ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə15/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

Hamının Sevimlisi 
 
45 
 
qorxurdular, paxıllar da az deyildi. O zaman üçün nəhəng inşaat hesab edilən bu neft 
kəməri  Bakıdan  başlayaraq  Kür  düzənliyindən  keçib,  Qafqaz  dağlarının  ətəyini  və 
Suram  qalasının  yamacını  aşıb,  Peon  düzənliyindən  ötərək  800  kilometr  məsafədə 
uzanıb Xəzər sahilini Qara dəniz sahiliylə birləşdirəcəkdi. Bakı nefti okeanlara, uzaq-
uzaq  ölkələrə,  beynəlxalq  bazarlara  yol  açacaqdı.  Kəməri  uzatmağa  1897-ci  ildə 
başlayıb, 1907-ci ildə (on ilə) tamamlamışdılar. 
 
QIZ  MƏKTƏBĠ  HAQQINDA 
Professor  Hadi  Əliyev  deyir  ki,  mühəndis  dayım  İbad  Əliyev  Tağıyevin 
Bibiheybətdəki  mədənində  müdir  olmuşdu,  onunla  yaxın  idi.  Şollar  su  kəmərini 
çəkəndə avadanlığı gətirmək üçün İbadı yolladı Rusiyaya. 120 vaqon maşın nasos və 
digər  avadanlıq  gətirdi  və  işi  tamamlayıb  başa  çatdırdılar.  Hadinin  dediyinə  görə, 
dayısı İbad nəql edirmiş ki, imperator III Aleksandr sağ olanda Tağıyev ona  ərzhal 
yazıb, müsəlman qızlarının öz ana dillərində oxumaları üçün Bakıda məktəb açmağa 
icazə istəyir. III Aleksandr bu xahişi rədd edir. O, öləndən sonra II Nikolay taxta çıxır. 
Tacgüzarlıq  mərasimi  münasibətilə  Hacı  bir  senatorun  vasitəçiliyi  ilə  Nikolayın 
arvadı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə çatdırır və eyni zamanda Bakıda 
qız məktəbi açmaq barədə təkrar xahişnamə göndərir və rica edir ki, rus-müsəlman 
qız  məktəbinə  Saritsa  Aleksandra  Fyodorovnanın  adı  verilsin.  Eyni  zamanda  qız 
məktəbinin  xərcini  ödəmək  üçün  banka  150.000  manat  qoyur,  bu  da  beş  faizlə  ildə 
7500  manat  gəlir  gətirəcəkdi  və  bununla  da  məktəbin  xərci  artıqlaması  ilə 
ödəniləcəkdir.  İki  gündən  sonra  1896-cı  ildə  qız  məktəbi  açmağa  icazə  verildi. 
Tağıyev məktəb binasının layihəsini mahir memar Qoslovskiyə tapşırdı. Binanı 1898-
ci  ildə  tikməyə  başladılar.  1900-cü  ildə  hazır  oldu.  184.000  manata  başa  gəldi.  Bu 
məktəb 
Nikolayevski  (kommunist)  küçəsində  (Azərbaycan  SSR  Elmlər 
Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir.  
Qız  məktəbi  binası  864  kvadrat  sajen  yer  tutur.  Gözəlliyi  küçənin  və  ətrafın 
memarlığında yeni, parlaq və zəngin səhifə açır. Həcminə görə bu bina istənilən vaxt 
ali  məktəb  üçün  istifadə  oluna  bilər.  Qız  məktəbini  açmaq  üçün  Hacı  görkəmli  din 


Əşir Bəşiroğlu 
46 
 
xadimlərini,  ruhaniləri,  evinə  dəvət  edib  əhvalatı  onlara  danışır,  məsələni  mümkün 
qədər xoşluqla həll etmək istəyir. Çünki o zaman bütün  əhali onlara inanır və qulaq 
asırdı. İstədikləri vaxt “cihad” elan edə bilərdilər.  
Ruhanilər  qızlara  təhsil  vermək  təklifindən  qəzəblənir  və  camaatı  ayağa 
qaldırırlar. O günün sabahı, təklifi bəyənmiş qazı Mir Məhəmməd Kərimin qapılarına 
ağ neft töküb evi yandırmaqla təhdid edirlər, axund Mirzə Abuturabın qapısına nəciz 
yaxırlar. Bu hadisədən sonra  Hacı taktikasını dəyişir. Müsəlman qaragüruhçularının 
bəhanələrini  kəsmək,  ağızlarını  yummaq  üçün  molla  Mirzə  Məhəmməd  oğlunu 
çağırıb  güclü  pul  və  hədiyyələr  verib  müqəddəs  hesab  edilən  yerlərə  -  Məkkəyə, 
Mədinəyə,  Kərbalaya,  Xorasana,  Qahirəyə,  İstanbula,  Tehrana  və  sair  yerlərə 
göndərir  və  tapşırır  ki,  oradakı  mötəbər,  rəsmi  din  xadimlərindən,  müctəhidlərin 
hamısından imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər alsın ki, müsəlman qızları 
da oğlanlar kimi şəriət məktəblərindən başqa müasir məktəblərdə təhsil ala bilərlər, 
burada heç bir xilaf şər yoxdur. 
Müsəlman  qızları  üçün  müasir  məktəbin  açılması  xəbəri  şəhərə  vəlvələ  salır, 
məclislərdə,  bazarlarda,  dükanlarda,  toyda,  yasda  bu  barədə  söhbət  gedir. 
Məhəllələrin başçıları, şəhərin ağsaqqalları qara camaatı bərk həyəcana gətirirlər. 
Molla Mirzə çox bacarıqlı adam olduğundan Hacının tapşırığını yerinə yetirib 
müsəlman  aləminin  o  zaman  məşhur  olan  səkkiz  müctəhidindən  möhürlü,  imzalı 
sənədlər  alıb  dala  qayıdır.  Tağıyev  ruhanilərin  başçılarını  evinə  dəvət  edir,  bir-bir 
soruşur  ki,  hansı  müctəhidə  etiqad  edirsən?  (o  vaxtlarda  hərənin  etiqad  etdiyi 
müctəhidi var idi, o nə desəydi sözsüz qanun idi). Hərə öz  müctəhidini deyir, Hacı 
onların  imzaladığı  möhürlü  məktubu  göstərir  ki,  onlar  qızların  müasir  elm 
oxumalarını şərən təsdiq edirlər. 
Tağıyev Rusiya imperiyasında millətlərə fərq qoymadan maarif və mədəniyyət, 
bütün xeyriyyə işlərinə çox dəyərli xidmət göstərib, külli miqdarda pul xərclədiyinə 
görə  imperator  ona  həqiqi  dövlət  müşaviri  (deystvitelniy  statiskiy  sovetnik)  rütbəsi 
vermişdi. Bu rütbə general, kontr-admiral, bir də ober-prokuror rütbəsinə bərabər idi. 
Böyük  hüququ  vardı.  Ruhaniləri  və  məhəllə  başçılarını,  sözükeçən  nüfuzlu  şəxsləri 
Təzəpir məscidinə yığır və müsəlman qızları üçün müasir məktəb açmaq  məsələsini 


Hamının Sevimlisi 
 
47 
 
müzakirəyə başlayır. Gah başa salır, gah yalvarır, gah da qorxudur. Qaragüruhçu iri 
əmmaməli,  qara  əbalı  ruhanilər,  yekəqarın,  enliqurşaq, saqqalı  hənalı  hacılar ortaya 
çıxıb  isməti-nişvandan  danışa-danışa,  Qurandan  ayələr,  peyğəmbər,  xəlifə  və 
imamlardan hədislər və sübutlar gətirərək bu işi küfr adlandırırlar, Hacı Zeynalabdin 
Tağıyevi  dindən  kənar  əməllərdə  günahlandırırdılar.  Tapançalı-xəncərli  qoçular  isə 
təhdidə keçirlər. 
Tağıyev  müqəddəs  ziyarətgahlardakı  mücəhid  və  din  xadimlərinin 
imzaladıqları, möhürlə təsdiq etdikləri sənəd və şəhadətnamələri məsciddə də təkrar-
təkrar oxutdurub camaata başa salmağa cəhd edirdi ki, qızların elm oxumalarında heç 
bir xilaf -şər yoxdur, əksinə, bu çox vacib və lazımdır. 
Məclisdə  iştirak  edən  ən  mötəbər  iki  din  xadimi  Bakı  quberniya  qazisi  Mir 
Məhəmməd  Kərim  və  Mİrzə  Abuturab  Axund  Quran  ayələrini  ərəbcədən  dilimizə 
tərcümə  edib,  müslüm  (müsəlman  kişiləri)  kimi,  müsluma  (arvadları)  da  bütün 
biliklərə yiyələnməyə borcludur. Zəmanə elmi oxumaqda xilaf-şər yoxdur. 
Yenə etiraz səsləri ucalır. 
Bu  dəfə  Hacı  Zeynalabdin  özü  danışmağa  başlayır:  “Camaat,  qızlarımızın 
zəmanə  dərsi  oxumaları  vacibdir,  gözləri  açılar,  külfətdə  rəftarları  xoş  olar. 
İngilistana,  Germaniyaya,  Firəngistana  gedib  oxuyan  cavanlarımız,  hərəsi  oralardan 
qollarına  bir  arvad  keçirib  gətirirlər,  çünki  qızlarımıznan  məcazları  tutmur,  dolana 
bilmirlər,  əcnəbi  arvadlardan  doğulan  uşaqlar  öz-özünə  olurlar  mürtəd  və  bütün 
varidatlarımıza  vərəsə  çıxırlar.  İşlər  belə  getsə  ata-baba  ocaqları  qalacaq  Quransız, 
namazsız,  şəriətsizlərə.  Təzə  məktəbdə  qızlara  ehkami  şəriyyə,  paltar  tikmək, 
toxuculuq,  mətbəx  işləri,  müsəlman  və  rus  dili  oxuyub  yazmaq  elmi  hesab,  tifillərə 
tərbiyə vermək öyrədiləcək. Burda nə pis şey var?! Molla Əli Hacı Xəlil oğlu! Qulaq 
as! Mən qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzüaçıq olmağa çağırmıram, 
srağa  gecə  iyirmi  yaşlı  ortancıl  qızım  sancılanmışdı,  az  qalmışdı  ölsün.  Lopabığ 
Ambarsun həkimi gətizdirdim qızı yoxladı, dava-dərman elədi, qız ölümdən qurtardı. 
İndi de görüm, lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə 
hansı daha düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdu. O 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə