Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   14   15   16   17   18   19   20   21   ...   73

downloaded from KitabYurdu.org
VII 
* * *
-
 
Bəli!  Qadın  çığırtısı  səsi  gəlib.  Bunu  eşidən  olub.  Çığırtı  tez  də 
kəsilib. 
- O vaxt biz konsertə baxırdıq. Nə qışqırtı ola bilərdi?... Hə! Arada 
bir  dəfə  Fəzayə  həyətə  düşmüşdü.  Mikayıl  da  açıq  qapının  ağzında 
durub  gah  televizora,  gah  da  həyətə  baxırdı.  Fəzayə  gecələr  həyətə 
düşəndə  yaman  qorxurdu.  Şəhərli  qızı  idi  axı.  Birdən  o,  Mikayılı 
çağırdı, ya bəlkə də qışqırıbmış, deyə bilmərəm. Televizorun səsindən 
yaxşı eşitmədim. Mikayıl bərkdən soruşdu ki, nə oldu? Fəzayə tələsik 
evə  girdi  və  dedi  ki,  başımın  üstündən  yarasa  uçdu,  ona  görə 
qorxdum... 
Demək  belə!  Başqa  cür  ola  da  bilməz.  Ancaq,  bu  işıqucu  da 
əlimizdən  belə  çıxdı.  O  qoca  həyətdə  olanda  eşitdiyi  səs  həmin  bu 
qışqırtı  olub.  Fəzayə  yarasadan  qorxub  qışqırıbmış.  Əgər  belədirsə, 
Təranədən  və  onunla  əlaqədar  Oqtaydan  şübhələnməyə  dəyməz.  Ya 
bu  cinayəti  Seyidovun  dediyi  kimi,  Ağasəməd  törədib,  ya  da 
Ağasəməd  həyətdən  çıxandan  sonra  kimsə  ora  gəlib.  Ancaq  əsas 
məsələ də odur ki, kim?.. 
-
 
Onlan Ağasəməd öldürməyib? - deyə Təranə qəfildən soruşdu.
Onun gözlərinin içinə baxdım. Bu gözlərdə kədər də var idi, qorxu 
da. Ancaq yox! Kim nə deyir desin, o bu sualı ürəkdən, səmimiyyətlə 
verdi.  Onu  bir  bacı  kimi  maraqlandırırdı  ki,  qardaşını  Ağasəməd 
öldürüb, yoxsa başqası? 
-
 
Bilmirəm! - dedim. 
-
 
Siz məndən də şübhələnirdiz? - sakitcə soruşdu. 
-
 
Necə  deyim?  İstər-istəməz  sizdən  şübhələnməliydim.  Tibb 
ekspertimiz  cinayətin  törənmə  vaxtını  elə  müəyyənləşdirib  ki,  bu 
müddət sizin orada olduğunuz vaxtla təxminən üst-üstə düşür. Digər 
tərəfdən bu qışqırıq səsi... 
Təranənin gözləri doldu. 
-
 
Mən  Mikayılın  barmağına  tikan  batmasına  da  razı  olmazdım. 
Onu qardaşlarımın ikisindən də çox istəyirdim. Onlan öldürən alçağı 
əlimə versələr onu dişlərimlə parça-parça eləsəm də ürəyim uf deməz. 
Qardaşım heç kəsə pislik eləməmişdi...- azacıq susub yenə danışmağa 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
başladı: 
-
 
Elə hesab eləyin ki, daha həyatım puç olub. Bu yandan Oqtay da 
həmin  gün  onların  evində  olmağıma  görə  məni  tənələyir.  Deyir 
qardaşmgilə  getməyə  vaxt  tapdın.  Yad  kişilərin  məni  istintaq 
eləməsindən də çox əsəbiləşir. Çalışın ki, məni daha bu işə qatmayın. 
Xahiş edirəm! Mənim ailəmin dağılmağına razı olmayın! 
Əlləri ilə üzünü örtüb hönkürtüylə ağlamağa başladı. Ağladıqca ətli 
çiyinləri atılıb-düşürdü. 
-
 
Ağlamayın,  -  dedim.  -  Qardaşınızın  qatilini  mütləq  tapacağıq. 
Ancaq gərək siz də bu işdə bizə kömək edəsiniz. 
Yaylığı ilə gözlərini qurulayıb üzümə baxdı: 
-
Mən nə kömək edə bilərəm? 
-
Sizin fikrinizcə bu cinayəti kim etmiş olar? 
-
Nə bilim... Deyə bilmərəm... 
-
 
Paşadan, ya Namiqdən şübhələnmirsiz ki? 
Bu dəfə çiyinlərini çəkdi. 
-
 
Bəs Ağasəməd necə? 
-
 
Ondan şübhələnirəm. O gecə o məni görəndə özünü itirdi. 
-
 
Axı onun deməyinə görə, o hətta sizinlə zarafat da edib. Deyib ki, 
bu nədir, islanmış cücəyə dönmüsən. 
-
 
Özünü itirib söz tapmadı deməyə. Ona görə elə dedi. Qardaşımı o 
öldürüb! Ondan nə desən çıxar. 
-
 
Bizim Cinayət Axtarış bölməsinin rəisi Təyyar müəllim də ondan 
şübhələnir.  Axı  Ağasəmədin  arvadı  təsdiq  edir  ki,  ərinin  evdən 
çıxmağı  ilə  qayıtmağı  bir  olub.  Çünki  o,  Mikayılgili  səsləyibsə  də 
cavab verən olmayıb. Təranə birdən qəzəblə dilləndi: 
-  Yalan  deyirlər!  Həbibə  kimi  həyasız,  araqarışdıran  qadın  bütün 
kənddə yoxdur. Onlar yəqin ki, sözü bir yerə qoyublar. 
Təranə ilə söhbəti bitirib rayon mərkəzinə qayıtdım. Namiqgildə və 
məktəbdə  apardığım  sorğu-  sual  barədə  mayor  Seyidova  məlumat 
verdim.  Təyyar  müəllim  o  saat  Ağasəmədi  kabinetə  gətirməyi 
tapşırdı.  Onu  özümlə  gətirib  içəri  saldım  və  keçib  oturdum.  Axşam 
Ağasəmədin  başına  elə  oyun  açmışdılar  ki,  indi  də  ayaq  üstə  güclə 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
dururdu. 
-
 
Hə, nə fikirləşdin Ağasəməd? - Seyidov istehza ilə soruşdu. 
-
 
Nə fikirləşəcəm, başına dönüm? 
-
 
Deyirdin  Nəcməddinin  nə  qədər  pul  gətirməsindən  xəbərin 
yoxdur, hə? 
-
 
Xeyr, mən hardan bilim, axı? 
-
 
Xəbərin var ki, öz işini dolaşdırırsan? Sən Paşaya deməmisən ki, 
Nəcməddin  on  min  dollar  pul  gətirib  Mikayıl  üçün?  Deməmisən  ki, 
onun yerində olsaydım maşın alardım? Gətirim üzləşdirim sizi? 
Ağasəməd başını aşağı saldı. Seyidov qalxıb onun yanma gəldi. Əli 
ilə çənəsindən tutub yuxarı qaldırdı. 
-
 
Səni  elə  hala  salaram  ki,  sınmayan  sümüyün  qalmaz.  Nə 
soruşurlar düzgün cavab ver! 
Ağasəməd yalvarmağa başladı: 
-
 
Qələt  eləyib  yalan  demişəm.  Qorxudan  elə  dedim  ki,məndən 
şübhələnməyəsiz. Ancaq o 
əsgərlikdə  olan  oğlumun  ölümü  üçün  mənim  bu  işdən  xəbərim 
yoxdur. 
-
 
Hansı işdən? 
-
 
Ölüm  işindən.  Möhkəm  yağış  yağırdı.  Çağırdım  eşitmədilər, 
qayıdıb getdim. 
-
 
Pulun qədərini kimdən eşitmişdin? 
-
 
Mikayılın  özündən!  Dedim  Nəcməddin  pul  gətiribsə  evini 
düzəltdir. Dedi cəmi on min pul gətirib. 
-
 
Dollar? 
-
 
Yəqin elə olar da... 
-
 
Ağasəməd, bu cinayəti sənə sübut edəcəyəm. Ancaq gəl xoşluqla 
boynuna al. 
-
 
Ay başına dönüm, mən öldürməmişəm axı onları!.. 
-
 
Bəs kim öldürüb? 
-
 
Haradan  bilim....  -  bir  az  fikirləşib  əlavə  etdi!  -  Bəlkə  Vaqif 
öldürüb? 
-
 
Vaqif kimdi ə? - Seyidov səsini ucaltdı. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə