Elşən Misir oğlu Nəsibov


Çayxanalar  olan  yerdə  Azərbaycan  idman  ölkəsi  ola



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə37/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   33   34   35   36   37   38   39   40   ...   85

126
 
 
 Çayxanalar  olan  yerdə  Azərbaycan  idman  ölkəsi  ola 
bilməz 
 
Azərbaycanda  çayxanalar,  çay  evləri  gənclərin  enerjisini 
əlindən alır və onları  avaraçılıq həyatına sürükləyir. Lovğalıq, 
müştəbehlik,  özündənrazılıq  və  digər  pis,  xoşagəlməz 
xüsusiyyətlər  aşılayır.  Çayxanaların  gənclik  intellektuallığına 
vurduğu ziyan qədər heç bir obyekt ziyan vura bilmir 
 
Yazılma tarixi-23 aprel 2017-ci il  
 
Avropada dövlət rəhbərləri seçkiləri 
 
Avropanın  ciddi,  mühafizəkar  ölkələrində-bu  ölkələrə 
Böyük Britaniyanı, Almaniyanı,  Fransa və  İtaliyanı  aid  etmək 
olar-qadınların 
dövlət 
və 
hökumətə 
rəhbərliklərində 
“Tetçerizm”  prinsipləri  tətbiq  olunur.  Həmçinin  dövlət 
rəhbərləri postunda daha çox kişilər təmsil olunur. Fransada bu 
günlərdə keçirilən prezident seçkilərinin birinci turunda bu hal 
yaşanıb.  Belə  ki,  məlumata  görə  “En  Marche”  hərəkatının 
lideri Emmanuel Makron daha çox səs toplayıb. Çox güman ki, 
ikinci turda nəticə dəyişməyəcək. 
 
Yazılma tarixi-24 aprel 2017-ci il 
    
Nizamın etik-estetik əsasları  
 
Nizam estetikadır, həm də etikadır. Nizamlı hərəkət estetik 
sistemlilikdir.  Pilləkənlərlə,  eskalatorlarla  qalxıb-enmək  özü 
bir estetikadır. Nizamlı olan halda həm də etikadır. 
Məncə,  enəndə  və  qalxanda  sağ  tərəfi  tutub,  sol  tərəfi 
ötənlər  üçün  boş  saxlamaq  lazımdır.  Bu  özü  bir  gözəllikdir. 
Avropada,  Amerikada,  Rusiyada  bu  estetika  və  etikaya  əməl 
olunur. 


127
 
 
Azərbaycanda  pilləkənlərdə,  eskalatorlarda  xaosdur.  Enən 
və qalxan dağınıq formadadır. 
 
 Yazılma tarixi-24 aprel 2017-ci il  
 
Rusiya-Türkiyə əməkdaşlığı barədə  
 
 Ərdoğanın  Putinlə  yaxınlıq  etməsi  təbii  və  normal  bir 
hadisədir.  Bu,  geosiyasətdə  qanunauyğunluqdur.  Strateji 
əsaslarında həm də Türkiyənin Rusiyadan nüvə silahı istəməsi 
dayanır.  Dünyaya  bu  niyyət  geniş  açıqlanmır.  Rusiya 
Türkiyəyə nüvə silahını əldə etməkdə kömək edəcək. 
 
Yazılma tarixi-24 aprel 2017-ci il  
 
Türklər və xristianlıq haqqında  
 
Gələcəkdə  yarana  biləcək  Slavyan  dünyası-Türk  dünyası 
birliyi  səbəbindən  türk  dünyasında  böyük  bir  xristianlaşma 
prosesi  baş  verəcək.  Slavyanların  bir  qismi  də  müsəlmanlığı 
qəbul  edəcək.  Lap  uzaq  gələcəkdə  xristianlıq  Avropadan 
çəkiləcək. Ona türklər sahib çıxacaq. 
 
Yazılma tarixi-24 aprel 2017-ci il  
 
Türklərin islamçı olmaları haqqında 
 
 Türkiyənin  qonşuluğunda  olan  bir  çox  dövlətlər-inkişaf 
edən  Qərb  və  geridə  qalan  Şərq  dövlətləri  onu  deməyə  əsas 
verir  ki,  bu  ölkədə  yaşayan  insanların  bir  çoxu  sadəcə  üzdə, 
görüntüdə  islamçıdırlar.  Türkiyənin  sərhəddində  Yunanıstan 
olan  yerdə,  sərhədlərdə  yaşayan  insanların  Yunanıstanı  görə-
görə  həqiqi  islamçı  olmaları  absurddur.  Onların  gözü 


128
 
 
Avropadadır. Digər tərəfdən, Suriya və  İraq sərhədləri də onu 
deməyə əsas verir ki, ürəkdən islamçı olmaq olmur. 
 
Yazılma tarixi-24 aprel 2017-ci il  
 
Türkiyədə və İranda oxuyan tələbələr haqqında 
 
Türkiyədə, İranda, ərəb ölkələrində təhsil alan azərbaycanlı 
tələbələrin  beyinlərinə  güclü  "filtr"  qoyulmalıdır.  Filtrsiz 
(süzgəcsiz) beyin fərdi təhlükəyə sürükləyə bilər. 
 
Yazılma tarixi-26 aprel 2017 
 
Çinin inkişafı barədə  
 
Bu  gün  bəyənmədiyimiz  Çin  özünün  ilk  milli  aviasiya 
daşıyıcı gəmisini sulara buraxdı. 
Müsəlman  aləmi  belə  bir  gəminin  heç  taxta  modelini 
düzəldə bilməz! 
Azərbaycanın  xaricdə  oxuyan  tələbələri  ölkəyə  nə 
gətirdilər: saqqal, qəlyan, çadra, qara geyimlər və s. Qara tüstü 
və ağ ölüm (narkotika) milli ruha və vərdişə geniş oturdu. Zəif 
milli ruh əvvəlki dəyərləri özündən buraxdı və ağ xalları olan 
qaraya büründü. 
 
Yazılma tarixi-26 aprel 2017-ci il  
 
Kainatın qaranlıq mənbəyi və işıq 
 
Kainatın  əsas  mənbəyi  qaranlıqdır.  Qaranlıq  ümumən 
yoxluq yox, ən böyük varlıqdır. Qaranlıq- işıq olan yerdə işığın 
nisbətinə  uyğun  kəmiyyətdə  yoxdur.  Sanki  “gizlənir”.  Bir 
məkana  işıq  düşəndə  aktivləşən  enerji  axını  (işıq  seli)  həmin 
məkanda  olan  passivliyi  (qaranlığı,  zərrəciklər  sıxlığını) 
aktivləşdirir,  seyrəkləşdirir,  yüngülləşdirir.  İşıq  yüngülləşən 


129
 
 
olduğundan  gözlə  görünür  və  ətrafı  bürüyür.  Qaranlığın  sanki 
üstünü  örtür.  Qaranlıq  elə  bil  işığın  altında  gizlənir.  Qaranlıq 
məkana daxil olan işıq qaranlıq məkanı  aktivləşdirir. Məkanın 
kütləsi  də  arta  bilir.  Günəş  enerjisi  Yer  kürəsinə  daxil  olanda 
onun kütləsini artıra bilir. Bir məkanda işıq artanda sıxılma baş 
verir. Bir məkanda (məsələn, otaqda) həddən artıq işıq yanarsa, 
partlayışlar olar.  
 Ən  böyük  enerji  potensialı  qaranlıqdır.  Qaranlıqdan 
ulduzlar  törəyir.  Qaranlıq  passiv  (yatmış)  enerji  mənbəyidir. 
Sürətlənir  və  aktivə  çevrilir.  Bu  halda  işıqlanma  (qığılcım) 
yaranır.  Qaranlıq  mütləq  varlıqdır.  Mütləq  varlıq  da  işiq 
adlanan  mütləq  varlığı  yaradır.  Qaranlıq  dar,  kiçik  məkanda 
işığa çevrilir. Məcazi mənada desək, otaqdakı qaranlıq məkanı 
sıxlaşdırıb  işıq  əmələ  gətirmək  olar.  Ulduzlar  da  qaranlığın 
müəyyən  məkanda  sıxlaşmasından,  sürtünməsindən  meydana 
gəlir. 
Qaranlıq  passiv  və  kütləsi  çox  olan  qüvvədir.  İşıq  da 
qüvvədir. Ancaq aktiv və sürətli qüvvədir.  
 
 Yazılma tarixi-27 aprel 2017-ci il  
 
İnsan və kainat haqqında 
 
İnsan  kainatın  törəməsidir  və  buna  görə  də  tərkibidir. 
Kainatın  əlamətləri  insanda  cəmləşib.  İnsandakı  əlamətlərlə 
kainatı görmək olar.  
Qaranlıq  aləmin  sonsuzluğu  və  işıq  üçün  əsas  mənbə 
rolunu  oynaması  insanda  da  büruzə  verir.  İnsanın  beyini  öz 
fəaliyyətinə görə passiv və aktiv hissədən ibarətdir. Beyin tam 
işləyir. Lakin passivlik və aktivliyin nisbəti fərqlidir. Passivlik 
çoxdur. Əsas mənbə passivlikdir. Onun sadəcə kiçik bir hissəsi 
aktivliyi  təşkil  edir.  Beyinin  passiv  hissəsi  qaranlıqdır,  qeyri-
müəyyənlikdir.  İnformasiyalar  itmir.  İnformasiya  yaddaşda 
passiv  və  aktiv  olur.  Beyin  sürətlə  işləyəndə  aktivlik  çoxalır. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə