Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə50/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   46   47   48   49   50   51   52   53   ...   67

Məşədi  Ələkbərin  üçüncü  oğlu  Əliqulu  1817-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Əliqulunun  Ələkbər,  Hüseyn,  Paşa,  İskəndər  adlı  oğlanları
vardı.
II Ələkbər  1844-cü ildə Şuşa şəhərində doğulmuşdu.
II Ələkbər  1853-cü ildə vəfat edib.
Əliqulunun  ikinci  oğlu  Hüseyn  1851-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Əliqulunun  üçüncü  oğlu  Paşa  1853-cü  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Əliqulunun  dördüncü  oğlu  İskəndər  1863-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi Məmmədcəfər uşağı
Təbrizli  məhəlləsinin  tanınmış  soylarından  biri  də  Məşədi 
Məmmədcəfər  uşağıdır.  Bu  soyun  ulu  babası  Məmmədcəfər 
təxminən  1793-cü  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Məmmədcəfərin Ağa adlı oğlu vardı.
Ağa  1828-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla yanında 
oxumuşdu. Ticarətlə məşğul idi.
Ağanın  Məmmədcəfər,  Yusif,  Fərəməz,  Cahangir  adlı 
oğlanları vardı.
Məmmədcəfər  1863-cü  ildə  dünyaya  gəlmişdi.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Ağanın  ikinci  oğlu  Yusif 1865-ci  ildə  Şuşa  şəhərində  anadan 
olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Ağanın  üçüncü  oğlu  Fərəməz  1868-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Ağanın  dördüncü  oğlu  Cahangir  1872-ci  ildə  Şuşa şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu.  Ticarətlə məşğul  idi.
244
M əşəd i A ğa u şağı
Təbrizli  məhəlləsinin  tanınmış  soylarından  biri  də  Məşədi 
Ağa uşağıdır. Bu soyun ulu babası Ağa təxminən  1763-cü ildə Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi Ağanın Abbas, Hüseynqulu adlı oğlanları vardı.
Abbas  1796-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi, torpağı tutya Kərbəlam ziyarət etmişdi.
Kərbəlayı Abbasın Əbülhəsən adlı oğlu vardı.
Əbülhəsən  1842-ci  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Molla yanında oxumuşdu.  Ticarətlə məşğul  idi.  Müqəddəs Kərbəla 
torpağını ziyarət etmişdi.
Məşədi  Ağanın  ikinci  oğlu  Hüseynqulu  1803-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi Dostuməli uşağı
Bu  soyun  ulu  babası  Məşədi  Dostuməlidir.  Dostuməli 
Təbrizli  məhəlləsində  yaşamışdı.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə  məşğul  olmuşdu.  Pak  Xorasan  torpağım,  Məşhədi- 
müqəddəsi ziyarət etmişdi.
Məşədi Dostuməlinin Fətəli, Tahir adlı oğlanları vardı.
Fətəli  1796-cı ildə  Şuşa şəhərində anadan olmuşdu.  Mədrəsə 
təhsili almışdı.  Ticarətlə məşğul  idi.  Müqəddəs  Kəbəyi-müəzzəmi 
ziyarət etmişdi.
Hacı Fətəli  1850-ci ildə vəfat edib.
Hacı  Fətəli  Şahımağa  ilə ailə qurmuşdu.  Əli,  İbrahim, Əsəd, 
Həsən adlı oğlanları, Xanım, Mələk adlı qızları vardı.
245


Əli  1831-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla  yanında 
oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak Xorasan  torpağını,  Məşhədi- 
müqəddəsi ziyarət etmişdi.
Məşədi Əlinin Aslan, Hacı adlı oğlanları vardı.
Aslan  1854-cü  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul olmuşdu.
Məşədi  Əlinin  ikinci  oğlu  Hacı  1857-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Hacı  Fətəlinin  ikinci  oğlu  İbrahim  1835-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi. Ağcabədi kəndində dükan işlədirdi.  Müqəddəs Kərbəla 
torpağını ziyarət etmişdi.
Mamayı  məhəlləsindən  Hacı  İbrahim  Səfərovun  da 
Ağcabədi 
kəndində 
dükanları 
vardı. 
1868-ci 
ildə 
onun 
dükanlarından birində  oğurluq  olmuşdu.  Kəbirli  murovuna  şikayət 
edərkən  murov  onu  ağaca  bağlayıb  döymüşdü.  Həmin  hadisəylə 
bağlı  qəza  rəisinə,  hakimə  şikayət  ərizəsi  yazmışdı.  Hakimə 
yazdığı  ərizəsində  Kərbəlayı  İbrahim  Hacı  Fətəli  oğlunu  və 
başqalarını şahid göstərmişdi11.
Hacı  Fətəlinin üçüncü oğlu Əsəd  1838-ci ildə  Şuşa şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Əsədin Zülfüqar adlı oğlu vardı.
Zülfüqar  1873-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Hacı  Fətəlinin  dördüncü  oğlu  Həsən  1847-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.  Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
***
Məşədi  Dostuməlinin  ikinci  oğlu  Tahir  1806-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Tahir Gövhərlə ailə qurmuşdu.  Varissiz vəfat etmişdi.
11  ÜQİAAR,  F. 183, Op. 1,  D. 13,  L. 18
246
M əşəd i  S ad ıq   uşağı
Təbrizli  məhəlləsinin  tanınmış  soylanndan  biri  də  Məşədi 
Sadıq  uşağıdır.  Bu  soyun  ulu  babası  Sadıq  təxminən  1762-ci  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi 
ziyarət etmişdi.
Məşədi  Sadığın Abış adlı oğlu vardı.
Abış  1786-cı ildə Şuşa şəhərində doğulmuşdu.  Molla yanında 
oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağım,  Məşhədi- 
müqəddəsi ziyarət etmişdi.
Məşədi Abış  1855-ci ildə vəfat edib.
Məşədi  Abış  Səkinə  ilə  ailə  qurmuşdu.  Sadıq,  Mustafa, 
Cabbar adlı oğlanları,  Şəhrəbanu,  Sona, Əzət adlı qızları vardı.
Sadıq  1817-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Abışın  ikinci  oğlu  Mustafa  1824-cü  ildə  Şuşa 
şəhərində  dünyaya  gəlmişdi.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.  Şəhərdə Ağa Mustafa kimi tanınırdı.
Ağa  Mustafanın  Nəsir,  Səməd,  Məmməd,  Zülfüqar  adlı 
oğlanları vardı.
Nəsir  1854-cü  ildə  Şuşa  şəhərində  dünyaya  göz  açmışdı. 
Molla yanında oxumuşdu. Ticarətlə məşğul  idi.
Ağa  Mustafanın  ikinci  oğlu  Səməd  1856-cı  ildə  Şuşa  şəhə­
rində anadan  olmuşdu.  Molla yanında oxumuşdu.  Ticarətlə məşğul 
idi.
Ağa  Mustafanın  üçüncü  oğlu  Məmməd  1858-ci  ildə  Şuşa  şə­
hərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.
Ağa  Mustafanın  dördüncü  oğlu  Zülfüqar  1869-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
247


Yüklə

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə