95
genişləndirir, digər tərəfdən subyektlərin hərəkətlərinin məh-
dudlaşmasını təmin edir. Burada qoruma funksiyası dəyərlərin
qorunmasını təmin etmək üçündür. İnsanlar öz hüquqlarını
qorumaqla və hüquq normalarını qorumaqla əslində dəyərlərini
qorumuş olurlar.
Vəzifələr hərəkətləri və hərəkətsizliyi özündə cəmləş-
dirməklə, müvafiq aktlar olmaqla hüququn tərkibini təşkil edir.
Vəzifələr elə hüququn ifadə olunması hərəkətləridir, hərəkətlərin
özüdür. Hüquq vəzifələrdə əks olunur. Hüquqa nail olmaqla
vəzifələr əldə etmək olur. Vəzifələrin yerinə yetirilməsi hüquq-
ların əldə olunması və hüquqların təmin edilməsi mənasını verir.
Məsələn, valideyn vəzifələrinin yerinə yetirilməsi nəticələr
etibarilə uşaq hüquqlarının təmin olunmasına gətirib çıxarır.
Vəzifələr genişləndikcə, normalarla genişləndikcə hüquqlar da
genişlənir. Vəzifələrin genişlənməsi həm də digər tərəfdə
hüquqların məhdudlaşmasına səbəb ola bilir. Məsələn, valideyn
uşaq üzərində öz vəzifəsini (səlahiyyətlərini) ifrat dərəcədə
genişləndirərsə, uşağın hüquqlarını məhdudlaşdırmış olar, onun
səlahiyyətlərinin əksəriyyətini əlindən almış olar. Onda belə
çıxır ki, hüquq hərəkətlərlə bağlı olan bir mücərrəd və real-
konkret məfhumdur, konseptual anlayışdır. Hüquq məkan
genişləndirən və məhdudlaşdırandır. Vəzifələr hüququn tərkib
komponentidir. Hüquq vəzifələrə istiqamətlər verir, onun forma
və məzmununu müəyyən edir. Vəzifələr normalarla ifadə olunur
ki, bu da hüququn özü demək olur. Hüquq hərəkətlərdədir, bu
hərəkətlər də vəzifələrdədir. Deməli, hüquq elə vəzifələrdə
meydana gəlir. Lakin əvvəlcə də qeyd olunduğu kimi, hüquq
vəzifədən qabaq da olur. Məsələn, uşaq dünyaya gələndə onun
hüquqları-insan hüquqları yaranır. Hələ vəzifəsi olmur. Uşağın
vəzifəsi müəyyən yaşlardan başlayır. Məsələn, uşaq məktəbə
gedir. Bu, onun hüququdur. Məktəbdə şagird kimi (qaydalarda
olduğu kimi) özünü aparmaq isə uşağın (məktəblinin) əsas
vəzifəsidir. Dərslərini hazırlamaq, kitabları oxumaq və bilikləri
96
mənimsəmək onun vəzifəsidir. Bu vəzifə məhz uşağın şagird
hüququndan meydana gəlir. Bu iki aspektin vəhdətində uşağın
fəaliyyət və hüquq dəyərləri meydana gəlmiş olur. Şagird
hüquqları məsuliyyəti də artırır. Uşaq böyüdükcə vəzifələri də
artır. Vəzifələri artdıqca hüquqları da artır. Tələbənin hüquqları
meydana gəlir. Deməli, vəzifələrin böyüməsi qabiliyyətə, əqli
qabiliyyətə, əmək qabiliyyətinə bağlı olur və imkanlardan asılı
olur. İmkanlar dedikdə, belə başa düşmək olar: məsələn, dövlət
özünün maliyyə imkanlarına müvafiq olaraq məktəbləri zaman-
zaman müəyyən avadanlıqlarla, informasiya texnologiyaları ilə
təmin edir. Bu təminat olan yerdə məktəblərin həmin
vasitələrdən istifadə hüquqları meydana gəlir. Yeni hüquqlarla
yanaşı, onların həm də vəzifələri genişlənir. Məsələn, yeni
vasitələrdən istifadə qaydalarına əməl etmək artıq onların
vəzifələrinə çevrilir. Həmçinin, bir şəxsin müəyyən dövlət
vəzifəsini tutması ilk növbədə onun hüquqları ilə müəyyən
olunur. Hüquqlar burada müəyyən kriteriyaları əks etdirir,
tələbləri, standartları, formulaları ifadə edir. Deməli, hüquqlar
tələblər, standartlar və bunlardan irəli gələn normalardan ibarət
olan dəyərlərdir. Bu normalar da gerçək imkanlara, tələb verən
imkanlara bağlı olur.
Vəzifələr genişlənir, hüquq da genişlənir. Deməli, dəyər
dəyəri genişləndirir. Vəzifələr həm də hüququ sərhədləyir.
Hüquq sərhədləri müəyyən məkanlarda və zamanlarda
vəzifələrlə müəyyən olunur. Məsələn, insanlar adət qaydalarına
uyğun olaraq məişət münasibətlərində və əlaqələrində olurlar.
İctimai münasibətlərin özü elə hüquqdan meydana gələn
hüquqdur. Təbii olaraq yaranır və formalaşır. Davranış əxlaqdır
və mənəviyyatın tərkibidir. Davranış da sərhədlənir. Müvafiq
qaydalarla davranmaq və əxlaq normalarına əməl etmək hər bir
şəxsin vəzifəsinə və vəzifəyə əməl etmə borcuna, öhdəliyinə
çevrilir. Öhdəlikləri, məcburi və zəruri hərəkətləri, davranışları
özündə ehtiva edən vəzifələr hüquqları sərhədləyir. Müəyyən
97
olunmuş davranış qaydalarından kənara çıxmaq məhz davranış
adətlərindən kənara çıxmaq deməkdir. Bu halda sərhədlər
pozulur. Sərhədlər pozulanda ya hüquqlar məhdudlaşır, ya da
hüquqlar genişlənir. Kəsişmə və toqquşma anında daha çox
sərhədlər pozulur. Eyni zamanda qeyd etmək yerinə düşər ki, bir
şəxsin dövlət vəzifəsini tutmaq hüququ həmin şəxsin vəzifə
öhdəliklərini və vəzifə və hüquq səlahiyyətləri dairəsini
meydana gətirir. Dairələrdən kənara çıxmaq sərhəd pozuntusunu
meydana gətirir. Bu anda hüquqlar da məhdudlaşır. Subyekt öz
səlahiyyətlərini aşır.
Vəzifələrdə səlahiyyətlər müəyyən olunur. Səlahiyyətlər
ixtiyarlardır, hərəkət imkanlarını, sərhədlərini, məkanlarını və
şəxslərin təsir obyektlərini və təsir sahələrinin əhatəsini əks
etdirir. Hüquq və vəzifələr məhz səlahiyyətləri meydana gətirir.
Səlahiyyətlər hüquqa məxsus olan şəxslərin statuslarını,
mövqelərini müəyyən edir. Səlahiyyətlər hərəkətlərin dərə-
cələrini özündə ehtiva edir. Səlahiyyətlər hüquqlar və vəzifə-
lərdən meydana gəlməklə yanaşı, həm də hüquqlar və vəzifələrin
istiqamətlərini özündə əks etdirir. Deməli, səlahiyyətlər
məzmunun əsasında dayanır.
Hüququn tərkibini təşkil edən komponentlər dəyərlərdən
ibarət olur. Dəyərlər məhz komponentlərin əsas məzmununu
ifadə edir. Dəyər hər bir hüquqi vəzifələrdə mövcud olur. Çünki
hər bir hüquqi vəzifə pozitivdir.
Qeyd: Vəzifələr və hüquqlar arasında eynilik var. Bir-birinə
tərkibdir. Hüquq dəyişəndə vəzifə, vəzifə dəyişəndə hüquq
dəyişir. Burada məkan və imkanlar amili dəyişdirici-artırıb-
azaldıcı kriteriyalar rolunda çıxış edir. Hüququn məkanı
dəyişəndə subyektin vəzifəsi də dəyişir. Vəzifə dəyişəndə hüquq
tərkibini dəyişdirir.
Hüquq –müsbət bir dəyərdir, cinayət-mənfi hərəkətdir,
mənfi hərəkətin (əks təqdirdə, cəzanın tətbiqini məcbur və zəruri
edən) nəticəsidir. Bu baxımdan da “cinayət hüququ” ifadəsi
düzgün deyil, hüququn müsbət xarakterinə ziddir. Hüququn
Dostları ilə paylaş: |