ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

Əşir Bəşiroğlu 
36 
 
müvəqqəti olaraq, indiyədək ölkəmizin iqtisadi həyatında nişanələrini saxlamış əmək 
fəaliyyətimdən  uzaq  düşməyimə  başmayaraq,  artıq  fəaliyyətsiz  qala  bilmərəm, 
xüsusən  hökümətin  səsi  və  xalqın  maraqları  iqtisadi  siyasətin  yeni  yoluna  qədəm 
qoyaraq,  bütün  canlı  qüvvələri  xalq  təssərrüfatınn  və  sənayenin  bərpasına  səslədiyi 
bir  vatda”.  H.Z.Tağıyevin  təklifi  qəbul  edilmədisə  də,  N.Nərimanovun  təklifə 
münasibəti müsbət olmuşdur: “Qərbi Avropa ona daha artıq etibar edər, nəinki bizə. 
Əgər o, kredit açarsa, həmin pullara Qərbi Avropadan bizə lazım olan hər şeyi əldə 
edə bilərik”. 
Sovet  hakimiyyəti  qurulduqdan  sonra  Tağıyevin  bütün  müəssisələri 
milliləşdirildi.  Ona  Mərdəkandakı  bağında  yaşamağa  icazə  verildi.  N.Nərimanov 
Azərbaycan  sovet  hökümətinə  rəhbərlik  etdiyi  dövrdə  və  sonra  Moskvada  fəaliyyət 
göstərdiyi  zaman  H.Z.Tağıyevə  xeyirxah  münasibət  bəsləmiş,  onu  bolşevik 
hakimiyyətinin təhqiramiz tədbirlərindən qorumuşdur. Tağıyevin vəfatı münasibətilə 
“Kommunist”  qəzetində  (1924,  13  sentyabr)  nekroloq  verilmişdi.  Tağıyev  öz 
vəsiyyətinə  görə  Mərdəkandakı  bağından  200-300  metr  məsafədə  yerləşən,  tikintisi 
onun  adı  ilə  bağlı  olan  Axund  Əbuturab  məqbərəsində  dəfn  edilmişdir.  Tağıyevin 
vəfatından  sonra  ailəsinin  məşəqqətli  günləri  başlamış,  onun  adı  qatı  sinfi 
düşmənçilik  mövqeyindən  hallandırılmışdır.  Tağıyevin  qızı  Sara  xanım  bu 
münasibətlə  barışmayaraq,  “H.Z.Tağıyevin  maarifçi  fəaliyyəti”,  “H.Z.Tağıyevin 
Azərbaycan  xalqının  mənəvi  mədəniyyətinin  inkişafında  mütərəqqi  rolu” 
mövzularında  müstəqil  araşdırma  aparmış,  lakin  sovet  hakimiyyəti  dövründə  rəsmi 
etirafa  nail  ola  bilməmişdir.  Azərbaycanın  dövlət  müstəqilliyinin  bərpasından  sonra 
H.Z.Tağıyevin  tarixi  xidmətləri  layiqli  qiymətini  almışdır.  Adına  qəsəbə,  küçə, 
məktəb  və  müəssisələr  vardır.  1993-cü  ildə  “Hacı  Zeynalabdin  Tağıyev  xatirə 
mərkəzi”təsis edilmişdir. Mərkəz hər il sentyabrın 1-də xatirə gününü, yanvarın 25-də 
isə  təvəllüd  gününü  qeyd  edir.  “İnsanlığa  xeyixahlıq  və  fəzilət  nümunəsi,  sərvət  və 
səxavət sahibi Hacı Zeynalabdin Tağıyev” media mükafatı (1993) onun şərəfinə təsis 
edilmişdir.  
 
 


Hamının Sevimlisi 
 
37 
 
H.Z.TAĞIYEV  XALQIN  NĠCATINI  ELMDƏ,  
SAVADDA GÖRÜRDÜ 
Tamamilə  savadsız  olan  Hacı  savadsızlığın  acısını  duymuş  və  buna  görə  də 
vətən övladlarının, xüsusilə, kasıb, yetim oğlan və qızlarımızın təhsil almasına böyük 
qayğı göstərmişdir. Hacı avam qatı mövhumatçı molla və qoçuların hədələrinə, dedi-
qodularına,  müxtəlif  çətinliklərə  baxmayaraq,  Axund  Əbuturab,  Qazı  Mir 
Məhəmmədkərim ağa, Mir Cəfərzadə kimi tərəqqipərvərlərin təşviq və yardımı ilə öz 
xərcinə  qız  məktəbi  tikdirir.  7  oktyabr  1901-ci  ildə  qız  məktəbinin  açılışı 
münasibətilə  Peterburqdan  senator  Yanovski,  Tiflisdən  popecitel  Zavodski, 
Zaqafqaziya  Şeyxülislamı  Axundzadə,  Zaqafqaziya  müftisi  Qayıbov,  Petrovski-
Portdan  direktor  Tokarjevski,  Simteropddan  mufti  Tovriceski-Qipcarski,  Şamaxıdan 
məclis  sədri  Hacı  Məcid  Əfəndi,  Bağcasaraydan  “Tərcumən”  qəzetinin  naşiri  və 
məktəb  sahibi  İsmayıl  bəy  Qasprinski,  Bağçasaray  şəhər  idarəsinin  rəisi  Mustafa 
Davud  oğlu,    Tiflisdən  podpolkovnik  Qorçubaşov,  Nuxa  şəhər  başçısı  Əmircanov, 
Hacıtərxan  fəqir  müsəlmanlarının  himayə  surasından  əlhəqq  İsgəndərov,  Taleh 
Tahirov, 
general-leytenan 
Amilaxvari, 
general-leytenant 
Ərəblinski,  Bakı 
quberniyasının  baş  keşişi  Yunitski,  Riqanın  müsəlman  tələbələri,  ümumiyyətlə, 
Səlyan, Kazan, Vladiqafqaz, Orenburq, Saratov, Ufa, Moskva, Xarkov, Kerç, Yalta, 
Odessa və digər şəhərlərin maarifpərvərləri onu səmimi qəlbdən təbrik etmişlər.  
Məktəbin  açılması  münasibətilə  təbriklərə  cavab  olaraq  Hacı  deyir:  “Bu 
məktəbin güsadi barəsində sizin bu növ izhari-rizaməndlik və məmnuniyyətiniz və bu 
məktəbə olan məhəbbət və hissiyatınız məni bais edir ki, gələcəkdə mən birmərtəbə 
dəxi bu  məktəbin  imarətinin  üstünə bina edib vaxtilə bu  məktəbi  müsəlmanlar üçün 
ünasiyyə,  mədrəsəsi-rüşdiyyəsi  (gimnaziya)  qərar  verim.  Sizin  bu  növ  hümmətiniz 
mənim bu fikrimin əncama gəlməsinin dəxi də təcilinə bais olacaqdır”.  
Qarabağdan  Mirzə  Əli  əsgər  Növrəs  qız  məktəbinin  açılması  münasibəti  ilə 
Hacını şeirlə təbrik etmiş və seirin sonunda açılışın maddeyi-tarixini belə vermişdir. 
Məşhur  şairlərimizdən  olan  Növrəs  sonuncu  misrada  məktəbin  açılış  tarixini  hicri-


Əşir Bəşiroğlu 
38 
 
qəməri  təqvimlə  əbcəd  hesabı  ilə  vermişdir.  Bu  misradakı  hərflərin  müqabili  olan 
rəqəmlər toplandıqda 1319-a bərabər olur.  
Ümumi  şəkildə  götürdükdə,  Hacının  maarif  sahəsindəki  xidmətlərinin 
coğrafiyası  çox  geniş  və  çoxcəhətlidir.  30  min  manatdan  artıq  xərc  çəkib  yetim  və 
kasıb uşaqlar üçün Mərdəkanda kənd təsərrüfatı təməyüllü internet məktəb açır, teatr 
binası  tikdirib,  artist  və  yazıçıların  istifadəsinə  verir.  Qiraətxanalar  üçün  qəzet  və 
jurnalların  pulunu  ödəyir.  Öz  xərcinə  Azərbaycan  alim  və  şairlərinin  əsərlərini, 
həmçinin  azərbaycancaya  tərcümələri  çap  etdirir.  1905-1911-ci  illərdə  İran  Məşrutə 
hərəkatına M.Muxtarovla birlikdə silah və pulla yardım edir. İranda onlarla məktəbin 
açılmasına  yardım  göstərir.  Onları  məktəb  ləvazimatı  və  lazımı  kitabla  təmin  edir. 
Daxildə və xaricdə oxuyan maddi təminata ehtiyacı olanları daim diqqət mərkəzində 
saxlayır.  Bakı  ətrafı  kəndlərdə  axar  suyun  azlığı  su  dəyirmanı  tikməyə  imkan 
vermirdi. Ona görə də Hacı Mərdəkanda 1899-cu ildə dən üyüdən elektrik dəyirmanı 
tikdirir və qəsəbənin əhalisinə ilk dəfə elektrik işığı verir.  
 
BEYNƏLMĠLƏLÇĠ  VƏ  SÜLHSEVƏR 
Hacı həm də böyük beynəlmiləlçi və sülh tərəfdarı olmuşdur. Təkcə bunu qeyd 
etmək  kifayətdir  ki,  6  fevral  1905-ci  ildə  Bakıda  Babayev  familiyalı  bir 
azərbaycanlının  erməni  millətçiləri  tərəfindən  öldürülməsi  ilə  şəhərdə  erməni-
müsəlman qırğını başlayarkən, Tiflis bələdiyyə idarəsinin rəisi Vermişevin xahişi ilə 
o,  Tiflis,  İrəvan,  Şuşa,  Şamaxı,  Salyan,  Gəncə,  Nuxa  və  sair  şəhərlərin  dövlət 
məmurları  və  ruhanilərinə  teleqramlar  göndərib  bu  qırğının  qarşısını  almağı  xahiş 
edir. Hacının teleqramları  məclislərdə, kilsələrdə, məscidlərdə, xalq arasında oxunur 
və xalq onun xahişinə əməl edir. Elə buna görə də fevralın 6-da başlamış qırğına dörd 
gündən sonra son qoyulur.  
H.Z.Tağıyev haqqında ilk əsəri doktor Nəriman Nərimanov yazıb. Bu topluda 
göstərdiyimiz  kimi  onun  yazdığı  əsərin  təxminən  yarısı  Hacıya  üz  tutub  millətə 
deyilən  nəsiyətamiz  və  ibrətəmiz  sözlərdən  ibarətdir.  1900-cu  ildə  çap  olunmuş  və 
“Hacı  Zeynalabdin  Tağıyevin  50  illik  məişəti  və  cəmiyyətə  xidmətləri”  adlanan  bu 
kitabdan  sonra  onun  bioqrafiyasının  yazılmasına  bir  daha  təşəbbüs  göstərilmişdir. 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə