Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə36/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   32   33   34   35   36   37   38   39   ...   67

göstərən,  hərtərəfli  inkişaf etmiş  böyük  nəzəriyyəçi,  dövrümüzün 
görkəmli  bəstəçisi  Cövdət  Hacıyevə  həsr  olunmuş  monoqrafiyadır 
("İşıq",  1979).  Müəllif  kitabda  Cövdət  Hacıyevin  Azərbaycan 
simfonik  musiqisinin  ümumi  inkişafı  fonunda  özünəməxsus 
üslubunu  araşdırmaq  məqsədini  izləyir.  Kitabda  onun  beş 
simfoniyası, 
"Sülh 
uğrunda" 
simfonik 
poeması, 
kamera- 
instrumental musiqisi və fortepiano üçün "Musiqi  lövhələri" yüksək 
professional səviyyədə təhlil olunur.
Aida  xanımın  1985-ci  ildə  "Yazıçı"  nəşriyyatında  çap 
olunmuş  növbəti  kitabı  görkəmli  bəstəçimiz  Soltan  Hacıbəyovun 
yaradıcılığına həsr edilib.  Maraqlıdır ki,  1969-cu ildə müdafiə etdiyi 
namizədlik  dissertasiyası  da  istedadlı  sənətkarımızın  əsərlərinin 
təhlililə bağlıdır.
Həmin  monoqrafiyada  bəstəçinin  "Gülşən"  baleti,  simfonik 
janrda  yazılan  əsərləri,  onun  üslubu  üçün  səciyyəvi  bir  çox 
xüsusiyyətlər yüksək səviyyədə araşdırılmışdır.
Aida  xanımın  sonrakı  tədqiqat  nümunəsi  müasir  musiqi 
sənətimizin 
görkəmli 
nümayəndələrindən 
Aqşin  Əlizadənin 
yaradıcılığına həsr olunmuş monoqrafiyadır.  Burada "Kənd süitası", 
o  dövrdə  yazılan  simfoniyaları,  özünəməxsus  xor  və  kamera- 
instrumental  əsərləri  təhlil  olunaraq,  bəstəçinin  müasir Azərbaycan 
musiqi mədəniyyətində tutduğu uğurlu və hətta "yenilikçi" mövqeyi 
şərh olunmuşdur.
A.Tağızadə  müxtəlif qəzet  və jurnallarda  çap  olunmuş  100-ə 
yaxın  məqalənin  müəllifidir.  Bunlardan  çoxu  yerli  mətbuatda, 
bəziləri isə respublikadan kənar mənbələrdə çap olunmuşdur.
Məqalələrin əsas  mövzuları  Üzeyir Hacıbəyli,  Qara  Qarayev, 
Fikrət  Əmirov,  Arif  Məlikov  və  b.  kimi  böyük  sənətçilərinin 
yaradıcılığı,  bədii  üslubun  özəllikləri,  yeni\  əsərlərin  təhlilidir. 
Fəaliyyəti  boyu  A.Tağızadə  Azərbaycan  bəstəçilərinin  yaradıcı­
lığına  həssaslıqla  yanaşaraq,  milli  musiqi  sənətimizi  dövri 
mətbuatda,  televiziya  çıxışlarında,  elmi  konfranslarda  nəinki 
vətənimizdə,  hətta  xarici  ölkələrdə  də  təbliğ  etmişdir  (İtaliya, 
Almaniya,  Çexoslovakiya,  Türkiyə).  Professional  ifaçılıq  sənətinə
170
diqqət  yetirən  və  dəyər  verən  Aida  Tağızadə  yazılarında  Müslüm 
Maqomayev,  F  və  X.  Qasımova  bacılan,  Sərvər  Qəniyev,  Elmira 
Səfərova,  Fəridə  Quliyeva,  Aida  Abdullayeva  kimi  sənətkarların 
yaradıcılıq portretlərində yer vermişdir.
A.Tağızadənin pedaqoji  fəaliyyəti də  olduqca diqqətəlayiqdir. 
O,  respublikanın  müxtəlif mədəniyyət  sahələrində  çalışan  bir  çox 
hazırlıqlı musiqişünaslar nəslini yetişdirib və bir neçə sənətşünaslıq 
dissertasiyasının elmi rəhbəri olmuşdur.
Bundan başqa o bir sıra elmi  metodik əsərlərin və dərsliklərin 
müəlliflərindən  biridir.  Məsələn:  "Azərbaycan  musiqi  tarixi" 
(1987),  "Azərbaycan musiqisi  müntəxabatı"  (1969  -  I  c.,  1985  -  II 
c.).  Aida xanımın  elmi  fəaliyyəti  onu bütün  yaradıcılıq  həyatı  boyu 
müşayiət  edir.  О,  "XX  əsr  Azərbaycan  musiqisi"  məqalələr 
toplusunun tərtibçisi  və  elmi  redaktoru  olmuşdur.  1994-cü  ildə  çap 
olunan toplunun  birinci  cildində milli  musiqi  mədəniyyətinin  tarixi 
mərhələləri  bədii  estetik  planda  araşdırılmış  və  Azərbaycan 
bəstəçilərinin üslub problemlərinin analitik izahı verilmişdir.
Aida  xanım  1996-2007-ci  illərdə  fəaliyyətini  qardaş  Türkiyə 
məmləkətinin  Ankara  Bilkənd  universitetində  davam  etdirmişdir. 
Bu  illərdə  o,  Azərbaycan  və  onun  musiqi  həyatı  ilə  əlaqələrini 
kəsməmiş,  "XX  əsr  Azərbaycan  musiqisi"  məqalələr toplusunun  II 
cildini hazırlamışdır.  Üzeyir Hacıbəylinin  11 O-illiyinə həsr olunmuş 
həmin kitab  1997-ci ildə işıq üzü görmüşdür.
Dahi  bəstəçinin  yaradıcılığını  əhatə  edən  bu  kitabda  onun 
zəngin  irsi,  tarixi  missiyası  bədii-estetik,  tarixi-mədəni  kontekstdə 
işiqlandırılmışdır.  Məqalələrin  çoxunda  Üzeyir  Hacıbəylinin  ənənə 
və  prinsiplərinin  Azərbaycan  bəstəçilərinin  inkişafındakı  rolundan 
və  onların  yeni  mərhələdə  davamını  tapmasından  bəhs  edilir. 
Bundan başqa topluda istifadə olunan yeni mənbələr dahi sənətkarın 
yaradıcılığı, şəxsiyyəti haqqında daha dolğun təsəvvür yaradır.
Türkiyədə  işləyərkən A.Tağızadə Bakıda nəşr olunan kitab və 
qəzetlər  üçün  Azərbaycan  musiqisi  ilə  bağlı  bir  sıra  məqalələr 
yazmış,  uğurla  müdafiə  olunmuş  iki  namizədlik  dissertasiyasının 
elmi rəhbəri olmuşdur.
171


"Musiqi  tarixi"  kafedrasının  müdiri  kimi  Aida  xanım  öz 
təşkilatçılıq  bacarığını  aydın  göstərə  bildi.  Onun  rəhbərliyi  və 
iştirakı  ilə  kafedranın  əksər  üzvləri  namizədlik  dissertasiyalarını 
müdafiə etmişlər.
Aida  xanımın  Azərbaycan  bəstəkarlarının  yaradıcılığına  həsr 
olunmuş  kitab  və  broşürləri  Azərbaycan  musiqişünaslığına  bir 
töhfədir.  Bu  sırada dövrümüzün görkəmli bəstəkarları C.Hacıyevin, 
Hacıbəyovlar sülaləsinin nümayəndəsi  Soltan Hacıbəyovun, müasir 
musiqi  sənətinin  görkəmli  nümayəndəsi  A.Əlizadənin  yaradıcı­
lıqlarına həsr olunmuş monoqrafiyalar parlaq nümunələrdir...
A.Z.Tağızadənin  bir  insan,  alim,  pedaqoq,  maarifçi,  ictimai 
xadim  kimi  fəaliyyəti  bir  sıra  ciddi  tədqiqat  işlərinin  obyekti  ola 
bilər".
Aida  xanım  ömür-gün  yoldaşı,  respublikamızın  dünya 
miqyasında tanınmış alimlərindən biri  olan akademik Tofiq Əliyev­
lə yaşadığı mənalı uzun illəri həyatının ən xoşbəxt anları hesab edir.
Aida xanım iki övlad, üç nəvə və hələlik bir nəticə sahibidir.
Oğlu  Fuad  Əliyev  texniki  elmlər  doktorudur  və  uzun  illər 
Almaniyada  çalışıb,  indi  isə  Ankarada  Özəl universitetdə  fəaliyyət 
göstərir.
Qızı  Nigar  Əliyeva  anasının  yolunu  davam  etdirərək, 
sənətşünaslıq  namizədidir.  Hazırda  Almaniyada  məskunlaşaraq, 
orada  öz  iş  fəaliyyətini  davam  etdirir.  Aida  xanım  həmişə  olduğu 
kimi,  yenə  də  gözəldir,  yaradıcılıq  axtarışlarında  və  müəllimlik 
fəaliyyətindədir.
Əsərləri
Cövdət  Hacıyev.  Broşür.  B.,  «Şur»,  1992;  "Историэ 
азербауджанскоу  музыки"  dərsliyində  fəsillər:  "My3biKanğHaə 
Kynğrypa 
Азербауджана 
2-oy 
половины 
XIX 
века", 
"Азербауджанское  музыкал£ное  искусство  в  годы  Великоу 
Отечественноу воуны". В., «Maarif»,  1992;
«Musiqi  ədəbiyyatı».  Uşaq  musiqi  məktəblərinin  VII  sinfi 
üçün dərslik /həmmüəllif-  F.Əliyeva/. B., «Şur»,  1994;
172
«XX  əsrin  Azərbaycan  musiqisi»  e/m  toplusu /tərtibçi  və  ön 
sözün müəllifi/. /I buraxılış/. B., ADK-nın nəşri,  1994;
«XX  əsr  Azərbaycan  musiqisi»  e/m  toplusu  /tərtibçi  və  ön 
sözün müəllifi/. /II buraxılış/. B., «Elm və həyat»,  1997;
«Arşm mal  alan»  musiqili  komediyasının  val yazısı.  «XX  əsr 
Azərbaycan  musiqisi»  e/m  toplusu  /II  buraxılış/.  B.,  «Elm  və 
həyat»,  1997.
Hacı  Şirinin  dördüncü  oglu  Zülfüqar  Şuşa  şəhərində  anadan 
olmuşdu. Gəncə şəhərində dükan açıb alver edirdi.
Zülfüqar  1920-ci ildə vəfat edib.
Zülfüqar Hafizə  ilə ailə qurmuşdu.  Əli  adlı  oğlu,  Tamara  adlı 
qızı vardı.
Əli Şuşa şəhərində doğulmuşdu.
Əli  kolxozlaşma  dönəmində  Canhəsən  kəndində  qolçomaqlar 
tərəfindən öldürüldü.
Zülfüqarın qızı Tamara Şuşa şəhərində doğulmuşdu.
Tamara Dəmirlə ailə qurmuşdu. Onun tutulmasından sonra bir 
türkmənlə evlənmişdi.
Hacı  Şirinin  beşinci  oğlu  Hüseyn  Şuşa  şəhərində  anadan 
olmuşdu.
Hüseyn  Maya  Kərbəlayı  Cavad  qızı  ilə  ailə  qurmuşdu.  Şirin, 
Asəf, Hafiz adlı oğlanları, Firəngiz adlı qızı var.
Züleyxa Hacı Şirin qızı Şuşa şəhərində anadan olmuşdu.
Züleyxa  Mir  Həsən  Ağamirovla  ailə  qurmuşdu.  Məhbubə  və 
Rübabə adlı qızları vardı.
Tavad Hacı Şirin qızı Şuşa şəhərində anadan olmuşdu.
Tavad  müğənni  Keçəçioğlu  Məhəmmədlə  ailə  qurmuşdu. 
Ramiz adlı oğlu, Hökümə və Adilə adlı qızları  vardı.
Kərbəlayı  Tağının  ikinci  oglu  Zeynalabdin  1840-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Ailədə  Zeynal  çağrıldığından  bu  adla 
tanındı.  Lakin bu tanınmağı uzun sürmədi.  Zeynal cavan yaşlarında 
vəfat etdi.
173


Yüklə

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə