Enerji Enerji cisim və maddələrlə əlaqəli xüsusiyyət



Yüklə 276,58 Kb.
səhifə2/5
tarix03.05.2023
ölçüsü276,58 Kb.
#108170
1   2   3   4   5
Enerji

Günəş enerjisi - Günəş işığından enerji əldə edilməsi texnologiyası.
Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-nın istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olardı.
Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır. Günəş enerjisini iki üsul ilə işlətmək olar: müxtəlif termik sistemlərin köməyi ilə, istilik enerjisi şəklində, foto-kimyəvi və fotoelektrik proseslərin çevrilməsi üzrə qurğularda.

Külək enerjisi — küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Alternativ enerji (bərpa olunan) mənbələrindən biri hesab olunur. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər.
Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir.
Küləyin gücündən çox köhnə illərdən bəri faydalanırlar . Külək gücündən ilk faydalanma şəkli olaraq yelkənli gəmilər və yel dəyirmanları göstərilə bilər. Daha sonra taxıl üyüdmə, su nasosla vurma, ağac kəsmə işləri üçün də külək gücündən faydalanılmışdır. İndiki vaxtda daha çox elektrik çıxarmaq məqsədiylə istifadə edilməkdədir.

Dalğa enerjisi - okeanın səthində dalğaların yarardığı enerji. Elektrik enerjisi istehsal etmək, okean suyunu duzsuzlaşdırmaq və suyun çənlərə vurulması kimi faydalı işləri yerinə yetirə bilər. Dalğa enerjisi tükənməz enerji mənbəyidir.
Dalğa enerjisi ilə böyük miqdardakı enerji kiçik bir sahədən əldə edilə bilər. Bu xüsusiyyət dalğa enerjisi üçün müsbət bir dəyərdir. Çünki günümüz texnologiyasında külək və günəş ilə enerji əldə edə bilmək üçün böyük sahələrə ehtiyac duyular. Dalğa enerjisinin digər bir xüsusiyyəti güvənilə bilər olmasıdır. Çünki dalğanın gedəcəyi yol külək istiqamətinə baxılaraq təyin edilə bilər. Ayrıca dalğalar bir-birini tətikləyərək çox uzun məsafələri qət edə bilər. Dalğaların uzun məsafə qət etməsi okean və ya dəniz səthindəki bütün enerjinin hər hansı bir iş etmədən bizə qədər daşınması mənasını verər.

Yüklə 276,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə