downloaded from KitabYurdu.org
VII
-
O bədbəxt qızı niyə öldürüblər?
-
Hələ ki, məlum deyil...
-
Yalvanram sizə, elə bilin ki, öz doğma qızınızı axtarırsınız... -
Leyla xanımın gözləri doldu.
Qanbay Qasımlım heç belə tutulan görməmişdim. Baxışlarını
xəstədən yayındıra bilsə də, mən ani olaraq onun gözlərini gördüm və
gördüyüm kədərqanşıq dəli
nifrət məni
diksindirdi.
* * *
Keçmiş xəfiyyə daha palatada qalmaq istəmədi və biz Leyla
xanıma tez ayağa qalxmasını arzu edib çıxdıq. Maşına oturan kimi:
-
Polisə baş çəkəcəyik? - deyə soruşdum. Qasımlı, deyəsən çox
fikirli olduğu üçün
sözümü eşitmədi. Odur ki, təkrar etməli oldum.
-
Hara gedəcəyik?
-
Gedək, bir sakit yerdə oturaq,
nəsə içmək istəyirəm, - dedi.
Bu təklif mənim də ürəyimdən oldu. Maşını işə salıb bir az
getdikdən sonra “Şah xörəkləri” restoranının qabağında saxladım.
-
Yox, burada
istəmirəm, gedək! - Qasımlı cəld dilləndi.
-
Niyə axı? Nahar da edərik...
-
Yox, sakit yerə gedək!
-
Nə deyirəm, - Maşını kiçik bir qəlyanaltının yanma sürdük.
Qasımlı konyak və soyuq yeməklər sifariş verdi. Konyak gətirilən
kimi ondan stəkana süzüb başına çəkdi və siqaret yandırdı.
-
Niyə belə fikirlisiz? - deyə konyakdan hər ikimizin stəkanına
süzüb soruşdum.
-
Heç! Elə bir şey yoxdur. Moskvadakı günlərimi xatırladım. - O,
konyakla dolu stəkanını qaldırıb mənimkinə toxundurdu. - Sizin
şərəfinizə! - İçib soyutma toyuq ətindən götürdük.
-
Bayaq xəstəxanada deyəndə ki «elə bilin, öz qızınızı
axtarırsınız», siz yaman pis oldunuz. Mən o saat hiss elədim. Axı
nəyə görə?
-
Ona görə ki... - Qasımlı boş stəkanı əlinə götürüb diqqətlə onun
downloaded from KitabYurdu.org