Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə40/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   36   37   38   39   40   41   42   43   ...   67

Kərbəlayı Mustafanın üçüncü oğlu İbrahim  1820-ci ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı Qədiməli uşağı (Qədimovlar)
Təbrizli  məhəlləsində  sakin  olanlardan  biri  də  Qədiməlidir. 
Qədiməli  “Rastabazar”da  baqqal  dükanı  işlədirdi.  Müqəddəs 
Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı  Qədiməli  Tükəzlə  həyat  qurmuşdu.  Həsən  adlı 
oğlu vardı.
Həsən  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında 
oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Xorasanın  pak  torpağını  və 
müqəddəs Məkkəyi-müşərrəfı ziyarət etmişdi.
Hacı  Həsən  Əcəblə  ailə  qurmuşdu.  Hüseyn,  Ağakişi, 
Hümbətəli, Həsənəli adlı oğlanları vardı.
Hüseyn  1824-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla 
torpağını ziyarət etmişdi.
Kərbəlayı 
Hüseynin 
Cəfərqulu, 
Abbasqulu, 
Əliqulu, 
Hüseynqulu adlı oğlanları vardı.
Cəfərqulu  1863-cü  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Molla yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Kərbəlayı  Hüseynin  ikinci  oğlu Abbasqulu  1868-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı  Hüseynin  üçüncü  oğlu  Əliqulu  1870-ci  ildə  Şuşa 
şəhərində anadan olmuşdu.  Molla yanında oxumuşdu.
Kərbəlayı  Hüseynin  dördüncü  oğlu  Hüseynqulu  1871 -ci  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Hüseynqulu Ağca Kərbəlayı Yusif qızı ilə ailə qurmuşdu. *
*
*
***
186
Hacı  Həsənin  ikinci  oğlu  Ağakişi  1839-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Ağakişinin Şirin, Salman, Süleyman, Şükür, Dadaş 
adlı oğlanlan vardı.
Şirin  1863-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Şirinin Manaf, Lətif, Qulam, İslam adlı oğlanlan vardı.
Manaf  1881-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla 
yanında  oxumuşdu.  Sonra  ali  məktəbdə  təhsil  almışdı.  Kənd 
Təsərrüfatı naziri olub.
Manaf Xavər Axundova ilə  ailə  qurmuşdu.  Bilqeyis  adlı  qızı
vardı.
Bilqeyis Bakı şəhərində doğulmuşdu.
Bilqeyis Yusif Məmmədəliyevlə ailə qurmuşdu.
Şirinin ikinci oğlu Lətif 1895-ci  ildə  Şuşa şəhərində dünyaya 
gəlmişdi.  Almaniyada  ali  texniki  məktəb  bitirmişdi.  SSRİ-yə 
qayıdandan  sonra  Nərimanov  adına  texnikumunda  və  başqa 
yerlərdə  işləmişdi.  Repressiya  olunub.  1941-ci  ildə  həbsxanada 
vəfat edib.
Şirinin  üçüncü  oğlu  Qulam  1903-cü  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Qulam Kleopatra ilə ailə qurmuşdu. Ramiz adlı oğlu vardı.
Şirinin  dördüncü  oğlu  İslam  1907-ci  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Orta  məktəbi  bitirəndən  sonra  Leninqrad 
Politexnik  İnstitutuna  qəbul  olunmuşdu.  1930-cu  ildə  institutu 
tamamlamışdı.  Həmin  il  Azərbaycan  SSR-nin  Kommunal 
Təsərrüfat  Komissarlığının  əsaslı  tikinti  trestinə  rəis  təyin 
edilmişdi. 
Sonra  komissarlığın  plan-iqtisad  idarəsinə  rəis 
dəyişilmişdi.  1941-ci  ilədək  bu  idarədə  çalışmışdı.  1932-ci  ildə 
eyni zamanda Bakı Sosial-İqtisad İnstitutunu bitirmişdi.
İslam  Qədimov  1941-ci  ildə  cəbhəyə  yollanır.  1944-cü 
ilədək II  Dünya  müharibəsində  iştirak edir.  Leytenant  rütbəsindən 
mayor  rütbəsinədək  yüksəlir.  Bir  çox  döyüş  nişanları  ilə  təltif
187


edilir.  1944-cü  ildə  Azərbaycan  KP  MK-nin  çağırışı  ilə  ordudan 
tərxis olunur. Azərbaycan SSR-nin Komunnal Təsərrüfat komissarı 
təyin olunur.  1945-ci ildə bu komissarlıq nazirliklə əvəzlənir.  İslam 
Qədimov 
1948-ci  ilədək  Azərbaycan  SSR-nin  Komunnal 
Təsərrüfat  naziri  vəzifəsində  çalışır.  Bu  vəzifədə  bir  çox  dövlət 
nişanları  ilə  təltif edilir.  1948-ci  ildən  1966-cı  ilədək  ölkənin  bir 
çox  şəhər  və  rayonlarının  tikinti  sahələrində  rəhbər vəzifələrində 
işləyir.  Bakı  Zərif  Mahudlar  Fabrikinin,  Q.Musabəyov  adma 
Mexaniki  Zavodun,  Şamaxı  rəsədxanasının  və  onlarla  respublika 
əhəmiyyətli  tikintinin  inşasına  başçılıq  edir.  1966-cı  ildən 
“Azkəndtikinti”  trestinə  rəis  təyin  edilir.  Ömrünün  sonunadək 
burda çalışır.
İslam Qədimov  1973-cü ildə vəfat edib.
İslam  öncə  bir  rus  əsilli  qadınla,  sonra  Rövşanə  Əliağa  qızı 
Mustafayeva  ilə  ailə qurmuşdu.  Yusif,  Oqtay  adlı oğlanları,  Səidə, 
Dilarə adlı qızları var.
Yusif 1928-ci ildə Bakı şəhərində anadan olub.  Orta məktəbi 
bitirəndən  sonra  Azərbaycan  Politexnik  İnstitutuna  qəbul  olunub. 
İnstitutu tamamlayandan sonra memar işləyib.
Yusif Qədimov  körkəmli  memardır.  Əməkdar  memar  adma 
layiq  görülüb.  Akademikdir.  2009-cu  ildə  Azərbaycan  Memarlar 
İttifaqı,  Dövlət  Şəhərsalma və  Arxitektura  Komitəsinin təsis etdiyi 
medalla təltif olunub.
İslamın ikinci oğlu Oqtay  1932-ci ildə Bakı şəhərində anadan
olub.
İslamın  böyük  qızı  Səidə  1938-ci  ildə  Bakı  şəhərində 
dünyaya  gəlib.  6  №-li  orta  məktəbi  bitirəndən  sonra  Azərbaycan 
Dövlət  Universitetinin  filologiya  fakültəsinə  daxil  olub.  1963-cü 
ildə  universiteti  tamamlayıb.  Elə  həmin  ildən  Azərbaycan 
radiosunda  çalışıb.  Sonra  Azərbaycan  Televiziya  və  Radio 
Verilişləri  Komitəsində  dublyaj  redaksiyasına  dəyişilib.  1969-cu 
ildə  həyat  yoldaşı  ilə  bərabər  Kubaya  ezam  olunub.  1972-ci  ildə 
vətənə  dönüb  və  Azərbaycan  Televiziya  və  Radio  Verilişləri 
Komitəsində  rəngli  televiziya  redaksiyasında  redaktor vəzifəsində 
işləyib.  1977-ci  ildən hərbi-vətənpərvərlik redaksiyasında  redaktor
188
vəzifəsində çalışıb.  1979-1981-ci  illərdə həyat yoldaşı  ilə  bərabər 
Əfqanıstan  respublikasına  ezam  olunub.  Məzari-Şərif  vilayətində 
rus 
dili 
müəllimi 
işləyib. 
Ordan 
qayıdandan 
sonra, 
“Azərbaycanfılm”  kinostudiyasında  sənədli  filmlər  şöbəsində 
çalışıb.  1982-ci  ildən  Azərbaycan  Televiziya  və  Radio  Verilişləri 
Komitəsində  -   “Drujba”  redaksiyasında  redaktor  işləyib.  Burdan 
da  təqaüdə  çixib.  Azərbaycan  Jurnalistlər  Birliyinin  üzvü,  əmək 
veteranıdır.
Səidə  xanım  Rauf  Yaqub  oğlu  Sücəddinovla  ailə  qurub. 
Cavid adlı oğlu, Cəmilə adlı qızı var.
İslamın  ikinci  qızı  Dilarə  1944-cü  ildə  Bakı  şəhərində 
dünyaya  göz  açıb.  6  nömrəli  orta  məktəbi  bitirəndən  sonra 
Azərbaycan  Dövlət  Universitetinin  filologiya  fakültəsinə  daxil 
olub. Müəllim işləyir.
Kərbəlayı  Ağakişinin  ikinci  oğlu  Salman  1865-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Salmanın Həmid, Xasay, Cəlal, Camal adlı oğlanları vardı.
Həmid Bakı şəhərində doğulmuşdu.
Həmid Əminə ilə  ailə qurmuşdu.  Çingiz,  Fuad adlı oğlanları, 
Fəridə və Fəxrəndə adlı qızları var.
Çingiz Bakı şəhərində dünyaya gəlib.
Həmidin  ikinci  oğlu  Fuad  Bakı  şəhərində  anadan  olub.  Orta 
məktəbi  bitirəndən  sonra  incəsənət  institutuna  qəbul  olunub. 
Bəstəkar  və  şairdir.  Bəstələdiyi  mahnılar  Azərbaycanın  tanınmış 
müğənniləri,  o  cümlədən,  Flora  Kərimova  tərəfindən  ifa  olunur. 
Onlardan  biri  də  gözəl  musiqisi,  mənalı  sözləri  ilə  çoxlarının 
yaddaşına yazılmış  «Dalğalar» mahnısıdır.  Adətən,  musiqini  insan 
həyatının  mənası  adlandırırlar.  Bu,  həqiqətən  də,  belədir.  Məgər 
musiqisi  və  sözləri  istedadlı  Fuad  Qədimova  aid  «Dalğalar» 
mahnısı  bizə  ömrümüzün  xoş,  qayğısız  günlərini  xatırlatmırmı? 
Şəffaf  bulaq  suyu  kimi  damla-damla  qəlbimizə  yol  tapan  bu 
mahnını eşidəndə özümüzdən asılı olmayaraq dodaqlarımız xəfifcə 
gülümsəyir.
189


Yüklə

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə