downloaded from KitabYurdu.org
-
Bəli... Bunu ancaq sizə deyirəm və inanıram ki, siz də bu sirri
özünüzdə saxlayacaqsınız. Bir də lap saxlamasaz da, heç kəs bunu
mənə sübut edə bilməz. - Qasımlı gülümsədi.
-
Bəxtiyargildən saat doqquzun yarısında çıxandan sonra siz hara
getdiniz?
Tahirə görə Qanbay Qasımlım ittiham etmək fikrində deyildim.
Tahir sağ qalsaydı, yəqin ki, gündə on dəfə ölüb diriləcəkdi. İstər
həbsxanada, istərsə də azadlıqda...
-
Sizdən ayrılan kimi birbaş xəstəxanaya - Tahirin yanma getdim.
Mənə demək olar ki, artıq hər şey məlum olsa da Tahirənin saxlandığı
yeri dəqiq bilmək istəyirdim. Bu işdə qətiyyən riskə yol vermək
olmazdı. Hər hansı düşünülməmiş addım qızın aradan götürülməsinə
səbəb olardı. Xəstəxanaya gedəndə yolda cib telefonum zəng çaldı.
Bu dünəndən, daha doğrusu srağagündən gözlədiyim zəng idi.
Namazov xəbər verdi ki, onun adamlan öyrənib, bağda həqiqətən bir
qız uşağı saxlanılır. Ancaq qızın kimliyi məlum deyil. Xəstəxanada
hər şeyi Tahirə izah etdim.
Bildirdim ki, atası da onun ucbatından öldürülüb. Başa saldım ki,
mənə kömək edib bacısının yerini desə, mən də ona kömək edərəm. O
da məni başa düşüb hər şeyi danışdı. Ağaəhmədin onu yoldan
çıxarmasını, ilk dəfə Aygünü Babaşov üçün oğurlamaqda kömək
etməyi ona tapşırdığını danışdı. Aygün məsələsindən sonra Tahir
onlann yanında gözükölgəli olubmuş. Nəhayət, Tahirədən xoşu gələn
Ağaəhməd onun haqqında Babaşova danışır və onu da bağ evinə
aparmağa şefinə söz verir. Yavaş-yavaş Tahiri bu işə hazırlayır. Söz
verir ki, bu işi təşkil etsə, Babaşov restoranı ona tapşıracaq. Həm də
eyhamla başa salıb ki, bacısını verməsə, Aygünə görə onu
ilişdirəcəklər. Bu alçaq da inanıb. Nə isə... Tahir bacısının Babaşovun
həmin bağ evində olduğunu bildirdi.
-
Siz Tahirə nə cür kömək etməyi boynunuza götürmüşdünüz?
-
Əslində mən həmin köməyi etdim! - o bir anlıq susub söhbətini
yekunlaşdırdı. - Xəstəxanadan çıxıb şəhər polis
idarəsində
Namazovla görüşdüm. Ona əvvəlcədən işin mahiyyətini açmamışdım.
downloaded from KitabYurdu.org