downloaded from KitabYurdu.org
VII
* * *
ekspertizanın nəticəsinə şübhəmi bildirdim. Ancaq daha həmin
müddəti uzadıb saat 12-yə çıxartmayacağıq ki!
-
Düz deyirsiz! - dedim. - Ancaq hər şey ola bilər. Sonradan kimsə
yad adam gəlsə, qalxıb yerlərini yığışdıra da bilərlər. Mən nədənsə
Ağasəmədin bu işi etdiyinə inana bilmirəm. Qaldı Təranə, o barədə
danışmağa dəyməz. Mikayılı süfrədə Mikayılla oturub araq içən kişi
öldürüb.
- Boş şey danışırsan! - Təyyar müəllim əlini yellədi, - o gecə o
bədbəxtlər nə yataqlarını açmayıblar, nə də yerlərinə girməyiblər.
Fəzayə bişirdiyi xörək payını tam yeyib. Elə Mikayıl da! Mikayıl
süfrə başında öldürülüb. Deməli, onlar axşam yeməyini elə ondaca,
qonaqla birlikdə yeyiblər. Daha sənin dediyin kimi acqarına yerlərinə
girib, sonra durub xörək bişirməyiblər. Ağasəməd cəfəngiyat danışır.
Buna şübhəm yoxdur. Mən elə bu gecə onun boynuna qoyacam
cinayətini. Ancaq hər halda, bu işdə anlaşılmazlıqlar da yox deyil.
Belə çıxır ki,
Mikayılgil Təranəni başdan eləyib sonra şam yeməyini hazırlamaq
istəyiblər.
-
Bir şey də var, - dedim. - On birə işləmiş televizorda maraqlı
konsert olub. Təxminən ıı-ə 5 dəqiqə qalmış qurtarıb. Bəlkə buna görə
Təranə orada olanda xörək bişirmək sadəcə olaraq, yada düşməyib.
Axı Selcan Əsgərliyə indi hamı çox maraq göstərir?!
Təhməzov söhbətə qanşdı:
-
Ağasəmədin qatil olmağına mən də inanmıram. Ancaq hər halda
gəlin onun dediklərinin nə dərəcədə düzgün olduğunu yoxlamaq üçün
arvadını da danışdıraq.
Mən otaqdan çıxdım. Ağasəməd məktəbin qapısı ağzında
dayanmışdı. Əvvəl onu göndərmək istədimsə də, sonra fikrimi
dəyişdim. Məktəbin yanındakı idman meydançasında oynayan kənd
uşaqlarından birini səsləyib Ağasəmədin arvadı Həbibənin dalınca
göndərdim.
Həbibə çox həyasız arvad idi. Ağzına nə gəldi danışa bilirdi.
Kənddə elə bir arvad ola bilməzdi ki, onun qabağına çıxa bilsin.
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
VII
* * *
Ağasəməd özü də ondan it kimi qorxurdu. Gəlib otağa girən kimi bizi
asıb-kəsməyə başladı:
-
Nədir, nə istəyirsiz? Nə olub?
-
Bir az sakit olun, sizdən bir kəlmə söz soruşacağıq. - Təhməzov
təmkinlə dilləndi. - Deyin görək əmisi oğlu öldürülən gecə Ağasəməd
onun evinə getmişdimi? Getmişdisə saat neçədə qayıtdı?
-
Mən saat-maat bilmirəm. Siqaret tapşırmağa getmişdi. Getdi də,
o saat qayıtdı da! Nədi, yoxsa onun boynuna yıxmaq istəyirsiz hə, bu
işi? Ay siz öləsiz! Bütün rayonu bir-birinə vuraram. Elə bir o
qalmışdı.
-
Bəs qayıdanda nə dedi Ağasəməd? - Təhməzov heç elə bil onun
sözlərini eşitməmişdi.
-
Dedi ki, yatıblar. On dəqiqə çəkmədi gedib-gəlməyi. O atamın
goru haqqı! İnanırsız?
-
Yaxşı fikirləşin, bəlkə bir 15-20 dəqiqə çəkib? -Seyidov sual
verdi.
-
Müsəlman deyilsiz? Allaha and olsun, onda təqsir yoxdur. O
adam öldürəndir? Eyibdi sizin üçün! Camaatı bir-birinə düşmən
eləməyin! Gedin axtarın, adamınızı tapın! Bacısı onlardan gəlirmiş
həmin gecə, bəlkə elə o eləyib?
-
Niyə bilmədiyin şeyi danışırsan? - Seyidov əsəbiləşdi. - Bacı öz
qardaşına əl qaldırar? Özü də elə ağıllı qadın!
-
Əşi siz allah ağzımı açmayın! Mənim onsuz da adım vayqanlıdır.
Abırlı qadın tapdınız! O qızıb. Qızan qadın da ki, pula görə qardaşına
da əl qaldırar, hələ üstəlik atasına da. On min dollar az puldur?
-
Haradan bilirsən pullann qədərini?
-
Əşi nə pul? Mən pul zad bilmirəm. Sizə dedim ki, gedin
adamınızı axtarın. Vallah sizə elə toy tutaram ki, adınız yadınızdan
çıxar!
-
Az danış! Qadınlığına hörmət elə! - Mayor Seyidov ona təpindi.
Sonra üzünü Təhməzova tutdu.
-
Gedək, Nadir müəllim. Bu tayfa ancaq şöbədə danışdırılanda
quzuya dönür. Məktəbdə bunlarla danışmaq çətindir.
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
VII
* * *
Biz qalxıb həyətə çıxdıq. Həbibənin hay- küyünə əhəmiyyət
verməyib Ağasəmədi polis maşınına mindirdik və rayon mərkəzinə
yola düşdük.
Rayonda baş verən başqa bir hadisəyə Seyidovun başı müvəqqəti
qarışdığı üçün həmin gün Ağasəməd danışdırılmadı. Səhəri gün isə
mən yenə Qaradumanlı kəndinə getməli oldum. Qatilin tapılmaması
məni hamıdan çox narahat edirdi. Mən hiss edirdim ki, biz haradasa
səhvə yol veririk. Polis Akademiyasında bizə mühazirə oxuyan
Qanbay Qasımlı deyirdi ki, «Bəzən ən adi bir söz, ən kiçik bir detal
cinayətin sirrinin açılmağına səbəb ola bilər». Bəs biz hansı sözü
unutmuşduq, hansı kiçik detalı nəzərdən qaçırmışdıq? Qasımlı bizə
cəmi üç-dörd mühazirə oxusa da mən onu öz müəllimim hesab
edirdim və məndən cəmi beş yaş böyük olmağına baxmayaraq onun
müdrikliyi və təcrübəsi qarşısında baş əyirdim. İndi qərara gəldim ki,
Qanbay müəllimin dediyi kimi heç bir kiçik detalı gözdən qaçırmadan
baş vermiş bu hadisəni özüm araşdıracağam.
Nadir Təhməzov yavaş-yavaş qəti qərara gəlirdi ki, cinayətkar
Təranədir. Ancaq yaxşı ki, onun fikrinə etiraz edən təkcə mən
deyildim. Rəisimiz də, mayor Seyidov da bu məsələdə Təhməzovun
əleyhinə idilər. Seyidov özü isə təkid edirdi ki, cinayəti heç kəs yox,
məhz Ağasəməd törədib. Əslində isə Təhməzovu da, Seyidovu da
çaşdıran, düzgün yola düşməyə qoymayan tibb eksperti Aqşin
Dadaşovun verdiyi başdansovdu rəy idi. Ancaq mən belə düşünürdüm
ki, hadisə təxminən saat ıı ilə 12 arasında baş vermişdi və həmin
hadisəni törədən şəxs nə Təranə, nə də Ağasəməd deyildi. Cinayətkar
kimdirsə o, Ağasəməddən sonra gəlmiş, Mikayılgil də qalxıb onu
mehribanlıqla qarşılamışlar. Yaxşı, bəs həmin adam kim ola bilərdi?
Mənim məqsədim də nəyin bahasına olursa, olsun naməlum şəxsin
kimliyini müəyyənləşdirmək idi. Bəlkə onda Təhməzov da, hətta
təcrübəsinə hörmət etdiyim mayor Seyidov da etiraf edəcəkdilər ki,
indi sahə müvəkkili olmağıma baxmayaraq cinayət axtarışı işini heç
də onlardan az bilmirəm.
Əvvəlcə Həsənalı kişigilə gedib, onunla və ailə üzvləri ilə söhbət
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |