ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə24/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

Əşir Bəşiroğlu 
72 
 
verilmişdir.  Senatın  1910-cu  il  8  fevral  fərmanı  ilə  H.Z.Tağıyev  nəsli  zədagən 
rütbəsinə də layiq görülmüşdü. 
H.Z.Tağıyev  Müqəddəs  Stanislav  ordeninin  III  və  II  dərəcələri,  habelə 
aşağıdakı  medallarla  təltif  olunmuşdur.  Üzərində  “Səyyinə  görə”  yazısı  olan  (biri 
Anna,  ikinci  isə  Stanislav  lentindən)  boyundan  asılan  3  qızıl,  Stanislav  lenti,  biri 
boyundan  asılan,  digəri  sinəyə  taxılan  2  gümüş  medal.  Tağıyevin  mükafatları 
arasında  imperator  III  Aleksandrın  hökmranlığı  dövrünün  gümüş  xatirə  medalı  da 
var. Bunlardan başqa o, xarici ölkələrin mükafatları ilə İarnın Şiri-Xurşud ordeninin 
IV, II və I dərəcələri, habelə Buxaranın II dərəcəli qızıl ulduzu ilə təltif olunmuşdu. 
Azərbaycanda Sovet hökuməti qurulandan sonra Tağıyevin bütün müəssisələri 
milliləşdirilmiş  və  ona  Mərdəkandakı  bağ  evində  yaşamaq  imkanı  verilmişdi.  İrana 
getmiş  böyük  qızı  Leyladan  fərqli  olaraq,  Vətənindən  ayrılmaq  istəməyən 
H.Z.Tağıyev  1924-cü  il  sentyabrın  1-də  101  yaşında  ikən  vəfat  etmiş  və  özünün 
vəsiyyətinə  görə  Bakıda  ən  tanınmış  din  xadimlərindən  olan  Axund  Hacı  Əbu 
Turabın Mərdəkandakı məqbərəsinin önündə dəfn edilmişdir.  
 
H.Z.TAĞIYEVĠN FƏALĠYYƏTĠNĠN KAPĠTALĠST SAHĠBKARLIĞI 
Tarixi 
ədəbiyyatda 
ayrı-ayrı 
məlumatların 
olmasına 
baxmayaraq, 
H.Z.Tağıyevin  sahibkarlıq  fəaliyyətinin  bir  çox  cəhətləri  indiyədək  öyrənilməmiş 
qalmışdır.  Məsələn,  özünün  etiraf  etdiyi  kimi  “heç  bir  sistenatik  təhsil  almamış” 
H.Z.Tağıyevin iri firmalar və bütöv inhisarçı birləşmələrlə sərt rəqabət mübarizəsində 
nəinki var-yoxdan çıxmadığını, həm də öz müstəqilliyini qoruyub saxlayaraq Nobel, 
Rotşild,  Mantaşev  kimi  neft  kralları  ilə  bir  cərgədə  dayanmağa  necə  nail  olduğunu 
araşdırmaq  çox  maraqlıdır.  Yaxud  neft  sənayeçilərinin  çoxu  özlərinə  nə  üçün  onun 
yardımını  təmin  etməyə  çalışırdı?  Tağıyevin  öz  neft  müəssisələrini  satmaq  barədə 
gözlənilməz qərarının həqiqi səbəbi nə idi? 
H.Z.Tağıyev  Azərbaycan  ticarət  və  sanaye  maliyyə  burjuaziyasının  yuxarı 
təbəqələrində  ən  hörmətli  və  sayılan  simalarından  biri  idi.  O,  hökumət  və  bank 
məmurları dairələrində böyük nüfuza malik idi. Azərbaycan neft sənayesinin bir çox 
vacib  məsələlərinin  həllində  fəal  iştirak  edirdi.  Hər  hansı  xüsusi  təşkilatçılıq  vərdişi 


Hamının Sevimlisi 
 
73 
 
olmasa  da  o,  qəribə  fərasətlilik,  işgüzar  fəhmlilik,  kapitalist  təsərrüfatı  sahəsində 
dərin  bilik  nümayiş  etdirirdi.  Tağıyev  öz  müəssisələrini  təşkilatca  yenidən  qurmaq, 
texniki və enerji ilə təchiz etmək hesabına onları öz dövrünün qabaqcıl kompaniyaları 
səviyyəsinə  çatdırmışdır.  Buna  görə  də  həm  alimlərin,  həm  də  ədəbiyyatçıların  ona 
marağı  təbiidir.  H.Z.Tağıyev  uzun  müddət  tədqiqatçıların  nisbətən  az  bir  hissəsinə 
məlum idi. Onun barəsində ya susur, ya da olduqca az məlumat verirdilər. Bəziləri isə 
onun  fəaliyyətini  yanlış  şərh  edirdilər.  Azərbaycan  burjuaziyasının  görkəmli 
nümayəndəsi olan Tağıyevin fəaliyyətinin öyrənilıməsi çox vacibdir.  
B.Y.Axundovun  monoqrafiyasında  ilk  dəfə  olaraq  H.Z.Tağıyevin  Bakı  neft 
sənayeçilərinin  XIX  əsrin  sonlarında  təşkil  olunmuş  müxtəlif  birliklərdə  iştirakı, 
ingilis kapitalı nümayəndələrinin onun neft mədənlərini satın alması barəsində faktik 
materiallar  gətirilir.  Digər  tədqiqatlarda  da  ingilislər  tərəfindən  Tağıyevin  neft 
mədənlərinin satınalınma şərtləri işıqlandırılır. İngilis kapitalistlərinin Rusiyanın neft 
sənayesinə 
soxulmaq  planlarında  tağıyev  firmasının  yeri  aydınlaşdırılır. 
H.Z.Tağıyevin Azərbaycanın rayonlarında torpaq alması barədə məlumat verilir.  
M.A.Musayevin  70-ci 
illərdə 
çapdan  çıxmış  iki  monoqrafiyasında 
H.Z.Tağıyevin  firmasının  ticarət  əməliyyatları  barəsində  məlumatlar  verilir. 
D.B.Seyidzadənin  kitabında  xalq  təsərrüfatının  bir  sıra  sahələrində  Azərbaycan 
burjuaziyasının, o cümlədən də H.Z.Tağıyevin mövqeyi barəsində maraqlı materiallar 
toplanmışdır. 
Yazıçı Manaf Süleymanovun kitabında sahibkarlardan:  - Mirzəyev qardaşları, 
Murtuza  Muxtarov,  Seyid  Mirbabayev,  Ağabala  Quliyev,  H.Z.Tağıyev  və  digər 
sənayeçilərin fəaliyyətini təhlil etməyə ilk cəhd göstərilmişdir. 
H.Z.Tağıyevin  firmasının  yaranması  və  fəaliyyəti  tarixinin  öyrənilməsi  üçün 
“Rusiyanın neft sənayesində inhisarçı kapital: 1883-1914” və “Yeni inqilabi yüksəliş 
illərində  Azərbaycanda  fəhlə  hərəkatı”  adlı  sənədlər  topluları  böyük  əhəmiyyətə 
malikdir.  Bunların  birincisində  1897-ci  ildə  Tağıyev  firmasının  ləğvinədək 
fəaliyyətini,  Tağıyevin  inhisarçı  birləşmələrdə  iştirakını,  neft  məhsullarının  ixracı 
uğrunda  mübarizəsini  və  s.  işıqlandıran  qiymətli  sənədlər  və  bu  sənədlərə  izahlar 


Əşir Bəşiroğlu 
74 
 
toplanmışdır.  Ikinci  topluda  cəmlənmiş  sənədlərə  Azərbaycan  sahibkarlarının  XX 
əsrin əvvəllərindəki fəaliyyətlərini səciyyələndirən izahlar əlavə olunmuşdur. “SSRİ 
tarixinə  dair  materiallar”da  toplanmış  sənədlər  də  diqqətəlayiqdir.  Burada  “Bakı  ağ 
neft  zavodçuları  ittifaqı”nın  təsisi  və  ölkə  ağ  neftinin  birgə  ixracı  barəsində 
müqavilələrin layihələri verilmişdir.  
 
ÖLKƏNĠN ĠCTĠMAĠ VƏ MƏDƏNĠ HƏYATINDA HACININ ROLU 
General Balakişi bəy Ərəblinskinin qızı Sofya xanımla evlənəndən sonra Hacı 
şəhərin mərkəzində, Qorçakov küçəsində mülk tikdirmək qərarına gəldi, 1895-ci ildə 
binanın  tikilməsinə  başlandı  və  o,  1902-ci  ildə  hazır  oldu.  Binanın  fəsadları, 
qübbələri  uzaqdan  diqqəti  cəlb  edir.  Binanın  memarı  Qovlovski  Avropa  memarlıq 
üslubndan  istifadə  etmişdir.  Birinci  mərtəbədə  Hacının  kontoru  yerləşirdi.  Hacının 
divar  boyu  dəmir  seyfi  də  kontorun  gizli  guşələrindən  birində  yerləşmişdi.  Seyfdə 
qiymətli  sənədlər,  veksellər  və  az  miqdarda  pul  saxlanılırdı.  Bu  bina  öz 
arxitekturasına görə şəhərdə ən gözəl binalardan biri idi. 
1896-cı  ildə  Peterburqda  qeyrətli  müsəlmanlar  cəmiyyəti  xeyriyyənin  binasını 
qoyublar.  Qeyrətli  Hacı  o  binaya  11  min  manat  pul  vermişdir.  Bunun  əvəzində 
xeyriyyəni bina edənlər hörmətli hacını ömürlük üzv seçib, böyük təşəkkürlər ediblər. 
Qeyrətli  Hacı  bunlarla  kifayətlənməyib  türk  və  fars  ədəbiyyatına  xidmətlər 
göstərib.  Axır  vaxtlar  ədəbiyyat  yolunda  çalışan  cavanların  sayı  günbəgün  artırdı. 
Ancaq yazdıqlarını çap etdirməyə onların pulu yox idi. Hacı bütün deyilənləri nəzərə 
alaraq millətə lazım olan kitabları öz xərcinə çap etdirirdi. O kitablar bunlardı:  
1.
 
Tarixi – müqəddəs əsəri. Molla Əbdül Salam Axundzadə - 500 manat xərc 
olunub. 
2.
 
“Şərabçı”,  “Allah  divanı”  əsəri.  Soltan  Məcid  Qaniyev  –  300  manat  xərc 
olunub. 
3.
 
“Əşəari Seyid Əzim Şirvani” – 500 manat xərc olunub. 
4.
 
“Nadir şah” əsəri. N.Nərimanov – 350 manat xərc olunub. Bu əsər Hacının 
xahişinə görə fars dilinə tərcümə edilərək çap olunmuşdur. 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə