Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ



Yüklə 24 Kb.
Pdf görüntüsü
səhifə18/67
tarix24.12.2017
ölçüsü24 Kb.
#17750
1   ...   14   15   16   17   18   19   20   21   ...   67

***
İbrahim  bəyin  dördüncü  oglu  Qulu  bəy  1852-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
***
İbrahim  bəyin  beşinci  oglu  Əli  bəy  1856-cı  ildə  Şuşa  şəhə­
rində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə  məşğul 
idi.
***
İbrahim bəyin altıncı oglu Əbdüssəməd bəy  1859-cu ildə Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
***
İbrahim  bəyin  yeddinci  oğlu  Məhəmməd  bəy  1863-cü  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Sonra 
mədrəsədə  təhsilini  davam  etdirmişdi.  Savadlı  olduğundan  dolayı 
mirzə ünvanı daşıyırdı. Ticarətlə məşğul idi.
Mirzə Məhəmməd bəyin Şükür bəy adlı oğlu vardı.
Şükür  bəy  Mirzə  Məhəmməd  bəy  oğlu  İbrahimov  10  iyun 
1912-ci  ildə  Tiflis  şəhərində  doğulmuşdu.  Orta  məktəbi  bitirəndən 
sonra Azərbaycan Sənaye İnstitutunun (indiki AZNKA-nin) memar­
lıq-inşaat  fakültəsinə  qəbul  olmuşdu.  II  Dünya  Müharibəsində 
iştirak  etmişdi.  Ordudan  mayor  rütbəsində  tərxis  olunmuşdu.  Bir 
çox döyüş orden və medalları ilə təltif edilmişdi.
90
Şükür  İbrahimov  müxtəlif  illərdə  Ağackəsmə  zavodunda, 
Dəmir-Beton  zavodunda,  Az- 
neftin  nəzdindəki  “Aznefttikin- 
timaterialları” 
birliyində 
rəis 
vəzifəsində çalışmışdı.
Şükür  İbrahimov  rəhbərliyi 
altında 
“Azərbaycan-İnturist” 
adlı  çoxmərtəbəli  mehmanxana 
tikilmişdi.  Uzun  illər  həmin 
mehmanxananın 
direktoru
vəzifəsində işləmişdi.
Şükür  İbrahimov  Şəfiqə 
xanım  Musa qızı  Mahmudova  ilə 
ailə  qurmuşdu.  Məhəmməd  bəy,  Atif  bəy  adlı  oğlanları,  Əzizə
Məhəmməd 
Şükür 
oğlu 
İbrahimov  22  fevral  1948-ci  ildə  Bakı 
şəhərində  dünyaya  gəlib.  Bakı  1 
nömrəli  məktəbi  bitirib.  1965-ci  ildə 
Azərbaycan 
Politexnik 
İnstitutuna 
(hazırkı  Bakı  Texniki  Universitetinə) 
daxil  olub.  1970-ci  ildə  institutun 
elektrik 
mexaniki 
fakültəsini, 
mühəndis  ixtisası  üzrə  tamamlayıb. 
1963-cü  ildən  1965-ci  ilə kimi  Kalinin 
adına 
zavodda 
elektromontojçı 
vəzifəsində çalışıb.
1973-cü  ildən  1976-cı  ilə  qədər 
“Azərbaycan”  VAO  “İNTURİST”  Mehmanxanasında  baş  usta 
vəzifəsində işləyib.
1976-cü ildən  1980-ci ilədək SSSR Xarici Ticarət Nazirliyinin 
yanında  Azərbaycan 
SSR-in  Nazirlər  Sovetinin  Müvəkkil 
İdarəsində Baş mühəndis vəzifəsində çalışıb.
91


1980-ci  ildən  1983-cü  ilə  qədər  “Soyux  Vneş  Trens”  Birliyi 
Moskva, Baş mühəndis vəzifəsində işləyib.
1984-cü  ildən  1989-ci  ilə  kimi  İran  İslam  Respublikasında 
SSSR-nin  Ticarət  Nümayəndəliyində  baş  mühəndis  vəzifəsində 
çalışıb.
1989-cu  ildən  1991-ci  ilədək  SSSR-nin  Xarici  İqtisadi 
Əlaqədar  Nazirliyi  yanında  Azərbaycan  SSR-nin  Nazirlər 
Kabinetinin Müvəkkil İdarəsi müvəkkil müavini vəzifəsində işləyib.
1991- 
ci ildən  1992-ci ilədək “AZərİncom VES” birliyində baş 
direktor müavini vəzifəsində çalışıb.
1992- 
ci  ildən  1999-cü  ilədək  “İNTEGRAS”  Azərbaycan- 
Almaniya-İrlandiya müştərək müəssisəsi, Kommersiya üzrə direktor 
işləyib.
1999-cü  ildən  2006-cı  ilədək  “Sol- 
valyub”  şirkəti  məsləhətçisi  vəzifəsində 
çalışıb.
Atif Şükür  oğlu  İbrahimov  Bakı  şə­
hərində anadan olub.  Orta məktəbi bitirən­
dən  sonra  Azərbaycan  Xalq  Təsərrüfatı 
İnstitutuna  (Azərbaycan  İqtisad  Univer­
sitetinə) qəbul olub.  Sonra ADU-ya (indiki
BDU-ya) daxil 
olub.
Universiteti  tamamlayandan  sonra  uzun 
illər hüquq və ədliyyə sahəsində çalışıb. 
Mayor rütbəsi ilə təqaüdə çıxıb. Hazırda 
ABŞ-da yaşayır.
Əzizə  Şükür  qızı  İbrahimova  29 
mart  1946-cı  ildə  Bakı  şəhərində 
anadan  olub.  Orta  məktəbi  bitirəndən 
sonra 
Nəriman 
Nərimanov 
adma 
Azərbaycan  Tibb  İnstitutuna  (indiki 
ATU-ya)  qəbul  olub.  1969-cu  ildə 
institututun  müalicə-proflaktika  fakül­
92
təsini  fərqlənmə  ilə  tamamlayıb.  Sonra  aspiranturaya  daxil  olub. 
1977-ci  ildə  müdafiə  edərək  tibb  elmləri  namizədi  adına  layiq 
görülüb.  1977-ci ildə dosent elmi rütbəsini alıb.  ATU-da çalışır.
Əzizə  İbrahimova  100-dən  çox  elmi  məqalənin,  metadik  və 
dərs vəsaitinin müəllifidir.
Əzizə İbrahimova ailəlidir. 2 övladı var.
***
Hacı Əliməhəmməd bəyin  ikinci  oğlu  Həsən  bəy  1820-ci  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Həsən bəyin Hacı bəy adlı oğlu vardı.
Hacı  bəy  1845-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Ticarətlə 
məşğul idi.
93


İbrahimbəyovlar soyu
94
95


96
97


Baba bəy uşağı
Təbrizli  məhəlləsinin  tanınmış  sakinlərindən  biri  də  Baba 
bəydir.  Baba bəy  XVIII yüzilin  sonlarında,  XIX  yüzilin  önlərində 
yaşamışdı.  İbrahimxəlil  xana  xidmət  etmişdi.  Xanın  səlahiyyətli 
səfiri  kimi  Tehranda,  Fətəli  şah  Qovanlı-Qacarın  sarayında 
olmuşdu.  Şahdan  bəylik  fərmanı  almışdı.  Elçilik  missiyasını  əla 
yerinə  yetirdiyinə  görə  Rusiya  imperatorunun  da  bəylik fərmanına 
layiq görülmüşdü.
Baba  bəyin  Məmmədbağır  bəy,  Məmməd  bəy,  Əbdürrəhim 
bəy adlı oğlanları vardı.
Məmmədbağır  bəy  1819-ci  ildə  Şuşa  şəhərində  anadan 
olmuşdu. Mədrəsə təhsili almışdı.  Ticarətlə məşğul idi.
Məmmədbağır  bəyin  Məmmədhəsən  bəy,  Salman  bəy, 
Süleyman bəy,  Mahmud bəy,  Salah  bəy,  Talib bəy və  Səməd bəy 
adlı oğlanları vardı.
Məmmədhəsən  bəy  1857-ci  ildə  Şuşa  şəhərində  doğul­
muşdu. Molla yanında oxumuşdu.  Xırda ticarətlə məşğul idi.
Məmmədbağır  bəyin  ikinci  oğlu  Salman  bəy  1860-cı  ildə 
Şuşa 
şəhərində anadan  olmuşdu.  Molla 
yanında  oxumuşdu.
Ticarətlə məşğul idi.
Məmmədbağır bəyin  üçüncü oğlu Süleyman bəy  1862-ci ildə
Şuşa 
şəhərində anadan  olmuşdu.  Molla 
yanında  oxumuşdu.
Ticarətlə məşğul idi.
Məmmədbağır  bəyin  dördüncü  oğlu  Mahmud  bəy  1864-cü 
ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Məmmədbağır  bəyin  beşinci  oğlu  Salah  bəy  1867-ci  ildə 
Şuşa 
şəhərində anadan  olmuşdu.  Molla 
yanında  oxumuşdu.
Ticarətlə məşğul idi.
Məmmədbağır bəyin altıncı oğlu Talib bəy  1868-ci ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
98
Məmmədbağır bəyin  yeddinci  oğlu  Səməd  bəy  1879-cu  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Baba  bəyin  ikinci  oğlu  Məmməd  bəy  1821-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Baba  bəyin  üçüncü  oğlu  Əbdürrəhim  bəy  1825-ci  ildə  Şuşa 
şəhərində  doğulmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul 
idi. Müqəddəs Xorasan torpağını ziyarət etmişdi.
Məşədi  Əbdürrəhim  bəyin  Abdulla  bəy,  Zeynalabdin  bəy 
adlı oğlanları vardı.
Abdulla bəy  1853-cü  ildə  Şuşa şəhərində doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Xırda ticarətlə məşğul idi.
Məşədi Əbdürrəhim bəyin ikinci  oğlu Zeynalabdin bəy  1857- 
ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Mirzə Baba uşağı
Şuşa  şəhərinin  Təbrizli  məhəlləsinin  ünlü  sakinlərindən  biri 
də  Baba  idi.  Baba  XVIII  yüzilin sonlarında, XIX  yüzilin  önlərində 
yaşamışdı.  Mükəmməl  mədrəsə  təhsili  almışdı.  İbrahimxəlil  xana 
xidmət etmişdi.  Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı.
Mirzə Babanın Razi, Rəhim, Fətəli adlı oğlanları vardı.
Razi  1772-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  İbtidai 
təhsilini  atasından  almışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs 
Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Razi  1860-cı ildə vəfat edib.
Kərbəlayı  Razi 
Nənəxanımla  ailə  qurmuşdu. 
Qulu, 
İmamqulu, Baba, Hüseynqulu adlı oğlanları vardı.
Qulu  1812-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  İbtidai 
təhsilini  babasından  almışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs 
Kərbəla torpağını ziyarət etmişdi.
99


Yüklə 24 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə