ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə20/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

Əşir Bəşiroğlu 
60 
 
N.Nərimanovun  qardaşı  qızı  Nabat  xanım  Nərimanova  deyirdi:  “Bizim  Bakı 
müsəlman  qız  məktəbi  Rusiya  imperiyasında  ilk  və  vahid  qız  məktəbi  idi.  Bütün 
müsəlman aləmində avropasayağı birinci qız məktəbi idi. Bu məktəbi qurtaran qızlar 
Azərbaycanın ilk və əsas qadın müəllimlər kadrası idi. Məktəbimizi bitirəndən sonra, 
oxuyub  həkim,  ekonomist,  kitabxanaçı,  elmi  işçi,  rəssam,  hətta  dosent  və  professor 
olanlar da vardı.” 
İlk illərdə geyim forması dağıstan qızlarının libası idi. Bir neçə ildən sonra rus 
qız məktəblərinin geyimi ilə əvəz edildi. Həm qış, həm yay forması vardı. Gündəlik 
paltarlardan  başqa  bayram  və  mərasim  geyimi  də  vardı.  Ayaqqabı  həmişə  təmiz 
olmalı  idi.  Məktəbdə  xüsusi  dərzixana  vardı.  İki  dərzi  arvad  həyətdəki  binada 
işləyirdilər. Məktəb hər cəhətdən gözəl idi.  
Dərs otaqları, laboratoriyalar, kitabxana, qiraət zalı, qəbul otağı 1-ci mərtəbədə 
idi. Aşxana, mətbəx, qızların yataq otaqları, tamaşa salonu, müəllimlər (hamısı qadın 
idi) otağı, məktəb müdirəsinin kabineti, həkim kabineti, müalicəxana, namaz otağı üst 
mərtəbədə idi. Hamam, xəstəxana, paltar yuyulan otaq və anbarlar həyətdəki ayrı-ayrı 
binalarda idi. Gözəl bağçamız vardı. Bu məktəbdə təmizliyə xüsusi fikir verilirdi. Hər 
gün  şəxsi  təmizlik  yoxlanırdı.  Qızların  dırnaqlarına,  qulaqlarına,  saçlarına  arvad 
feldşer  baxırdı.  Həftədə  bir  dəfə  hamamda  çimərdik.  Qadın  həkim  üç  gündən  bir 
qızların  dişlərini  yoxlayardı.  Birinci  və  ikinci  sinifdə  oxuyan  qızların  saçlarını  iki 
arvad  darayırdı,  onları  çimizdirirdi.  Gündə  4  dəfə  bizə  yemək  verirdilər.  Naharda 
duru xörək, plov, dolma, qovurma, bir sözlə şərq xörəkləri, bəzən Avropa xörəkləri 
də  bişirirdilər.  Şirniyyat,  meyvə,  kampot,  çay  və  s.  Payızda  və  qışda  zəif  qızlara 
xörəkdən  əvvəl,  bədənlərini  möhkəmlətmək  üçün  balıq  yağı  içirdirdilər.  Məktəbin 
kənarla heç bir əlaqəsi yox idi. Ata, analar, ən yaxın qohumlar qızlarla xüsusi otaqda 
görüşə bilərdilər. Bayramlarda bizi kinoya, ya da ki, Tağıyev adına teatra aparardılar. 
Çadrasız  gedərdik.  Qohumlarından  qorxan  qızlar  getməzdilər.  Yuxarı  sinif  qızlarını 
klassiklərin  əsərləri  ilə  tanış  etmək  üçün  faytonlarda  teatra  aparardılar.  “Yevgeni 
Onegin”,  “Demon”,  “Otello”,  “Razboyniki”  və  s.  tamaşa  edər,  sonra  onlardan  inşa 
yazdırardılar. 


Hamının Sevimlisi 
 
61 
 
1915-1916-cı illərdə yuxarı sinif qızlarını oğlan gimnaziyasına, realni məktəbə 
də konsertə aparardılar.  
Məktəbimizdə xor, dram, ədəbiyyat, rəqs dərnəkləri vardı. Cümə günləri dram 
dərnəyi konsert verərdi və ya pyes oynayardılar. Bir dəfə “Arşın mal alan”ı göstərdik. 
Avtorun özünü dəvət etmişdik. əsgər rolunu Reyhan Axundova (sonra rəssam oldu), 
xalanın rolunu Dostu Cəfərova ifa etdi. Dərnəyimizi Üzeyir bəy çox bəyəndi. 
Konsert  verəndə  Sabirin  “Oxutmuram  əl  çəkin”,  “Xan  dostu  amandı,  qoyma 
gəldi”, “Fəhlə, özünü sən dəmi insanmı sanırsan?” şeirlərini, Puşkinin, Lermontovun, 
A.Şaiqin, Abbas Səhhətin şeirlərini oxuyardıq. 
Yuxarı  sininflərdə  əl  işləri,  toxuma,  paltar  tikmək  öyrədirdilər.  Məktəbi 
qurtaran  qızlar  böyük  bir  tikmə  şal  düzəldib  Tağəyevə  bağışladılar.  Hacı  məktəbi 
bitirən qızları evinə dəvət edər, meyvə-şirniyyat süfrəsi açardı, sonra hərəyə bir qutu 
şokolad,  ipək  baş  şalı,  Tolstoy,  Puşkin,  Lermontov,  Karamzin  və  başqa  yazıçı  və 
şairlərin  əsəsrlərini,  Quranın  Azərbaycan  dilində  tərcümə  edilmiş  nüsxəsini 
bağışlayardı. 
Tağıyevin  arvadı  Sona  xanım  tez-tez  məktəbimizə  gələr,  meyvə-şirniyyat 
gətirərdi.  Hacı  arabir  gəlib  dərslərimizə  qulaq  asardı,  axırda  da  deyərdi:  “Qızlarım, 
balalarım,  yaxşı  oxuyun,  səyy  edin.  Xoşbəxtlik  oxumaqdadır.  Bilik  ən  böyük 
dövlətdir”. 
Bir dəfə “Molla Nəsirəddin” – Mirzə Cəlil məktəbimizə gəldi. Bizimlə söhbət 
etdi.  Qızlardan  bir  neçəsi  Sabirinm  şeirlərini,  bir  nəfər  də  Abdulla  Şaiqin  Sabirin 
ölümünə yazdığı şeiri oxudu, çox razı qaldı. 
Bizim  ailədən,  Nərimanov  ailəsindən  6  nəfər  Asya,  Xədicə,  Məryəm,  İltifat, 
Simuzər və mən (Nabat) bu məktəbdə pulsuz oxuyurduq. Məktəbimiz çox gözəl idi. 
Sinif  otaqları  geniş,  hündür,  işıqlı,  hava  bol.  Dəhlizlər  iri,  həyətdə  gözəl  bağça, 
müəllimlər xoşrəftar, lakin tələbkar, qayda-qanun. Yataq otaqlarında aptek təmizliyi, 
yorğan-döşək yumşaq, çamaşır ağappaq, hər həftə dəyişdirilərdi.  
Aşxanada  uzun  iri  stollara  qar  təki  ağ  süfrə  döşənərdi.  Qablarda  təzə  xörək, 
yeməklər  ləzzətli,  stolların  ətrafında  yuxarı  sinif  qızları  növbə  çəkərdilər.  Hacının 


Əşir Bəşiroğlu 
62 
 
qızlara  göstərdiyi  qayğı  tükənməz  və  əvəzsiz  idi.  Belə  bir  əhvalat  da  danışırdılar: 
“Məktəbə ət verən qəssabı çağırıb abırını verir ki, göndərdiyin qoyun cımdəklərindən 
biri dişi imiş. Bilmirsən ki, dişi qoyun ətindən qız balalar azarlaya bilər? Bir də belə 
etmə!” 
Novruz, orucluq, qurban bayramlarında məktəbdə sərgi düzəldərdilər. Qızların 
əl  işləri  nümayiş  etdirilərdi.  Analar,  bacılar,  qohum-əqraba  sərgiyə  dəvət  edilərdi. 
Balaca qonaqlıq da verilərdi. Qızlqrın əl işləri, bacarıqları barədə min bir xoş söhbət 
eşidilərdi. 
Məktəbimizin  müdirələrindən  biri  Səlimə  xanım  Yaqubova  idi.  Peterburq 
Universitetində iki fakultə, fizik-riyaziyyat, bir də pedaqoji fakultəni bitirmişdi. Çox 
tələbkar idi. Məktəbimizin nəzdində 2 illik müəllimlər kursunun da müdiri idi. 
Məktəbimizin  kitabxanası  çox  zəhgin  idi.  Hacı  bu  sahəyə  pul  əsirgəməmişdi 
Klassiklərin  və  müasir  yazıçı  və  şairlərin  hamısının  kitablarından  var  idi.  “Molla 
Nəsrəddin”i və başqa qəzet, jurnallar alırdıq.  
Məktəbdə  başqa  qiymətli  tədris  vasitələri  də  var  idi.  Məsələn:  heyvanlar 
aləminin  gözəl  şəkilləri,  coğrafiya  xəritə  və  atlasları,  zooloji  və  anatomik  atlaslar, 
heyvanların və quşların müqəvvaları. Bunlardan imtahan vaxtı istifadə edirdik. Gərək 
görəydiniz  imtahan  vaxtı  yaxşı  cavab  verəndə  bu  savadsız  milyonçu  necə  sevinir, 
necə  fərəhlənirdi.  Elə  bil  öz  qızı,  öz  övladının  müvəffəqiyyəti  idi.  1906-cı  ildə 
Tiflisdə müsəlman qız məktəbi açıldı. Hacını açılışa dəvət etdilər, xəstə olduğu üçün 
gedə bilmir. Lakin məktəbi maliyyə cəhətdən möhkəmləndirmək üçün 25.000 manat 
toxunulmaz vəsait göndərir.  
Ömər Faiq Nemanzadə əsrin əvvəllərində Bakıya gələndə qız məktəbini görüb 
məəttəl qalır, belə qaranlıq bir mühitdə bu məktəb əqləsığmaz bir möcüzə idi. O, bu 
barədə  məqalə  yazıb  Türkiyəyə  “Sərvət  tium”  jurnalına  göndərir.  Bu  məqalə  bütün 
islam  aləmində  səs-küy  qaldırır.  Bu  məktəb  1913-cü  ildə  müsəlman  qızları  üçün 
müəllimlər  seminariyası  oldu.  Hacı  əvvəl  ayırdığı  150.000  manat  toxunulmaz 
vəsaitdən əlavə 100.000 manat da vermişdi.  
O  zaman  bu  məktəbi  bitirənləri  barmaqla  göstərirdilər.  Qeyri-adi,  yaxşı 
mənada möcüzə hesab olunurdu. Onlara hər yerdə hörmət edirdilər. 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə