Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   19   20   21   22   23   24   25   26   ...   73

downloaded from KitabYurdu.org
VII 
* * *
də tez durduq... 
Həyətə  girdik.  Rüstəm  evin  də  qapısını  açarla  açıb  özü  həyətə 
düşdü. Biz içəri daxil olduq. Evdən çox pis qoxu gəlirdi. Döşəmədəki 
qan ləkələri hələ təmizlənməmişdi.  Nədənsə  çox qaşqabaqlı görünən 
Qasımlı  otaqları  gəzib  sonra  dəhlizdəki  yemək  stoluna  göz  gəzdirdi. 
Büllur külqabını götürüb üzünü mənə çevirdi: 
-
 
Deyirsiz burada bir siqaret çəkilib? 
-
 
Bəli-dedim, - İçində təkcə bir kötük var idi. Onu da Mikayıl özü 
çəkib. 
-
 
Buradakı  kül  bir  siqaret  üçün  çoxdur.  Bura  iki  siqaretin  külü 
tökülüb. 
Qasımlı bunu deyib külqabıdakı külü stolun üstünə boşaltdı və içini 
mənə göstərdi. Külqabının içində iki dairəvi qara ləkə qalmışdı. 
-  Görürsünüzmü?  Burada  iki  siqareti  basıb  söndürüblər.  Külqabı 
süfrəyə  təzə  gətirilibsə,  deməli  həmin  vaxt  burada  iki  nəfər  siqaret 
çəkib  və  qatil  gedəndə  çəngəllə  araq  stəkanı  kimi  çəkdiyi  siqaretin 
kötüyünü də özü ilə aparıb. 
Mən  dinmədim.  Deməli,  Təhməzovla  mayor  Seyidovun  arasında 
fikir  ayrılığına  səbəb  olan  bu  məsələ  belə  həll  olundu.  Görəsən,  bu 
Vaqifin cinayətkar olmadığını sübut etmək üçün kifayət idimi? Yəqin 
ki,  yox!  Mayor  Nuriyevə  bunu  sübut  kimi  təqdim  etmək  mümkün 
deyildi.  Ancaq  deyəsən  Qasımlı  özü  də  siqaret  məsələsinə  o  qədər 
əhəmiyyət vermirdi. 
Həyətə düşdük. Qasımlı başını qaldırıb evdən darvazaya qədər olan 
yolun üstünü örtən şifer örtüyə baxdı. Sonra küçəyə çıxdıq. Rüstəmlə 
Kamil küçədə dayanıb söhbət edirdi. Qasımlı Rüstəmə: 
-
 
Xahiş edirəm Təranəni, bir də Namiqi məktəbə çağırın, - dedi. 
Rüstəm  bir  uşaq  tapıb  deyilənləri  çağırmağa  göndərdi.  Sonra 
gözətçiyə məktəbi açdırıb özü Kamillə maşının yanında dayandı. Biz 
müəllimlər otağında oturub gözləməyə başladıq. Birinci Təranə gəldi. 
Otağa daxil olan kimi ərklə üzünü mənə tutdu: 
-
 
Mehman  müəllim,  sizə  dedim  axı,  daha  məni  çox  aparıb-
gətirməyin. Vallah Oqtay günümü qara eləyir. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
-
 
Nə üçün? - Qasımlı soruşdu. 
-
 
Kənd yeridir də...  -  Təranənin əvəzinə  mən cavab verdim.  -  Əri 
razı olmur yad kişilər onu təklikdə danışdırsın. 
Qasımlı Təranəni diqqətlə süzüb dedi: 
-
 
Narahat  olmayın,  sizi  çox  saxlamayacağıq.  Bir-neçə  sualımıza 
cavab  verib  gedəcəksiz.  Xahiş  edirəm,  deyin,  həmin  gecə 
qardaşımzgildə saat neçəyə kimi olmusunuz? 
-
 
On birə beş dəqiqə qalmışa qədər. - Təranə cavab verdi. 
-
Nə ilə məşğul idiniz orada? 
-
Söhbət edirdik... 
-
Sonra da konsertə baxdınız, düzdür? 
-
Bəli... Selcanm konsertinə. 
-
 
Selcan həmin konsertdə hansı rəngdə paltar geymişdi? 
-
 
Qırmızı!  -  Təranə  tərəddüd  etmədən  dilləndi.  -  Qırmızı  don, 
yaxası və kəmər yeri ağ! 
-
 
Ondan əvvəlki veriliş yadınıza gəlmir? 
-
 
Nə  isə  məktəb  barədə  veriliş  idi.  Danışıqlardan  yadımda  qalıb. 
Ancaq baxmırdıq. Söhbət edirdik. 
Qasımlı yenə nə isə soruşmaq istədi. Ancaq soruşmadı. Bir siqaret 
yandırdı. Yaman dilxor görünürdü. Görəsən onu düşündürən nə idi? 
-
 
Qardaşınızgildən  çıxanda  Ağasəmədə  rast  gəldiniz?  -  bir  azdan 
yenə sual verdi. 
-
Bəli. 
-
Sizin fikrinizcə, bu işi Ağasəməd edər? 
-
Bəli. Ondan başqa kim eləyə bilər ki? 
-
Bəlkə Vaqif öldürüb qardaşınızı? 
-
 
Yox. Yox! Nə danışırsınız? Vaqif heç vaxt elə şey eləməz. Onu 
günahsız tutublar. Mən nəyə desəz and içə bilərəm. 
-
 
Gedə bilərsiniz... 
Qasımlı  özü  də  ayağa  qalxdı.  Namiq  hələ  gəlməmişdi.  Maşının 
yanma getdik. Rüstəmlə Kamil hələ burada idilər. Həmin vaxt Namiq 
də gəlib çıxdı. Onu Qasımlıya tanıtdırdım. Qanbay müəllim Namiqin 
qolundan  tutub  bizdən  araladı  və  kənarda  söhbət  etməyə  başladılar. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
Onlar aralanan kimi Rüstəm soruşdu: 
-
 
Hələ heç kəsə sübut edə bilməmisiniz cinayəti? 
-
Yox! - dedim. 
-
Bu müstəntiqdir? - Qasımlım göstərdi. 
-
Yox, müstəqil xəfiyyədir. 
-
İradəli adama oxşayır... 
Qanbay müəllimlə Namiq bizə yaxınlaşdılar. 
-
 
Daha kimi çağırmaq lazım olacaq? - deyə soruşdum. 
-
 
Heç  kimi,  getmək  lazımdır.  Bu  oğlan  da  bizimlə  gedəcək,  - 
Namiqi göstərdi. 
Bu vaxt Kamillə  baxışdıq. Kamil  mənalı tərzdə başını tərpətdi.  O 
sanki demək istəyirdi: 
-
 
Axı mən sizə demişdim?! 
Qanbay Qasımlı Rüstəmgillə sağollaşdı. Rüstəmlə Kamil nə qədər 
xahiş etsələr də heç olmasa çay içmək üçün dayanmaq istəmədi.
Keçib Namiqlə arxada oturdular. Bir şey başa düşməsəm də Qanbay 
müəllimə  sual  vermək  istəmədim.  Çarəsiz  maşına  minib  onu  işə 
saldım və yola düşdük. 
Qanbay  Qasımlınm  hərəkətlərini  başa  düşə  bilmədiyimə  görə  maşını 
çox fikirli sürürdüm. Deməli, Namiq hamımızı, o cümlədən məni də 
aldadıb?  ...  Onun  müvəqqəti  saxlama  kamerasında  mənə  yalvarmağı 
yadıma  düşdü.  «Hamamda  olmuşam...  Hamamdan  sonra  çay  içib 
yatmışam ». 
-
 
Bu meşələri təkcə siz qoruyursuz? - Qasımlınm səsi məni fikirdən 
ayırdı. 
-
 
Xeyr! - Namiq cavab verdi. - Bir meşəbəyimiz də Gülabaddandır. 
-
 
Qanunsuz ağac kəsənlər çox olur? 
-
 
Bəli,  əsas  da  rayon  mərkəzində  qaz  kəsiləndə  işimiz  çətinləşir. 
Hamı odun aparmaq üçün axışıb meşəyə gəlir. 
Qasımlı  daha  dinmədi.  Meşə  yolunun  qurtarmağına  az  qalmış 
Namiq: 
-
 
Burada saxla, Mehman müəllim! - dedi. 
Maşını saxlayıb təəccüblə ona baxdım. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə