Hamının Sevimlisi
37
H.Z.TAĞIYEV XALQIN NĠCATINI ELMDƏ,
SAVADDA GÖRÜRDÜ
Tamamilə savadsız olan Hacı savadsızlığın acısını duymuş və buna görə də
vətən övladlarının, xüsusilə, kasıb, yetim oğlan və qızlarımızın təhsil almasına böyük
qayğı göstərmişdir. Hacı avam qatı mövhumatçı molla və qoçuların hədələrinə, dedi-
qodularına, müxtəlif çətinliklərə baxmayaraq, Axund Əbuturab, Qazı Mir
Məhəmmədkərim ağa, Mir Cəfərzadə kimi tərəqqipərvərlərin təşviq və yardımı ilə öz
xərcinə qız məktəbi tikdirir. 7 oktyabr 1901-ci ildə qız məktəbinin açılışı
münasibətilə Peterburqdan senator Yanovski, Tiflisdən popecitel Zavodski,
Zaqafqaziya Şeyxülislamı Axundzadə, Zaqafqaziya müftisi Qayıbov, Petrovski-
Portdan direktor Tokarjevski, Simteropddan mufti Tovriceski-Qipcarski, Şamaxıdan
məclis sədri Hacı Məcid Əfəndi, Bağcasaraydan “Tərcumən” qəzetinin naşiri və
məktəb sahibi İsmayıl bəy Qasprinski, Bağçasaray şəhər idarəsinin rəisi Mustafa
Davud oğlu, Tiflisdən podpolkovnik Qorçubaşov, Nuxa şəhər başçısı Əmircanov,
Hacıtərxan fəqir müsəlmanlarının himayə surasından əlhəqq İsgəndərov, Taleh
Tahirov,
general-leytenan
Amilaxvari,
general-leytenant
Ərəblinski, Bakı
quberniyasının baş keşişi Yunitski, Riqanın müsəlman tələbələri, ümumiyyətlə,
Səlyan, Kazan, Vladiqafqaz, Orenburq, Saratov, Ufa, Moskva, Xarkov, Kerç, Yalta,
Odessa və digər şəhərlərin maarifpərvərləri onu səmimi qəlbdən təbrik etmişlər.
Məktəbin açılması münasibətilə təbriklərə cavab olaraq Hacı deyir: “Bu
məktəbin güsadi barəsində sizin bu növ izhari-rizaməndlik və məmnuniyyətiniz və bu
məktəbə olan məhəbbət və hissiyatınız məni bais edir ki, gələcəkdə mən birmərtəbə
dəxi bu məktəbin imarətinin üstünə bina edib vaxtilə bu məktəbi müsəlmanlar üçün
ünasiyyə, mədrəsəsi-rüşdiyyəsi (gimnaziya) qərar verim. Sizin bu növ hümmətiniz
mənim bu fikrimin əncama gəlməsinin dəxi də təcilinə bais olacaqdır”.
Qarabağdan Mirzə Əli əsgər Növrəs qız məktəbinin açılması münasibəti ilə
Hacını şeirlə təbrik etmiş və seirin sonunda açılışın maddeyi-tarixini belə vermişdir.
Məşhur şairlərimizdən olan Növrəs sonuncu misrada məktəbin açılış tarixini hicri-