20
PVX linoleum nümunələrini (cədvəl 4) yaxma üsulu ilə hazırlamışlar.
Plastifikatorlar qismində dioktilftalat (DOF), DOF-un XR-470 markalı xlorparafinlə
qarışığı, yaxud dibutilftalat (DBF) və 8-10 markalı dialkilftalatdan (DAF) istifadə
edilmişdir.
№ 1, № 2, № 5, № 8 nümunələri ekspertizadan istehsal ediləndən dərhal, № 3,
№ 4, № 6, № 7 nümunələri 1 aydan, № 9 nümunəsi isə 18 aydan sonra keçirilmişdir.
Alınmış nəticələrin PVX linoleumların istehsalının texnoloci recimi ilə
müqayisəsi geləmələgəlmə dərəcəsinin və linoleumlardan ayrılan plastifikatorların
miqdarının kompozisiyada PVX:DOF nisbəti və hazırlanma temperaturundan
asılılığını göstərmişdir. Dekolin, köpükləndirilmiş J və D tipli linoleumlarda DOF
miqdarı azaldıqca geləmələgətirmə dərəcəsi artır, ayrılmış plastifikatorun miqdarı isə
azalır. Hazırlanma temperaturu artdıqda da geləmələgətirmə dərəcəsi artır.
Cədvəl 4. PVX linoleumların xarakteristikaları
Sıra
sayı
Linoleumun
tipi
Miqdarı, faizlə
PVX-
ftalat
nisbəti
Hazırlanma
temperaturu,
0
S
PVX
DOF
XR-470
1.
Dekolin
42,7
23,7
6,4
1,8:1
130-150
2.
Dekolin
44,6
19,6
6,7
2,29:1
130-150
3.
Dekolin
44,5
19,5
6,8
2,28:1
130-150
4.
Köpükləndirilmiş
62,8
18,6
9,0
*
2,27:1
150-180
5.
Köpükləndirilmiş
49,7
29,8
-
1,67:1
130-150
6.
A
46,0
21,8
5,9
2,11:1
130-190
7.
B
46,0
21,8
*
5,9
2,11:1
130-190
8.
C
40,6
25,2
8,5
1,61:1
160-170
9.
D
38,3
21,0
3,85
1,82:1
160-170
*
DAF və DBF plastifikatorları
21
Alimlər qrupu tərəfindən plastifikatorun şaxtaya davamlılığını artırmaq
məqsədilə
PVX
üçün
modifikasiyalaşdırılmış plastifikatorların ekspertizası
aparılmışdır. Stearin turşulu kadmium sabitləşdiricisinin polimer 100 k.h.-nə düşən
miqdarı 2 k.h., plastifikatorun isə 75 k.h. təşkil etmişdir. PVX kompozisiyalarda
plastifikatorlar tətbiqinin effektivliyini hşüşələşdirmə temperaturuna əsasən
müəyyənləşdirmişlər.
DBSA
və
DBKA
plastifikatorlarının
təsirinin
effektivliyi
ənənəvi
plastifikatorlardan az deyildir (cədvəl 5).
Cədvəl 5. Müxtəlif plastifikatorlu PVX linoleumların xassələri
GÖSTƏRICI
DBSA
DBKA
DOA
DOS
Şüşələnmə temperaturu,
0
c
-71
-68
-70
-72
Statik şəraitdə şaxtaya
davamlılıq,
0
c
-65
-65
-65
-65
-30
0
c-də dinamik şəraitdə
şaxtaya davamlılıq, tsikl
6,1
5,2
2,5
2,1
Gərilmə zamanı dağıdıcı
gərginlik, mpa
11,3
10,4
11,4
11,4
Üzülmə zamanı nisbi
uzanma, %
385
365
675
380
Termostabillik, dəq
8
5
30
32
DBSA və DBKA-lı plyonkalar dinamik şəraitdə şaxtaya davamlılığa görə DOS
və DOA-lı plyonkaları üstələyirlər, bu da DBSA və DBKA molekullarının spirt
hissəsinin quruluşunun xüsusiyyətləri ilə əlaqədardır. Eyni zamanda tərkibində adipin
turşusu və oksietilləşdirilmiş spirtlər əsaslı efirlər olan PVX kompozisiyalar ənənəvi
plastifikatorlu kompozisiyalara nisbətən daha aşağı termostabilliyə malikdir.
Effektiv antioksidantlar və onların qarışığından istifadə etdikdə termiki
qocalma prosesi zamanı DBSA və DBKA-lı PVX kompozisiyalar fiziki-mexaniki
xassələrin sabitliyinə görə DOS-lu kompozisiyalardan geri qalmır.
22
Nəticə etibarilə qeyd etmək lazımdır ki, antioksidləşdirilmiş spirtlər
(butilsellozolv və butilkarbital) və adipin turşu əsaslı mürəkkəb efirli plastifikatorlar
PVX-in şaxtaya davamlılığını artırır və təsir effektivliyinə görə tanınmış
plastifikatorları dioktiladipinat və dioktilsebasinatı üstələyir.
Digər işdə DOF və fenol ekstraktı (FE) qarışığı ilə plastifikasiyalaşdırılmış
PVX-in xassələrinin ekspertizası aparılır.
Təyin edilmişdir ki, qarışıqlarda FE-nın miqdarı artdıqca kompozisiyanın
şüşələnmə temperaturu və axıcılığı plastifikasiyalaşdırılmış PVX-in axıcılığı və
şüşələnmə temperaturuna yaxınlaşaraq artırlar.
DOF-ın bir hissəsinin FE-na dəyişməklə alınan PVX linoleumunun dinamik
şəraitdə xassələrinin öyrənilməsi göstərir ki, kompozisiyaya FE-nı daxil etməklə kütlə
itkisinin başlanma temperaturu standart kompozisiyanın bu göstəricisinə nisbətən 25-
30
0
S artır. Kompozisiyanın tərkibində 28%-ə qədər FE olduqda polimer
parçalanmasının maksimal temperaturu təqribən 15
0
S artır.
Ekstruziya prosesinin texnoloci parametrləri və PVX kompozisiyaların
tərkibindəki sürtkü azaldıcılarını plastifikasiya təsiri öyrənilmişdir.
100 k.h. PVX-ə qarşı 50 k.h. DOF, 6 k.h. üçəsaslı qurğuşun sulfatı, 4 k.h.
sürtkü azaldıcısını daxil edən kompozisiyalar 40-45 dəq ərzində 90-100
0
S
temperaturda pərli qarışdırıcıda hazırlanmışdır. Sürtkü azaldıcıları qismində qurğuşun
asetatı, qossipol qatranı, dietilenqlikolun və sintetik yağlı turşunun parsial efiri
(lubrikant K-11), kalsium stearatı, ikiəsaslı qurğuşun stearatı, stearin turşusundan
istifadə edilmişdir.
Sürtkü azaldıcılarının ekstruziya prosesinə təsirinin kəmiyyət qiymətini tapmaq
üçün Q/M, yəni ekstruderin xüsusi məhsuldarlığı ölçüsündən istifadə etmək olar.
Təyin edilmişdir ki, ekstruziya prosesinin M/Q və Q/M parametrlərinin
kompozisiyaların plastifikasiya sürətindən asılılığı kompozisiyaların ərinti şəklinə
keçən zamanı böyük xüsusi mexaniki qüvvələrin təsirini tələb edir.