Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə39/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   35   36   37   38   39   40   41   42   ...   67

Kərbəlayı Abdullanın üçüncü oğlu Mehrəli  1827-ci ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul olurdu.
Mehrəlinin Müseyib, Zülfüqar, Heydər adlı oğlanları vardı.
Müseyib  1863-cü  ildə  Şuşa  şəhərində doğulmuşdu.  Mədrəsə 
təhsili almışdı. Ticarətlə məşğul olurdu.
Mehrəlinin  ikinci  oğlu Zülfüqar  1865-ci  ildə  Şuşa şəhərində 
anadan olmuşdu. Ticarətlə məşğul idi.
Mehrəlinin üçüncü  oğlu Heydər  1867-ci ildə  Şuşa şəhərində 
anadan olmuşdu. Ticarətlə məşğul idi.
***
Kərbəlayı  Canının  ikinci  oğlu  Əbdüləzim  1784-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul olurdu.  “Rastabazar”da dükan işlədirdi.
Əbdüləzimin Hüseyn adlı oğlu vardı.
Hüseyn  1805-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Mədrəsə 
təhsili  almışdı.  Ticarətlə  məşğul  olurdu.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Hüseynin Dadaş, Ələkbər, Əbdül adlı oğlanlan vardı.
Dadaş  1837-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Ticarətlə məşğul idi.
Məşədi  Hüseynin  ikinci  oğlu  Ələkbər  1839-cu  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Hüseynin  üçüncü  oğlu  Əbdül  1843-cü  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı Mustafa uşağı (Hacıyevlər)
Bu  soyun  ulu  babası  Kərbəlayı  Mustafadır.  Kərbəlayı 
Mustafa XVIII yüzilin sonu, XIX yüzilin önlərində Şuşa şəhərində 
yaşamışdı. Ticarətlə məşğul idi.
182
Kərbəlayı Mustafanın Hüseyn, Zeynal, İbrahim adlı oğlanları
vardı.
Hüseyn  1772-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Müqəddəs  Məkkəyi - 
mükərrəmi ziyarət etmişdi.
Hacı  Hüseyn  bir  müddət  Təbrizli  məhəlləsinin  deputatı  və 
ağsaqqalanndan olmuşdu.
Məclis  və  mərəkələrdə  həmişə  başda  olardı.  XVIII  yüzilin 
ikinci  yarısından  başlayaraq  Aşura  təziyəsi,  əsasən,  Təbrizli 
məhəlləsində  keçirilirdi.  Daha  izdihamlı,  daha  gur  olduğundan 
şəhər  qazısı  da  bu  məhəllədə  təziyəyə  qatılırdı.  1840-cı  illərin 
önlərində  ruslara  arxalanan  ermənilər  Təbrizli  məhəlləsinin 
təziyyə  məclisinə  lağ  eləmişdilər.  Təziyədə  iştirak  edən  şəhər 
qazısı  Mirzə  Əbülqasım  bəy  Mirzə  Əli  bəy  oğlu  Haqverdiyev 
(1803-?)  ermənilərin  əleyhinə  fitva  hazırlamış,  bu  işin  həyata 
keçirilməsini  şəhər deputatı,  Təbrizli  məhəlləsinin ağsaqqalı  Hacı 
Hüseyn  Kərbəlayı  Mustafa  oğluna  (1772-?)  tapşırmışdı.  Məhəllə 
əhli  hərə  bir  dəyənək  götürüb,  erməniləri  xurd-xəşil  eləmişdilər. 
Şəhər  qəza  idarəsinin  polisləri  və  keşikçilər  qəzəbli  kütləni  güc- 
bəla  ilə  yatırmışdılar.  Erməniləri  fitnəsi  haqqında  çara  məlumat 
verilmişdi.
Hacı Hüseyn 1854-cü ildə vəfat edib.
Hacı Hüseynin törəməsi Hacıyev soyadını daşıyırdılar.
Hacı  Hüseyn  Fatma  ilə  ailə  qurmuşdu.  Ağakişi,  İsmayıl, 
Babakişi adlı oğlanları,  Qızxanım, İmmi, Əziz, Qızyetər adlı qızları 
vardı.
Ağakişi  1822-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Ağakişi  Ayna  ilə  ailə  qurmuşdu.  Əlikişi,  Muxtar, 
Həmid,  Salman, Əhməd adlı oğlanları,  Dümisə,  Bəyim  adlı qızları 
vardı.
Əlikişi  1850-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Məktəb təhsili almışdı.
183


Məşədi  Ağakişinin  ikinci  oğlu  Muxtar  1852-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı.
Məşədi  Ağakişinin  üçüncü  oğlu  Həmid  1854-cü  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı.
Məşədi  Ağakişinin dördüncü oğlu  Salman  1857-cü ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Məktəb  təhsili  almışdı.  Ticarətlə 
məşğud  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi  Salman  Xanım  Hacı  İbrahim  qızı  ilə  ailə  qurmuşdu. 
Mahmud, Qulam adlı oğlanları vardı.
Mahmud  Şuşa şəhərində doğulmuşdu.  Şəhər Real Məktəbini 
bitirmişdi.  Sonra  Zaqafqaziya  (Qori)  Müəllimlər  Seminariyasına 
qəbul  olunmuşdu.  Seminariyanı  tamamlayandan  sonra  Şuşa  Real 
Məktəbində müəllim işləmişdi.
Mahmud bəyin Məryəm xanım adlı qızı vardı.
Məşədi  Salmanın ikinci oğlu Qulam  Şuşa şəhərində dünyaya 
gəlmişdi.  Şəhər  Real  məktəbini  bitirmişdi.  1917-ci  ildə  imtahan 
verib,  Zaqafqaziya  (Qori)  Müəllimlər  Seminariyasına  qəbul 
olunmuşdu.
Məşədi  Ağakişinin  üçüncü  oğlu  Əhməd  1859-cu  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı.
Hacı  Hüseynin  ikinci  oğlu  İsmayıl  1824-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi  İsmayılın  Hüseyn,  Əbdülhəsən,  Əbdüləli,  Ələsgər 
adlı oğlanları vardı.
Hüseyn  1859-cu  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Məktəb 
təhsili almışdı.
Məşədi  İsmayılın  ikinci  oğlu  Əbdülhəsən  1861-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı.
Məşədi  İsmayılın  üçüncü  oğlu  Əbdüləli  1866-cı  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.  Məktəb təhsili almışdı.
Məşədi  İsmayılın  dördüncü  oğlu  Ələsgər  1869-cu  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.  Məktəb təhsili almışdı.
184
Hacı  Hüseynin  üçüncü  oğlu  Babakişi  1837-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Babakişinin İbrahim, Xanlar adlı oğlanları vardı.
İbrahim  1865-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Məktəb 
təhsili almışdı.
Babakişinin  ikinci  oğlu  Xanlar  1868-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Məktəb təhsili almışdı.
***
Kərbəlayı  Mustafanın  ikinci  oğlu  Zeynal  1807-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi Zeynalın törəmələri Zeynalov soyadını daşıyırdılar.
Məşədi  Zeynal  Səkinə  ilə  ailə  qurmuşdu.  Qasım,  Əsəd, 
Əbülhəsən adlı oğlanları, Məsumə, Şahnisə adlı qızları vardı.
Qasım  1836-cı  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Mədrəsə 
təhsili  almışdı.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Qasımın Teymur, Zeynal adlı oğlanları vardı.
Teymur  1866-cı  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Məktəb təhsili almışdı.
Məşədi  Qasımın  ikinci  oğlu  Zeynal  1868-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.  Məktəb təhsili almışdı.
Məşədi  Zeynalın  ikinci  oğlu  Əsəd  1851-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.  Məktəb təhsili almışdı.
Məşədi  Zeynalın  üçüncü  oğlu  Əbülhəsən  1859-cu  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.  Məktəb təhsili almışdı.
***
185


Yüklə

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə