Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ



Yüklə 24 Kb.
Pdf görüntüsü
səhifə30/67
tarix24.12.2017
ölçüsü24 Kb.
#17750
1   ...   26   27   28   29   30   31   32   33   ...   67

məktəbdə fizika eksperimentinin metodikası və texnikası» adlı me­
todik vəsaitləri fizika müəllimlərinin stolüstü kitabına çevrilmişdir.
«Orta  məktəbdə  fizika  eksperimentinin  metodikası  və 
texnikası»  adlı  metodik  vəsaitdə  orta  məktəbin  fizika  kursunun 
mexanika şöbəsini əhatə edən təcrübələrin  nümayiş metodikası  və 
texnikası şərh edilmişdir.
Əsərdə  standart  cihazlarla  yanaşı,  sadə  cihazların  əldə 
hazırlanmasına  və  həmin  cihazlarla  aparılacaq  təcrübələrin 
təsvirinə xüsusi fikir verilmişdir.
1957-ci  ildə  «Fizika  və  elementar  riyaziyyatın  tədrisi 
metodikası» kafedrasına müsabiqə yolu ilə dosent seçilmişdir.
Elmi-pedaqoji  fəaliyyəti  ilə  yanaşı,  B.A.Şəfızadə  V.İ.Lenin 
adma  APİ-nin  ictimai  həyatında  xüsusi  fəallıqla  çalışmışdır.  1948- 
1954-cu illərdə fizika-riyaziyyat fakültəsinin dekan müavini,  1955- 
1965-ci  illərdə  institut  həmkarlar  ittifaqının  sədri  vəzifələrində 
çalışmışdır.
1959-cu  ildə  «Fizikanın  tədrisi  metodikası»  kafedrasına 
müdir  seçilmişdir.  1970-ci  ilə  kimi  fizikanın  tədrisi  metodikası 
kafedrasının  müdiri  vəzifəsində  çalışmışdır.  1977-ci  ildə  təqaüdə 
çıxmışdır.  Təqaüdə  çıxandan sonra  ömrünün  sonuna kimi  (1985-ci 
il) işlədiyi kollektivlə müntəzəm əlaqə  saxlayırdı.  B.A.Şəfızadənin 
rəhbərliyi  altında  «Fizikanın tədris  metodikası»  üzrə  T.S.Vahidov 
və  Ş.H.Əlizadə  namizədlik  dissertasiyalarım  müvəffəqiyyətlə 
müdafiə etmişlər.
B.A.  Şəfızadənin  təhsil  sahəsində  xidməti  «Xalq  maarif 
xadimi» nişanı ilə qeyd edilmişdir.
Öz  mənalı  ömrünü  xalqının  maariflənməsinə  sərf  edən 
B.A.Şəfizadənin  parlaq  siması  onu  tanıyanların  və  tələbələrinin 
hafizəsində xoş xatirə kimi yaşayır.
Behbud müəllimin Rafiq adlı oğlu var.
Rafiq  1934-cü ildə  Bakı şəhərində dünyaya göz açmışdı.  171 
nömrəli  şəhər  məktəbini  bitirdikdən  sonra  ADU-nun  fizika- 
riyaziyyat  fakültəsinə  daxil  olmuşdu.  Universiteti  tamamladıqdan 
sonra Azərbaycan EA Fizika  İnstitunda elmi  fəaliyyətə  başlamışdı. 
Öncə  elmlər  namizədi,  sonra  doktorluq  dissertasiyası  müdafiə
146
etmişdi. Ölümünədək laboratoriya müdiri vəzifəsində çalışmışdı.
Rafiq müəllim fizika-riyaziyyat elmləri doktoru, professor idi.
Hacı  Aslanın  üçüncü  oğlu  Əhməd  1909-cu  ildə  Şuşa 
şəhərində dünyaya pənah gətirmişdi. Məktəb təhsili aldıqdan sonra 
Bakı  müəllimlər  kursunu  bitirmişdi.  Bir  çox  rayonlarda  müəllim 
kimi çalışmışdı. II Cahan savaşı dönəmində cəbhədə olmuşdu.
Əhməd 1969-cu ildə vəfat edib.
Əhmədin Vladimir adlı oğlu, Emilya adlı qızı var.
Hacı  Aslanın  dördüncü  oğlu  Əyyub  1913-cü  ildə  Şuşa 
şəhərində  dünyaya  təşrif  gətirmişdi.  Orta  məktəbi  bitirdikdən 
sonra  Azərbaycan  Pedaqoji  İnstitutunun  ədəbiyyat  fakültəsində 
təhsilini  davam  etdirmişdi.  40  il  ərzində  Novxanı,  Zuğulba  və 
əsasən,  Maştağa  qəsəbələrində  direktor  vəzifəsində  və  müəllim 
kimi çalışmışdı.
Əyyub müəllim  1972-ci ildə vəfat edib.
Əyyub  müəllim  Xanım  Əmiraslan  qızı  Quliyeva  ilə  evlənib. 
Aslan adlı oğlu, Rəna, Sənubər və Kamilə adlı qızları var.
Aslan  1952-ci  ildə  Bakı  şəhərində  dünyanı  tanıyıb.  Orta 
məktəbi  bitirəndən  sonra  APİ-nin  tarix  fakültəsinə  qəbul  olunub. 
İnstitutu tamamlayandan sonra müəllim işləyir.
Hacı Aslanın beşinci oğlu Yaqub  1915-ci ildə Şuşa şəhərində 
dünyanı  tanımışdı.  Bakıda  müəllim  kurslarını  bitirəndən  sonra 
1939-cu  ildə  Sovet  Ordusu  sıralarına  çağırılaraq  Sovet-fin mühari­
bəsində və  1941-1945-ci illər II Cahan savaşında iştirak etmişdi.
Yaqub  savaşdan  sonra  neft-qazçıxarma  idarəsində  operator 
vəzifəsində işləyirdi.
Yaqub  1996-cı ildə vəfat edib.
Yaqub  Ələşrəf qızı  Zəhra  ilə  həyat  qurub.  Əşrəf adlı  oğlu, 
Dürrə adlı qızı var.
Əşrəf  1956-ci  ildə  Bakıda  şəhərində  anadan  olub.  Binə 
qəsəbəsində  149  nömrəli  məktəbi  bitirəndən  sonra  Azərbaycan 
Pedaqoji  İnstututunun  ümumi  texniki  fənlər  və  fizika  fakültəsinə 
qəbul  olub.  İnstitutu tamamlayandan sonra Binə qəsəbəsindəki  136 
nömrəli məktəbdə müəllim işləyir.
Əşrəf Əbdülsalam qızı Əsli ilə yaşam qurub. Oğlu və qızı var.
147


Hacısəfərlilər (Məşədi Molla Nurməhəmməd uşağı)
Bu  uruğun  ulu  babası  Numıəhərnməddir.  Nurməhəmməd 
XVIII  yüzilin  sonlannda  yaşamışdı.  Təbriz  şəhərində  mədrəsə 
təhsili  almışdı.  İbrahimxəlil  xan  Sarıcalı-Cavanşirə  xidmət  edirdi. 
Dini  işlər  ilə  ilgilənirdi.  Müqəddəs  Xorasan  torpağını  ziyarət 
etmişdi.
Məşədi  Molla  Nurməhəmmədin  Səfər,  Cəfər,  Əkbər, 
Məmməd adlı oğlanları vardı.
Səfər  1785-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  İbtidai 
təhsilini  atasından  almışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs 
Məkkəyi-müşərrəfı ziyarət etmişdi.
Hacı Səfərin törəmələri Səfərov soyadını daşıyırlar.
Hacı  Səfər Qönçə  ilə  ailə  qurmuşdu.  Əsgər,  Abbas,  Zeynal, 
İsmayıl  adlı  oğlanları,  Tükəzban,  Balaxanım,  Gilə,  Bəyim  və 
Qızxanım adlı qızları vardı.
Əsgər  1818-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Mədrəsə 
təhsili almışdı.  Ticarətlə məşğul olurdu.
Əsgərin 
Əliqulu,
İmamqulu,  Murtuza,  Dadaş 
adlı  oğlanları,  Zöhrə  adlı  qızı 
vardı.
Əliqulu 
1850-ci  ildə 
dünyaya  gəlmişdi.  Ticarətlə 
məşğul 
idi. 
Müqəddəs 
Məkkəyi-müəzzəmi 
ziyarət 
etmişdi.
Hacı 
Əliqulunun
Rüstəm adlı oğlu vardı.
Rüstəm  Şuşa  şəhərində 
dünyaya  göz  açmışdı.  Atasını 
vaxtsız 
itirdiyindən 
əmisi
Hacı  İmamqulunun himayəsində böyümüşdü. Ticarətlə məşğul idi.
148
Rüstəm  əmisi  Hacı  İmamqulunun  qızı  Sənəmlə  yaşam 
qurmuşdu. Qumru adlı qızı vardı.
Əsgərin  ikinci  oğlu  İmamqulu  1855-ci  ildə  Şuşa  şəhərində 
dünyanı  tanımışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Məkkəyi- 
münəwəri ziyarət etmişdi.
Hacı  İmamqulu  Şirinbəyimlə  həyat  qurmuşdu.  Qəhrəman, 
Rəşid,  Fərhad  adlı  oğlanları,  Şövkət,  Sənəm  və  Sayalı  adlı  qızları 
vardı.
Qəhrəman  Şuşa  şəhərində  dünyaya  pənah  gətirmişdi.  Sonra 
Ağcabədi qəsəbəsinə köçmüşdü. Ticarətlə məşğul idi.
Qəhrəman  Hacı  Behbudalı  qızı  Pəri  ilə  evlənmişdi.  Xanlar, 
Mehdi,  Əbülfət  adlı  oğlanları,  Qumru,  Yaqut  və  Zümrüd  adlı 
qızları var.
Xanlar Ağcabədi şəhərində anadan olub.
Xanlar  Ələkbər  qızı  Qəmərlə  ailə  qurub.  Cümşüd,  Mürşüd, 
Orxan  adlı  oğlanları,  Fiqən,  Zərqələm,  Lətifə,  Nəcibə,  Şərqiyə, 
Mərziyə və Bəyim adlı qızları var.
Qəhrəmanın  ikinci  oğlu 
Mehdi 
Ağcabədi 
şəhərində 
doğulub.
Mehdi  Allahverdi  qızı 
Şəfiqə  ilə  yaşam  qurub.  Tofiq, 
Rafiq,  Qəhrəman,  Rəfael  adlı 
oğlanları,  Tərlan,  Tamaşa  və 
Mənzər adlı qızları var.
Qəhrəmanın  üçüncü  oğlu 
Əbülfət  1915-ci  ildə  dünyaya 
gəlmişdi. 
Orta 
məktəbi 
bitirəndən  sonra  ali  məktəbə 
daxil  olmuşdu.  Hərbçi  idi.  Orta 
məktəbdə  hərbi  hazırlıqdan 
dərs deyirdi.
Əbülfət 
1975-ci 
ildə 
vəfat edib.
149


Yüklə 24 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə