Hacı Əzimin dördüncü oğlu Fərəmərz 1858-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Hacı Əzimin beşinci oğlu Əfrasiyab 1863-cü ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Əfrasiyab
Əzimov
gözəl
minici idi. At yarışlarında, cıdırda
iştirak edirdi. Yaşlı vaxtlarında at
yarışlarında jüri üzvi olmuşdu.
Cəlil bəy Bağdadbəyov yazır:
«Münsiflər məşhur minici Əfra
siyab, Məşədi Qasım (Küftə Qa
sım) və Xanlıq Səlimdən ibarət idi.
Bəzi vaxt Kərbəlayı Abbas, Nəcəf-
qulu ağa və Kəblə Mürsəl olur
dular...» (Bax: C. Bağdadbəyov,
Xatirələr və etnoqrafik qeydlər,
Bakı,
«Qapp-Poliqraf»,
2002,
səh.72)
Əfrasiyab
Əzimov
millət
sərdarı
Səttar
xan
köməyinə
yollanmışdı.
Əfrasiyab Əzimov vətənpər
vər, el qədri bilən bir qəhrəman idi. 1905-1906-cı illər erməni-
müsəlman qırğınlarında igidliyi sayəsində neçə-neçə günahsızı
ölümdən qurtarmışdı. Mir Möhsün Nəvvab yazır: «Müsəlmanlar da
bir neçə yerdə səngərlər tərtib etmişdilər. Birinci səngər
Vəzirzadələrin evinin qabağında, ikinci səngər isə Hacı Həsən
Qaraşirzadənin evinin içində və baş tərəfində idi. Bu səngərləri
tərtib edən və onların başçısı Abbas bəy Talib bəy oğlu idi. Üçüncü
səngər isə Məşədi Kərimin və erməni Xaçatur oğlunun evləri idi.
Bu səngərləri yaradan və onların rəhbəri bizim Mir İbrahim
Ağamirzadə idi. Dördüncü səngər isə Ağadədəlidə idi. Onun da
118
böyüyü və rəhbəri Əfrasiyab Hacı Əzim oğlu idi. Beşinci səngər
Təzə məhəllədə yerləşirdi. Onun rəhbəri isə Məşədi Abış Bəylər
oğlu idi. Altıncı səngər isə mərhumə Gövhər ağanın evi və həyəti
idi. Bu səngərin rəhbəri və istiqamətvericisi cənab Axund Molla
Şükür idi»5.
Əfrasiyab Əzimov həm «Difai», həm də «Qarabağ məclisi»
təşkilatlarının fəal üzvi idi.
“Qarabağ məclisi”nin Şuşa komitəsinə doktor Kərim bəy
Mehmandarov başçılıq edirdi. O, 1883-cü ildən Şuşada həkim
işləyirdi. Onun köməkçisi Cahangir xan Nuribəyov idi.Komitənin
katibi Şuşa qarşılıqlı-kredit bankının direktoru Xuduş Quliyev idi.
İsraiyyə idarəsinəvə hərbi təşkilatına Məşədi Şamil Hacıyev başçılıq
edirdi.
Komitənin üzvüləri: Muxtar bəy Muradov, İsmayıl bəy
Axundov (bazar darğası), Süleyman Əsgərov (tacir), Hacı Sadıq
Məmmədov, Məşədi Cəfər oğlu (İran təəbəsi), Məşədi Əhməd
Əzimov, Hacı Mirzə Hüseyn Kərim oğlu Münşizadə, Əfrasiyab
Əzimov, Kərbəlayı Yusif Mirsiyabov və başqaları-cəmi 18 nəfər.
1907-ci ildə Ə. Əzimovun üzv olduğu «Qarabağ məclisi»nin
fəalları kütləvi tutquya məruz qaldılar. Martın 23 və 24-də Hüseyn
Münşiyevi, Əfrasiyab Əzimovu, Məşədi Şamil Hacıyevi, Zülfuqar
bəy Haqverdiyevi, Xuduş Quliyevi, Kazım bəy Kazımbəyovu və
Məmmədcəfər Muxtarovu Şuşa həbsxanasına saldılar. Tutulanların
hamısını Həştərxan quberniyasına sürgün etdilər. Məmmədcəfər
Muxtarov iran təəbəsi olduğundan onu irana yolladılar.
Əfrasiyab sürgündən dönəndən sonra Şuşada yaşamışdı.
Əfrasiyabın Xosrov, Cümşüd, Şamil, Əmir adlı oğlanları
vardı.
Xosrov Əfrasiyab oğlu 1895-ci ildə Şuşa şəhərində doğul
muşdu. Qohumu Mirzə Həsən bəy Əmirovun yardımı ilə Şuşa real
məktəbə qəbul olmuşdu. Real məktəbi bitirmişdi. Zaqafqaziya (Qo-
ri) Müəllimlər Seminariyasına daxil olmuşdu. Müəllim işləmişdi.
? M. M. Nəvvab, 1905-1906-cı illərdə erməni-müsəlman davası, Bakı, 1993,
səh.24.
119
Əfrasiyabın ikinci oğlu Cümşüd 1905-ci ildə Şuşa şəhərində
anadan olmuşdu. Real məktəbi bitirmişdi. APİ-yə (hazırkı ADPU-
ya) daxil olmuşdu. İnstitutu tamamladıqdan sonra tərcümə və
jurnalistika ilə məşğul idi. Filologiya elmləri namizədi (1954) elmi
dərəcəsi almışdı. 1927-ci ildə 1933-cü ilədək «Gənc işçi», «Kom
munist» qəzetlərində müxbir kimi çalışmışdı. Azəməşrdə tərcüməçi
kimi fəaliyyət göstərmişdi. Cümşüd Əzimovun “Tərcümə prinsip
ləri: Rus dilindən azərbaycan dilinə tərcümənin nəzəri məsələlərinə
dair bəzi qeydlər, Bakı : Azəməşr, 1955. - 134 s.” adlı kitabı var.
Cümşüd Əzimov 1966-cı ildə vəfat edib.
Əfrasiyabın üçüncü oğlu Şamil 1915-ci ildə Şuşa şəhərində
anadan olmuşdu. II Dünya müharibəsi dönəmində cəbhəyə
yollanmışdı.
Şamil Əzimov 14 may 1942-ci ildə həlak olub.
Şamilin Tariyel adlı oğlu var.
Tariyel 16 fevral 1939-cu ildə
Şuşa şəhərində doğulub. Orta məktəbi
bitirdikdən sonra ADU-ya qəbul olub.
S.M. Kirov adına Azərbaycan Dövlət
Universitetinin
mexaniki-riyaziyyat
fakültəsini (1962) və aspiranturanı
bitirdikdən sonra (1965) M. Əzizbəyov
adma Azərbaycan Neft və Kimya
institutunun ali riyaziyyat kafedrasında
asisent vəzifəsində çalışıb. 1990-1993-
cü
illərdə
M.
Əzizbəyov
adına
Azərbaycan Neft və Kimya Institunun
Şuşa
filialının
ümumi
texniki
fakültəsinin dekanı olub.
Tariyel Əzimov bir çox elmi məqaləninin, dərs və metodiki
vəsaitlərin müəllifidir. Hazırda dosent vəzifəsində çalışır.
Tariyel Əzimov fizika-riyaziyyat elmləri namizədi (1970),
dosentdir (1973).
120
Əfrasiyabın dördüncü oglu Əmir 1917-ci ildə Şuşa şəhərində
anadan olmuşdu. II Dünya müharibəsi dönəmində cəbhəyə
yollanmışdı.
Əmir Əzimov 14 may 1942-ci ildə həlak olub.
***
Məşədi İmanın ikinci oğlu Abdulla 1796-cı ildə Şuşa şəhə
rində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul
idi.
Abdullanın Fərəc, Mehdi, Abış adlı oğlanları vardı.
Fərəc 1837-ci ildə Şuşa şəhərində doğulmuşdu. Mədrəsə
təhsili almışdı. Ticarətlə məşğul idi.
Abdullanın ikinci oğlu Mehdi 1850-ci ildə Şuşa şəhərində
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Abdullanın üçüncü oğlu Abış 1856-cı ildə Şuşa şəhərində
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
***
Məşədi İmanın üçüncü oğlu Əsəd 1829-cu ildə Şuşa şəhərində
anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi.
Əsədin Ağalar, Bəylər, Xanlar, Cahangir, İbad, Qardaş, Əmi
adlı oğlanları vardı.
Ağalar Əsəd oğlu 1870-ci ildə Şuşa şəhərində doğulmuşdu.
Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Əsədin ikinci oğlu Bəylər 1871-ci ildə Şuşa şəhərində anadan
olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Əsədin üçüncü oglu Xanlar 1876-cı ildə Şuşa şəhərində
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Xanların Sərxan, Əbülfəz adlı oğlanları vardı.
121
Dostları ilə paylaş: |