Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə54/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   50   51   52   53   54   55   56   57   ...   85

189
 
 
Efir  yaradıcılığında  obyektin  məzmununun  keyfiyyətlə, 
yəni  təfərrüatı  ilə  dolğun  şəkildə  işıqlandırılması  mühüm 
əhəmiyyətə malikdir. Bu, veriliş göstəricisinin əsaslarını təşkil 
edir.  Efir  yaradıcılığının  bir  məzmunlu  tərəfi  də  vardır.  Bu, 
daha  çox  efir  hazırlığından,  keyfiyyətli,  yəni  seyriciyə  edilən 
yüksək  təsirli,  emosional  verilişlərdən,  mövcud  və  gələcək 
zamana  doğru  baxışları  stimullaşdıra  biləcək  efir  vasitələrinin 
hazırlanmasından  və  təqdimatından  ibarətdir.  Keyfiyyətli 
veriliş  yüksək  təsirləri  ilə  və  məlumat  bolluğu  ilə  xarakterizə 
olunur.  
Efir yaradıcılığının keyfiyyəti bir tərəfdən veriliş hazırlama 
məharətindən,  hazırlayanın  istedadından,  bilik  və  savadından, 
digər tərəfdən isə efirə hazırlanan məhsulun keyfiyyətindən və 
tamaşaçıda  oyadan  təəssüratlardan  ibarətdir.  Həsr  olunan 
mövzuların  mədəni,  sosial,  tarixi,  milli  əsasları  da  veriliş 
keyfiyyətinin əsas göstəriciləri sırasındadır. Verilişin keyfiyyəti 
onun  mövzularına  görə  və  tədqimat  göstəricilərinə  görə  təsnif 
olunur.  Burada  aparıcının  qabiliyyəti,  bilik  və  istedadı  xüsusi 
önəm kəsb edir.  
Veriliş  hazırlığının  bir  proses  kimi  özünəxas  mərhələləri 
var,  həmçinin  veriliş  mövzusunun  müxtəlif,  zəruri,  çalarlı 
obyektləri  mövcuddur.  Yüksək  efir  standartlarında  bu  kimi 
amillər mühüm rol oynayır. 
Hadisələrin  sadə  üslubda  cəmiyyətə,  kütləyə  çatdırılması 
elə insanların baxışlarında müəyyən təəssüratların yaranmasını 
şərtləndirir.  
Efir  yaradıcılığı  özündə  məcmu  tərkib  komponentləri 
baxımından  bilik,  bacarıq,  istedad,  məharət,  çevik  reaksiya 
bildirmək  bacarığı,  təcrübə,  nitq  mədəniyyəti  kimi  kompleks 
əhəmiyyət  kəsb  edən  yüksək  səviyyəli  elementləri  əks  etdirir. 
Efir yaradıcılığı hadisələrə olan münasibətlərin öyrənilməsi və 
adekvat rəylərin öyrənilməsindən və təqdimatından ibarətdir.  


190
 
 
Efir  yaradıcılığının  əsaslarını  bu  şəkildə  ümumi-
ləşdirmək olar: 
-efir yaradıcılığı insanlarda elmi, bədii, rəsmi bə publisistik 
təfəkkürün formalaşmasını  təmin edir. Bu, onun funksional  və 
fəlsəfi vəzifəsidir
-efir  yaradıcılığının  daha  bir  fəlsəfi  funksiyası  insanların 
dünyagörüşlərini  təmin  etmək  və  onların  həyata  baxışlarını 
stimullaşdırmaqdan ibarətdir
-efir  yaradıcılığının  daha  bir  fəlsəfi  vəzifəsi  xalqın  milli 
irsinin zamanla öyrənilməsini təmin etməkdən ibarətdir
-efir  yaradıcılığının  başqa  bir  funksiyası  insanların  dünya 
haqqında  biliklərini  formalaşdırmaqdan  və  onları  dünya 
hadisələri haqqında məlumatlandırmaqdan ibarətdir; 
-efir yaradıcılığı milli, mədəni və sosial mədəni davranışın 
tərkibini təşkil edir; 
-efir  yaradıcılığı  öz  sistemliliyi  baxımından  bir  məktəb 
funksiyasını yaradır; 
-efir  yaradıcılığı  aparıcıda  istedadın,  bilik  və  bacarıqların 
üzərə çıxmasını təmin edir; 
-efir  yaradıcılığı  və  productionlar  (pradakşınlar)  obyekt 
haqqında dolğun məlumatları cəmiyyətə çatdırmaq vasitəsidir; 
-efir yaradıcılığı obyekt və mövzuların mahiyyəti haqqında 
insanları məlumatlandırmaq vasitəsidir, prosesidir
-efir  yaradıcılığı  etik  davranış  nümunəsi  olaraq  cəmiyyət, 
dövlət və fərd arasında çevik əlaqələrin yaradılması vasitəsidir; 
-efir  yaradıcılığı  insanları  irsi  olaraq  öz  milli-mədəni 
dəyərləri ilə tanış etdirmək vasitəsidir
-efir  yaradıcılığı  bədii,  elmi,  tarixi,  rəsmi  (məsələn, 
xəbərlər,  rəsmi  sənədlər  əsasında  hazırlanan  məlumatlar) 
əsaslarla məlumatları tamaşaçıya çatdırmaq vasitəsidir və s. 
Efir  yaradıcılığının  və  əldə  olunan  efir  məhsullarının 
keyfiyyəti müraciət olunan mövzuların obyektivliyindən, dərin 
mənasından  və  mövzuya  müraciət  edənin  məhsul  hazırlama 
qabiliyyətindən asılıdır.  


191
 
 
Ədəbi fikirin yayılmasında kütləvi informasiya 
vasitələrinin (KİV) rolu 
 
İnsan  həyatında  yaradıcılıqlar  bir-birini  silsilə  şəkilində 
əvəzləyir.  Yaradıcılıq  və  quruculuq  prosesləri  şərtləndirici 
məzmun  kəsb  edir.  İstər  ədəbiyyat,  istərsə  də  informasiya 
yayım  vasitələri  olsun,  insanların  konstruktiv  və  konseptual 
düşüncələrinin  nəticələri  olaraq  meydana  gəlir.  Bu  məhsullar 
yaradıcılıq  və  quruculuqdan  ibarət  olur.  Vasitələr  yeni-yeni 
yaradıcılıq və quruculuq üçün şərtləndirici baza rolunu oynayır. 
Biz qənaətə gəlirik ki, mədəniyyət yaradıcılıq və quruculuqdan 
və  davranış  normalarından  ibarətdir.  Onda,  belə  hesab  edə 
bilərik  ki,  elə  ədəbiyyat  və  kütləvi  informasiya  vasitələrinin 
özləri elə mədəniyyət ünsürləridir, elementləridir. Ədəbiyyatla 
məşğul  olmaq,  ədəbi  fikir  hasil  etmək  özlüyündə  mədəni 
davranışlardan ibarətdir. Ədəbi fikir romantik, rasional və real 
hadisələrin  canlandırılmasından  və  ifadə  olunmasından 
ibarətdir.  
Kütləvi 
informasiya 
vasitələrinə 
bütün 
əhalini 
məlumatlandıran  televiziya,  radio  və  mətbuat,  telefon  və 
teleqraf  vasitələri,  kitab  və  jurnallar,  eləcə  də  elektron 
informasiya  yayım  resursları  aid  edilir.  İnformasiyaları  yayan 
istənilən  üsul  və  vasitələr  məhz  kütləvi  informasiya 
vasitələrinin tərkibini təşkil edir. Kütləvi informasiya vasitələri 
cəmiyyəti,  dövləti,  fərdi,  vətəndaşları,  xariciləri,  sakinləri 
aidiyyatı  məlumatlarla  təmin  edir.  Məlumatlar  sayəsində 
həyatın  axarı  müəyyən  olunur.  Məlumatlardan  doğaraq  insan 
həyatının  gündəlik  axarları  müəyyən  edilir.  Məlumatlar 
yönləndirici  funksiya  daşıyır.  Kütləvi  informasiya  vasitələri 
insanların  təfəkküründə  vahid  məzmunlu  və  rəngarəngli 
məlumatların  qərarlaşmasını  təmin  edir.  Bu  baxımdan  kütləvi 
informasiya  vasitələri  vahid  düşüncə  axarlarının  yaranmasını 
şərtləndirir. 
Düşüncələri 
bütövləşdirir 
və 
insan 
münasibətlərinin vahid axarlarını müəyyən edir.  


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə