Elxan Elatlı o gecə yağIŞ yağirdi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/73
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#49026
1   ...   27   28   29   30   31   32   33   34   ...   73

downloaded from KitabYurdu.org
VII 
qaralmışdı.  Qanbay  Qasımlı  evə  sürməyi  xahiş  etdi.  Evə  çatanda 
qonşumun  xahişi  ilə  ikimiz  də  onun  mənzilinə  girdik.  Qasımlı 
şlyapasını  və  pencəyini  çıxanb  şkafdan  asdı.  Pencəyin  cibindən  bir 
dəftər çıxarıb açdı və 
stolun üstünə atıb barmağını «5 aprel» yazısının üstünə qoydu: 
- Buradan oxuyun! 
* * * 
Mən  dəftərin  Tahirənin  şkafından  götürüldüyünü  başa  düşüb 
təəccüblə qonşuma baxdım və divanda oturub tələsik yazını oxumağa 
başladım. Bu Tahirənin gündəliyi idi. 
«5 aprel. Bu gün bir oğlan uzaqdan dalımızca düşmüşdü. Zibeydə 
ayrılıb gedən kimi oğlan arxadan mənə yaxınlaşıb, tanış olmağı təklif 
etdi.  Mən  onun  üzünə  baxdım  və  heç  nə  demədən  çevrilib  yoluma 
davam etdim. Daha bilmədim, yenə dalımca gəldi, yoxsa yox». 
«6 aprel. Bu gün  Kazım  müəllim dedi ki, səndən  yaxşı ədəbiyyat 
müəllimi  olacaq.  Dinmədim.  Ancaq  mən  həkim  olmaq  istəyirəm. 
Anam kimi. Anama qurban olum, onu elə istəyirəm ki! İstəyirəm ki, o 
həmişə  belə  cavan,  gözəl  qalsın,  heç  vaxt  qocalmasın!  Elə  atam  da. 
Mənim üçün o qədər əziyyət çəkir ki, yazıq...» 
«7  aprel.  Gecə  saat  2-dir.  Kimyadan  dərsimi  indi  hazırlayıb 
qurtardım. Hamı yatıb. Təkcə mən oyağam. Tibb universitetinə qəbul 
olunsam, yəqin ki, bütün əziyyətlərimi unudacaq və bu günlərimi xoş 
xatirə  kimi  anacağam.  Bu  gün  axşam  evə  qayıdanda  Tahirin  başı 
ağrıyırdı. Naxoş kimi idi. Başının ağrısı mənə gəlsin, ay qardaş!» 
«8 aprel. Bu gün Solmaz müəllimə uşaqlann qarşısında məni xeyli 
təriflədi.  Doğrusu  lap  xəcalət  çəkdim.  Solmaz  müəllimə  hamımız 
üçün ikinci anadır. Ancaq istəmirəm ki, məni belə çox tərifləsin ». 
«9  aprel.  Bu  gün  bazar  günüdür.  Bəzi  ev  işlərini  görəndən  sonra 
«Qətl  günü»  romanını  oxuyub  qurtardım.  Aprelin  12-də  məktəbdə 
müzakirəsini  keçirəcəyik.  Əsas  məruzəçi  mənəm.  Roman  barədə 
fikirlərimin hamısını anamla bölüşdüm. Yəqin ki, onu xeyli yordum». 
«10 aprel. Bu gün Zibeydədən ayrılandan sonra həmin oğlan yenə 
mənə yanaşdı. Deyəsən o hər gün arxamızca gəlir. Ancaq görmürük. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
Yaxınlaşıb  adının  Zaur  olduğunu,  universitetin  kimya  fakültəsində 
oxuduğunu  dedi  və  mənim  adımı  soruşdu.  Mən  cavab  verməyib 
addımlanmı sürətləndirdim və özümü evə çatdırdım. 
Bilmirəm  bunu  anama  deyim,  yoxsa  yox?  Amma  deyib  qayğısını 
artırmaq da istəmirəm». 
«ıı  aprel.  Bu  gün  axşamüstü  oturub  dərslərimi  hazırlayanda  Tahir 
gəlib yanımda dayandı. Nə çox oxuyursan? - dedi. Elə bil mənə yazığı 
gəlirdi. Yəqin imkan olsaydı alıb dərslərimi mənim əvəzimə oxuyardı. 
Əlini  saçlarıma  çəkib  getdi.  Lap  kövrəldim.  Tahiri  dünya  qədər 
istəyirəm. Onun ayağına daş dəysə ürəyim partlayar. Ondan ayn bircə 
gün  də  dözmərəm.  Sabah  «Qətl  günü»  romanının  müzakirəsidir. 
Yaman həyəcanlanıram ». 
Gündəlik  burada  yarımçıq  qalmışdı.  Dəftərin  əvvəlini  açdım. 
Tahirə  gündəliyi  sentyabrın  19-  dan,  15  yaşı  tamam  olduğu  gündən 
yazmağa başlamışdı. Gündəlik elə bu sözlərlə də başlayırdı. «Bu gün 
on beş yaşım tamam oldu». 
Başımı  qaldırdım.  Qasımlı  mənə  mənalı  tərzdə  baxırdı.  Deməli, 
Zaur  adlı  bir  oğlan  həmin  günlər  Tahirə  ilə  maraqlanırmış.  Əslində 
yəqin ki, adını yalandan uydurub. Bu elə Aygün adlı qızı aldadıb tora 
salan xallı oğlan olmasın? 
Qasımlı  qəhvə  dəmləyib  hərəmizə  bir  fincan  süzdü.  Gündəliyi 
məndən alıb kreslosunda oturdu. Dəftəri bir daha diqqətlə oxuyub bir 
siqaret yandırdı və elə dərin fikrə daldı ki, deyəsən, süzdüyü qəhvəni 
içmək də yadından 
çıxmışdı.  Mən  çalışırdım  ki,  səs  salıb  onun  düşünməyinə  mane 
olmayım.  Divanda  oturan  bu  sadə,  mehriban,  ancaq  bəzən  kimlər 
üçünsə  olduqca  təhlükəli  olan  insana  tamaşa  edirdim.  Artıq  onunla 
tanışlığımızın, daha doğrusu, bizim binaya - mənimlə üzbəüz mənzilə 
köçməsinin  müddəti  iki  ilə  yaxınlaşırdı.  Ancaq  hələ  də  onun  şəxsi 
həyatı  mənim  üçün  müəmmalı  idi.  Bu  da  ondan  irəli  gəlmişdi  ki, 
Qanbay  Qasımlı  ümumiyyətlə,  özündən  danışmağı  sevmirdi.  On  beş 
ilə yaxın Rusiyada Baş Cinayət Axtarış idarəsində çalışmış bu adam 
necə  olmuşdu  ki,  qırx  yaşındı  istefaya  çıxıb  öz  vətəninə  - 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
VII 
Azərbaycana  qayıtmışdı?  Nəyə  görə  indiyə  kimi  ailəsizdir?  Onun 
qapalı və kədərli həyat sürməsinin səbəbi nədir? Qasımlı qapalı adam 
olmasaydı,  bu  sualların  cavabını  çoxdan  onun  özündən  alardım. 
Ancaq o qapalı və dərdli adam idi. Hərdən qəfil başağrıları tuturdu ki, 
üzə  vurmaq  istəməsə  də  buna  çox  çətinliklə  dözürdü.  Onu  təsadüfü 
vaxtlarda gülümsəyən görürdüm. Bu da adətən istehzalı gülüş olurdu. 
Əslində Qasımlı yumor hissindən məhrum adam deyildi, ancaq hansı 
bir səbəbsə onu şənlənməyə qoymurdu. 
Qonşum düşüncələrdən ayrılıb soyumuş qəhvədən bir qurtum içdi. 
Ayağa qalxıb telefon aparatına yaxınlaşdı və dəstəyi qaldırıb nömrəni 
yığdı: 
-
 
Alo!  Mehdiyev,  sizsiz?  Qasımlıdır.  Sabah  səhər  yoxlayın, 
Universitetin  kimya  fakültəsində  Zaur  adlı  oğlan  varmı?  Varsa,  səs-
küy yaratmadan onu idarəyə, öz kabinetinizə gətirib təcili mənə xəbər 
verin... Eybi yoxdur. Neçə Zaur varsa gətirin! Sağ olun! 
Mən həqiqətən təəccübləndim. Qasımlıdan çıxmayan iş. 
-
 
Niyə  belə  tələsirsiniz,  Qanbay  müəllim?  Duyuq  salmaq  nəyə 
lazımdır? 
O  gəlib  kreslosunda  oturdu.  Gündəliyi  əlinə  götürüb  yelləməyə 
başladı. 
-
 
Nemət müəllim, bu gündəlikdə yazılanlar sizə nə deyir? 
-
 
Mənə  deyir  ki,  Zaur  Tahirənin  itməsi  ilə  bağlı  adamdır. 
Yadınızdadırım,  Səmədovun  dedikləri?  Bundan  əvvəl  itmiş  qızın  da 
bir  cavan  oğlanla-institut  tələbəsi  ilə  görüşdüyünü  görmüşdülər. 
Ancaq  əlbəttə  ki,  bu  işdə  Zaur  əsas  sima  deyil.  O,  hansısa  başqa 
naməlum adamların göstərişini yerinə yetirib. 
-
 
Nəyə görə belə düşünürsünüz? 
-
 
Ona  görə  ki,  -  fikrimi  əsaslandırmaq  üçün  bir  az  baş  sındırmalı 
oldum.  -  Cavan  bir  oğlan  təkbaşına  belə  qorxulu  və  əclaf  işə 
girişməyə cəsarət etməz. 
-
 
Bilirsiniz,  Nemət  müəllim,  -  başladığı  iş  sona  yetməmiş 
düşüncələrini  bölməyə  adət  etməmiş  Qasımlı  çətinliklə  dilləndi.  - 
Tahirə  haqqında  topladığım  məlumatlar  əsasında  onu  tamamilə 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə