Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə29/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   25   26   27   28   29   30   31   32   ...   85

96
 
 
"demokratiya" verirdiz? Anlamadınız ki, sizin düşüncələrinizlə 
onlarınkı  eyni  deyil?!  İndi  ixrac  etdiyiniz  siyasətin- 
"demokratiyanın"  mənfi  idxalı  olan  anarxiya  ilə  üzbəüz 
qalmısınız.  Bir  azdan  da  islamofobiyaya  start  verəcəksiniz. 
Günahı özünüzdə axtarın! 
Avropa isə sürətlə islamlaşacaq! 
 
Yazılma tarixi-29 avqust 2015-ci il  
 
Rusiya üçün islam islam faktorunun əhəmiyyəti  
 
Rusiya  islam  faktorundan  çox  geniş  istifadə  edərək, 
Türkiyəni  və  ərəblərin  bir  qismini  öz  tərəfinə  çəkə 
biləcək.Türkiyədəki  dinyönümlü  hakimiyyət  faktoru  da  buna 
yardımçı  olacaq.  Eyni  zamanda  Almaniya  və  Fransanın  da 
Türkiyəyə  yönəlik  siyasəti  buna  təkan  olacaq!  Ümumiyyətlə 
isə  Avropa  tərəfindən  Rusiya  və  Türkiyəyə  qarşı  olan  soyuq 
münasibət Rusiya və Türkiyəni isti-isti birləşdirəcək. Rusiya öz 
içərisində  və  sərhədlərində  türkləri  görməkdən  məmnundur; 
çünki uyğunluq var. Türkün də rusa meyili çoxdur. 
 
Yazılma tarixi-25 sentyabr 2015-ci il  
 
Müharibələr və hakimiyyətin əməlləri 
 
Müharibə, münaqişə xalqın yox, hakimiyyətin oyunlarıdır. 
Səbəblər  çoxdur:  hakimiyyətdə  qalma,  siyasi  və  ictimai 
şöhrətpərəstlik,  vəzifədə  olmaqla  var-dövlət  qazanmaq  və  s. 
Hakimiyyət imkanlar baxımından həm də fərdi maraqları təmin 
etmək vasitəsidir. 
Müharibələr  üçün  döyüş  əmrini  hakimiyyət  verir.  Ölənlər 
və  yaralananlar  hakimiyyət  nümayəndələri  olmur.  İndiki 
zamanda heç bir dövlət və hökumət rəhbəri, o cümlədən nazir 
və  yüksək  çinli  məmur  əlinə  silah  alıb  döyüşdə  iştirak  etmir. 
Buna görə də müharibə hakimiyyət üçün bir o qədər təhlükəli 


97
 
 
olmur.  Düzdür,  hakimiyyət  üçün  mənfi  nəticələri  də  olur: 
Hitler,  Mussolini,  Səddam,  Qəddafi,  Pol  Pot  (Salot  Sar),  Çar 
Nikolay  və  bir  çoxları  müharibələrin,  münaqişələrin  acı 
nəticələrini yaşayıblar. 
Sadə  xalq  müharibə  istəmir,  çünki  məhv  olacağını  bilir. 
Hakimiyyət  rəhbərləri  isə  son  anda  ölkədən  qaça  bilir.  Belə 
hallar çox olub. Bu baxımdan işğala sürükləyən müharibələrlə 
üzləşməmək üçün xalq öz hakimiyyətini nəzarətdə saxlamalıdır 
ki, özü bəlalara düçar olmasın. 
 
Yazılma tarixi-02 may 2016-cı il  
 
Əlifba haqqında 
  
Məlumdur  ki,  əlifba  hərf  və  işarələrin  cədvəlidir.  Hərf 
əsasən səslərin  yazı  ilə ifadəsidir, şərti forma və müqayisə ilə 
işarələnməsidir.  Bu  baxımdan  əlifba  yaratmaq,  hərfi  işarələr 
düzəltmək asandır. Bu, öz yerində... 
Hər  bir  xalqın  orijinallığı,  yəni  köklü  mənşəyi  var.  Bu 
mənşəyi  sübut  edən  amillər  (dil,  din,  yazı,  adətlər,  vərdişlər, 
ənənələr,  musiqi,  tolerantlıq  və  dözümsüzlük,  dövlətçilik) 
içərisində ədəbiyyat  (şifahi  və  yazılı) böyük  rol  oynayır. Yazı 
mədəniyyəti xalqın ədəbi dilinin qorunmasında və nəsillərdən-
nəsillərə  ötürülməsində  əsas  şərtdir.  Yazı  mədəniyyəti  də 
hərflərə bağlıdır. 
Təəssüf hissi ilə bildirirəm ki, bizim öz əlifbamız olmayıb. 
Əlifba  yaratmaq  çətin  bir  iş  deyildi.  Ziyalılarımız  tariximizi 
yaratmağı unudublar 
Əlifba  yaratmaq bir o qədər çətin deyil. Səslərin fizioloji-
bioloji  əsaslarla,  mimikalarla  işarələnməsidir.  Səslənmədə 
dodaq,  dil,  çənə,  damaq  kimi  orqanizm  üzvlərinin  qarşılıqlı 
vəziyyətini  nəzərə  alaraq,  alınan  təbii  formanı  işarələməklə 
əlifba yaratmaq olar. 
 
Yazılma tarixi-13 -15 iyul 2016-cı il  
 


98
 
 
Türkiyə demokratiyası  
 
Biz Türkiyədə fikirləşdiyimiz kimi demokratiyanın yüksək 
səviyyəsini görə bilmirik. Çünki kasıb və maarifçiliyi zəif olan 
cəmiyyətlərdə  demokratiyanın  yüksək  məzmunu  formalaşa 
bilmir.  Resurslar  kompleksi  təmin  edə  bilmir.  Siyasi  sistem 
kövrək  olur.  Zəif  sistemlərdə  müəyyən  radikal  qruplar 
hakimiyyətə  tez-tez  can  atırlar.  Digər  tərəfdən,  müsəlman 
cəmiyyətlərində  mental  dəyərlər  siyasi  sistemin  monarxik 
əsaslarının formalaşmasını tələb edir 
 
Yazılma tarixi-16 iyul 2016-cı il  
Sağlam cəmiyyətlər haqqında 
 
Bütün  insanlar  universal,  bu  baxımdan  oxşar  olduqlarına 
görə oxşar dəyərlər vermək qabiliyyətlərinə malikdirlər. Oxşar 
dəyərlər  cəmiyyətlərdə  oxşar  prinsip  və  qaydaları  yaradır. 
Oxşar dəyərlər balanslı xətti müəyyən edir. Tarazlı xətt balanslı 
əlaqələri  formalaşdırır.  Fərdi  dəyərlərin  daşıyıcıları olan 
insanlar  münasibətlər  sferasında,  yəni  cəmiyyətdə  öz  müsbət 
dəyərləri ilə çıxış edəndə sağlam cəmiyyətlər qura bilirər. 
 
Yazılma tarixi-19 iyul 2016-ci il 
 
Dilin şaxələnməsi və zənginləşməsi haqqında 
    
Məlumdur  ki,  dilimiz  türk  mənşəli  olmaqla  yanaşı,  tarixi 
zərurətdən  irəli  gələrək,  ərəb,  fars  və  rus  dilindən  daxil  olan 
sözlərlə, həmçinin, avropa mənşəli (yunan, latın) sözlərdən, söz 
birləşmələrindən terminlərdən formalaşıb. 
Bu  gün  texniki  inkişafla  əlaqədar  dilimizə  yeni  sözlər, 
terminlər  daxil  olur.  Bu  sahədə  dilşünaslar  müəyyən  işlər 
həyata  keçiririlər.  Dilimizə  sözlərin,  söz  birləşmələrinin  sayı 
çoxalır. 


99
 
 
Belə  hesab  etmək  olar  ki,  dilimizin  yeni  sözlərlə 
zənginləşməsində  cəmiyyətimizin  özü,  ayrı-ayrı  fərdlər 
yaxından iştirak etməlidir. 
Onu  da  nəzərə  almaq  lazımdır  ki,  dil  səsin  dil,  diş,  dodaq 
kim  üzvlərin  köməyi  ilə  müxtəlif  formalar  alan  bir 
fenomenidir.  Buna  görə  də  vəziyyəti,  hadisəni  ifadə  etməyi 
bacarmaq lazımdır. 
 
Yazılma tarixi-23 iyul 2016-cı il  
 
Dinin öyrənilməsi haqqında  
 
Din  vicdan  məsələsidir.  İnsanın  öz  Allahı  ilə  təmas 
qaydalarıdır. Bu baxımdan ucadır, əksər hallarda əlçatmazdır. 
Dini  təhsil  səviyyəsinə  endirib  öyrənmək  düzgün  deyil. 
Baxmayaraq ki, din də biliklərdən ibarətdir 
 
Yazılma tarixi-25 iyul 2016-cı il  
 
Mühəndislərimiz-sərvətlərimizdir 
 
Bizim  "neftimiz"  həm  də  mühəndislərimizdir.  Texniki 
sahədə  mövcud  olan  ali  və  orta  ixtisas,  peşə  ixtisası 
məktəbləridir. Cəmiyyətdə mühəndilərin onların peşə sahibləri 
kimi xüsusi hörmətləri olmalıdır. 
Paradoksal  hal  odur  ki,  cəmiyyətimizdə  humanitar  və 
ictimai elmlərə üstünlük verilir. 
 
Yazılma tarixi -31 iyul 2016-cı il  
 
 
 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə