Əlyazması hüququnda ƏJDƏrzadə elsevər məCĠd oğLU



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix04.04.2018
ölçüsü0,77 Mb.
#35851
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

59 

 

hesab  vərəqəsindən  ödəyicinin  şəxsi  hesab  vərəqəsinə  aid  edilməlidir.  Bu  zaman 



ödəyicinin  rekvizitləri  cari  ay  ərzində  müəyyənləşdirildiyi  halda,  düzəliş 

əməliyyatının aparılması üçün xidməti məktubun hazırlanmasına zərurət yaranmır. 

Əks  təqdirdə  düzəliş  əməliyyatları  yalnız  vergi  orqanının  rəhbərliyinə  yazılmış 

xidməti məktub əsasında aparılmalıdır.     

 

Əgər vergi orqanı vergi ödəyicisi tərəfindən verginin artıq ödənilməsi faktını 

aşkar edərsə, onda bu barədə həmin faktın aşkar edildiyi gündən sonrakı bir aydan 

gec  olmayaraq  ödəyiciyə  məlumat  verməlidir.  Artıq  ödənilmiş  vergi  məbləğinin 

gələcək  ödənişlər  kimi  hesaba  alınması,  vergi  orqanının  qərarına  və  vergi 

ödəyicilərinin ərizəsinə əsasən həyata keçirilir. 

 

Vergi  ödəyicilərinin  ərizəsinə  və  vergi  orqanlarının  qərarına  əsasən,  artıq 



ödənilmiş vergi məbləği vergi və ya yığımların ödənişi üzrə öhdəliklərin icrasına, 

peniyanın  ödənilməsinə  və  əgər  vergi  qalığı  artıq  ödənilmiş  verginin  yönəldiyi 

büdcəyə (büdcədənkənar fonda) ödənilərsə, həmin qalığın ödənilməsinə yönəldilə 

bilər. Ödəyicinin digər vergilər üzrə borc qalığı olduğu hallarda isə, vergi orqanları 

müstəqil olaraq, artıq ödənilmiş vergi məbləğini hesaba almaq hüququna malikdir. 

Bu halda, vergi müfəttişliyi ərizənin verildiyi gündən sonrakı iki həftə müddətində 

bu barədə vergi ödəyicisinə məlumast verməlidir. 

 

Ödəyici tərəfindən artıq ödənilmiş vergi məbləği ödəyicinin ərizəsinə əsasən 



hesablaşma  hesabına  qaytarılmalıdır.  Vergi  ödəyicisinin  vergi  və  yığımların 

ödənişi üzrə borc qalığı və ya həmin büdcəyə (büdcədənkənar fonda) hesablanmış 

peniya üzrə borcu olduğu halda, artıq ödənilmiş vergi məbləği yalnız vergilər üzrə 

borclar  tutulduqdan  sonra  vergi  ödəyicisinə  qaytarılır.  Artıq  ödənilmiş  məbləğin 

qaytarılması haqqında ərizə, həmin məblğin ödənildiyi gündən sonrakı 5 il ərzində 

vergi orqanına təqdim edilə bilər. 

 

Artıq  ödənilmiş  vergi  məbləği  həmin  vəsaitlərin  daxil  olduğu  büdcənin 



(büdcədənkənar  fondun)  vəsaitləri  hesabına  artıq  ödənilmiş  məbləğin  geri 

qaytarılması  haqqında  ərizənin  vergi  ödəyicisi  tərəfindən  təqdim  edildiyi  gündən 

sonrakı 45 gün ərzində geri qaytarılır. 



60 

 

 



Artıq tutulmuş vergi məbləği ödəyiciyə qaytarılmalıdır. Ödəyicinin vergi və 

yığımların ödənişi üzrə qalığı və ya həmin büdcəyə ödəniləcək peniya üzrə borcu 

olduğu hallarda, artıq tutulmuş vergi məbləği geri qaytarılır. 

 

Artıq  tutulmuş  vergi  məbləğinin  qaytarılması  barədə  qərar,  vergi  orqanları 



tərəfindən  bu  verginin  tutulduğu  vergi  ödəyicisinin  təqdim  etdiyi  yazılı  ərizənin 

qeydiyyatından keçdiyi gündən sonrakı iki həftə ərzində qəbul olunur. 

 

Artıq  tutulmuş  vergi  məbləğinin  qaytarılması  haqqında  ərizə  vergi 



ödəyicisinin ondan verginin artıq tutulması faktı aşkar edildiyi gündən sonrakı 45 

gün  ərzində,  məhkəməyə  iddia  ərizəsi  verildiyi  hallarda  isə  3  il  ərzində  vergi 

orqanına verilə bilər. 

 

Ödəyicinin ərizəsinə baxan vergi orqanı verginin artıq tutulması faktını etiraf 



etdiyi hallarda, artıq tutulmuş vergi məbləğinin, eləcədə qanunvericilikdə nəzərdə 

tutulmuş qaydada həmin məbləğə hesablanmış faizlərin qaytarılması barədə qərar 

qəbul edir. 

 

Artıq tutulmuş (ödənilmiş) vergilərin geri qaytarılması vergi müfəttişliyinin 



qərarına  əsasən  dövlət  (bələdiyyə)  büdcəsindən  müvafiq  xəzinədarlıq  və  maliyyə 

orqanları  tərəfindən  geri  qaytarılır.  Bunun  üçün  ödəniş  tapşırığı  tərtib  edilir  və 

banklar  bu  sənəddə  göstərilən  məbləğləri  büdcə  hesablarından  silərək 

müəssisələrin  hesabına  köçürür.  Pul  vəsaitlərinin  vətəndaşların  kredit 

təşkilatlarındakı hesablarına köçürüldüyü hallarda, həmçinin ödəniş tapşırığı tərtib 

olunur. Artıq ödənilmiş (tutulmuş) vergi məbləği nağd ödənildikdə isə vətəndaşlar 

pul  vəsaitlərini  büdcə  vəsaitlərinin  olduğu  banklara  təqdim  edilmiş  çeklər  üzrə 

alırlar. Kredit təşkilatları sərəncamın və müvafiq büdcə hesabları üzrə çıxarışların 

surətini xəzinədarlıq və  maliyyə  orqanlarına göndərirlər. Xəzinədarlıq və  maliyyə 

orqanları isə həmin sənədləri ödəyicilərin üzərinə “ödənilmişdir” ştampı vurulmuş 

ərizələri  ilə  birlikdə  vergi  orqanına  verirlər.  Bu  sənədlər  vergi  müfəttişliyi 

tərəfindən  ödəyicilərin  şəxsi  hesablarında  lazımi  qeydlərin  aparılması  üçün  əsas 

kimi xidmət edir. 



61 

 

 



Şəxsi  hesabları  aparılmayan  vergi  və  tədiyyələr  üzrə  (məsələn,  dövlət 

rüsumları)  ödənişlərin  qaytarılması  haqqında  qərar,  vergi  orqanları  tərəfindən 

ödəyicilər  tərəfindən  tədiyyələrin  faktiki  daxil  olmasını  təsdiq  edən  sənədlər 

olduğu hallarda qəbul edilir. 

 

Vergi  ödəyicisi  olan  hüquqi  şəxslərin  ləğvi  və  ya  hüquqi  şəxs  yaratmadan 



sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxsin sahibkarlıq fəaliyyətinə xitam verilməsi 

barədə AVİS-in “VÖEN” altsistemində ərizə (məhkəmənin qərarı, ölüm haqqında 

şəhadətnamə  və  s.)  qeydə  alındıqdan  sonra  vergi  orqanında  kommersiya 

qurumunun dövlət qeydiyyatının və ya vergi ödəyicisinin uçotunun ləğv edilməsi 

prosedurları yerinə yetirilir. 

 

 Proqram təminatı vasitəsilə ləğv edilmə ilə əlaqədar müvafiq prosedurların 



yerinə  yetirilməsi  üçün  vergi  orqanının  bəyannamələr,  audit  və  vergi  borcları 

şöbələrinə məlumat verilir. Vergi ödəyicilərinin dövlət qeydiyyatının ləğv edilməsi 

zamanı onun yekun bəyannamələrinin qəbul edilməsi və kameral yoxlanılması, son 

səyyar  vergi  yoxlamasının  aparılması, vergi  borclarının  ödənilməsi  işləri  Vergilər 

Nazirliyinin müəyyən etdiyi qaydalara uyğun olaraq müvafiq strukturlar tərəfindən 

yerinə yetirilir. 

 

Ləğv  edilən  qurumun  təqdim  etdiyi  yekun  bəyannamələrin  kameral  vergi 



yoxlaması həmin qurumda son səyyar vergi yoxlamasının başlanılması tarixinədək 

aparılmalıdır.     

 

Vergi  ödəyicisində  aparılmış  səyyar  vergi  yoxlamasının  nəticələri  AVİS-in 



müvafiq altmodulu vasitəsi ilə şəxsi hesab vərəqəsində nəzərə alınır.  

 

Vergi ödəyicisinin büdcəyə olan borc və faiz məbləğləri ödənilmədiyi halda 



onun VÖEN-ni və şəxsi hesab vərəqəsi bağlanıla bilməz. 

 

Vergi  ödəyicisinin  büdcəyə  borcu  olmadığı  halda  vergi  orqanının  aidiyyatı 



bölməsinin  məsul  şəxsi  AVİS-nin  müvafiq  altmoduluna  VÖEN-nin  ləğv  olunma 

ərizəsində  qeydlər  aparır,  və  qanunvericilkdə  nəzərdə  tutulmuş  prosedurlardan 

sonra  VÖEN-si  ləğv  olunmaqla  vergi  ödəyicisinin  şəxsi  hesab  vərəqəsi  passiv 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə