Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə48/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   44   45   46   47   48   49   50   51   ...   67

Məşədi  Ocaqverdinin  ikinci  oğlu  Həsən  1817-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.  Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Həsən  1858-ci  ildə vəfat edib.
Kərbəlayı  Həsənin  Mustafa,  Muxtar,  Şirin  adlı  oğlanları
vardı.
Mustafa  1856-cı  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı  Həsənin  ikinci  oğlu  Muxtar  1857-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı  Həsənin  üçüncü  oğlu  Şirin  1858-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
236
M ə şə d i  M urad  uşağı
Təbrizli  məhəlləsinin  tanınmış  soylarından  biri  də  Məşədi 
Muradlıdır.  Bu  soyun  ulu  babası  Muraddır.  Murad  təxminən  1771- 
ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı. 
Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi 
ziyarət etmişdi.
Məşhədi  Murad  Şəkərbanu  ilə  ailə  qurmuşdu.  Paşa, 
Hüseynəli, Qasım, Əsəd adlı oğlanları vardı.
Paşa  1812-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Mədrəsə 
təhsili  almışdı.  Ticarətlə  məşğul  idi.  “Rastabazar”da  dükan 
işlədirdi.
Paşa  Balaxanımla  ailə  qurmuşdu.  Rzaqulu,  Məmmədbağır, 
Dadaş, Əbdül,  Murad adlı oğlanları,  Əzət adlı qızı vardı.
Rzaqulu  1834-cü  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Ticarətlə məşğul  idi.
Paşanın  ikinci  oğlu  Məmmədbağır  1836-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Paşanın  üçüncü  oğlu  Dadaş  1842-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Mədrəsə təhsili  almışdı.  Ticarətlə məşğul  idi.
Paşanın  dördüncü  oğlu  Əbdül  1844-cü  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Mədrəsə təhsili almışdı.  Ticarətlə məşğul  idi.
Paşanın  beşinci  oğlu  Murad  1846-cı  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Mədrəsə təhsili almışdı.  Ticarətlə məşğul  idi.
***
Məşədi  Muradın  ikinci  oğlu  Hüseynəli  1817-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Hüseynəli  Fati  ilə ailə qurmuşdu.  Süleyman, Əbdül,  Mahmud 
adlı oğlanları,  Bəyim adlı qızı vardı.
237


Süleyman  1835-ci üdə  Şuşa şəhərində doğulmuşdu.  Mədrəsə 
təhsili  almışdı.  Ticarətlə məşğul olurdu.  Süleyman şair idi.  “Faxir” 
təxəllüsü ilə qəlboynadan şeirlər yazırdı.
Tarixçi  və  təzkirəçi  Mir  Möhsün  Nəvvab  yazır:  «Deyilənə 
görə,  Qarabağ  əhalisindəndir.  Həyatı  haqqında  məlumat  əldə  edə 
bilmədim,  Sonradan  öyrəndim  ki,  Süleyman  ibn  Hüseynəli  ibn 
Məşədi Muraddır. Ağa Əbdül Rəhzənin böyük qardaşıdır. 
Səhni-ruxunda tel-tel olub dam tellərin,
İstər məni qərz edə bədnam, tellərin.
Hurimisal nəslinə müştaqdır könül,
Etsə əgər bu xahişə əncam tellərin.
Aşüftəhal gər düşə zülfün o gərdənə,
Qoymaz ki, aşiqin ala bir kam tellərin.
Etdim üzari-müshəfə çün istixarə mən,
Xalü xət ilə ta nola fərcam tellərin.
Mişki-tatar, Maçinü hindü həbəş tamam,
Olmaz bərabəri o siyahfam tellərin.
Meyli-gül eyləməz, gözəlim, gülşən istəməz,
Mənzuri bülbülün ola gülfam tellərin.
Faxir çəkir baharü gülsitan həsrətin.
Soldu və saraldı gülşəni əyyam tellərin.
Hüseynəlinin  ikinci  oğlu  Əbdül  1844-cü  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Mədrəsə təhsili  almışdı.  Ticarətlə məşğul olurdu. 
Əbdül  şair  idi.  “Rəhzən”  və  “Şahin”  təxəllüsləri  ilə  qəlb 
ovsunlayan  şeirlər yazırdı.
Tarixçi  və  təzkirəçi  Mir  Möhsün  Nəvvab  yazır:  «Əbdül 
Məşədi  Murad  oğlu  Hüseynəlinin  oğlu,  Şəkərbanunun  nəvəsidir. 
Qarabağ  əhlindəndir. 
Şuşada  anadan  olub, 
Hacı 
Yusifli 
məhəlləsindəndir.  Yaşı təqribən qırx, qırx  iki olar.  Cüzi savadı  var. 
Pərakəndə  satiraları,  cəfəng şeirləri  və növhələri  var.  On il  olar ki, 
Rusiya  tərəfə  gedib,  o  tərəflərdə  ömür  sürür.  Aşağıdakı  şeirlər 
onundur.  Təxəllüsü  “Rəhzən”dir.  Ancaq  deyirlər  ki,  indi  dəyişib 
“Şahin” təxəllüsü götürüb.
Salıb məni qəmi-eşqin bir elə hala, balam,
Göz ilə görməyəsən, gəlmənəm xəyala, balam.
238
Şikayəti-qəmi-hicram birdəbir edərəm,
Yetişsə bir də əlim daməni-vüsala, balam.
Qaşın şəbahəti tiği-Əliyyi-imrandır,
Yüzün Məhəmmədə bənzər, gözün hilala, balam.
Siyahpuş olub, gizlənibdi zülfdə dil,
Yəqin gəmində yatıb arizində xala, balam.
Tamam xəlq edər Kəbeyi-xülayə sücud,
Əyibdi qibləyə qaşın, məni şimala balam.
Yenə xummar gözün ox çəkib, kaman tutmuş,
Yəqin veribdir ona ləblərin piyala, balam.
Olur günah, edən əmr-davvərə, Rəhzən,
Sənə məhaldır üsyan gələ xəyalə, balam.
Firudin  bəy  Köçərli  Əbdül  haqqında  yazır:  «Qarabağın 
xoştəb  və  əhli-zövq  şüəralarından  birisi  də  Əbdül  ibn  Hüseynəli 
ibn  Məşhədi  Muraddır.  Amma  mərhum  Əbdül  anasının  adı  ilə 
məşhur  idi.  Belə  ki,  cəmi  Qarabağ  əhli  ona  “Fatıoğlu  Əbdül” 
deyərdi.
Təvəllüdü  və  həmçinin  təlimü  tərbiyəsi  Şuşa  qalasında 
olubdur.  İyirmi  il  bundan əqdəm köçüb Petrovskiyə,  orda alış-veriş 
ilə məşğul olurdu. Bir neçə sənə bundan irəli vəfat edibdir.
Əbdül  artıq  hazırcavab,  xoşsöhbət  və  baməzə  bir  vücud  idi. 
Ona  binaən  ürəfa  və  üdəbalar  indində  onun  xatiri  əziz  və 
möhtərəm idi».
Əbdül  Petrovskidə  olarkən  Qacar  şahzadəsi  Abbas  mirzə 
Nəsrəddin  şah  oğlu  ilə  görüşmüşdü.  O,  şahzadəyə  bir  rübai  həsr 
etmişdi.
Əbdül təxminən  1908-ci ildə vəfat edib.
Hüseynəlinin  üçüncü  oğlu  Mahmud  1846-cı  ildə  Şuşa  şəhə­
rində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul 
idi.
Məşədi  Muradın  üçüncü  oğlu  Qasım  1822-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə
239


Yüklə

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə