Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   16   17   18   19   20   21   22   23   ...   73

downloaded from KitabYurdu.org
VII 
* * *
atasını mənim iştirakımla qəbul etdi. 
-
 
Mənim oğlum nə edib ki, gətirib bura salmısız? - Fikrət kişi səsi 
titrəyə-titrəyə soruşdu. 
-
 
Kənddə  bir  ər-arvadı  öz  evlərindəcə  öldürüblər.  Bəzi  şeylərdə 
oğlundan şübhələnirik. 
-
 
Mənim oğlum adam öldürməz! 
-
 
Hamı  elə  deyir!  Ancaq  oğlun  bir  həftə  əvvəl  öldürülən  oğlanla 
mübahisə edib. Səbəbini demək istəmir. Həm də hiss edirik ki, onun 
bu  işdən  xəbəri  var.  Cinayətkar  tapılana  qədər  oğlunu  buraxan 
deyilik! 
-
 
Mən şikayət edəcəm! - kişi birdən-birə səsini qaldırdı. 
-
 
Get  haraya  şikayət  eləyirsən,  elə!  -  Seyidov  əli  ilə  ona  otaqdan 
çıxmağı əmr etdi. 
-
 
Nəcməddin  özünü  mərhumların  dəfninin  yeddi  günlüyü 
mərasiminə  güclə  çatdırdı.  Onun  Rusiyadan  gəldiyini  eşidib  kəndə 
getdim.  Söhbətimizdə  məlum  oldu  ki,  o,  həqiqətən  sonuncu  dəfə 
kəndə gələndə Mikayıla pul veribmiş. Ancaq on min ABŞ dolları yox, 
on min rus rublu. Bu məbləğ isə dollarla  müqayisədə xeyli kiçik bir 
məbləğ  idi.  Bunu  Mikayıldan  eşidən  Ağasəməd  səhvən  rubl  əvəzinə 
dollar  başa  düşmüş  və  yanlış  xəbər  onun  vasitəsilə  ağızdan-  ağıza 
kəndə yayılmışdı. 
Ağasəməd  ilə  Vaqifi  polis  şöbəsində  saxlayırdıq.  Onları  dəfələrlə 
danışdırmışdıq.  Bu  müddətdə  Həbibə  neçə  dəfə  polis  şöbəsinə  gəlib 
başımızı  ağrıtmış,  Vaqifin  qohumları  ora-bura  əl  atıb  üstümüzə 
minnətçi göndərmişdilər. Ancaq Seyidov inadından dönmürdü. Nəyin 
bahasına olursa olsun, cinayətkan müəyyən edib işi bitirmək istəyirdi. 
Polis  şöbəsinin  rəisi  polkovnik  Əlizadə  və  əməliyyat  işi  üzrə  rəis 
müavini mayor Nuriyev də son günlər digər işlərini bir yana qoyub bu 
işlə  məşğul  idilər.  Paşa,  Həbibə,  Namiq  və  onun  ailə  üzvləri, 
Ağasəmədin  uşaqları  və  daha  başqaları  gündə  şöbəyə  çağırılıb 
danışdırılırdılar.  Prokurorluğun  baş  müstəntiqi  Nadir  Təhməzov  da 
əsasən Oqtay və Bafadan, bir dəfə isə Təranəni prokurorluğa çağırıb 
danışdırmışdı. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
Ümumiyyətlə,  Qaradumanlıda  camaat  bir-birinə  dəymişdi.  Bu  işlə 
əlaqəsi olan da, olmayan da səksəkə ilə gözləyirdi ki, onu da nə vaxtsa 
polis  şöbəsinə  aparacaqlar.  Kənd  sakinləri  gecələr  də  narahat 
yatırdılar.  Mən  isə  gecə-gündüz  bilmədən  tez-tez  kəndə  gedir, 
kimlərisə  maşına  mindirib  ya  rəisin,  ya  mayor  Seyidovun,  ya  da 
müstəntiq  Təhməzovun  yanma  aparırdım.  Əsl  cinayətkar  isə
tapılmırdı ki, tapılmırdı. 
Bütün rayonu sarsıtmış, hamının müzakirə obyektinə çevrilmiş bu 
qanlı  cinayət  hadisəsindən  artıq  iyirmi  gün  keçmişdi.  Şöbə  rəisi 
əməliyyatda iştirak edənlərin  hamısını kabinetinə yığdı. Əsəbiləşdiyi 
aşkar  hiss  olunurdu.  Hamımızı  bir-bir  süzüb,  nəhayət,  baxışlarını 
mayor Seyidovun üzündə saxladı. 
-
 
Sənə verdiyim vaxtı neçə dəfə uzatmışam. Mənə elə gəlir ki, daha 
bəsdir. İndi buyur, axınncı dəfə öz qəti fikrini de! 
Təyyar müəllim ayağa qalxıb danışmağa başladı. 
-
 
Son  qənaətimizə  görə  hadisə  saat  ıı  ilə  11.30  arasında  olub.  Bu 
eyni zamanda Dadaşovun verdiyi rəyə müəyyən dərəcədə uyğun gəlir. 
Saat 11-ə kimi Mikayılın bacısı Mikayılgildə olub. Hadisəni o törədə 
bilməzdi. Çünki Mikayılın  Təranədən sonra daha bir qonağı olub və 
həmin qonaq Mikayılla araq içib. 
-
 
Bunu nəyə görə qəti deyirsən? 
-
 
Çünki süfrədə yanmçıq araq şüşəsi və araq stəkanı var idi. 
-
 
Nə olsun? Araq  stəkanı ki bir dənə  idi. Bəlkə Mikayıl arağı tək 
içib? 
-
 
Axı rəis, araq şüşəsindən üç yüz qram içilib. Ekspert isə göstərir 
ki, həmin gecə Mikayıl yüz qram araq içib. 
-
 
Bəlkə araq şüşəsi əvvəlcədən yanmçıq olub? - Əlizadə istehza ilə 
soruşdu və bizə baxdı. 
Seyidov əvvəl dinmədi. Sonra bir az fikirləşib dilləndi: 
-
 
Lap süfrədə oturan qonaq araq içməsə də, o Təranə ola bilməzdi. 
Mikayıl nə üçün kiçik bacısını stolda otuzdurub arvadını qonşu otaqda 
yemək yeməyə məcbur edir? 
-
 
Yaxşı, davam elə! - rəis diqqətini toplayıb qulaq asmağa başladı. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
-
 
Vurulan  zərbələr  qüvvətli  olub.  Bu  onu  göstərir  ki,  həmin 
zərbələri  vuran  güclü  kişi  olub.  Təranə  evdən  çıxandan  sonra  oraya 
Ağasəməd gəlib. Onun hərəkətləri Təranəyə də şübhəli görünüb. Eyni 
zamanda  onun  öz  danışdıqları  da  inandırıcı  deyil.  O,  guya  evin 
qabağında  dayanıb  Mikayılı  səsləyib,  ancaq  ona  heç  kəs  cavab 
verməyib. Sual olunur: bəs Ağasəməd nə üçün qapını döyməyib? 
-
 
Ağasəməd  Mikayılı  yağışın  altında  dayanıb  səsləyib?  -  rəis 
soruşdu. 
-
 
Xeyr.  Mikayılgilin  evinin  qapısından  həyət  darvazasına  qədər 
yolun üstü şiferlə örtülüdür. 
Ancaq Ağasəməd evə məhrəm adamdır. Qapını döyə bilərdi. 
-
 
Sonra? 
-
 
Mənim  fikrimcə  qətli  törədən  Ağasəməddir.  Mikayılgildə  olan 
puldan  birinci  onun  xəbəri  olub.  Deyib  ki,  o  pullar  mənim  olsaydı, 
maşın  alardım.  Hansı  ki,  istintaq  zamanı  o  bunu  bizdən  gizlətdi. 
Düzdür,  Ağasəməd  cinayəti  boynuna  götürmür.  Arvadı  da  onun 
həmin vaxt evə çox tez qayıtdığını deyir. Ancaq bu bizim üçün əsas 
ola bilməz. Qaldı Vaqif, doğrusu, o da özünü çox şübhəli apanr. Neçə 
gündən  bəri  burada  saxlanmağına  baxmayaraq  Mikayılla  nəyin 
üstündə  mübahisə  etdiyini  demir.  İndi  şəxsən  mənə  belə  gəlir  ki, 
həqiqətən 
Vaqiflə  Mikayılın  arasında  heç  bir  mübahisə  olmayıb.  Bu 
Ağasəmədin bizi azdırmaq üçün əl atdığı hiylədən başqa bir şey deyil. 
Axı Vaqifin guya Mikayılla mübahisə etdiyini bizə o demişdi?! 
-
 
Əyləş!  -  rəis  üzünü  Təhməzova  çevirdi:  -  Siz  necə,  Nadir 
müəllim, yenə öz fikrinizin üstündə durursunuz? 
Baş  müstəntiq  rəisin  yanında  oturmuşdu.  Nədənsə  kədərli 
görünürdü.  Ağır-ağır  danışmağa  başlayanda  da  heç  kəsin  üzünə 
baxmırdı. 
-
 
Mən, əlbəttə, Təranədən çox şübhələnirdim. Nəyə görə? Ona görə 
ki,  birinci  növbədə  Aqşinin  verdiyi  rəydə  göstərilən  müddətlə 
Təranənin Mikayılgildə olduğu müddət üst-üstə düşürdü. Daha sonra 
ona görə ki, Təranəni ötürən, darvazanı bağlayan olmamışdı. Təranə 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə