Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   30   31   32   33   34   35   36   37   ...   73

downloaded from KitabYurdu.org
VII 
yummuşdu. 
Deyəsən,  yenə  başı  bərk  ağrıyırdı.  Qasımlı  nə  qədər  möhkəm  adam 
olsa da, yüzlərlə müdhiş cinayətlə tanış olmuş bu adamın indiki halını 
da  başa  düşürdüm.  O,  həmişə  qarşısına  qoyduğu  məqsədə,  nəyin 
bahasına olur olsun, nail olmağa adət etmişdi.  İndi də Leyla xanıma 
söz vermişdi ki, Tahirəni tapacaq. Əlbəttə, əslində bu o demək 
idi  ki,  dirisini,  ya  da  ölüsünü.  Taleyin  işinə  heç  kəs  müdaxilə  edə 
bilməz. 
Ürəyimə  dammışdı  ki,  dənizdə  tapılan  Tahirənin  meyitidir. 
Doğrudur,  Zaurun  verdiyi  izahat  Tahirə  haqqında  rəyimi  bir  qədər 
dəyişmişdi.  Ancaq  buna  baxmayaraq,  düşünürdüm  ki,  yazıq  qız 
əvvəlcədən kiminsə toruna düşüb, kiməsə inanıb, özünü bədbəxt edib. 
Qara xallı oğlan xəyalımda iblis kimi canlanırdı. Elələri üçün Tahirə 
kimi məsum qızların qəlbində məhəbbət hissi alovlandırmaq və onlan 
yoldan çıxarmaq nə çətin iş idi ki? 
Tahirənin  gündəlikdə  və  inşa  yazısında  yazdıqlarını  xatırladım. 
Onun puç olmuş arzuları, odlu ürəyindəki ana, ata, qardaş məhəbbəti 
içimdə acı bir gizilti yaratdı. Bir siqaret yandırıb gözlərimi kabinetin 
bir  küncünə  qoyulmuş  gül  dibçəyinə  zillədim.  Nə  qədər  beləcə 
oturmuşdum,  bilmirəm.  Dəhlizdə  eşitdiyim  səs-  küy  məni  xəyaldan 
ayırdı. Qasımlıya baxdım, gözləri yenə yumulu idi. Yatıb-yatmadığını 
bilmək  olmurdu.  Dəhlizə  çıxdım.  Heç  kəs  yox  idi.  Səs-küy  indi 
Səmədovun kabinetindən gəlirdi. 
- Balamı verin! - deyə nalə çəkən səsin Bəxtiyara məxsus olduğunu 
başa  düşəndə,  özümdən  asılı  olmayaraq,  etika  qaydalarını  da 
gözləmədən  rəisin  kabinetinə  girdim.  Hirsini-  hikkəsini  boşalda 
bilməyən Bəxtiyar indi stulda oturub başını əlləri ilə tutaraq ağlayırdı. 
Səmədov 
bədbəxt  atanın  qarşısında  ayaq  üstə  durub  onu  sakitləşdirməyə 
çalışırdı: 
-
 
Bəsdir!  Siz  kişisiniz,  axı!  Özünüzü  ələ  alın!  Hələ  meyitin 
şəxsiyyəti müəyyənləşdirilməyib. Səbriniz olsun! 
-
 
Daha  nə  səbir?  Daha  nə  səbir?!  Televizorda  xəbəri  eşidən  kimi 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
anası  ölüm  halına  düşdü.  Bu  saat  xəstəxanada  Tahiri  onun  yanında 
qoyub gəlmişəm. O da öldü, qaldı xəbərim yoxdur. Allahın mənimlə 
düşmənçiliyi var, bilmirəm! 
-
 
Yaxşı,  durun  gedin  evə!  Ölənin  kimliyi  məlum  olan  kimi  sizə 
xəbər verərəm. Gedin! 
Daha  içəridə  qalmayıb,  sakitcə  dəhlizə  çıxdım.  Mehdiyevin 
kabinetinə  girib  əvvəlki  yerimdə  oturdum.  Qasımlının  gözləri  yenə 
yumulu idi. 
-
 
Leyla xanımı xəstəxanaya aparıblar! - dedim. 
Onun  dodaqları  bir-birinə  sıxıldı.  Gözlərini  açıb,  yenə  yumdu. 
Daha  danışmadım.  Beləcə  gözləməyə  başladıq.  Gecə  saat  on  ikinin 
yarısında  qapı  açıldı  və  kapitan  Mehdiyev  içəri  girdi.  Qasımlı 
gözlərini  açaraq  durub  oturdu.  Sualedici  baxışlarını  kapitanın  üzünə 
dikdi. Mehdiyev öz yerinə keçib danışmağa başladı: 
-
 
Meyit  Quliyeva  Aygün  Nəsib  qızınındır.  Fevralın  7-də  itkin 
düşən  qızm.  Yaxşı  ki,  mən  getdim.  Şəxsiyyəti  müəyyənləşdirmək 
çətin olacaqdı. Aygünün ağzında bir dənə qızıl diş olduğunu bilirdim. 
Ancaq  onu da deyim ki,  meyit şişib  çox pis  hala düşmüşdü. Deməli 
qızın  ölümündən  36-38  sutka  keçib.  Ona  heç  bir  işgəncə  vermədən 
iynə  ilə  öldürüblər.  Bakirəliyi  əvvəlcədən  pozulubmuş...  Vəssalam! 
Bu qədər. 
Qanbay  Qasımlı  ayağa  qalxıb  otaqda  gəzinməyə  başladı  və  fikirli 
halda dilləndi: 
- Deməli, Tahirənin yoxa çıxması ilə bu qızın ölümü təxminən eyni 
gündə olub. Eyni gündə... 
Biz daha polis bölməsində qalmadıq. Qarışıq 
fikirlər içərisində oranı tərk edib evə yollandıq. 
* * * 
Səhəri gün - həyatımda ən yaddaqalan və ən müdhiş günlərdən biri 
olan  mayın  20-də  yuxudan  çox  gec  ayıldım.  Fədayə  də,  oğlum  da 
məktəbə  getmişdilər.  Fədayə  məktəbdə  ingilis  dili  müəllimi  işləyirdi 
və əksər vaxtlar dördüncü sinifdə oxuyan oğlum İlhamla məktəbə bir 
gedib,  bir  gəlirdilər.  Saat  12  idi.  Əslində  gecə  yata  bilməmişdim. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
Demək olar ki, səhərə yaxın gözümə yuxu gəlmişdi. Aygün adlı qızın 
ölümü və neçə gündən bəri mənimlə Qasımlınm həyatına əməlli-başlı 
daxil olmuş Tahirənin müəmmalı taleyi fikrimi qarışdırmışdı. Bu dəfə 
üst  dodağından  bir  qədər  yuxanda  qara  xalı  olan  bir  oğlan  yuxuma 
girmişdi. Oğlan nifrətlə üzümə baxaraq, ağzını açıb yumurdu. Amma 
dediklərini  eşidə  bilmirdim.  Qara  xalı  gözümün  qarşısında  getdikcə 
böyüməyə başlayanda iki əlimlə oğlanın 
boğazından  tutub  boğmağa  başladım  və  bu  vaxt  oğlan  sirli  şəkildə 
yoxa çıxdı. Deyəsən elə həmin vaxt yuxudan ayılmışdım. 
Əl-üzümü  yuyub  çay  qoydum  və  mətbəxdə  Fədayənin  stolun 
üstündə  hazır  qoyub  getdiyi  səhər  yeməyini  yedim.  Yalnız  bundan 
sonra  paltarımı  dəyişib  mənzildən  çıxdım  və  qonşumun  zəngini 
çaldım. 
Qapını açan polkovnik məni içəri dəvət etdi. İş otağındakı divanda, 
həmişəki  yerimdə  oturan  kimi  gördüyüm  yuxunu  ona  danışdım. 
Qasımlı gülümsəyib başını buladı: 
-  Əgər  mən  də  sizin  kimi  romantik  yuxupərəst  olsaydım,  onda 
gərək bu gecə yuxuda uzun, arıq, qulaqları radiolakator kimi qabağa 
çıxmış, çənəsində köhnə çapıq yeri olan bir mədəni oğlan görəydim. 
Elə bir mədəni oğlan ki, bir dəqiqənin içində adamı öldürər və elə o 
saat da meyitin üstündə əyləşib iştahayla günəbaxan tumu çırtlayar. 
-
 
Necə də ideal bir insan surəti yaratdınız! - deyə zarafat etdim. 
-
 
Yox,  mən  yaratmamışam  bu  surəti.  Dünən  mənə  belə  bir  adam 
rast gəldi və mənə elə gəlir ki, o bizim apardığımız işlə əlaqədardır. 
-
 
Üst dodağında qara xal var idi? - tələsik soruşdum. 
-
 
Yox, yox! Üst dodağı ilə donqar bumu arasındakı sahə tərtəmiz, 
gül kimi idi. - 
Qasımlının da elə bil zarafat etməyə həvəsi gəlmişdi. 
-
 
Bəs niyə onu güdmədiniz? 
Özüm də hiss etdim ki, onu tabeliyimdə olan işçi kimi məzəmmət 
edirəm. 
-
 
Mən onu necə güdəydim ki, o özü məni güdürdü. 
-
 
Bu nə vaxt olub? 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə