Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   38   39   40   41   42   43   44   45   ...   73

downloaded from KitabYurdu.org
Şəkildə  gördüyüm  Tahirədən  əsər-əlamət  qalmamışdı.  Arıqlamış, 
gözlərinin altı qaralmış bədbəxt qız başını aşağı dikib dizinin üstünə 
qoyduğu əllərinə baxırdı. Bizi çox gözlətməyib ağır-ağır sözə başladı: 
-
 
Həmin  gün  məktəbdən  yenə  Zibeydə  adlı  sinif  yoldaşımla 
birlikdə çıxdıq. Ondan ayrılandan sonra yolun kənannda, səkiyə yaxın
dayanmış  bir  maşından  məni  çağırdılar.  Gördüm  ki,  Tahirdir.  Dalda 
oturmuşdu. Maşını da üzü çapıqlı bir kişi sürürdü. Sonra onu tez-tez 
həmin həyətdə görürdüm. Adı Fəzail idi. Tahir dedi ki, atamın dostu 
hamımızı  öz  bağına,  ad  gününə  dəvət  edib.  Atamla  anam  oraya 
getdilər.  Mənə  də  tapşırdılar  ki,  sən  dərsdən  çıxan  kimi  səni  də 
götürüb gəlim. Bayaqdan səni gözləyirəm. Mən dedim ki, qoy gedim 
paltarımı  dəyişim.  Dedi,  lazım  deyil,  gecikirik.  Mən  çarəsiz  qalıb 
maşına  mindim. Maşın bizi həmin hasarlı həyətə apardı. Evin sahibi 
həyətə düşdü. O həyətə düşən kimi Tahirlə Fəzail yenə maşına minib 
getdilər.  Həyətdə  bağban  işləyən  kişi  qapını  bağladı.  Mən  əvvəl  heç 
nə  başa  düşmədim.  Ancaq  sonra  ev  sahibi  məni  başa  saldı.  Ağlayıb 
darvazaya  qaçdım.  Bağban  ağzımı  tutub  qollarımı  burdu  və  məni 
məcbur  evə  apardı...  Evdə  mənim  yaşda  bir  qız  da  var  idi.  Əyninə 
bahalı  ev  xalatı  geymişdi.  Onun  kim  olduğunu  bilmədim.  Axşam 
qonşumuz  Ağaəhməd  əmi  öz  maşını  ilə  bağa  gəldi.  Fəzail  də  onda 
bağda  idi.  Onlar  həmin  qızı  Ağaəhməd  əminin  maşınına  mindirib 
harasa  apardılar.  Sonra  daha  onu  görmədim...  Neçə  dəfə  qaçmaq 
istədim. Qoymadılar. Ağaəhməd əmi həmişə ora gələndə imkan tapıb 
ona  yalvanrdım.  O  da  deyirdi  ki,  səni  imkan  olan  kimi  evinizə 
aparacağam, ancaq ağıllı ol, gözlə... 
Tahirə sözünü kəsib ağlamağa başladı. Ev sahibi qalxıb əlini onun 
çiyninə qoydu: 
-
 
Yaxşı,  ağlama,  get,  qapını  ört,  yat!  Heç  kimdən  qorxma,  səni 
səhər evinizə özüm aparacam! 
-
 
Anam, atam bilirlər ki, məni Tahir apanb ora? - qız əlinin dalı ilə 
gözlərini silib soruşdu. 
-
 
Yox, bilmirlər. Vaxtı gələndə bilərlər. Get
yat! 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
-
 
Onlan nə vaxt görəcəm? 
-
 
Sabah görərsən! 
Tahirə  yataq  otağına  keçib  qapını  örtdü.  Başqalarından  hər  cür 
təhqir,  ən  yaxın  adamından  xəyanət  görmüş  bu  qızın  xilaskarı  olan 
keçmiş  polis  xəfiyyəsinə  az  vaxtda  isinişməsi  və  ona  dərin 
məhəbbətlə baxması məni 
qəhərləndirmişdi. Qasımlı mənalı nəzərlə mənə baxıb başını yellədi. 
-
 
Tahiri  nə  üçün  öldürdülər?  -  astadan  soruşdum.  Biz  Tahirənin 
eşitməməsi üçün yavaş səslə danışırdıq. 
Qasımlı sanki sualımı eşitməyibmiş kimi söhbətinə davam etdi: 
-
 
Biz  xəstəxanada  Tahirin  yanında  olanda  mən  onun  yarasına 
baxdım. Yara heç də qorxulu deyildi. Əslində məni yaranın əlamətləri 
maraqlandırırdı.  Onun  üzünə  tərəf  əyiləndə  nazik  bığının  tükləri 
arasında  sağ  tərəfdə  kiçik  qara  xal  gördüm.  Düzünü  deyim  ki,  onda 
özümü  ələ  almaq  mənim  üçün  bir  qədər  çətin  oldu.  Tahirənin 
albomundakı  kollektiv  şəkillərdə  Tahir  bığsız  idi.  Necə  olmuşdu  ki, 
mən  o  şəkillərə  diqqətlə  baxmamışdım.  Bu  heç  də  mənim  üçün 
bağışlanan  xəta  deyildi.  Mən  tez  Bəxtiyarın  mənzilində  olmaq  və 
şəkillərə  bir  də  baxmaq  istədim.  Həm  də  ürəyimə  dammışdı  ki, 
Bəxtiyarın başında nəsə bir iş var. Beləliklə biz ora getdik. 
Nemət  müəllim,  siz  fikir  verdinizmi,  Mehdiyev  açarı  qıfıla  salıb 
buranda qıfılın əsas uzun dili şaqqıltı ilə hərəkət etdi. 
-
 
Başa düşmədim, nə olsun ki? - deyə soruşdum. 
-
 
Mehdiyev də başa düşmədi.  Necə  yəni nə olsun? Qapı bayırdan 
açarla bağlanmışdı. 
-
 
Demək istəyirsiniz ki, - mən ayağa qalxdım. 
-
 
Əyləşin!  Bəli  qapı  içəridən  cəftə  ilə  bağlanmışdı,  çöldən  isə 
açarla.  Qapının  qıfılı  içəridən  bağlansaydı,  o,  çöldən  açılmazdı.  Bu 
qıfılların xüsusiyyəti belədir. Mən otağa girən kimi birinci Tahirənin 
albomundakı  fotoşəkillərə  baxdım.  Əmin  oldum  ki,  Tahir  həqiqətən 
bığ  saxlamağa  təzə  başlayıb  və  onun  üst  dodağından  yuxarı  sağ 
tərəfdə  kiçik  qara  xal  var.  Deməli,  Aygünü  institut  tələbəsi  adı  ilə 
yoldan çıxarıb Babaşovun adamlarma təhvil verən də o imiş. Şəxsən 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
mən buna əmin idim. 
Daha  sonra  mən  telefon  aparatına  diqqət  yetirdim.  Telefonun 
dəstəyində  qurumuş  qan  izləri  nəzərə  çarpırdı.  Belə  ləkələrə  telefon
dəstəyinin yatağındakı düymələrin birində də rast gəlmək olurdu. Ona 
görə  də  ağlıma  gəldi  ki,  Bəxtiyar  harasa  zəng  etmək  istəyib,  ancaq 
etməyib.  Çünki  telefon  işləmirmiş.  Buna  mən  mənzildən  çıxandan 
sonra  divara  göz  gəzdirəndə  bir  daha  əmin  oldum.  Mənzilə  gələn 
telefon  xətti  kəsilib  sonra  birləşdirilmişdi.  Deməli  Bəxtiyar  yaralı 
vəziyyətdə,  tələsik  telefonun  dəstəyini  götürübmüş,  dəstəkdə  siqnal 
səsi  eşitmədiyi  üçün  düymələri  bir  neçə  dəfə  döyəcləmiş,  sonra 
dəstəyi yerinə qoymuşdu. O harasa zəng etmiş olsaydı, nömrə yığan 
hərləcdə  də  qan  izlərinə  rast  gələrdim.  Bəxtiyar  qanlı  bıçağın  atılıb 
qaldığı  otaqda  vurulmuşdu.  Qanı  axa-axa  qapıya  qədər  gəlib  onun 
cəftəsini  keçirmişdi.  Cəftədə  də  qan  ləkələri  bilinirdi.  Deməli, 
Bəxtiyar  qapını  vurulandan  sonra  bağlamışdı.  Nə  üçün?  Məni  əsas 
düşündürən  bu  oldu.  O  otaqlarda  qanı  axa-  axa  gəzmiş,  telefona  əl 
atmış,  nəhayət,  balkonun  pəncərəsini  açmağa  çalışmışdı.  Hətta 
pəncərənin iki cəftəsindən birini açmışdı. Bunu da pəncərədəki qanlı 
əl  izi  sübut  edirdi.  İkinci  cəftəni  açmağa  taqəti  qalmamış,  yıxılıb 
ölmüşdü.  O  pəncərəni  niyə  açırdı?  Əlbəttə,  köməyə  adam  çağırmaq 
üçün. Telefonun dəstəyinə də ona görə əl atmışdı. Burada belə bir sual 
ortaya çıxır: Bəxtiyar intihar etmişsə və ya kimsə onu vurmuşsa, əgər 
o  köməyə  kimisə  çağırmağı  qərara  alırsa,  niyə  qonşunu  çağırmır? 
Əksinə,  qapını  içəridən  bağlayır?  Deməli,  onun  qorxduğu  məhz  elə 
qonşusu  imiş.  Bayırda,  telefon  məftilinin  kəsilib  sonradan 
birləşdirilməsi  də  bu  fikri  doğruldur.  Məftilə  heç  kəsin  əli  çata 
bilməzdi. Mütləq ayaq altına nəsə qoymaq lazım idi. Bunu isə kənar 
adamın etdiyinə inanmaq çətindir. 
Nəhayət,  məsələ  belə  olub:  Ağaəhməd  Tahiri  xəstəxanaya 
qoyandan  sonra  evə  qayıdıb.  O  düşünüb  ki,  Bəxtiyar  bu  işi  belə 
qoymayacaq  və  axır  ki,  Tahirin  telefonda  Ağaəhmədlə  danışdığını 
öyrənəcək.  Qapının  zəngini  çalıb  və  Bəxtiyar  qapını  açıb.  Otaqda 
Ağaəhməd  onunla  nə  söhbət  edib  bilmirəm,  ancaq  qəfil  zərbə  ilə 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə