Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   29   30   31   32   33   34   35   36   ...   73

downloaded from KitabYurdu.org
VII 
-
 
Maşın hansı markadan idi, tanıya bilmədin? 
-
 
Necə tanımadım? Tünd göy rəngli «Hunday» idi. Hələ nömrəsini
də  götürdüm.  -  Zaur  kapitandan  vərəq  istədi  və  nömrəni  yazıb 
Qasımlıya verdi. 
-
 
Mingəçevir nömrəsidir, - deyə Zaurun yazdığı vərəqə baxan kimi 
Mehdiyev dilləndi. 
Qanbay Qasımlı ona tərəf çevrildi: 
-
 
Xahiş  edirəm,  şübhə  yaratmadan  öyrənin.  Həmin  rəngdə  və 
həmin nömrədə «Hunday» 
varmı  Mingəçevirdə?  Özü  də  elə  bu  saat!  O  biri  oğlanı  da  buraxın 
getsin. 
Mehdiyev otaqdan çıxdı. Polkovnik yenə üzünü Zaura tutdu: 
-
 
İndi  sənə  bir  vacib  sual  verəcəyəm.  De  görüm,  qız  onu  çağıran 
adamı görəndə özünü necə apardı? Dedin ki, sevinclə gülümsədi. Bu 
gülümsəmək utancaqlıqla idi, ya necə deyim, sərbəst, fikir vermədin 
ki? 
-
 
Elə iş orasındadır ki, qız özünü çox sərbəst apanrdı. - Zaur o saat 
cavab verdi. 
-
 
Qız səni gördümü? 
-
 
Bəli,  mən  maşının  yanından  keçəndə  ani  olaraq  çevrilib  üzümə 
baxdı. Ancaq deyəsən, onda bir az qızardı. 
-
 
Sonra nə deyə bilərsən? 
-
 
Daha heç nə! Qız maşına minib getdi. Maşının nömrəsi beynimə 
həkk  olsa  da,  əslində  daha  mən  onunla  maraqlanmaq  fikrində 
deyildim.  O  gündən  də  arxasınca  düşməmişəm.  Ancaq  başa  düşə 
bilmirəm, mənim nə günahım var? 
-
 
Sənin heç bir günahın yoxdur. - Qasımlı sakitcə dilləndi. - Gedə 
bilərsən.  Ancaq  buradakı  söhbət  barədə,  yaxşı  olar  ki,  heç  kəsə 
danışmayasan. 
-
 
Yaxşı! - Zaur dərindən nəfəs aldı və kabinetdən çıxdı.
Qasımlı üzünü mənə çevirdi: 
-
 
Gördünüzmü? Mən də elə ona ümid edirdim ki, Zaur aprelin 12-
də Tahirəni izləyibsə, onun oğurlanmasını da görə bilər. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
Bu vaxt kapitan Mehdiyev otağa daxil oldu. 
-
 
Cənab  polkovnik!  Maşının  nömrəsi  saxta  olub.  Ümumiyyətlə, 
Azərbaycanda bu nömrədə «Hunday» yoxdur. 
Polis  bölməsindən  çıxanda  Qasımlı  bəzi  başqa  yerlərə  baş 
çəkəcəyini bildirib məndən aynidı. Mən isə öz redaksiyamıza getdim. 
Hadisənin mahiyyəti məni o qədər cəlb etmişdi ki, öz işimə həvəsim 
qalmamışdı. Səhər şənbə idi. İki gün boş olacaqdım və sevinirdim ki, 
axtarışda  sərbəst  iştirak  edəcəyəm.  Redaksiyada  tökülüb  qalan 
işlərimi  tələsik  yoluna  qoydum.  Saat  18-də  işdən  çıxıb  evə  gəldim. 
Fədayənin təkidinə baxmayaraq, çay içməkdən imtina edib qonşumun 
mənzilinə getdim. Qonşum nədənsə çox fikirli görünürdü. Hiss etdim 
ki,  mənim  gəlişimə  sevindi.  Mənim  üçün  də  qəhvə  süzüb  yerində 
əyləşdi və narahatlığını mənimlə bölüşməyə başladı: 
-
 
Mayın  26-na  təyyarə  biletim  də  hazırdır.  Daha  bu  dəfə  xaricə 
getmək vaxtımı uzada bilməyəcəm. Əlimdə olan bu vaxt ərzində qızı 
tapıb anasına təhvil verməliyəm. 
-
 
Elədir,  -  dedim.  -  Zaurun  danışdıqları  işi  bir  az  da 
mürəkkəbləşdirdi. Tahirə haqqında düşüncələrimiz alt-üst oldu. 
Qasımlı cavab vermədi. Gözünü harasa bir nöqtəyə zilləyib durdu. 
O, həqiqətən dilxor idi. Düşündüm ki, Tahirə haqqında tam qətiyyətlə 
verdiyi  xasiyyətnamə  üçün  xəcalət  çəkir.  Doğrudan  da  heç  kəsin 
ürəyinin  sirrini  dərindən  bilmək  olmazmış.  Tahirənin  bizim  üçün 
naməlum olan tanışlarının olması artıq həqiqət idi. Əslində biz Tahirə 
haqqında  nə  öyrənmişdik?  Heç  nə!  Ailə  üzvlərinin,  müəllim  və 
yoldaşlarının fikirlərini, vəssalam! Məgər onlar səhv edə bilməzdilər? 
Qızın şəklini xəyalıma gətirib onda əvvəlcə qiymətləndirə bilmədiyim 
xüsusiyyətləri indi özüm üçün aydınlaşdırdım. Tahirənin baxışları və 
gözəl  ətli  dodaqları  daxili  ehtirasdan  xəbər  verirdi.  Onun  sadəliyi, 
qapalı  mühitdə  böyüməsi  isə  göstərirdi  ki,  onu  yoldan  çıxarmaq 
əslində o qədər də çətin deyil. 
Bu  məsələlər  barədə  söhbət  salıb  təcrübəli  xəfiyyə  olduğu  qədər, 
həm  də  təcrübəli  psixoloq  olan  Qanbay  Qasımlım  pərt  etmək 
istəmədim.  Söhbəti  dəyişib  bir  qədər  başqa  mövzulardan  danışdıq. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
Səkkizin yarısında telefon zəng çaldı. 
Ev  sahibi  dəstəyi  götürdü.  Dodaqlarının  kilidlənməsindən  başa 
düşdüm ki, nə isə faciə baş verib. Qasımlı: 
-  Bu  saat  gəlirəm!  -  deyib  dəstəyi  yerinə  qoydu  və  üzünü  mənə 
çevirdi: - Dənizdən cavan qız meyiti tapılıb! 
Dəhşətdən  quruyub  yerimdə  qaldım.  Nəsə  demək  istədimsə  də 
bacarmadım.  Elə  bil  harada  olduğumu  da  unutmuşdum.  Yalnız 
Qasımlının  pencəyini  geyinib  şlyapasını  başına  qoyandan  sonra 
qarşımda durduğunu görüb ayağa qalxdım və: 
-
 
Mən də sizinlə gedirəm! - dedim. 
* * * 
Kapitan Mehdiyev də bölmə rəisinin kabinetində idi. Hadisə barədə 
Səmədov özü bizə məlumat verdi: 
-
 
Yarım saat əvvəl Şıxov çimərliyində dənizdən qız meyiti tapılıb. 
Meyitə  ağır dəmir parçası bağlayıb  suya atıblarmış.  Qızın şəxsiyyəti 
hələ  müəyyənləşməyib.  Bizə  rayon  polis  idarəsindən  bildirdilər. 
Meyit tapılan rayonun polis idarəsi meyiti ekspertizaya göndərib. Bir 
azdan televizorda da elan veriləcək. Biz ərazimizdə itkin düşmüş hər 
iki  qızın  şəkli  ilə  əməkdaşımız  Fərəcovu  ora  göndərdik.  Ancaq 
dediklərinə görə meyit tanınmaz haldadır. 
Qasımlı başını əlləri arasına aldı. Otaqda xeyli müddət sükut hökm 
sürdü. Birdən o ayağa qalxıb cibindən bir həb çıxardı. Rəis stolunun 
üstündəki  qrafindən  stəkana  su  süzüb  ona  verdi.  Qasımlı  həbi  qəbul 
edib qapıya tərəf getdi. 
-
 
İcazə  verin,  biz  Mehdiyevin  kabinetində  bir  qədər  dincələk. 
Xahiş edirəm, meyitin şəxsiyyəti müəyyənləşən kimi bizə xəbər verin. 
Polkovnik-leytenant Səmədov: 
-
 
Arxayın  olun!  -  dedi.  -  Siz  keçin  dincəlin,  mən  bu  saat  kapitan 
Mehdiyevi də oraya göndərəcəyəm. 
Mehdiyevin  kabinetinə  keçdik.  Qasımlı  ayaqqabısını  da 
çıxarmadan  meşin  üzlü  divanda  uzandı.  Mən  isə  stol  arxasında 
stulların birində oturdum. Kapitan hazırlaşıb kabinetdən çıxdı. Otaqda 
ikimiz qaldıq. Mən və Qanbay Qasımlı. O da divanda uzanıb gözlərini 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə