistemi siyasət sisteminin sanki “yanacağı” rolunu ifadə edir. Həmçinin siyasət 
sisteminin quruluş layihəsini təşkil edir.  
Hüquq  sistemi  insan  hüquqlarının  vəziyyətini  əks  etdirən  bir  sistemdir. 
İ
nsan 
hüquqlarının 
vəziyyəti 
təsbitediciliklə, 
təsdiqedicliklə 
və 
təminediciliklə
 obrazlanır. Bu anda hüquq normaları yaranır və ya da mövcud 
hüquq  normalarının  tətbiqi  mexanizmisi  işə  düşür.    Hüquq  sistemi  universal 
və  çərçivə  formalı  hüquq  sənədlərinin  məcmusundan  ibarət  olan  bir 
sistemdir.  Hüquq  sistemi  siyasət  sisteminin  mexanizm  qaydalarını  müəyyən 
edir.  Dövlətin  siyasi  sistemi  öz  mahiyyətini  hüquq  sistemindən  formalaşdırır. 
Bütün fəaliyyət sahələri insanların əmək münasibətləri sahələridir. Burada olan 
fəaliyyət hüquqları insan hüquqlarının tərkibini təşkil edir. Dövlətin fəaliyyəti 
və  əlaqələri,  münasibətləri  tənzim  edən  sahələri  məhz  siyasət  sahələri  hesab 
olunur. Hüquq sistemi daima genişlənir, daxilən və kənarı ilə böyüyür. Burada 
ə
sas  məqsəd  baza  hüquqları  qoruyub  saxlamaq,  genişləndirmək  və  inkişaf 
etdirməkdən ibarət olur.  
Siyasət  sistemi  nədir. 
Dövlətin  aktlarını  ifadə  edən  siyasət  sistemi 
dövlətin  tərkibini  təşkil  edən  elementlərin  maraqlarını  tənzim  edən  sistemdir. 
Siyasət  sistemi  burada  təsbitedici  və  təminedici  sistemdir.    Siyasət  sisteminə 
dövlət  quruluşu,  dövlətin  fəaliyyət  əsasları  aid  olur.  Dövlətin  tərkib 
elementlərindən  ibarət  olan  siyasət  subyektlərinin  quruluşları,  onların 
məzmunca  siyasi  strukturları,    inzibati  strukturları,  elementlərin  hərəkət 
trayektoriyaları  məhz  özündə  siyasət  sistemini  ehtiva  edir.  Siyasət  sistemi 
siyasətin subyekt və obyektlərinin əhatə olunduğu sistemdir. Siyasi vasitələr və 
alətlər  siyasət  sisteminin  tərkibini  təşkil  edir.    Siyasət  sistemi  dövlətin 
maraqlarının  əhatə  olunduğu  sahələri  tənzim  edən  sistem  vəhdətindən  ibarət 
olur.  Siyasət  sistemi  ali,  mərkəzi  və  yerli  strukturlardan  təşkil  olunur. 


38 
 
Həmçinin dövlətin xarici siyasətini təmin edən qurumlar da siyasət sisteminin 
tərkibinə aiddir. Siyasət sisteminin əsas məqsədi ayrı-ayrı sahələrdə insanların 
maraqlarını  təmin  edə-edə  cəmiyyəti  inkişaf  etdirsin,  dövləti  bir  ümumi  tərəf 
kimi güclü vəziyyətdə saxlasın.  
İ
ki  sistemin  vəhdəti  necədir. 
Məlumdur  ki,  hər  bir  hərəkət  normaya, 
hədlərə,  ölçülərə  tabe  olur.  Hərəkətlər  özündə  elə  normaları  əks  etdirir. 
Hərəkətlər  məkanlarda  sərhədlənir.  Çünki  elementlərin  hərəkətləri  üçün 
müvafiq    məkanlar  mövcud  olur.  Sərhədlərdə  qarşılaşma  hər  an  müxtəlif 
vəziyyətləri  meydana  gətirə  bilər.  Bu  baxımdan  da  elementlərin  iradəyə  tabe 
olması  üçün,  idarəolunan  elementin  formalaşması  məqsədilə  mütləq  qaydada 
tənzimləmə  funksiyası  həyata  keçirilir.  İstənilən  sistem  nəzəri  və  praktiki 
olaraq norma və qaydalarla tənzim olunur. Sistemin xarakterinin formalaşması 
norma  və  qaydalarla  həyata  keçirilir.  Struktur  normaya  tabe  olur,  norma 
struktur  tərəfindən  yaradılır.  Bu  baxımdan  da  daxilən  tənzim  olunma 
vəziyyətləri ortaya çıxır. 
Dövlət insan hüquqlarının  nəticəsi olan bir  siyasət və hüquq qurumudur. 
Burada, bu anlamda  hüquq siyasətdən üstün dayanır.
 Çünki dövlət nəticə 
kimi  meydana  gəlir.  Hüquq  siyasəti  özünə  xidmət  etməyə  yönəldir.  Dövlətin 
hüquqla nəticələnməsi isə insanların sahələrdə hüquqlarının müəyyən olunması 
ilə  tamamlanır.  Bu  isə  o  deməkdir  ki,  hüquqsuz  siyasət,  siyasətsiz  isə  hüquq 
ola  bilməz.  Siyasət  sistemi  hüququn  təsbit  etdiyini  həyata  keçirir.  Məsələn, 
insanların bir sahədə olan hüquqlarını siyasi fəaliyyət təmin edir. O da düzdür 
ki,  hüquqlarda  təsbitedilmə  siyasət  vasitəsilə  təmin  olunur.  Bu  baxımdan  da 
hüquq  sistemi  siyasət  sisteminə  başlanğıc  verir  onun  fəaliyyətini  şərtləndirir, 
məqsədlərini  müəyyən  edir,  vəzifələrini,  məsuliyyət  və  öhdəliklərini 
formalaşdırır.  Siyasət  sistemi  də  hüquq  sisteminin  məqsəd  və  vəzifələrini 
sahələr üzrə aşkarlayır. 
Hüquq  sisteminin  hərəkətə  gətirilməsi  elə  siyasət  sisteminin  hərəkətə 
gətirilməsi mənasını verir. Vəhdət məsələsi hər ikisini tamamlayır. Mexanizm 
məsələsi hər ikisini vəhdətləşdirir.      
 
Siyasi və inzibati struktur anlayışları  
 
Siyasi  struktur  nədir.
  Dövlət  strukturlarının  fəaliyyətini  şərti  olaraq  iki 
hissəyə  ayırmaq  olar:  siyasi  və  onun  tərkibi  olan  inzibati.  Hər  bir  struktur 
formalardan,  elementlərin  cəmləşdiyi  məkanlardan  tutumlardan  ibarətdir. 
Siyasət   fəaliyyəti tərkibinə   görə dərəcələnir, xassələnir.  Strukturun xassələri 
təyinatından,  gördüyü  işlərdən,  tənzimlədiyi  obyektlərdən    meydana  gəlir.    
Ə
vvəlcə  qeyd  edək  ki,  dövlət  və  cəmiyyət  sistemləri  elə  ictimai  sistemlərdir. 
Siyasi  və  inzibati  idarəçilik  sistemi  ictimai  sistemin  tərkibini  təşkil  edir. 
Siyasət  strukturları  dövlətin  siyasətini  müəyyən  edən  cəm  halda  əlaqələr 
yaradan  qurumlardır.  Siyasət  strukturları  siyasət  müəyyən  edən  və  siyasi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə