Əlyazması hüququnda



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə1/28
tarix29.09.2017
ölçüsü0,72 Mb.
#2390
  1   2   3   4   5   6   7   8   9   ...   28


 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

MAGİSTRATURA MƏRKƏZİ 

 

Əlyazması hüququnda 

 

 

 

  

 

 

Qasımova Aysel Fərmayıl qızının 

 

 

“Əmək kollektivlərində psixoloji mühit və onun əməyin səmərəliliyinə 

təsiri ”  mövzusunda

 

 

 

MAGİSTR DİSSERTASİYASI 

      

 

 

             İxtisasın şifri və adı:                     -  060404 - İqtisadiyyat   

 

 

 

             İxtisaslaşmanın adı:                      “Əməyin iqtisadiyyatı”      

 

 

 



          Elmi rəhbər:                             Magistr proqramının  rəhbəri:                  

 

                



Prof.T.Ə.Quliyev                                          dos.E.C.Əzizova 

 

 



 

Kafedra müdiri:                           

Prof.T.Ə.Quliyev

 

 



 

BAKI  - 2016 

 

 



 

MÜNDƏRICAT 



Səh. 

GİRİŞ______________________________________________________səh 3 

FƏSİL  1.  ƏMƏK  KOLLEKTİVLƏRİNİN  İDARƏ  EDİLMƏSİ  SİSTEMİNDƏ 

SOSİAL-PSİXOLOJİ   METODLARININ TƏTBİQİ 

1.1.  Əmək  kollektivlərinin  idarə  edilməsində  tətbiq  edilən  sosial-psixoloji 

metodların mahiyyəti əhəmiyyəti___________________________səh  7 

1.2.  Heyətin  idarə  olunmasının  sosial-psixoloji  vasitə  və  metodlar 

sistemi______________________________________________səh 15 

FƏSİL  II.  ƏMƏK  KOLLEKTİVLƏRİNDƏ  PSİXOLOJİ  MÜHİT,  ONUN 

SOSİAL-PSİXOLOJİ  ASPEKTLƏRİ VƏ ONA TƏSİR EDƏN AMİLLƏR 

    2.1.  Heyətin idarə edilməsinin sosial-psixoloji cəhətlərinin tədqiqi____səh  29 

    2.2. Əmək kollektivlərində psixoloji mühit və ona təsir edən amillər___səh  41 

    2.3.  Kollektivin stabilliyinin sosial-psixoloji aspektləri___________səh  49 

FƏSİL III. ƏMƏK KOLLEKTİVLƏRİNDƏ ƏLVERİŞLİ-PSİXOLOJİ MÜHİTİN 

FORMALAŞMASI VƏ ONUN ƏMƏYİN SƏMƏRƏLİLİYİNƏ TƏSİRİ 

3.1.  Kollektivə  rəhbərliyin  sosial-psixoloji  aspekti  və  rəhbərlik  üslubunun 

optimallaşdirilmasinin əməyin səmərəliliyinə təsiri___________səh 61 

3.2. İdarəetmə münasibətlərinin psixoloji mühitin formalaşmasında rolu_səh  73 

3.3. Kollektivdə sosial-psixoloji münaqişələr və onların həlli yolları___səh  77 

NƏTİCƏ VƏ TƏKLİFLƏR 

RESUME 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATLAR 



 


 

GİRİŞ 



 

Mövzunun  aktuallığı.  Bazar  iqtisadiyyatı  şəraitində  kollektivlərdə  maddi 

nemətlərin  və  mənəvi  dəyərlərin  yaradılması  prosesinin  ayrılmaz  tərkib  hissəsi 

kimi  heyətin  idarə  edilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Məhz  rəhbər  işçi 

vəzifəsini  yüksək  səriştəlik,  bilikli,  enerjili  və  özünün  rəhbərlik  qabiliyyətinin 

bacarığını  daim  təkmilləşdirərək  idarəetmə  funksiyasının  həyata  keçirməlidir. 

Vəzifəli  şəxs  idarəetmənin  bütün  həlqələrində  və  səviyyələrində  milyonlarla 

işçilərin  fəaliyyətini  təşkil  edir,  istiqamətləndirir,  tənzimləyir,  stimullaşdırır. 

İdarəetmədə  onlarla  yanaşı,  birlikdə  düşüncəli  və  fəal  fəhlələr  və  qulluqçular 

iştirak edirlər. 

 

Heyəti idarəetmənin üslub və metodları, onların təkmilləşdirilməsi müasir dövr 



üçün  daha  səciyyəvi  və  xarakterikdir.  Beləliklə,  bazar  iqtisadiyyatı,  onun 

prinsipləri  və  tələbləri  kollektivin  fəaliyyətinin  səmərəli  təşkil  edilməsini  tələb 

edir. Bununla yanaşı, elmi-texniki tərəqqi də işçiləri yaradıcılığa təhrik edir. Bütün 

bunlar  işçilərin  gərgin  işləməmək  vərdişləri  ilə,  vaxtı  qiymətləndirməyi 

bacarmamaqla  bir yerə sığışmır. Odur ki, müasir dövr ideya və psixoloji keyfiyyət 

kompleksini  tələb  edir.  Bura  daxildir:  şüurlu  münasibət,  düşüncəli  olmaq,  yüksək 

iş  qabiliyyətinə  malik  olmaq,  əməksevərlik,  təşəbbüskarlıq,  yüksək  intellektlilik, 

yeniliyə meyllilik və s. 

Kollektivin fəaliyyətinin müvəffəqiyyəti üçün heyətin idarə edilməsinin sosial-

psixoloji  aspektləri  həlledici  əhəmiyyətə  malikdir.  Burada  qeyri-maddi  dəyərlər, 

yəni kollektivin birliyi, intizamlılıq, işgüzarlıq, yeniliyə  meylilik, sağlam psixoloji 

mühit,  xoş  əhval-ruhiyyə  daha  təsirlidir.  Əməyin  nəticələrində  maraqlı  olmaq, 

idarə  edən  və  idarə  olunanlar  arasında  qarşılıqlı  sağlam  münasibətin  olması 

istehsalın nəticələrinə bilavasitə təsir edir.  

Yeni  istehsal  münasibətləri  şəraitində  idarəetmənin  forma  və  metodları 

içərisində  sosial-psixoloji  aspekt  daha  çox  diqqəti  cəlb  edir.  Insanların  maddi 

tələbatlarının  ödənilməsi  ilə  bərabər,  mənəvi  sahəyə  də  meyl  etmələri 

güclənmişdir.  Onların  psixoloji  komforta  –  işdə  öz  vəziyyətləri  ilə 

kifayətlənmələri,  işçilərlə,  xüsusilə  də  rəhbərlərlə  qarşılıqlı  münasibətin 



 

yaxşılaşdırılmasına  meyl etmələri artır. Psixoloji komfortun  yaradılması bilavasitə 



əməyə  münasibətə  təsir  edir.  Odur  ki,  rəhbər  işçi  dərin  bilikli,  həssas,  sosial-

psixoloji  sahədə  zəngin  bilik  və  təcrübəyə  yiyələnməlidir.  Rəhbər  işçinin  sosial-

psixoloji cəhətdən nəzəri biliklərə yiyələnməsi,  işçilərə səmərəli rəhbərlik etməyə, 

hər  kəsə  fərdi  yanaşmağa,  eləcə  də  rəhbər  işçilərlə  tabeçilikdə  olanlar  arasında 

qarşılıqlı  münasibətin  düzgün  qurulmasına  imkan  verir.  Bütün  bu  deyilənlərdən 

aydın olur ki, seçilmiş mövzu günün aktual məsələlərindəndir. 



Tədqiqatın  predmetini  heyəti  idarəetmənin  sosial-psixoloji  aspektləri, 

kollektivdə  psixoloji  mühit,  ona  təsir  edən  amillər,  rəhbərlik  üslubunun 

optimallaşdırılması, sosial-psixoloji münasibətlərin yaxşılaşdırılması təşkil edir.  

Tədqiqatın  obyektini  şirkət,  birlik  və  sənaye  müəssisələrində  heyətin  idarə 

edilməsi prosesinin təkmilləşdirilməsi təşkil edir. 



Tədqiqatın  nəzəri  və  metodoloji  əsaslarını  heyəti  idarəetmə  sahəsində 

alimlərin elmi araşdırmaları, idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində 

ölkəmizdə  qanunverici  orqan  tərəfindən  qanunlar  və  qanunvericilik  aktları,  qərar 

və  sərəncamları,  sənaye  müəssisələri  haqqında  əsasnamələr  və  digər  normativ 

sənədlər təşkil edir. 

Tədqiqatın  metodu  kimi  müqayisə,  sistemli  təhlil,  məntiqi  ümumiləşdirmə  və 

qruplaşdırma,  statistik  məlumatlardan  və  sosioloji  tədqiqat  üsullarından  istifadə 

edilmişdir.  Həmçinin,  dissertasiya  işinin  yerinə  yetirilməsi  prosesində  müəllif 

tərəfindən tədqiq edilən problem üzrə ümumi və xüsusi ədəbiyyat materiallarından 

istifadə olunmuşdur.  

Tədqiqatın  əsas  məqsədi  və  vəzifələri.  Müasir  dövrdə  elmi-texniki  tərəqqinin 

sürətləndirilməsi və bazar iqtisadiyyatına keçilməsi fəaliyyətin bütün sferalarına öz 

təsirini  göstərir.  Bu  prosesdə  idarəetmə  sisteminin  yenidən  qurulması  və  sistemin 

təkmilləşdirilməsi  qarşıya  qoyulan  əsas  məqsədlərdən  biridir.  Məhz  yeni  iqtisadi 

münasibətlər  şəraitində  idarəetmə  sisteminə  də  yeni  tələblər  səviyyəsində 

yanaşılmalıdır. 

-  Hazırki dövrdə idarəetmənin yeni tələblər əsasında təşkil edilməsi, idarəetmə 

funksiyalarının  həyata  keçirilməsi  üçün  onun  materiallarının  öyrənilməsi  və 




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə