ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə16/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

Əşir Bəşiroğlu 
48 
 
məktəbi  mən,  bizə  padşahlıqda  vəhşi  deyiləndən  sonra  qərara  gəldim  açdırım.  Ətək 
dolusu pul töküb, bu məqsədlə bina tikdirmişəm. Dərs deyənlər Zənən xeylağı olacaq, 
Kazan şəhərinə adam göndərmişəm ki, müsəlman – tatar arvadlarından dərs deyənlər 
tapıb gətirsinlər Xədicə xanım adında bir nəfər tapıblar. Bütün Urusiyyət qəzetlərində 
elan  etdirmişəm  ki,  dilimizi  bilən  arvad  müəllim  axtarıram...”  İki  nəfər  arvad 
müəllimə  gəlmək  istəyir.  Biri  Məryəm  xanım  Sürkevna  Litva  tatarlarından,  o  biri 
müəllimə isə Axelskidən Hənifə xanımdır.  
Sabahı gün şəhərdə abır-həya pərdəsi altında qeylüqal qopur, qoçular küçələrə 
tökülüşüb  dikdəban  ayaqqabı  geymiş  müsəlman  qadın  və  qızlarının  tufli  və 
çəkmələrini çıxardıb, zorla nəleyin geydirirdilər, azca üzüaçıq olanların başlarına iri, 
qara  çadra  örtürdülər,  mane  olmaq  istəyənləri,  danışanları  döyür,  ölümlə 
hədələyirdilər. Qızlarını təzə məktəbə göndərənlərin evlərinə soxulub öldürürdülər. O 
cümlədən  İçərişəhərli,  Axund  Molla  Ruhullanın  evinə  zorla  girib  namaz  üstündə 
kişini qətl etmişlər ki, birdən-birə iki qızını şkola yollayıb. 
Hökumət məmurları belə biyabırçılığa kənardan tamaşa edirdilər və deyirdilər 
ki,  biz  din-məzhəb  məsələlərinə  qarışmırıq.  Onlar  əslində  bu  məktəbin  açılmasını 
istəmirdilər. 
Tağıyev qızlara məsləhət görür ki, çarın arvadı Aleksandra Fyodorovnaya bir 
teleqram göndərin, minnətdarlığınızı bildirin ki, sizə məktəb açmağa icazə verib və 
razı olub ki, məktəbimizə onun adı verilsin. 
İki  gündən  sonra  Aleksandra  Fyodorovna  qızlara  teleqramla  cavab  yollayır, 
yeni açılmış məktəbdə əla oxuyub Vətənə və cəmiyyətə faydalı olmalarını,  həyatda 
xoşbəxt  yaşamalarını  arzu  edir.  Bu  teleqramla  bütün  mübahisələr  və  müsəlman  qız 
məktəbinin taleyi bir dəfəlik həll edilir. 
Məktəbə 58 qız qəbul edilmişdi, onlardan 35 nəfəri kasıb ailələrdən idi, onlar 
təhsil  haqqından  azad  edilmişdilər.  Geyim  və  yemək-içməklərinin  haqqını  Tağıyev 
ödəyirdi.  Əvvəldən  20  nəfər  kasıb  qızın  pulsuz  götürülməsi  nəzərdə  tutulmuşdu. 
Sonra  Hacı  bu  siyahıya  15  nəfər  də  əlavə  edir.  Bu  məktəb  pansion  və  qapalı  idi, 
qızlara həftədə bir dəfə, cümə günləri səhər saat 10-dan 17-yə qədər evlərinə getməyə 
icazə verilirdi. 


Hamının Sevimlisi 
 
49 
 
Məktəbdə  dərslər  1901-ci  il  sentyabrın  7-də  başlamışdı.  Sentyabrın  9-da  isə 
dərs-açılış  bayramı  edildi.  Krımdan,  Özbəkistandan,  Peterburq  və  başqa  yerlərdən 
çoxlu  təbrik  teleqramı  gəlir.  Peterburqdan  senator  Yankovski  Tağıyevə  yazırdı: 
“Sizin  xərciniz  və  sizin  səyyiniz  sayəsində  açılan  məktəbə  müvəffəqiyyət 
arzulayırıq”.  Tağıyev  yığıncaqdakı  çıxışında  deyir:  “Bu  qız  məktəbini  gələcəkdə 
gimnaziyaya çevirməliyik, bu mənim arzum və amalımdır.” 
Bu  şənlik  münasibətilə  öz  sevincini  bildirənlərdən  biri  də  Həsənbəy  Zərdabi 
idi. O atəşin çıxışını bu sözlərlə tamamlayır: “Çox yaşa, Hacı!” 
Çox  keçmədi  ki,  Rusiya  imperiyasının  başqa  yerlərində  -  Tiflisdə,  Kazanda, 
Başqırdıstanda və Dağıstanda da müsəlman qız məktəbləri açıldı. 1915-ci ildə Bakıda 
5 qız məktəbi vardı. Onlardan biri də Balaxanıda idi. 
Bakıda ilk dəfə açılan Aleksandra Fyodorovna adına qız məktəbini Dl Bay adlı 
bir fransız Parisdə buraxdığı kitabda əcayib, ağlasığmaz bir möcüzə adlandırırdı.  
Bakı rus-müsəlman qız məktəbinin şagirdləri üçün Dağıstan qızlarının geyimi 
rəsmi libas kimi qəbul edilmişdi. 1909-cu ildən isə bu məktəbin rəsmi paltarı rus qız 
məktəblərinin  paltarı  ilə  əvəz  edildi.  Abı  rəngli  parçadan  don,  ağ  fartuk,  bir  də 
pelorına.  Gündəlik  geyimdən  başqa  bayram  və  mərasim  libası  da  vardı.  Imtahan 
vaxtı, bayram günləri, teatra və gəzməyə gedəndə mərasim libasını geyirdilər. 4 illik 
məktəb  2  ildən  sonra  oldu  5  illik,  sonra  6  illik,  axırda  da  seminariya.  Hacı  banka 
100.000 manat 5 faizli qızıl pul verib məktəbi seminariyaya  çevirtdirmişdi. Onu da 
qeyd etmək vacibdir ki, təkcə məktəb binası tarixi sənədlərə görə 183.533 manat qızıl 
pula  tamam  olmuşdu.  Tədris  avadanlığına  əlavə  qızıl  pulla  29.000  manat 
xərclənmişdi. Bankda da 125.000 manat toxunulmaz kapital 5 faiz gəlirlə saxlanılırdı 
ki,  məktəbin  xərclərini  təmin  etsin.  Məktəb  seminariyaya  çevriləndən  sonra  vəsait 
225.000 manat olmuşdu. 
Binanın  zirzəmisi  Orucov  qardaşlarına  mətbəə  üçün  kirayəyə  verilmişdi  ki, 
buradan  da  əldə  edilən  pul  yenə  qız  məktəbinin  ehtiyacına  sərf  edilirdi.  Həmin 
məktəbin nəzdində arvad müəllimlər üçün iki illik hazırlıq kursu açılmışdı. 


Əşir Bəşiroğlu 
50 
 
Qız  məktəbinin  binası  memarlıq  baxımından  maraqlı,  Azərbaycan 
memarlığının  milli-romantik  üslubundadır.  Əsas  fəsaddakı  divar  bir  cərgə  ağ,  digər 
cərgə isə qızılı daşdan hörülüb. 
Məktəbi  ilk  dəfə  qurtaran  qızlara  Hacı  özü  bir  nüsxə  Azərbaycan  dilinə 
tərcümə  edilmiş  Quran,  Sədinin  “Gülüstan”,  Lev  Tolstoyun,  Puşkinin,  Qoqolun, 
Lermontovun  əsərlərindən  nüsxələr,  təzə  libas  və  başqa  hədiyyələr  verir  və  bundan  
sonra hədiyyə vermək ənənə olur. 
Quranın tərcümə edilməsinin də tarixi maraqlıdır. Qara-güruhçu mollalar etiraz 
edirlər ki, Quranı ərəbcə oxuyarlar, kəlam ilahidir, heç kimin haqqı yoxdu və heç kəs 
onun mənasını dərk edib çevirə bilməz. 
Tağıyev qazı Mirməhəmməd Kərimi Bağdada göndərib rəsmi sənədlər gətirdir 
ki, Quranı tərcümə etmək olar. Sonra da Leypsiqdən ərəb şriftləri gətizdirib Quranın 
Azərbaycan  dilində  tərcüməsini  çap  etdirir.  Tərcüməçi  qazı  Mir  Məhəmməd  Kərim 
idi.  
Qız  məktəbinin  birinci  müdirəsi  Hənifə  xanım  Məlikova  idi  (Həsənbəy 
Zərdabinin arvadı). 
İran  şahı  yolüstü  bakıda  olanda,  arvadı  qız  məktəbinmə  gəlir  və  hər  şagirdə 
qızıl  zəncirdən  asılmış  bir  onluq  qızıl  bağışlayır.  Qızlar  bu  bəxşişi  həmayıl  kimi 
boyunlarından asırlar. 
Hacı  Zeynalabdin  öz  qızları  –  Sara  və  Leylanı  Peterburqa  Smolni  qız 
institutuna  oxumağa  göndərmək  qərarına  gəlir,  sənədləri  ora  yollayır.  Çox  keçmir, 
Smolnidən  rədd  cavabı  gəlir  ki,  nə  bəq,  nə  xan  və  nə  də  zadəgan  olmadığınız  üçün 
qızlarınızı qəbul edə bilmərik. Bu instituta yalnız qraf, knyaz, xan, bəy və əmir qızları 
qəbul  edilir.  Hacının  arvadı  Sona  xanım  rəsmi  sənəd  təqdim  edir  ki,  atası  general 
Ərəblinski  müharibədə  rəşadət  göstərib  və  Rusiyaya  sədaqətinə  görə  çar  tərəfindən 
qızıl  silahla  təltif  olunmuşdur,  bu  qızlar  da  onun  nəvələridir,  bütün  imtiyazlardan 
istifadə  etməyə  hüquqları var.  Tağıyevin qızları  ana  babaları  –  general  Ərəblinskiyə 
görə  Smolni  institutuna  qəbul  edilirlər.  Tağıyev  Moskvanın  mərkəsində,  Lenin 
kitabxanasının  yaxınlığında  dəbdəbəli,  dördmərtəbəli  bir  imarət  tikdirib,  yolu 
düşəndə həmin mülkündə qalırdı. 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə