86
Deməli, hüquq dəyər olaraq dəyərlər elementlərinin vəhdətindən
ibarət olan konseptual məna kəsb edir. Hüquq dəyərlərin əldə
olunması üçün, eləcə də dəyərlərin qorunması üçün lazım olan
hərəkətlərin edilməsini şərtləndirir. Hüquq hərəkəti ona görə
şərtləndirir ki, özünü yenidən təsdiq etsin, aşkarlasın. Haqq
vəzifə panelini, müstəvisini əhatə edir. Bütün vəzifələrə
səlahiyyətlər verir. Vəzifələrin müəyyən məkanlarda birləşmiş
mücərrəd paneli elə haqqın əsaslarını və müstəvisini meydana
gətirir. Haqq müstəvisi vəzifə, öhdəlik və məsuliyyət müs-
təvisini öz daxilində cəmləşdirir.
Belə bir fikir ətrafında (tezis olaraq) sintez (tezislər
birləşməsi, fikir birləşməsi) yaratmaq olar: -hüquq və vəzifələr
nədir, onlar anlayış kimi bir-birilərini necə şərtləndirir.
Vəzifələr və hüquqlar necə bir-birilərini tamamlayır. Onlar necə
bir-birilərinin daxillərini tamamlayır və s. Qəbul etmək olar ki,
elə əslində hüquq universallaşan, bütövləşən, buna görə də
konkretləşən, xüsusiləşən ümumi bir anlayışdır. İnsan harada
varsa, hüquqları da onunladır. Hüquq bağlılıq yaradır və ardıcıl
qaydada vəzifələri müəyyən edir. İnsanlar hərəkətlər etdikcə
vəzifələrini də genişləndirirlər və hüquqlara malik olurlar. Vəzi-
fələrin tərkibi -şaxələnməsi və məhdudlaşması-hüququn şaxə-
lənməsini və məhdudlaşmasını yaradır. Hüquq subyektiv məna
kəsb edir və obyektivliyi də meydana gətirir. Hüquq və fəaliyyət
bir-birini tamamlayan, bir-birinə şərt verən kriteriyalardır.
İnsanların fəaliyyət sahələri hüquqların sahələrini meydana
gətirir. Hüquqların yerinə yetirilməsi imkanları və dərəcələri
vardır. Hüquqlar şaxələndikcə fəaliyyət də şaxələnir. Lakin
imkanlar hüquqların şaxələnməsini təmin edir. İmkanlar
vəzifələri genişləndirir, vəzifələr hərəkətləri böyüdür. Nəticədə
imkanlar artır. İmkanların artması hüquqların genişlənməsini
təmin edir. Hüquqlar böyüdükcə vəzifələr də böyüyür.
Hüquqları
gerçəkliyə
çevirən
imkanlardır,
fəaliyyətdir,
potensialdır. Hüquq fəaliyyətlə aktivləşir. Mənbə kimi hər
zaman mövcud olur. Lakin passivlikdən aktiv fazasına doğru
87
fəaliyyət zamanı keçid edir. Məsələn, normativ-imperativ
(məcburi) və digər normativ hüquq normaları müəyyən
dəyişikliklərə məruz qalmaqla hər hər zaman mövcuddur. Bu
normalar hüququn nəzəri baxımından daimiliyini şərtləndirir.
Hüquq norması fərdi olaraq tətbiq olunmayanda kimlərsə üçün
passiv olaraq qalır. Lakin zərurət ortaya çıxanda hüquqlar
aktivləşir, normalar tənzimedici qaydalar olaraq tətbiq olunur.
Hüquqların təmin olunması şəraitlə bağlı olan bir hadisəyə
çevrilir, həmçinin tələbatlar amili də burada xüsusi önəm kəsb
edir.
Onu da qəbul etmək lazımdır ki, vəzifələr və hüquqlar
konseptual əsaslara malik olan anlayışlardır. Ona görə ki, bütün
sahələri, tənzimləmə, qaydalarasalma sahələrini əhatə edir. Bu
anlayışların konseptuallığı həm də insanların təbii xüsu-
siyyətlərinə, təbii fəaliyyətlərinə əsaslanır. Fəaliyyətlərin çox-
genişliliyi, həmçinin üfiqi və şaquli sistemliliyi məhz təbii
hüquqların genişlənməsini və inkişafa müvafiq olaraq pozitiv
əsaslar almasını təmin edir. Hüquqlar təsnif olunur: təbii və onun
davamı olan, təbii hüquqların təmin olunmasına yönələn pozitiv
hüquqlar tərkibinə bölünür. Təbii hüquqlar əsas dəyərlər kimi öz
əhəmiyyətini qoruyub saxlayır və onun reallaşması əsasən
pozitiv hüquqların təmin olunması ilə yerinə yetirilir. Təbii
hüquqların təsdiqini pozitiv hüquqlar müəyyən edir. Deməli,
təbii hüquqların qorunmasını pozitiv hüquqlar təmin edir.
Burada baza dəyərləri digər dəyərlər möhkəmləndirir, təmin
edir. Vəzifələri də bu qaydada təbii və pozitiv vəzifələrə ayırmaq
olar. Təbii vəzifələr və pozitiv vəzifələr ictimai vəzifələrin, ailə-
məişət vəzifələrinin və siyasi vəzifələrin bazasında dayanır.
Əslində isə bütün pozitiv vəzifələr təbii vəzifələrin tərkibində
qərarlaşır. Çünki insan təbii məxluqdur və insanların yaratdıqları
bütün sosial-iqtisadi formasiyalar, əlaqələr quruluşları məhz
insanların təbii xassələrindən, yəni qurucu və yaradıcı
olmalarından irəli gəlir. İnsanlar özlərinin təbii olan əlamətlərinə
görə dəyərli məxluqlardır. İnsanların fəaliyyəti ilə genişlənən
88
hüquqları da təbii hüquqlardır. Təbii hüquqların artması, təbii
hüquqların təmin olunması elə əslində pozitiv hüquqların
böyüməsini təmin edir. Hər bir anda insan üzərinə vəzifələr
düşür. Dəyərlərin əldə olunması və istifadəsi, onların qorunması
məhz vəzifələr yerinə yetirildikcə mümkün olur. Vəzifələr
fəaliyyət qabiliyyətinə müvafiq olaraq dərəcələnir, eləcə də
sahələrə ayrılır, təsnif olunur. Vəzifələr yaşla əlaqədar olaraq,
eləcə də cins müxtəlifliyinə görə azalıb –artır, öz məkanını
dəyişdirir. Məkan dəyişəndə yeni hüquqlar sahələrinə daxil
olmaq imkanları meydana gəlir. Hüquqlar və vəzifələr şəxslərin,
tərəflərin, subyektlərin və obyektlərin dəyərlərini müəyyən edir.
Vəzifələr və hüquqlar konseptuallığı ona görə özlərində
cəmləşdirirlər ki, həm vəzifələr sahələrə ayrılmaqla təsnif
olunur, həm də ayrıca hüquqlar təsnifat obyektinə çevrilir.
Hüquqlar dəyər təkibi etibarilə də təsnif olunur. Hüquq norma-
larının ayrı-ayrı sahələr üzrə məcəllələşməsi meydana gəlir.
Hüquq normalarının ixtisaslaşması prosesləri yaşanır. Konsep-
tuallıq hüquqların daima inkişafında da öz əksini tapır. Baza
hüquqlar, mövcud və gələcək hüquqlar arasında bir inkişaf xətti,
yüksəlmə, artma trayketoriyası mövcud olur. Yüksəkliyə və
artıma doğru inkişaf prosesləri zamanı sistemlilik təkmilləşir və
tənzimləmə sayəsində baza hüquqi prinsiplər qalmaqla, öz
mahiyyətini saxlamaqla daha da inkişaf edir. Konseptuallıq həm
daxili artımda, həm də sistemlilikdə meydana gəlir.
Hüququn reallaşması hərəkətlər sayəsində mümkündür.
Hərəkətlər dəyər olaraq onları dəyərləndirən, onlara istiqamətlər
verən hüquqlara dəyərlər verir. Çünki hərəkətlər əsnasında
hüquqlar reallaşmağa başlayır. Hərəkətlərin motivləri hüquqları
dəyərli edir. Buradan da vəzifələrin dəyərli əsasları formalaşmış
olur. Hərəkətlər də vəzifələrdə-burada həm sosial-ictimai
vəzifələrdə, həm də peşə və ixtisasla əlaqədar olan vəzifələrdə-
öz əksini tapır. Vəzifə görülən və görüləcək işlərin norma və
qaydalarla müəyyən olunmasıdır. Vəzifələr özündə məqsəd və
maraqları əks etdirir, eləcə də müəyyən yolları göstərir. Deməli,
Dostları ilə paylaş: |