Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ



Yüklə 24 Kb.
Pdf görüntüsü
səhifə55/67
tarix24.12.2017
ölçüsü24 Kb.
#17750
1   ...   51   52   53   54   55   56   57   58   ...   67

həmməsləkləri  ilə  birlikdə  Güney  Azərbaycanının  Tehranın 
iqtisadi-siyasi  və  mədəni  asılılığından  qurtarması  yönündə 
fəaliyyət  göstərən  “Azərbaycan  cəmiyyəti”nin  təşkilində  və 
“Azərbaycan”  adlı  milli  ruhlu  qəzetin  nəşrində  fəal  iştirak  edir. 
İsmayıl  Şəms  sonralar  bu  barədə  öz  xatirələrində  yazırdı:  “ Sovet 
qoşunları  Təbrizi  aldıqdan  13  gün  sonra  fürsətdən  istifadə  edərək 
bir  neçə  həmfikir  yoldaşlarında  “Azərbaycan  cəmiyyəti”ni  təşkil 
edərək  məşrutə  zamanı  atamın  dostu  olmuş  Əliqulu  Səfərin  nəşr 
etdiyi  “Azərbaycan”  qəzetini  həmin  forma  və  quruluşda-atamm 
vəsiyyətinə  əməl  edərək  cəmiyyətin  orqanı  kimi  nəşr  etməyə 
başladım”.
Qeyd edək ki,  “Azərbaycan cəmiyyəti” qısa müddətdə  (cəmi 
6  ay)  fəaliyyət  göstərsə  də,  milli  oyanışda,  xalqın  istək  və 
arzulanna  uyğun  siyasi,  iqtisadi,  mədəni  tələblər  irəli  sürməkdə, 
ən  başlıcası,  xalqı  milli  mücadiləyə  səfərbər  etməkdə  önəmli  rol 
oynadı.  “Azərbaycan  cəmiyyəti”nin  fəalliyətini  özü  üçün  ciddi 
təhlükə  sayan  Tehran  hökuməti  bütün  təxribat  vasitələrindən 
istifadə  edib  cəmiyyətin  və  onun  orqanı  olan  “Azərbaycan” 
qəzetinin  qapadılmasına  nail  oldu.  Bundan  sonra  cəmiyyətin 
yaradıcılarının  təqibi  başlandı.  Seyid  Ziyanın  başçılıq  etdiyi  icma 
tərəfindən terror olunmaq  təhlükəsi  qarşısında qalan İsmayıl  Şəms 
gizli  fəaliyyətə  keçməyə,  hətta  bir  müddət  Təbrizi  tərk  etməyə 
məcbur olur.
O,  1940-cı  illərin əvvəllərində Tehranda  “Ajir” qəzetini  nəşr 
edən  böyük  öndər  Seyid  Cəfər  Pişəvəri  və  onunla  həmfikir  olan 
azərbaycançı  insanlarla  tanış  olur.  İstedadlı  jurnalist  olan  İsmayıl 
Şəms  “Ajir”  qəzetinin  çapında  Kərim  Kəşavərz,  Firudin  İbrahimi 
ilə birlikdə Pişəvərinin yaxın köməkçilərindən olur.
İsmayıl Şəmsin təşkilatçılıq bacarığı və siyasi jurnalistikadakı 
istedadı  “21  Azər”  inqilabı  və  Azərbaycan  Milli  Hökuməti 
dövründə  özünü  daha  qabarıq  şəkildə  göstərdi.  O,  Azərbaycan 
Milli Hökumətini  qorumaq  üçün əldə silah  fədailər sırasında olmuş 
və  bir  müddət  Azərbaycan  Demokratik  Firqəsinin  orqanı  olan 
“Azərbaycan”,  sonra  isə  Azərbaycan  Milli  Məclisinin  orqanı  olan 
“Azad  millət”  qəzetlərinin  redaktoru  olmuşdur.  Bununla  yanaşı.
264
İsmayıl  Şəms  ali  təhsilli  hüquqşünas  kimi  Azərbaycan  Ali 
Məhkəməsinin  və  “Müsadirə  Komissiyası”-nm  üzvü  kimi 
fəaliyyət  göstərmişdir.  Konstitusiya  Komissiyasında  o,  Firudun 
İbrahimi  ilə  bərabər  komissiya  sədri  Pişəvərinin  müavinlərindən 
biri  olmuşdur.  İsmayıl  Şəms  Azərbaycan  Milli  Konqresinin  və 
Azərbaycan 
Milli 
Məclisinin 
iştirakçısı 
olmaqdan 
əlavə, 
Azərbaycan  Demokratik  Firqəsi  Mərkəzi  Komitəsinin,  Təftiş 
Komissiyasının  üzvü  kimi  fəxri  vəzifələrdə  çalışmış,  Təbriz 
partiya təşkilatlarından birinin sədri olmuşdur.
İsmayıl  Şəms  1945-46-cı  illərdə  “Azərbaycan”,  “Azad 
Millət”  qəzetlərində  çap  etdirdiyi  məqalələri  ilə  oxucuların  dərin 
rəğbətini  qazanmışdı.  Bütün  bunlarla  yanaşı,  İsmayıl  Şəms  ədəbi 
yaradıcılıq və tərcümə ilə də məşğul olub.
Bir  sözlə,  İsmayıl  Şəmsin  1941-1946-cı  illərdə  Güney 
Azərbaycanmdakı  çoxşaxəli  siyasi,  elmi  və  bədii  fəaliyyəti  onun 
həyat salnaməsinin dəyərli səhifələrini təşkil edir.
Azərbaycan  Milli  Hökumətinin  süqutundan  sonra bir müddət 
Təbrizdə,  sonra  isə  Tehranda gizli  yaşamağa  məcbur olan  İsmayıl 
Şəms  1948-ci  ildə  vətəni  həmişəlik  tərk  edib,  Sovet  İttifaqına 
pənah  gətirir  və  siyasi  xadim  kimi  sovet  qanunları  əsasında  siyasi 
sığınacaq  istəyir.  Lakin  ona  siyasi  sığınacaq  əvəzinə  əvvəl 
Türkmənistanda, sonra isə Tacikistanda “şübhəli şəxs” kimi zindan 
sığınacağı verilir.
İsmayıl  Şəms  85  illik  yubileyi  münasibəti  ilə  verdiyi 
müsahibədə  bu  barədə  deyirdi:  “Bizi  sərhədçilərin  post  zindanına 
apardılar.  Bir  gecə  qaldıqdan  sonra  başqa  posta  və  daha  sonra 
Aşqabada  aparıb  təhlükəsizlik  idarəsinin  zindanına  saldılar. 
Müstəntiq  bir  nəfər  türkmən  idi.  O  mənə  dedi  ki,  biz  sənin 
haqqında  İrandan,  Moskvadan  və  Bakıdan  arayış  almışıq,  tezliklə 
azad  olacaqsan.  Lakin  iki  aydan  sonra həmin  müstəntiqi  Mirzoyan 
adlı  bir  erməni  əvəz  etdi.  O,  məni  casusluqda  suçladı...  Mən  ona 
“sən  özün  casussan”  dedikdə  o  mənim  üzümü,  gözümü  al  qana 
qərq  etdirdi  və  kameraya  göndərdi.  İki  il  orda  saxlanıldım...  O 
məni  hər  gün  saat  9-da  yanma  çağırır,  saat  12-də  kameraya 
göndərirdi.  Axşamlar  yenə  də  saat  12-də  çağırtdırır,  saat  3-dək
265


sorğu-suala  tuturdu.  Erməni  müstəntiq  dəfələrlə  məni  karserə 
göndərdi...  Karser  bir  nəfərlik,  yeri  beton,  su  buraxılmış  otaq  idi. 
Oturmaq  və  yatmaq  üçün  heç  bir şey  yox idi.  Fəqərə  sümüyümdə 
ağrılar  başlandı,  “spandulos”  xəstəliyinə  tutuldum...  Həm in 
müstəntiq  bir  gün  mənə  dedi:  “Mən  Şuşadakı  erməni-müsəlman 
davasından  qaçmış  ermənilərdənəm.  Sənin  atan-baban  Şuşadan 
olduğuna görə səndən intiqam alıram”.
İsmayıl  Şəms  öz  xatirələrində  məşəqqətli,  əzab-əziyyətli 
zindan  günlərini  təsvir  etdikdən  sonra  yazır:  ”Bir  gün  məni 
düşərgənin  rəisi,  polkovnik  yanına  apartdırdı.  O  mənə  dedi:  - 
Moskvadan  göstəriş  almışıq  ki,  səndən  üzr  istəyib,  Tacikistana 
göndərək.
Məni  hamama  göndərib,  paltar  verdilər.  Sabahı  gün  bir 
zabitin  müşayiəti  ilə  Tacikistana  yola  salındım...  Toxuculuq 
fabrikinin yataqxanasında yaşäyış yeri verdilər.  Vətəndən uzaqda -  
Tacikistanda  beş  il  yaşayıb,  orda  redaktor,  tərcüməçi,  müəllim 
işlədim.  Yalnız  beş  ildən  sonra-1954-cü  ildə  Moskvanın 
“mərhəməti  ilə”  sürgündən  azad  olunub,  Bakıya  öz  məslək 
dostlarımın yanma gələ bildim”.
O,  Bakıya gəldikdən  sonra,  ilk  növbədə,  köhnə  stajla doğma 
fırqənin mühacirət dövrü həyatında fəal iştirak edir.
İsmayıl  Şəms  uzun  müddət  nəşriyyat  işində  çalışır,  1960-cı 
ildən yatağa düşənədək isə  Bakı Dövlət Universitetində ərəb dilini 
tədris  edir  və  ərəb  dili  üzrə  kadr  hazırlanması  sahəsində 
yorulmadan çalışır.
İsmayıl  Şəms  respublikamızda  ərəb  və  fars  dilində  olan  bir 
sıra  ədəbi  abidələrin  mahir  tərcüməçisi  kimi  tanınır.  O,  Bakıda 
yaşadığı  dövrdə  elmi-pedaqoji  fəaliyyətlə  yanaşı,  “Özbək 
ədəbiyyatı  antologiyası”m,  macar  yazıçısı  Moir  Yokainin  “Sarı 
gül”  romanını,  M.  Qorkinin  əsərlərinin  II  cildini,  Sədi  Şirazinin 
“Gülüstan”ını,  Hüseyn Cavidin əsərlərinin dördüncü cildində “Fars 
məktubları”nı, 
Məhəmmədəli 
Tərbiyətin 
“Daneşməndan-e 
Azərbaycan” təzkirəsini, Zərdüştün  “Avesta”sının birinci cildi olan 
“Qatlar  kitabı”nı  dilimizdə  çap  etdirmişdir.  Bundan  əlavə,  İsmayıl
266
Şəms “Ərəb dili və qrammatikası” kimi qiymətli bir dərs vəsaitinin 
müəllifidir.
Güneydəki  milli  demokratik  hərakatın  fəal  iştirakçısı  və 
rəhbərlərindən  biri  olan,  elmimizə  və  təhsilimizə  layiqli  töhfələr 
vermiş İsmayıl  Şəms  2008-ci  il  yanvarın  19-da  Bakıda  “Albalılıq” 
adlanan  yerdə  kasıb,  yarıqaranlıq,  rütubətli,  heç  bir  kommunal 
xidməti  olmayan  bir  komada  kimsəsiz  bir  şəraitdə  dünyasını 
dəyişdi.
İsmayılın Almaz adlı qızı vardı.
Ağababa uşağı
Bu  soyun  ulu  babası  Ağababadır.  Ağababa  Təbrizi i 
məhəlləsində yaşamışdı. Ticarətlə məşğul olmuşdu.
Ağababanın Bağır adlı oğlu vardı.
Bağır  1766-cı  ildə  Şuşa şəhərində anadan olmuşdu.  Mədrəsə 
təhsili almışdı. Ticarətlə məşğul idi.
Bağır  Ballı  ilə  ailə  qurmuşdu.  Mirzə,  Məmməd,  Səfər  adlı 
oğlanları vardı.
Mirzə  1812-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu.  Şəhər bazarında keşikçi  işləmişdi.
Mirzə  1850-ci ildə vəfat edib.
Mirzənin Abbas adlı oğlu vardı.
Abbas  1836-cı  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Mədrəsə təhsili  almışdı. Ticarətlə məşğul olmuşdu.
Bağırın  ikinci  oğlu  Məmməd  1823-cü  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul 
olmuşdu.
Məmmədin  Ağababa,  Əsəd,  Kərim,  Rəhim  adlı  oğlanları
vardı.
II  Ağababa  1845-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul olmuşdu.
267


Yüklə 24 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə