sözündən çıxa bilməyən Şəmsinin göz yaşlarıyla ifa etdiyi yanıqlı
"Segah"m o günün iştirakçısı olmuş sənət dostları indi də
xatırlayırlar. Daim tar-kamanla oxuyan Xan Şuşinski o gün bu ifaya
dözə bilməyib yanıqlı bir "Qarabağ şikəstəsi" oxuyur.
1973-cü ildə Ümumittifaq "Melodiya" səsyazma studiyası
Şəmsi İmanovun ifasında on iki musiqi nömrəsini vala köçürərək
böyük tirajla SSRİ məkanında satışa çıxarır. Əl-əl gəzən bu valları
çox qısa zamanda yayılaraq sağlığında özü gəzə bilmədiyi ölkələri
dolaşır, İttifaq sərhədlərini aşır. Şəmsi İmanov sənətinə çox böyük
dəyər verən Ərəbistan mətbuatı onun sənətini ölkənin ən hündür
Şəmistan dağma bənzədir. O, öz bənzərsiz ifasıyla milli
musiqimizin və ölkəmizin adım elə dağlar qədər də ucaldır.
Barmaqların yaratdığı möcüzələr, şirin çalğısı qəlblərə hakim
kəsilir. Ustad sənətkarın ecazkar musiqisi təkcə toy və konsert
salonlarında deyil, şəhərin park və xiyabanlarında da tez-tez
səslənir. 1978-ci ildə Azərbaycan Konsert Birliyi yaradılarkən
Filarmoniyanın əksər musiqi kollektivləri kimi Şəmsi İmanovun
çalışdığı "Azərbaycan təranələri" ansamblı da birliyin tabeçiliyinə
verildi, - deyə o günləri yada salan uzun illər "Azkonsert" Birliyinə
rəhbərlik etmiş İldırım Qasımov Şəmsinin bütün konsertlərininin
daim anşlaqla keçdiyini dedi. Adı ansambl tərkibində olsa da,
konsertlərdə o daim solist kimi çıxış edərdi - deyə sözünə davam
etdi. Təbiəti kimi musiqisi də çevik və oynaq idi. Belə adamlar daha
çox sərbəstliyə meyl edirlər. Ansambl isə, özü demiş, onun üçün bir
qəlib idi. O isə heç bir qəlibə sığan sənətkar deyildi. Bu gün ustad
xanəndələrin çoxu gənclik illərində Şəmsi İmanovla birgə
konsertlərdə çıxış etmələrini özlərinə şərəf bilirdilər.
1987-ci ildən başlayaraq, Şəmsi İmanovun səhhətində
müəyyən fəsadlar müşahidə olunur. Barmaqları fəaliyyətindən
qalmağa başlayır. Ölkənin ən tanınmış təbibləri müalicə üçün
Almaniyaya getməyi məsləhət görsələr də, çox təəssüf ki, irəli
düşüb bu işi öhdəsinə götürən nə imkanlı şəxslər, nə də aidiyyatı
olan qurumular tapılır. Daim sənət meydanında üzdə olan sənətkara
daxilində çağlayan melodiyaları ifa edə bilməməsi çox əzab verir.
132
Lakin o, nə zəmanəni, nə də həkimləri qınayır. - "Bu mənim alın
yazımdır, bunu belə yaşamalıyam" - deyə taleyi ilə barışır. Onun
daxilində qəmli bir ney çalınırdı. Barmaqlarının hərəkətsiz qalması
onu həm fiziki, həm də ruhən sarsıdırdı. Tanınmış alim Rəfael
Hüseynovun müsahibəsinin sonunda: - Əgər bir daha imkan
olsaydı, son dəfə hansı havanı ifa edərdiniz? - sualına Şəmsi bir an
fikirləşmədən - "Sabah gəlin köçəcək qız-gəlinlərimizə - "Vağzalı
çalardım" - demişdi. Nə yazıq ki, sənətkann bu arzusunun
reallaşması üçün Tanrı ona həyat sevgisi ilə dolu ürək
versə də, onu
ifa edə biləcək barmaqları vermədi. 1995-ci ildə sentyabarm 29-da,
yaxın qohum-əqrəbası və sənət dostlarının iştirakı ilə sevimli
sənətkarın anadan olmasının 65 illik yubiley tədbiri keçirirlər.
Yubiley tədbirində respublikanın tanınmış elm, sənət adamları
iştirak edir. Tədbir həvəskarlar tərəfindən lentə alınsa da, təəssüf ki,
bu gönümüzə gəlib çatmayıb. İki dəfə infarkt keçirən sənətkar
möhtəşəm yubiley tədbirindən iki il sonra elə özünün növbəti ad
gününün səhəri 1997-ci il iyul ayının 3-də dünyasını dəyişir.
Əslində bizdən ayrılan onun yalnız cismi oldu. Özü isə əfsanəyə
dönüb qəlblərdə əbədi məskən saldı.
Əsədin altıncı oğlu Qardaş Şuşa şəhərində anadan olmuşdu.
Qardaşın Rafiq adlı oğlu var.
İmanov Rafiq Qardaş oğlu (1939, Bakı) - idmançı, boks üzrə
Beynəlxalq dərəcəli hakim, «SSRİ-nin fəxri idman ustası», milis
polkovniki. S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi
İnstitutunu (1961) və S.M.Kirov adma Azərbaycan Dövlət
Universitetinin hüquq fakültəsini (1968) bitirmişdir. İdmanla orta
məktəbdə oxuyarkən «Dinamo» Könüllü İdman Cəmiyyətində
məşğul olmağa başlamış, yeniyetmələr və gənclər arasında öz çəki
dərəcəsində respublikanın ən güclü boksçuları sırasında olmuşdur.
İnstitutda oxuduğu illərdə də bir çox mö’təbər yarışlarda çıxış
etmiş, dəfələrlə Azərbaycan çempionu adına layiq görülmüş, Orta
Asiya, Qazaxıstan və Azərbaycan respublikaları turnirinin (1959),
Ümumittifaq tələbə oyunlarının (1961) və bir çox beynəlxalq
turnirlərin qalibi olmuşdur.
İnstitutu bitirəndən sonra o,
133