Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   35   36   37   38   39   40   41   42   ...   73

downloaded from KitabYurdu.org
ayrı epizodlar pərakəndə halda gözümün qarşısında canlanırdı. Leyla 
xanımın göz  yaşları içində Qasımlıya yalvarması, keçmiş  xəfiyyənin 
kədərli  hekayəti,  Bəxtiyarın  ruhi  sarsıntı  içində  polisə  gəlməsi,  ATS 
işçisinə  əl  qaldırması,  nəhayət  keçirdiyi  iztirablara  dözməyib  özünə 
qəsd  etməsi,  Səmədovun  bizimlə  soyuq  davranışı,  Tahirin  naməlum 
adamlar  tərəfindən  döyülməsi...  Görəsən,  o  iki  nəfər  kim  olub? 
Tahirdən  nə  istəyirlərmiş?  Tahir  gecə  saat  12-də  Qasımlıya  nə 
deyəcək? Bəlkə o, həmin iki nəfəri tanıyıb və bizim yanımızda demək 
istəmədi?... 
Bu  suallara  cavab  tapmaq  üçün  qonşumu  gözləməkdən  başqa 
çarəm qalmamışdı. 
Televizoru  qoşub  qabağında  oturdumsa  da,  başımı  qarışdıra 
bilmədim.  Bəxtiyarın  meyiti  gəlib  gözlərimin  qarşısında  dayanırdı. 
Bədbəxt  oğlunun  səbri  çatmamışdı  ki,  yaşayıb,  heç  olmasa  qızının 
öldü-qaldısmdan bir xəbər bilsin. 
Saat  ıı  olmuşdu.  İlham  oturub  televizora  baxırdı.  Fədayə  isə, 
deyəsən,  o  biri  otaqda  nəsə  yazırdı.  Bu  vaxt  telefon  zəng  çaldı. 
Mehdiyevin  səsini  bir  az  gec  tanıdım.  Yavaşdan  danışırdı.  Elə  bil 
kimdənsə gizlin zəng eləmişdi. 
-
 
Nemət müəllim?! 
-
 
Hə, mənəm kapitan, xeyir ola?.. 
-
 
Bilmirsiniz Qanbay müəllim haradadır? Mənzilinə zəng vururam, 
cavab verən yoxdur. 
-
 
Yox, bilmirəm. Elə mən də onu gözləyirəm. 
-
 
Onun cib telefonunun nömrəsini necə, bilmirsiniz ki? 
-
 
Yox! - dedim. - Təzə nömrəsini bilmirəm. 
Qanbay müəllim cib telefonunun nömrəsini 
dəyişmişdi. Doğrudan da onun yeni nömrəsini bilmirdim. 
-
 
Nə olub ki? - deyə narahatlıqla soruşdum. 
-
 
Bilirsiniz?...  -  Mehdiyev  səsini  bir  az  da  alçaltdı.  -  İndicə 
xəstəxanadan növbətçi həkim zəng etmişdi. On dəqiqə bundan əvvəl 
Tahiri palatasında öldürüblər!.. 
-
 
Necə?! Nə üçün? - Az qaldı dəstək əlimdən düşsün. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
-
 
İynə  vurub  öldürüblər.  Tibb  bacısı  onun  palatasından  çıxan  yad 
bir adamla rastlaşıb. 
Çənəsində çapıq yeri olan bir adamla... - o bir az susub: 
-
 
Mən indi ora gedirəm. Dedim Qanbay müəllim də bilsəydi, yaxşı 
olardı. Sağ olun! - dedi və dəstəyi qoydu. 
Mən ayaq üstə quruyub qalmışdım. Fədayə o biri otaqdan gəldi: 
-
 
Kim idi? 
Cavab vermədim. 
-
 
Deyirəm, kim idi, nə olub? 
-
 
Heç, Qanbay müəllimi axtarırlar  - dedim və yavaş-yavaş divana 
çökdüm. 
Yazıq  Tahir...  Bu  nə  olan  işdir?  Onun  nə  günahı  var  idi?  Əvvəl 
döymüşdülər, indi də... Leyla xanım bu zərbələrə necə dözəcək? Bu
tərəfdən  də,  deməli,  Qasımlı  Tahirlə  görüşə  bilməyəcək.  Axı  onlar 
saat 12-də görüşməli idilər. İndi isə saat 11-dir. Görəsən o, Qasımlıya 
nə  deyəcəkdi?  Bu  çənəsi  çapıq  oğlan  haradan  çıxdı.  Qasımlınm 
deməyinə görə onu da güdürmüş. 
Peşman olmağa başlamışdım. Nahaq biz bu işə baş qoşduq. Nahaq 
Qanbay  Qasımlım  yolundan  elədim.  İtmiş  qızın  izinə  düşə 
bilməmişdik  və  belə  görünürdü  ki,  heç  düşə  bilməyəcəyik  də! 
Narahatlığım  daha  da  artmağa  başladı.  Daha  olan  olmuşdu.  İndi 
Qasımlım  xilas  etmək  lazım  idi.  Bu  şübhəsizdi  ki,  onun  həyatı 
təhlükədə idi. Ancaq necə xilas etmək? O indi haradadır? 
Balkona  çıxıb  qonşumun  mənzilinə  boylandım.  Mənzilin  işığı 
yanırdı.  Sevincək  çıxıb  onun  qapısının  zəngini  çaldım.  Qapını  açan 
olmadı. Peşman halda mənzilimə qayıtdım və sakitcə gözləməyə qərar 
verdim.  Gecə  saat  ikinin  yansında  yenə  balkona  çıxdım.  Blokun 
qapısı qarşısındakı ağaclıqda bir nəfər ucaboy adam gözümə sataşdı. 
O bizim balkona san baxırdı. Məni görən kimi gizləndi. Bu yəqin ki, 
Qasımlınm  dediyi  adam  idi  və  onun  dalınca  gəlmişdi.  İçəri  keçib 
telefonla  qonşumun  mənzilinə  zəng  vurdum.  Cavab  verilmədi.  Bəs 
indi  nə  edim?  -  deyə  fikirləşdim.  Mehdiyevin  telefon  nömrəsini 
götürməməyimə təəssüfləndim. Qasımlı nə vaxtsa evə qayıdanda bu 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
adam onu vuracaqdı. 02-yə zəng vurmağı qərara aldım. 
-
 
Növbətçi serjant Qurbanov eşidir! 
-
 
Bizim binanın qarşısında şübhəli bir adam
var.. 
-
O nə edir ki? 
-
Hələlik heç nə, amma... 
-
Onda, yerinizə girib yatın! 
Əlaqə  kəsildi.  Mən  də  dəstəyi  yerinə  qoydum.  Özümü  gülünc 
vəziyyətə  saldığım  üçün  qanım  qaraldı.  Mən  o  kütbeyin  və  laqeyd 
seıjanta  necə  başa  salacaqdım  ki,  olduqca  lazımlı  bir  insanın  həyatı 
üçün narahatam. 
Mehdiyev də daha zəng eləmirdi. Görəsən Qasımlım tapmayıb ki? 
Bəlkə  də  Mehdiyev  indi  yatıb.  Yox,  Tahirin  ölümü  ilə  əlaqədar, 
yerində olmalıdır. Bəlkə Qasımlı da oradadır. Ehtiyatla balkona çıxıb 
həyətə  boylandım.  Heç  kəs  görünmürdü.  Bina  sakinləri  də  yuxuda 
idilər.  Qərara  gəldim  ki,  maşına  minib  birbaş  4-cü  polis  bölməsinə 
sürüm.  Qanbay  müəllim  orada  olmasa  da,  hər  halda  Mehdiyevi  tapa 
bilərəm.  Qərarımı  qətiləşdirdim.  Fədayə  də,  İlham  balam  da  çoxdan 
yatmışdılar.  Mənzildən  çıxıb  aşağı  düşdüm  və  ehtiyatla  blokun 
qarşısında saxladığım maşına minib mühərriki işə saldım. Bu vaxt bir 
nəfər elə bil yerdən çıxıb maşınımın qapısını açdı. 
Əlindəki tapançanı başıma dirəyib, o biri əli ilə dal qapının düyməsini 
qaldırdı və açaraq arxada oturdu. 
-
 
Sür! Başqa fikirlərə düşsən, inan ki, təpəni dağıdacağam! 
-
 
Siz kimsiz? Məndən nə istəyirsiz? 
-
 
Dedim ki, sür. Yolda danışarıq! 
-
 
Hara sürüm? - deyə taleyimlə barışmış halda soruşdum. 
O, cavab vermək əvəzinə, bir əli ilə tapançanı kürəyimə dirəyib, o 
biri  əli  ilə  cib  telefonunu  çıxartdı  və  kiməsə  zəng  vurdu.  Zəng 
vurduğu adam çox gec cavab verdi. 
-
 
Şef, mənəm, - sərnişinim dilləndi, - Qasımlım hələ tapmamışam. 
Ancaq  dostunu  tapmışam.  O,  maşını  ilə  harasa  getmək  istəyirdi. 
Neyləyim? 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə