ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə23/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

Hamının Sevimlisi 
 
69 
 
hamının nəzərində qeyri-adi qəhrəman sayılırdı. Tək mənim yox, elə hamının. O, da 
Hacıya  ağız  açıb  mənə  evlənmək  istədiyini  demişdi.  Atam  ona  da  Buxara  Əmirinə 
verdiyi cavabı vermişdi.  
Nuru  paşa  evimizdə  ziyafətdə  olanda  bir  neçə  türk  şeiri  oxudu.  Adım 
Sürəyyəyə uyğun bir şeir də oxudu, özü də sevinə-sevinə, gülərüzlə, o da yadımdadır: 
Çox qədim zamanlarda  
Bizim ana Turanda 
Lahıdud Türküstanda 
O müqəddəs torpaqda 
Bir Pəri qız varmış 
İsmi Sürəyyə imiş, 
Sevgilər ulduzuymuş, 
İgidlər qibləsiymiş. 
“Əh!”  deyə  susdu,  çöhrəsindəki  ələm  buludları  daha  da  qatılaşdı,  söhbətin 
mövzusunu dəyişdirdi. 
Hacı  Əhməd  paşa  adı  dillər  əzbəri  olmuş  Ənvər  paşa  və  Nuru  paşanın  atası 
evimizə və bağımıza ziyafətə gəlmişdi. Nuru paşanın  əmisi Xəlil paşa Osmanlı şərq 
cəbhəsinin  ordu  komandanı  idi.  Bəxtəvər  günlərimiz  idi.  O,  on  illər  ərzində 
qorxduğu, hamıdan gizlətdiyi əziz xatirələri danışıb, ürəyini boşaltmağa, heç olmasa 
öz  dilindən  eşidib  xəyalən  o  zamanlara  qayıtmaq  istəyirdi.  Səsi  səssiz  və  ahəngdar 
idi.  Məlal  dolu  gözləri  uzaq  keçmişə,  o  təntənəli,  dəbdəbəli  mənzərəyə,  ehtişama 
baxırdı. Dərindən ah çəkib dedi: “Hey gedi dünya...Təlatümlü, vəfasız dünya”. 
Birdən  qonşu  otaqda  radioda  çalmağa  başlayan  həzin  musiqiyə  Xan 
Şuşunskinin məlahətli səsi qoşuldu: 
Saçın ucun hörməzlər, 
Səni mənə verməzlər... 
Əyil üzündən öpüm 
Qaranlıqdır görməzlər. 
Ay gülüm, bülbülüm 


Əşir Bəşiroğlu 
70 
 
Sənsən, mənim öz gülüm... 
Bayaqdan gözlərində  oynayan  gulab  qədər  saf, şəffaf  yaş damcıları  yanaqları 
ilə üzü aşağı yuvarlandı... “Vəfası, nəşəsi, cəzası belə olur ilk məhəbbətin” deyə öz-
özünə qəhərləndi. 
 
HACININ  HƏYATINA  BĠR  DƏ  NƏZƏR  SALAQ 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Tağıyevin  anası  çox  tez  ölmüş  və  o,  10 
yaşınadək İçəri şəhərdə başmaqçı işləyən atası tərəfindən tərbiyə edilmişdir. Atasının 
2-ci  arvaddan  5  qızı  olsa  da,  Zeynalabdin  uşaqlardan  tək  böyümüş,  müstəqil  pul 
qazanmağa vərdiş etmişdir. Atası oğlunun onun yoli ilə getməsini istəməyərək bənna 
şagirdliyinə  göndərmişdi.  O,  öz  əmək  fəaliyyətinə  tikintidə  palçıq  daşıyan  kimi 
başlamışdır. 
Ailə böyük ehtiyac içində idi. Zeynalabdin hər gün qazandığı 6 qəpiyi atasına 
gətirir,  o,  isə  bu  pula  çörək  və  pendir  alardı.  12  yaşında  Zeynalabdin  artıq  daş 
yonmağa  başlayır.  15  yaşında  isə  bənnalıq  sənətinə  yiyələnir.  Təbiətən  hər  şeylə 
maraqlanan  bu  uşaq  ustaların  işini  xüsusi  diqqətlə  müşahidə  edirdi.  Təcrübədə 
qazandığı  bilik  və  qabiliyyət  sonrakı  sahibkarlıq  fəaliyyətində  onun  çox  karına 
gəlmişdi. 
Bir qədər sərmayə topladıqdan sonra Tağıyev podrat işləri ilə məşğul olmaqdan 
əl çəkir və xırda manifaktura malları alverinə başlayır. Bəzi məlumatlara görə 1860-
cı ildə onun artıq manufaktura malları satan bir və ya iki dükanı var idi. H.Z.Tağıyev 
ağ neft istehsalı ilə məşğul olmuş ilk azərbaycanlılardan biri idi. 1870-ci ildə onun iki 
qazanlı  ağ  neft  zavodu  vardı.  Bu  qiymətli  məhsulun  istehsalındakı  müvəffəqiyyət 
onda neft işinə maraq oyadır. 
H.Z.Tağıyevin birinci dəfə evlənməsi haqqında çox az məlumat var. Ancaq o 
məlumdur ki, arvadının ölümündən sonra onun üç uşağı – oğlanları İsmayıl (1865-ci 
il), Sadıq (1868-ci il) və qızı Xanım (1871-ci il) qalmışdı. Birinci oğlu İsmayıl Nurə 
Ərəblinckaya  ilə  evlənmişdi.  İkinci  oğlu  Sadıq  Qacarlar  nəslindən  olan  mələksima 
(M.F.Axundovun  nəvəsi)  ilə  evlənmişdi.  Sadığın  Ağa  Zeynalabdin,  Zərintac  və 
Zeynəb adlı üç uşağı olmuşdur.  


Hamının Sevimlisi 
 
71 
 
Zənnimizcə, aşağıdakı faktlar da oxucularda maraq doğurar. Azərbaycanın ilk 
kimyaçı alimi Mövsüm bəy Məhəmməd bəy oğlu Xanlar H.Z.Tağıyevin birinci qızı 
Xanımın əri idi. O, 1857-ci ildə Bakıda doğulmuş, realnı məktəbini bitirdikdən sonra 
Almaniyanın 
Strasburq 
şəhərindəki 
universitetin 
riyaziyyat-təbiətşünaslıq 
fakultəsində  oxumuşdur.  1883-cü  ildə  universitetin  elmi  şurasında  dissertasiya 
müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi almış və Bakıya qayıtmışdır. 
Mövsüm  bəy  1921-ci  ilin  fevralında  vəfat  etmişdir.  Onun  qızı  Züleyxa  tanınmış 
hüquqşünas  Qasım  Qasımova  ərə  getmişdi.  Onların  oğlu  –  H.Z.Tağıyevin  nəvəsi 
Yusif (yaxud Yunis) hazırda ABŞ-da yaşayır. 
H.Z.Tağıyev 1877-ci ildə ikinci gildiya taciri zümrəsinə qəbul olunur, 1882-ci 
ildə isə 1-ci gildiya taciri rütbəsi alır. 
XIX  əsrin  80-ci  illərində  H.Z.Tağıyev  tam  imkanlı  bir  şəxs  kimi  “Təzəpir” 
məscidinin  yaxınlığındakı  evə  köçür.  Həmin  evdə  Hacı  H.Zərdabi  ilə  tanış  olur. 
Onların tanışlığı sonradan dostluğa çevrilib. Həsənbəy Zərdabi H.Z.Tağıyevin ictimai 
mövqeyinin formalaşmasına böyük təsir göstərmiş, onun xeyriyyəçilik və maarifçilik 
fəaliyyətinin müəyyənləşməsində mühüm rol oynamışdır. 
Tağıyevin  dünya  görüşünün  formalaşmasında  dövrünün  görkəmli  ictimai 
xadimləri olan M.Ə.Rəsulzadə, Ü.Hacıbəyov, N.Nərimanov, Əhmədbəy Ağaoğlu və 
başqa görkəmli ziyalılarımızın böyük təsiri olmuşdur. 
XIX əsrin sonunda Tağıyevin şəxsi həyatında dəyişikliklər baş verir. 1896-cı il 
iyunun  28-də  o,  Dərbənddə  1881-ci  il  təvəllüdlü  Sona  xanım  Ərəblinskaya  (kübar 
cəmiyyətdə  Sofiya  Vladimirovna  adı  ilə  tanınırdı)  ilə  evlənir.  Bu  qadından  onun  5 
uşağı  olur:  qızları  Leyla  (1898-ci  il),  Sara  (1899),  Sürəyyə  (1904)  və  oğlanları 
Məhəmmədtağı (1900) və Məmmədkazım (1903). Doğrudur, H.Z.Tağıyevin vəfatı ilə 
əlaqədar “Kaspi” qəzetində dərc edilmiş nekroloqda İlyasın da adı çəkilir, lakin onun 
haqqında heç bir məlumat yoxdur. 
1900-cü  ildə  H.Z.Tağıyev  nəsli  fəxri  vətəndaş  adına  layiq  görülür.  1907-ci  il 
yanvarın  25-də  isə  ona  4-cü  dərəcəli  həqiqi  mülki  müşavir  rütbəsi  verilir.  Neft 
sənayeçiləri arasında həqiqi mülki müşavir rütbəsi Tağıyevdən başqa bir də E.Nobelə 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə