Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   21   22   23   24   25   26   27   28   ...   73

downloaded from KitabYurdu.org
VII 
* * *
Təranə o gecə orada olmayıb. Elə Təranə özü də. O bəlkə də qatilin 
Kamil  olduğunu  düşünmürdü.  Ancaq  o  dəqiq  bilirdi  ki,  Ağasəməd 
eləməyib bu işi. 
-
 
Bəs  axı  o  son  izahatlarında  cinayəti  Ağasəmədin  boynuna 
yıxmağa çalışırdı? 
-
 
Düzdür!  Siz  Təranəyə  demişdiniz  ki,  Feyzi  kişi  saat  10.20-də 
Mikayılgildə çığırtı səsi eşidib. 
Onda artıq Təranə başa düşmüşdü ki, hadisə məhz elə həmin vaxt baş 
verib.  Ancaq  Təranə  onu  da  bilirdi  ki,  əsl  qatil  üzə  çıxsa,  hadisənin 
dəqiq vaxtı müəyyənləşəcək və o özü ifşa olacaq. Ona görə də Təranə 
qardaşının  ölümünə  görə  nə  qədər  yansa  da,  onların  qatilinin 
tapılmağını istəmirdi. 
-
 
Bəli... - deyib başımı aşağı saldım. - Hər şey aydındır. İndi qalır 
ancaq Kamili danışdırmaq. 
-
 
Siz  əvvəlcə  Kamilin  arvadını  danışdırın.  O  ya  bilərəkdən  ya  da 
bilmədən  ərini  müdafiə  edib  deyir  ki,  əri  evdən  on  birin  yarısında 
çıxıb. Ancaq siz ondan Kamil evdən çıxandan nə qədər sonra yağışın 
başladığını  soruşun.  Ondan  sonra  Kamil  qoy  izah  etsin  görək  evdən 
çıxandan sonra  yanm saatdan  çox  müddətdə harada olub. O ki qaldı 
Təranəyə, onun sirrini açıb-açmamaq sizin öz insafınıza qalır. İndi isə 
burada mənlik iş qalmadığına görə getsəm yaxşıdır. 
Hər  ikimiz  maşından  düşdük.  Qanbay  Qasımlı  mənimlə  görüşüb 
sükan arxasına keçdi. Volqa asfalta çıxıb sola döndü və sürətlə Bakıya 
doğru yol aldı. Bir müddət onun arxasınca baxıb fikrə getdim. Gəlib 
yanımda dayanan Tofiqin səsi məni fikirdən ayırdı: 
-
 
O kim idi, Mehman müəllim? 
-
 
O çox böyük adamdı, Tofiq! - deyə cavab verdim. 
-
 
Bir  saat  sonra  polis  şöbəsinə  məxsus  UAZ-la  yenə  də 
Qaradumanlıya  qayıtmalı  oldum.  Bu  dəfə  yanımda  iki  nəfər  silahlı 
polis  işçisi  var  idi.  Qanbay  Qasımlım  yola  salıb  şöbəyə  gedən  kimi 
hər şeyi rəisin özünə danışdım. Polkovnik Əlizadə mənə adam qoşub 
tapşırdı  ki,  Kamillə  arvadını  təcili  polis  şöbəsinə  gətirim.  Deyilən 
kimi  də  elədim.  Kamillə  Fəridəni  şöbəyə  gətirib  Kamili  kameraya 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
saldıq,  arvadını  isə  rəisin  yanma  çıxartdıq.  Mayor  Nuriyevlə  Təyyar 
müəllim də orada idilər. Fəridəni rəis özü danışdırdı: 
-
 
Sentyabrın 14-də, gecə əriniz nə vaxt evdən çıxdı? 
-
 
Dəqiq bilmirəm, ancaq on birin yarısı olardı. 
-
 
Nəyə görə deyirsiniz ki, on birin yarısı olardı? 
-
 
Kamil də qayıdanda dedi ki, gör Rüstəmlə başımız söhbətə necə 
qarışıb. Evdən çıxanda saat on birin yarısı idi, indi ikiyə işləyib. 
-
 
Əriniz  evdən  çıxandan  nə  qədər  sonra  yağış  yağmağa  başladı? 
Axı o gecə yağış yağırdı? 
Fəridə bir az fikirləşdi. 
-
 
Kamil getdi, sonra başladım xörək bişirməyə... 
-
 
Nə bişirdin? 
-
 
Göyərti  qovurdum.  Uşaqları  yedizdirib  yerlərini  açdım.  Onlar 
yatdılar. Sonra qabları yuyub özüm də yerimə girdim. Bu vaxt yağış 
yağmağa başladı. 
-
 
Dəqiq deyirsiz bunu? 
-
 
Bəli, lap dəqiq! Yağış yağanda mən yatağımda idim. 
-
 
Axı yağış on birə iyirmi beş dəqiqə işləmiş yağıb! Belə çıxır ki, 
Kamil evdən saat ona on-on beş dəqiqə qalmış çıxıb. 
Fəridə boynunu əydi: 
-
 
Ola bilər. Mən saata baxmamışdım. 
Rəis mənə tapşırdı ki, protokol yazıb 
Fəridəyə qol çəkdirim. Bundan sonra onu buraxdı. Fəridə kabinetdən 
çıxanda soruşdu: 
-
 
Kamili həyətdə gözləyim? 
Rəis istehza ilə dilləndi: 
-
 
Yox, onu həyətdə gözləməyə səbriniz çatmaz. Gedin evə! Kəndə 
getməyə maşın yoxdursa, burada bir qohumunuzun evində qalın. 
-
 
Kamili nə vaxt buraxacaqsınız? 
-
 
Dedim ki, gedin evə! 
Sonra  polkovnik  Əlizadə  Vaqifi  gətirməyi  tapşırdı.  Vaqifi 
kameradan çıxarıb kabinetə gətirdim. 
-
 
Hə, yoldaş həkim,  - rəis güclə sezilən istehza ilə sözə başladı.  - 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
* * *
Deyirsən  Mikayılgili  sən  öldürməmisən?  Qohumların  aləmi  töküb 
üstümüzə. 
-
 
Xeyr, rəis! 
-
 
Dəqiq sübut olunub ki, cinayət saat  10:20-  də baş  verib. Həmin 
vaxt evdə olduğunu nə ilə sübut edə bilərsən? 
-
Mən onda konsertə baxırdım. 
-
Yanında adam var idi təsdiq etməyə? 
-
Xeyr rəis... - Vaqif özünü itirdi. 
-
 
Gəl,  məsələni  uzadıb  mənim  başımı  ağrıtma.  Sənin  işçin  və 
sevgilin Təranə artıq boynuna alıb, izahat verib ki, həmin vaxt, yəni 
doqquzdan on birə kimi sənin yanında olub! 
Vaqifin rəngi dəyişildi. Dili topuq vurmağa başladı. 
-
 
Cənab rəis, xahiş edirəm, bu sirri açmayın. Bir işdi olub. O özü 
mənə yaxınlaşmışdı. 
-
 
Harada? 
-
 
Həkim  məntəqəsində.  Məni  buraxın,  bir  də  o  kəndə 
getməyəcəyəm. Çıxıb Bakıya gedərəm. 
Rəis başını buladı. 
-
 
Vəzifənə yaraşmayan işlərlə məşğulsan. Hələ bir deyirsən ki, səni 
buraxaq?  De  görüm  o  qız  neçə  dəfə  gecələr  yanma  gəlib?  Görək 
burada da sözləriniz düz gələcəkmi? 
-
 
Bu dördüncü dəfə idi... 
-
 
Mikayılla nə üstə mübahisə etmişdiz? 
-
 
Bu  işdən  nəsə  eşitmişdi.  Dedi  ki,  özünü  yığışdır.  Daha  başqa 
söhbətimiz olmadı. 
-
 
Otur  Təranə  ilə  münasibətləriniz  necə  olubsa,  başdan-ayağa 
hamısını yaz, səni buraxaram. 
Vaqif izahatı yazandan sonra onu aparıb yenidən kameraya saldıq. 
Səhər  işə  gələn  kimi  rəis  Təranəni  şöbəyə  gətirməyi  tapşırdı.  Mən 
Təranənin  sirrinin  açılmasına  razı  deyildim.  Ancaq  rəis  deyəndən 
sonra  mən  kim  idim  ki?  Təranəni  camaatın  gözü  qabağında  polis 
maşınına  mindirib  şöbəyə  gətirdim.  Oqtay  yalvar-yaxar  elədiyi  üçün 
onun da maşına minməyinə icazə verdim. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə