Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/50
tarix05.12.2017
ölçüsü2,8 Kb.
#14121
1   ...   15   16   17   18   19   20   21   22   ...   50

39 
 
qərarlar qəbul edən strukturlardır. Burada daha çox ali və mərkəzi hakimiyyət 
strukturları  qərarlaşır.  Lakin  yerli  icra  və  məhkəmə  həmçinin  qanunvericilik 
strukturları  (yerli  qanunverici  məclislər)    strukturları  da  özlüyündə  siyasət 
strukturlarıdır. Çünki onlar ali və  mərkəzi hakimiyyətin siyasətini icra etməklə 
yanaşı,  yerli  səviyyədə də öz  səlahiyyətləri çərçivəsində  siyasət  müəyyən edə 
bilirlər.  Bu  kateqoriyaya  yerli  bələdiyyə  idarəçiliyini  də  aid  etmək  olar.    Bu 
baxımdan  da  siyasət  strukturları  ali,  mərkəzi  (ixtisaslaşmış  sahələr  üzrə)  və 
yerli olurlar.  
İ
nzibati  strukturlar  nədir.      Ə
slində        bu  strukturlar  elə  siyasət 
strukturlarının  tərkibində  olurlar.  Siyasət  strukturlarının  fəaliyyətini  həyata 
keçirən  daxili  strukturlardır.  Elə  siyasət  aparatlarının  işi  (prezident 
administrasiyasının,  hökumət  administrasiyalarının,  qanunverici  və  məhkəmə 
administrasiyalarının)      həm  də    inzibati  məzmunludur.  Çünki  hər  ikisində 
bürokratik və pilləli idarəçilik mövcudur. Siyasət aparatlarının pilləli fəaliyyəti 
özlüyündə  inzibati  məzmunludur.    İnzibati  strukturlar  ali,    mərkəzi  və  yerli 
idarəetmə  aparatlarının    işini  təşkil  edən  administrativ  (burada  sənədlərin 
təşkili  və  dövriyyəsinə  rəhbərliyi  həyata  keçirmək  və  icra  fəaliyyətini  həyata 
keçirmək)      fəaliyyəti  təmin  edirlər.  Bura  qərar  layihələrinin  hazırlanması 
(siyasi  qərarlar  da  daxil  olmaqla),  qərarların  icrası,  təsərrüfat  və  kargüzarlıq 
işləri  aid  olur.  İnzibati  idarəçilik  öz  xarakterinə  görə  daha  çox    “məmur 
idarəçiliyi”
  mənasını  verir.    İnzibati  struktur  siyasi  strukturun  həm  də 
tabeçiliyində  olan  aşağı  strukturdur.  İnizibati  struktur  siyasi  strukturun 
daxilində  olmaqla,  onu  daxilən  tənzimləməklə  bərabər,  həm  də  şaxələndirən 
strukturdur.  
 
Pozitiv siyasət 
 
İ
nsanlar bütün hərəkətlərini maraqlarının müdafiəsinə istiqamətləndirirlər. 
Maraqların təmin olunması enerji ilə təminat məsələsini əks etdirir. Maraqların 
müəyyən  koordinatlarda  təmin  olunması  sabitliyin  əsaslarını  yaradır.  Sabitlik 
“doymalardan”, razılıqlardan, yüksək təminatlardan  meydana gəlir. Tərəflərin 
qane  olması,  razılaşdırılması  məhz  sabitliyin  əsaslarını  meydana  gətirir.    Bu 
baxımdan  da  dövlət  sabitliyi  təmin  edən  əsas  qurum  rolunu  oynayır.  Dövlət 
insanların  sosial  maraqlarını  təmin  edən  təbii  bir  qurumdur.  Sosial  maraqları 
təmin  etmək  məqsədilə  dövlət  çoxtərəfli  fəaliyyət  göstərir.  İqtisadiyyat  təşkil 
edir,  texniki  vasitələr  yaradır  və  onların  istifadəsi  üsullarını  həyata  keçirir.  
Dövlət  özü  pozitiv  məqsədlər  üçün  təşkil  olunur.  Dövlət  ümumən  pozitiv 
vahidlərdən  ibarət  olan  bir  təsisatdır.    Dövlətin  idarəçilik  strukturları  da  ayrı-
ayrı  sahələrdə  və  istiqamətlərdə  pozitiv  maraqları  təmin  etmək  funksiyasını 
həyata keçirir. Əslində siyasətin müsbət mahiyyəti onun pozitiv məzmununda 
meydana  gəlir.  Pozitiv  siyasət  maraqları  tamamlayan  aktlardan  ibarətdir. 
Dövlətin fəlsəfi mahiyyəti pozitivlikdədir ki, bu pozitivlik də onu deməyə əsas 


40 
 
verir  ki,  siyasət  faydaverici  əsaslarla  həyata  keçirilsin.    Dövlət  ümumən 
resursları  özündə  cəmləşdirən  bir  bütövdür.  Dövlətin  pozitiv  siyasəti  mövcud 
və gələcək zamana hesablanır. Bu baxımdan da resursları özündə cəmləşdirən 
fondlar,  ehtiyat  bazaları  yaradır.  Dövlət  bir  tərəfdən  material  ehtiyatlar 
bazalarını  yaradır,  digər  tərəfdən  də  maliyyə  vəsaitləri  bazalarını  təşkil  edir. 
Dövlət  həm  də  ona  görə  pozitivdir  ki,  nizamlama  funksiyasını  yerinə  yetirir. 
Hər  bir  məqam  üçün  sərhədləri  müəyyən  edir.  Bu  funksiya  da  özlüyündə 
nizamlamanı  təşkil  edir.    Dövlətin  pozitiv  mahiyyəti  təminat  və  müdafiə 
funksiyalarını təmin etməkdən ibarətdir. 
 
Pozitiv  siyasət  fəlsəfi  düşüncələrini  bu  kimi  istiqamətlərdə 
ümumiləşdirmək olar:  
 
-pozitiv siyasət əxlaqa söykənən bir siyasətdir; 
-pozitiv  siyasət  ümummənafe  zənginliyini  və  onun  daxilində  fərdi 
mənafeni müdafiə edən siyasətdir; 
-pozitiv  siyasət  sosial  firavanlığa  xidmət  edən,  bu  istiqamətə  yönələn 
siyasətdir; 
-pozitiv siyasət dövlətin xalqa xidmətlərini istiqamətləndirən siyasətdir; 
-pozitiv  siyasət  xalq  və  dövlət  vəhdətini  müəyyən  edən  siyasətdir, 
aktlardır; 
-pozitiv siyasət öz obyektində xalq tərəfini müəyyən edən siyasətdir; 
-pozitiv siyasət dövləti və cəmiyyəti qoruyan və vəhdətləşdirən siyasətdir; 
-pozitiv siyasət dövləti xalqa və cəmiyyətə yaxınlaşdıran siyasətdir; 
-pozitiv siyasət tarazlı siyasətdir və payların ədalətli bölgüsünə əsaslanan 
siyasətdir; 
-pozitiv  siyasət  sosial  ədalət  prinsiplərini  özündə  müəyyən  edən 
siyasətdir, aktlar toplusudur; 
-pozitiv  siyasət  dövlətin  real  və  ideal  məzmununu  özündə  əks  etdirən 
siyasətdir;  
-pozitiv siyasət dövlətin ədalətli quruluşunu özündə ehtiva edən və dövlət 
quruluşunu layiqli xidmətlərə yönəldən aktlar məcmusudur və s.    
  
Siyasət və əxlaq    
 
 
Dövlət  özü  bir  ictimai  qurum  olaraq  sosial  əxlaqın  nəticəsi  kimi 
yaranmışdır. İctimai razılıq da elə sosial əxlaqdan meydana gəlmişdir. İnsanlar 
dövləti  yaratmaqla  həm  də  öz  əxlaqlarının  qorunması  üçün  dayaq  vasitəsini 
meydana  gətirmişlər.  Dövlətin  təşkili  mədəniyyətin  yüksəlməsinə  səbəb 
olmuşdur.  Dövlət  sivilizasiya  qurumudur  və  yaşayışın  nizamlı  əsaslarını  öz 
daxili  mənasında  əks  etdirir.    Dövlət  əxlaq  qurumudur,  çünki  mənəvi  əsasları 
da  özündə  cəmləşdirir.  Əxlaq  qurumu  olduğundan  da  ali  dəyərə  malikdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə