Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   36   37   38   39   40   41   42   43   ...   73

downloaded from KitabYurdu.org
Mənə elə gəldi ki, həmin adam bir qədər tərəddüddən sonra: 
-
 
Onu bura gətir! - dedi. 
-
 
Baş  üstə!  -  yeni  tanışım  cavab  verib  telefonu  qapadı  və 
tapançanın lüləsini kürəyimə basdı. 
-
 
Hələlik aeroport tərəfə sür, sonra deyərəm! Tabe olmaqdan başqa 
əlacım qalmadı. 
Şübhəsiz ki, bu elə Qasımlı deyən adam idi. Əlamətləri də tamamilə 
uyğun gəlirdi. Kvartalı arxada qoyan kimi soruşdu: 
-
 
Qonşun haradadır? 
-
 
Bilmirəm, evdə yoxdur... 
-
 
Bilməmiş  olmazsan.  Mənzilin  işığı  yanırdı  axı.  Gizlənməyin 
mənası yoxdur. Onsuz da tapacağam. 
Fikirləşdim  ki,  bu  adam  məni  şəhərdən  kənara  aparırsa,  sağ 
buraxmayacaq.  Ona  görə  də  sözümü  ürəyimdə  saxlamamaq  qəranna 
gəldim: 
-
 
Hər  sizin  kimilər  axtaranda  Qanbay  Qasımlım  tapa  bilsəydilər, 
onda o Qanbay Qasımlı olmazdı. 
-
 
Deyəsən yerini bilirsən, əzizim! 
-
 
Yox,  həqiqətən  bilmirəm!  -  dedim.  Küçələrdə  çox  təsadüfü 
maşınlar görünürdü. 
Aeroport  yoluna  çatandan  sonra  gedəcəyimiz  yeri  «sağa»,  «sola», 
«düz get» kimi əmrlərlə başa salmağa başladı. Fikirləşməyə də vaxtım 
yox  idi.  Kor-koranə,  hara  deyilirdisə,  ora  da  döndərirdim.  Axır  ki, 
«saxla»  əmri  verildi.  Böyük  hasarlı  bir  həyətin  darvazası  qarşısında 
dayanmışdıq.  Həyətdəki  böyük  evin  bayır  divarına  bərkidilmiş 
projektor  ancaq  həyətə  işıq  saçırdı.  Darvazadan  bayıra  isə  işıq  çox 
zəif  düşürdü.  Arzuolunmaz  sərnişinin  göstərişi  ilə  siqnal  verdim. 
Darvaza  aralanmağa  başlayanda,  o,  «sür  içəri»  əmrini  verdi.  Maşını 
həyətə  saldım.  Darvaza  o  saat  örtüldü.  Həyət  gündüz  kimi  işıqlı  idi. 
Həyətdə bir tünd göy rəngli «Hunday», dörd dənə isə polis maşını var 
idi.  Əllərində  avtomat  tutmuş  yeddi-səkkiz  nəfər  polis  işçisi  o  saat 
maşınımı  dövrəyə  aldılar.  Qapılan  açıb,  silahları  bizə  tuşladılar  və 
çıxmaq  əmri  verdilər.  İkimiz  də  maşından  çıxdıq.  Yanımdakının 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
tapançasını əlindən aldılar. O özünü itirmiş, dili tutulmuşdu. 
Elə mən də həyəcanlı vəziyyətdə idim. Məni də onunla birlikdə hasara 
tərəf itələyəndə, ucadan tanış bir səs eşitdim: 
-
 
Onunla işiniz olmasın! 
Geri çevriləndə evin pilləkənlərinin yanında polis formasında olan 
bir mayorla yanaşı dayanmış Qanbay Qasımlım gördüm. Tez ona tərəf 
atıldım. 
-
 
Bu  nə  deməkdir,  Qanbay  müəllim?  Qasımlı  mənə  cavab 
verməyib, yanındakı 
mayoru göstərdi: 
-
 
Tanış  olun!  Mayor  Namazov.  Dostumdur.  Şəhər  Baş  Polis 
İdarəsində işləyir. 
Tanışlıqdan sonra Namazov Qasımlıdan soruşdu: 
-
 
Yəqin ki, daha getmək olar? 
-
 
Hə, tapşır, qızı bizə versinlər. Bizim maşınla getsin. 
-
 
Qızı gətirin! - Mayor həyətdəki adamlardan birinə göstəriş verdi. 
Həmin adam qaçaraq evə çıxdı. 
Başımı  yuxan  qaldıranda  gördüm  ki,  əynində  ev  xələti  olan  gənc 
bir  qız  pilləkənlərlə  aşağı  düşür.  İşıqda  onun  kədərli,  solğun  sifəti 
aydın  görünürdü.  Heyrətimdən  keçirdiyim  hissləri  indi  təsvir  edə 
bilmirəm. Bəli, bu o idi... Bizim iki gündən bəri axtardığımız Tahirə 
idi. Polis işçiləri onu mənim maşınıma mindirdilər. Sonra evdən alçaq 
boylu,  dolu  bədənli,  sir-  sifətindən  hakimiyyət  nişanəsi  yağan  bir 
adamı  qolubağlı  düşürtdülər.  Onu  polis  maşınlarından  birinə 
oturdanda Qasımlı ucadan səsləndi: 
-
 
Xahiş edirəm, bir dəqiqə dayanın! 
Polis işçiləri dayanıb bizə tərəf boylandılar. 
Qanbay  Qasımlı  həbs  olunan  kişiyə  yaxınlaşıb  əlini  onun  çiyninə 
qoydu  və  düz  onun  gözlərinin  içinə  baxdı.  Sanki  baxışları  ilə  onu 
didib- parçalamaq istəyirdi. Ancaq birdən fikrini dəyişib nifrətlə əlini 
yellədi: 
-
 
Get,  Babaşov!  Get!..  Kişi  nə  isə  demək  istəyirdi  ki,  imkan 
vermədilər və onu maşına itələdilər. Daha iki-üç nəfər tutulan var idi. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
Məni  oraya  gətirən  canini  də  onlara  qatıb  maşınlara  mindirdilər. 
Maşın karvanı darvazadan çıxıb şəhərə üz tutdu. 
-
 
Tahirəni  də  özümüzlə  birbaş  qonşumun  mənzilinə  gətirdik. 
Qasımlı qıza yataq otağında dincəlməyi tapşırıb mənimlə iş otağında 
oturdu. Gecədən xeyli keçməsinə baxmayaraq, mən bir çox suallarıma 
cavab tapmamış yatmaq istəmirdim. Onsuz da səhərin açılmağına bir 
şey  qalmamışdı.  Odur  ki,  divanda  yerimi  rahatlayıb  Qasımlım 
danışmağa məcbur etmək istədim. 
-  Bu  üç  gündə  baş  verən  hadisələri  aydmlaşdırana  qədər  yatmağa 
gedən deyiləm. 
Yuxusuzluqdan gözləri qızarmış  qonşum cəld ayağa qalxıb qəhvə 
dəmləmək üçün mətbəxə keçdi. Çaydanı qaz plitəsinin üstünə qoyaraq 
elə oradan dilləndi: 
Sizi əsas nə maraqlandırır? 
-
 
Hər şey! 
İki fincan qəhvə ilə gəlib öz yerində oturdu. İsti kofedən bir qurtum 
içib siqaret yandırdı. Bir qədər fikrə gedib danışmağa başladı: 
-
 
Özünüz  bildiyiniz  kimi,  Leyla  xanımla  ilk  görüşdən  və  Tahirə 
haqqında  toplanmış  yazılı  materiallan  oxuyandan  sonra  məndə  qəti 
əminlik yaranmışdı ki, Tahirə asanlıqla pis yola düşən qız deyil. Elə 
ona görə də onun birdən-birə yoxa çıxması, özü də kiçik bir məsafədə
həmişə  gur  olan  səkidən  yoxa  çıxması  mənim  üçün  həqiqətən 
müəmmalı idi. Mən qız haqqında daha dəqiq məlumata malik olmaq 
üçün onun evdəki əşyalanna, dərs ləvazimatına baxmağı vacib saydım 
və həmin gündəlik əlimə keçdi. Gündəlikdə Zaur haqqında oxuyanda 
sevindim. Ona görə  yox ki, Zaurun  mütləq qızın oğurlanmasında əli 
olmalı  idi,  ona  görə  ki,  Tahirəni  hər  gün  izləyən  adam  var  idi  və  o, 
aprelin  12-də  də  Tahirəni  izləmişdisə,  deməli,  onun  başına  gələn 
hadisənin şahidi olmalı idi. Gündəlik üzərində düşüncələrim əsasında 
mən Zaurdan şübhələnmirdim. Ona görə də təcili Zauru tapdırdım və 
o, həmin gün gördüklərini bizə danışdı. 
Yadmızdadı,  Nemət  müəllim,  Zaurun  danışığından  sonra  sizdə 
Tahirə haqqında verdiyim  rəyə inamsızlıq yarandı.  Ancaq  yox! Mən 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə