ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə13/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

Hamının Sevimlisi 
 
39 
 
Mənbələrdə  müəllifi  göstərilməyən  bu  ikinci  bioqrafiya  həm  azərbaycanca  həm  də 
farsca nəşr edilmişdir. Azərbaycan dilindəki “Sərvət və səxavətlə məşhur cənab Hacı 
Zeynalabdin  Tağıyevin  tərcümeyi-əhvalı”  adlanan  bu  əsər  isə  1903-cü  ildə  hər  iki 
dildə çapdan çıxmışdır. Kitabın üstündə onun kim tərəfindən yazıldığı qeyd olunmasa 
da,  ehtimala  görə,  müəllif  görkəmli  yazıçımız  Abdulla  Şaiqin  qardaşı  Axund  Yusif 
Talıbzadədir.  əsərdə  bol-bol  sitat  gətirilən  Quran  ayələri,  hədislər,  farsca  şeirlərin 
mənzum  tərcümələri,  orijinal  şeir  nümunələri  əsər  müəllifinin  A.Y.Talıbzadə 
olduğunu  söyləməyə  əsas  verir.  Axund  Yusif  Talıbzadənin  əsrimizin  əvvəlində 
yazdığı aşağıdakı sözləri isə bu ehtimalı daha da gücləndirir: “... ürəyim istəyirdi ki, 
H.Z.Tağıyevin fəaliyyətləri barədə bir kitab yazım və onun xidmətləri orada müfəssəl 
surətdə  cəm  olunsuz.  Hörmətli  Nəriman  bəy  Nərimanov  böyük  zəhmət  çəkib, 
Hacının  20  sentyabr  1901-ci  ildə  qeyd  ediləcək  əlli  illik  fəaliyyəti  münasibətilə 
müxtəsər  bir  kitab  yazdığına  görə  mən  həmin  əsəri  fars  dilinə  tərcümə  etməyə 
başladım.  Tərcümə  zamanı  məlum  oldu  ki,  Hacı  çox  istəyir  ki,  N.Nərimanovun 
Azərbaycan  dilində  yazdığı  çox  gözəl  kitab  olan  “Nadir  şah”ı  fars  dilinə  tərcumə 
edim  və  çap  olunsun.  Mən  Hacının  özü  ilə  danışdıqdan  sonra  “Nadir  şah”ı  tərcümə 
etməyə başladım və ona iki müqəddimə əlavə etdim. Ümüdvaram ki, millət və xalqın 
xadimləri  cənab  Hacının  mədəniyyət  sahəsindəki  xidmətlərini  heç  vaxt  yaddan 
çıxarmayacaq və onu həmişə uca tutacaqlar. Onun xeyir işləri daima söyləniləcəkdir”. 
Deməli o vaxt Bakıda şəriət-ehkam müəllimi olan Axund Yusif Talıbzadə Hacının 50 
illik  yubileyi  keçirildikdən  sonra  N.Nərimanovun  yazdığı  əsəri  fars  dilinə  tərcümə 
etməklə  kifayətlənməmiş  və  özü  Azərbaycan  və  fars  dillərində  daha  mükəmməl  bir 
tərcümeyi-hal yazıb çap etdirmişdir.  
Topluya  daxil  edilən  tarixi  sənəd  və  məktublar  isə  1904-1906-cı  illərdə  çap 
olunmuş  “Himəm  ər-rical”  (kişilərin  himməti)  adlı  ikicildlik  kitabdan  götürülüb. 
Həmin kitabda H.Z.Tağıyevin millət və dövlət xadimi kimi çoxillik maarifpərvər və 
sülhsevər fəaliyyətini işıqlandıran sənədlər, həmçinin Yaxın Şərqdə ilk yeni tipli qız 
məktəbinin açılması münasibətilə ona göndərilən məktub və teleqramlar, Hacıya həsr 
edilmiş  şeirlər  toplanmışdır.    Bu  sənədlərin,  xüsusilə,  məktubların  əhatə  dairəsi, 


Əşir Bəşiroğlu 
40 
 
coğrafiyası insanı heyrətə gətirir. “Xalqlar həbsxanası” olan Rusiyada yaşaya-yaşaya 
bütün İslam dünyasında Hacını tanımayan və Hacının əlaqə saxlamadığı bir maarifçi 
və  ya  bir  elm,  mədəniyyət  mərkəsi,  görəsən  olubmu?!  Biz  bina  şübhə  edirik.  Bu 
hissədə orijinalda Azərbaycanca olan məktub və sənədlərdən başqa, nümunə üçün və 
hədsiz  maraq  doğurduğundan  farsca  yazılmış  məkrublardan  bir  neçəsini  də  ixtisarla 
tərcümə edib topluya daxil etmişik.  
Heç  şübhəsiz  H.Z.Tağıyevin  1906-cı  ildən  1920-ci  ilə  qədər  olan  xidmətləri 
barədə olan məlumatlar, sənədlər müxtəlif arxivlərdə saxlanılır. Yaranmış yeni şərait 
bizə  imkan  verir  ki,  bütün  bu  sənədləri  araşdırıb  çap  etməklə  Hacını  olduğu  kimi 
xalqa qaytaraq. Etiraf etməliyik ki, uzun müddət bu sahədə Hacının fəaliyyəti təhrif 
olunmuş,  onun  xidmətləri  isə  başqalarının  adına  çıxılmış,  qaraya  ağ,  ağa  qara 
deyilmişdir. 
1989-cu  ildə  Novruz  bayramında  Arif  Mənsurovun  təşəbbüsü  ilə  Hacının 
məzarı  qarşısında  qoyulmuş  büstün  açılışı  oldu.  Bir  neçə  aydan  sonra  isə  Hacının 
Mərdəkan qəsəbəsində tikdirdiyi məktəbin 95 illiyi münasibətilə onun məzarı üstündə 
və məktəbdə mitinq təşkil olundu. Məktəbə əsl sahibinin adı verildi. Vodnikov küçəsi 
H.Z.Tağıyev küçəsi adlandırıldı və bağının qapısına xatirə lövhəsi vuruldu. 1990-cı il 
dekabrın  8-də  Mərdəkan  qəsəbəsindəki  Əzizbəyov  adına  mədəniyyət  sarayında 
Hacının həyat və fəaliyyətinə həsr olunmuş sessiya keçidildi.  
Hörmətli oxucular! Sizə təqdim olunan bu kitab xalqımızın mədəni və ictimai 
tərəqqisində  böyük  xidmətləri  olmuş  H.Z.Tağıyevin  həyat  və  fəaliyyətini  öz 
dövrünün  aynasında  işıqlandırmağa  çalışan  bir  materiallar  toplusudur.  Materialların 
müasir əlifbaya çevrilməsi zamanı kütləvi oxucunun tələblərini nəzərə alaraq bəzi söz 
və ifadələrin yazılışı müasirləşsə də, dövrün dili və üslubu olduğu kimi saxlanılmışdır.  
 
MĠLYONÇU – NEFTXUDA 
Hacı  Zeynalabdin  Tağıyev  bütün  müsəlman  aləmində  tanınmış  milyonçu-
neftxudadır.  Onu  Bakıdakı  müsəlman,  rus,  erməni  və  yəhudi  cəmiyyəti 
xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişlər. O, Rusiyada və bütün müsəlman 
aləmində tanınmış sərmayədar idi. 


Hamının Sevimlisi 
 
41 
 
Atası  İçərişəhərli  başmaqçı  Tağı,  anası  Bilgəhli  Anaxanım  olub.  Zeynalabin 
uşaq ikən anası vəfat edib. Atası ikinci dəfə evlənib. Ikinci arvaddan onun 5 qızı olub. 
Tağı  çox  kasıb  imiş.  Zeynalabdin  hələ  uşaq  ikən  atası  deyir  ki,  bala,  görürsən  ki, 
güzəranımız çox ağır keçir, gəl əlimin altında işlə, mənə həyan ol, bir təhər gündəlik 
çörək  pulu  qazanaq.  Zeynalabdin  cavab  verir  ki,  mən  başmaqçı  yox,  bənna  olmaq 
istəyirəm.  Kişi  arvadına  tapşırır  ki,  apar    bunu  qoy  bənnanın  əli  altında  işləsin.  O 
vaxtdan başında çanaxda palçıq daşıyır, 6 qəpik günəmuzd alır. 
Bir dəfə evə qayıdanda atası deyir ki, bu gün bir qəpik də qazanmamışam, acıq. 
Zeynalabdin aldığı 6 qəpik muzdu atasına verir. Atası gedib çörək və şirin bağırsaq 
alıb gətirir, arvadı bişirir, hamısı oturub bir yerdə yeyirlər. Uşaqlar süfrədən qalxmaq 
istəyəndə Tağı qoymur deyir: “Əyləşin!” Əllərinizi qaldırıb dua edin: “Pərvərdigarə, 
sənə çox şükür. Çox şükür ki, övladımın qzancından doyunca yedik.”  – oğluna tərəf 
dönüb  əlavə  edir:  “Zeynalabdin,  ac  idik,  sən  pul  gətirdin,  bizi  doydurdun,  həmişə 
pullu olasan. Əlini, cibini Allah həmişə pullu eləsin”. 
Yaşı  az  olduğundan  palçıq  çanağını  güclə  daşıyırmış,  yoldaşları  ona  kömək 
edirmişlər,  tez-tez  ağır  çanağı  qaldırıb  başına  qoyurmuşlar.  O  da  canla-başla 
çalışırmış, bütün günü bir an belə bekar qalmır, hamıdan tez gələr, gec gedərmiş. 15 
yaşında daşyonan, 18 yaşında bənna, sonra da memar – podratçı olur. 
1873-cü ildə iki nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürüb, avadanlıq 
alır, usta və əmələlər tutub, buruq qurdurub başlayır quyu qazmağa. Günbəgün xərc 
artır,  neft  isə  görünmür.  Qışda  soyuq,  yayda  cəhənnəm  istisi,  xəzri-gilavarın 
qaldırdığı toz göz çıxardır. İlantək qabıq qoyurlar, neft isə çıxmır. Düşmənlər Hacıya 
gah tamahkar, gah kələfin ucun itirən adam kimi baxırlar. Şəriklər ümidlərini itirir, öz 
paylarını satmağa müştəri axtarırlar, axırda Hacı özü onların pulunu verib buruğa və 
yerə  yiyələnir.  İş  daha  da  ağır  gedir.  Hacı  darıxmır,  tək-tənha  məşəqqətə  dözür. 
Fəhlələrin  muzdunu    vaxtında  verir.  Nəhayət,  quyu  gözlənilmədən  fantan  vurur. 
Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin olur milyonçu Tağıyev. Buruq ustası və 
əmələlər deyirmişlər ki, biz bu adamın səbrinə və zəhmətsevərliyinə valeh olmuşduq, 
təəccüb edirdik. Bilmirdik 24 saat ərzində o, nə vaxt dincəlir. İş çətinliyə düşəndə də, 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə