Hamının Sevimlisi
33
H.Z.Tağıyev İqtisadiyyatın inkişafı ilə yanaşı, maarif
və mədəniyyətin tərəqqisi
üçün də misilsiz səy və xidmətlər göstərmişdir. Onun vəsaiti hesabına şeyxülislam
Əbdüssəlam Axundzadənin “Tarixi-müqəddəs”, Sultanməcid Qənizadənin kitabları,
“Əşari-Seyid Əzim Şirvani” kitabı, Nəriman Nərimanovun “Nadir şah” dramı
(Tağıyevin xahişi ilə, fars dilinə tərcümə olunaraq) və bir çox başqa kitablar çap
olunmuşdur. Bundan başqa, İranda, İstanbulda, Hindistanda, Misirdə və başqa Şərq
ölkələrində xəstəxanalara, məktəblərə, xeyriyyə cəmiyyələtinin, məscid və
mədrəsələrin inşasına böyük ianələr ayırmış, təkcə Azərbaycanın deyil, Rusiyanın
çoxmilyonlu müsəlman əhalisinə köməyini əsirgəməmişdir. O, Mahaçqala, Tiflis,
Krım, Sibir, Moskva, Odessa, Vladiqafqaz, Həştərxan, Kutaisi, Peterburq, Volqaboyu,
Xarkov və s. yerlərdə ana dilində məktəblərin açılmasına xeyli vəsait sərf etmişdi.
Tağıyev 1895-ci ildə 57 min rubla “Kaspi” qəzetini almış və onun sahibi olmuşdu.
Quran Azərbaycan dilində “Kaspi” qəzetinin nəşriyyatında nəşr edilmişdir. 1879-ci
ildən Bakı şəhər Dumasının üzvu olan Tağıyevin Bakıya su kəmərinin çəkilməsində
xüsusi xidməti var. Onun təşəbbüsü ilə ingilis mühəndisi V.V.Lindley 1904-ci ildə
Şollar – Bakı su kəmərinin çəkilməsinə başlamışdı. Tağıyevin 1899-ci ildə
Mərdəkanda tikdirdiyi elektriklə işləyən dəyirman ətraf kəndlərin camaatını 1-ci
dünya müharibəsi illərində aclıqdan xilas etmişdir. 1902-ci ildə Şamaxı zəlzələsi
zamanı Tağıyev şəhər əhalisinə böyük kömək göstərmişdir. Tağıyev ilk müsəlman
qız məktəbinin fəaliyyətinə xeyli vəsait (325 min manat) və əmək sərf etmişdir.
Peterburq müsəlman xeyriyyə cəmiyyətinə 11 min manat bağışlamış və bu
cəmiyyətin ömürlük üzvü seçilmişdir. Qəzet və jurnalların nəşrinə (“Kaspi”, “Həyat”,
“Füyuzat” və s.), mədəni-maarif cəmiyyətlərinə, milli kadrların hazırlanmasına xeyli
vəsait sərf etmişdir.
Tağıyevin maarif sahəsindəki xidmətlərinin coğrafiyası daha böyük və genişdir.
Onun himayə etdiyi, təqaüd verdiyi şəxslər sonralar öz ölkələrinin, xalqlarının
görkəmli nümayəndələri olmuşlar. Nəriman Nərimanov, Məşədi Əzizbəyov,
Əlimərdan bəy Topçubaşov, Qara bəy Qarabəyli, Behbub Ağa Cavanşir, Lütfəli bəy
Behbudov, Mirzə Davud Hüseynov, Nəsib bəy Yusifbəyli, Maxaç Daxadayev, Mir
Əşir Bəşiroğlu
34
Həsən Vəzirov, Xudadat bəy Məlik – Aslanov, R.Axundov, A.Mahmudbəyov,
Şövkət Məmmədova və onlarca başqaları H.Z.Tağıyevin köməyi sayəsində təhsil
almışdır.
Tağıyev yeni tipli təhsil ocaqlarını ərəb, fars, türk dillərində kitablarla, tədris
vəsaiti və məktəb avadanlığı ilə təmin etmiş, onlara nağd pulla yardım göstərmişdir.
Quberniya mərkəzində texniki kommersiya və ya peşə məktəblərinin açılmasına da
100 500 manat pul ayırmış, həmin tədris ocaqlarında kabinet və laboratoriyaların
yaradılmasına əlavə yardım göstərmişdir. “Nəşri-maarif”, “Nicat” və b. xeyriyyə
cəmiyyətlərinin təsis edilib fəaliyyət göstərməsində Tağıyevin böyük əməyi olmuşdur.
O, “Nəşri-maarif” cəmiyyəti idarə heyətinin sədri seçilmişdi. Bakı texniki məktəbinin
qəyymu (hamısı) seçilmiş, öz vəsaiti hesabına məktəb üçün ikinci mərtəbə tikdirmiş,
yaşlılar üçün rus dili kursları təşkil etmişdir. 12 yoxsul müsəlman texnik-tələbənin
xərcini öz üzərinə götürmüşdür.
Tağıyevin vəsaiti hesabına
Petrovsk-Portda tikiş fabriki, Dərbənddə qızlar üçün
təhsil müəssisəsi (Tağıyev məktəbin saxlanması üçün hər il pul köçürmüşdür),
Peterburqda məscid, Moskvda yaşayış evi və ticarət müəssisələri tikilmişdir. Balka
müharibəsi illərində türklərə pul yardımı göstərmişdir. Birinci dünya müharibəsində
rus qüvvələri tərəfindən işğal edilmiş Türkiyə vilayətlərində erməni quldur
dəstələrinin vəhşiliklərinə məruz qalmış müsəlmanlara yardım edilməsində də onun
fəal rolu olmuşdur. Gizli fəaliyyətdə olan “Müsavat” partiyasına da maddi yardım
göstərmiş, İsmayıl bəy Qaspralının “Tərcüman” qəzetinə Qafqazdan abunələr təşkil
etmiş, abunəçilərin pulunu özü ödəmişdir.
1917-ci ilin aprelində Bakıda keçirilmiş Qafqaz müsəlmanları qurultayında
fəxri qonaq kimi çıxış edən H.Z.Tağıyev qurultayın yaratdığı milli fonda 50 min rubl
məbləğində pul bağışlamışdır. 1918-ci ilin martında dinc müsəlman əhalinin məruz
qaldığı qırğının qarşısını almaq üçün Dağıstan qüvvələrinin başçısı imam Nəcməddin
Qotsinski ilə saziş əldə edilməsində Tağıyevin mühüm xidməti olmuşdur. Məşum
mart günlərində “Tağıyev teatrı”, “Kaspi” redaksiyası da yaranmışdı.
Azərbaycanın XX əsr siyasi həyatında Tağıyevin fəal rolu olmuşdur. Nəinki
çar hakimiyyəti dövründə cərəyan edən siyasi prosesləeə müxtəlif formalarda