ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə10/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

Əşir Bəşiroğlu 
30 
 
Hörmətli  Hacı  50 il zəhmət  çəkib  milyonlar toplayıb.  O,  topladığı  milyonları 
xalqının  və  millətinin  mənafeyi  üçün  xərcləyib.  Hacıdan  dövlətli  müsəlmanlardan 
mini  qara  torpağa  gedibdir.  Onların  vətənə  və  millətə  olan  xidmətləri  Hacının 
xidmətləri yanında heç dərəcəsindədir.  
O vaxt Badkubada çoxlu pullu hacılar var idi. Onlar pullarını sandıqlara yığıb 
keşiyin çəkirdilər. Xalqın yolunda bir qara qəpik də xərcləmirdilər. Bunlar pullarını 
faizə  verib  kasıbların  qanını  sorurdular.  Onlar  bu  fikirdə  idilər  ki,  gündə  min  nəfər 
fəhlənin hərəsindən 2 qəpik kəssən, bir gündə 2000 qəpik olar. Məktəb, mədrəsə üzü 
görməyən  Hacının  elmə,  savada,  təhsilə  marağı  tükənməzdir,  əqlə,  təcrübəyə 
gəlməzdir. Hacının vətənə, millətə və insana olan xidmətindən sonra bir xarici millət 
deyə  bilməz  ki,  müsəlmanlar  nadan,  vəhşi,  millət  və  dövlət  işlərinə  yaramayan 
insanlardır. Düzdür Hacı kimiləri çox azdır. Ancaq Allaha Şükür ki, tək-tək tapılır.  
 
XEYRĠYYƏÇĠ, MAARĠFPƏRVƏR VƏ ĠCTĠMAĠ XADĠM 
Tağıyev Hacı Zeynalabdin Məhəmmədtağı oğlu – Azərbaycan sahibkarlığının 
görkəmli  nümayəndəsi,  xeyriyyəçi,  maarifpərvər  və  ictimai  xadim  olan  Hacı 
Zeynalabdin  Tağıyev  “İçərişəhər”dəndir.  Atası  başmaqçı  idi.  Ehtiyac  içərisində 
yaşayan  ailəsinə  kömək  məqsədilə  kiçik  yaşlarından  fəhləlik  etmiş,  15  yaşından 
bənnalığa  başlamışdır.  1872-ci  ildə  neft  sənayesində  iltizam  sistemi  ləğv  edildikdən 
sonra H.Z.Tağıyev də torpaq sahəsi icarəyə götürərək, quyu qazdırmış, elə həmin il 
12    neftçıxartma  müəssiəsi  yaranmışdı  ki,  onlardan  biri  də  “H.Z.A.Tağıyev”  neft 
sənayesi  firması  idi.  1873-cü  ildə  neftçıxartma  işinə  sərmayə  qoymuş,  sahibkarlıq 
fəaliyyətinə başlamışdır. 1877-ci ildə 2-ci gildiya tacir rütbəsi alımışdır. 1878-ci ilin 
əvvəllərində  Tağıyevin  mədənində  baş  verən  neft  fontanı  onu  Bakının  zəngin 
sahibkarlarından  birinə  çevirmişdir.  70-ci  illərin  sonunda  Tağıyev  artıq  3  neft 
zavodunun  sahibi  idi.  1882-ci  ildə  1-ci  gildiya  tacir  rütbəsi  almış,  1886-cı  ildə 
“H.Z.A.Tağıyev”  şəxsi ticarət  evini təşkil  etmişdir.  1896-cı ildə  Tağıyev  firmasının 
neft  hasilatı  ən  yüksək  göstərici  ilə  (932  milyon  pud)  ən  iri  –  “Nobel  qardaşları” 
şirkətini (28 milyon pud) geridə qoydu.  


Hamının Sevimlisi 
 
31 
 
Tağıyev  neft  məhsullarının  Xəzər dənizi və  Qafqaz dəmir  yolu  ilə nəqli  üzrə 
firmalar  qrupunun  daimi  iştirakçısı  olmuşdur.  19-cu  əsrin  90-cı  illərində  məhz 
Tağıyev,  ilk  dəfə,  Şuşa-Yevlax  dəmir  yolu  çəkilişi  layihəsini  təklif  etmişdir.  20-ci 
yüzilliyin  əvvəllərində  təsisçisi  olduğu  “Kür-Xəzər  gəmiçilik  cəmiyyəti”  Xəzər 
dənizində  “Qafqaz  və  Merkuri”  və  “Şərq”  şirkətlərinə  qarşı  dura  biləcək  yeganə 
qüvvəyə çevrildi. Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə 
vuran,  onu  sındıran  ilk  milli  sənayeçi  olmuşdur.  Başqa  sənaye  sahələrinə  kapital 
qoymaq  üçün  1897-ci  ildə  özünün  neft  mədənlərini,  müəssisələrlə  birlikdə, 
Britaniyanın ən iri sahibkar şirkətinə 5 milyon yarım rubla satan Tağıyev toxuculuq 
sənayesinə,  gəmiçiliyə,  tikintiyə,  kənd  təsərrüfatına  və  balığçılığa  xeyli  kapital 
qoymuş,  “Tağıyev  H.Z.  lifli  maddələrin  emalı  üzrə  Qafqaz  səhmdar  cəmiyyəti” 
(1897),  toxuculuq  fabriki  (1900),  “Xəzər  manufaktura  cəmiyyəti”  (1911),  “Tağıyev 
balıq  sənaye  səhmdar  cəmiyyəti”  (1916)  yaratmışdır.  Bakıda  toxuculuq  fabriki 
tikilməsi təkcə Azərbaycanda qiymətli ixrac məhsulları və külli miqdarda gəlir verən 
yeni  sənaye  sahəsinin  yaradılması  deyil, həm  də  minlərlə  işsizin  işlə  və  pulsuz  evlə 
təmin edilməsi demək idi. Fabrikin ambulatoriyası və məktəbi də var idi.  
Bir sıra xırda neft sənaye şirkətləri ilə əməkdaşlıq edən Tağıyev “Şərqi-Qafqaz 
neft  sənayesi  və  ticarət  səhmdar  cəmiyyəti”nin  təsisində  iştirak  etmiş,  həmin 
cəmiyyətin  idarə  heyətinin  sədri  seçilmiş,  beləliklə,  20-ci  əsrin  əvvələrində  neft 
sənayeçiləri  arasında  nüfuzunu  müəyyən  dərəcədə  bərpa  etmişdir.  Tağıyev  1914-cü 
ilin  yayında  pambıq  parça  sənayesi  sahəsində  “H.Z.Tağıyevin  fabriklər  birliyi 
kontoru”nu  təşkil  etmişdir.  Fabriklərini  xammalla  təmin  etmək  məqsədilə  Tağıyev 
Yevlax yaxınlığında pambıq əkini üçün torpaq sahəsi almış, 1909-cu ildə isə Cavad 
qəzasında 
pambıqtəmizləmə  zavodu  tikdirmişdi.  1899-cu  ildə  yaradılan 
“Elektriçeskaya  sila”  səhmdar  cəmiyyətinin  sədr  müavini  seçilən  Tağıyev  idarə 
heyətinin  6  direktoru  arasında  yeganə  azərbaycanlı  idi.  Tağıyevin  metal  emalı  və 
gəmi  təmiri  sahələrində  də  müəssisələri  vardı.  1903-cü  ildə  gəmi  sahibləri  onun 
təşəbbüsü  ilə  “Yanacaqdoldurma  şxunları  ittifaqı”  adlı  sindikat  yaratmışdılar. 
Beləliklə, milli kapital Xəzər yanacaqdoldurma donanmasında yüksək çəkiyə və sabit 


Əşir Bəşiroğlu 
32 
 
mövqeyə  malik  oldu.  Tağıyev  yeyinti  sənayesinin  inkişafına  da  diqqət  yetirmiş, 
dəyirman  tikdirmiş,  Quba  qəzasında  üzüm  bağları  saldırmış,  40  desyatın  (43,7  ha) 
sahəlik  üzümçülük-şərabçılıq  təsərrüfatını  şərikli  satın  almışdır.  1909-cu  ildə  balıq 
sənayesinə 1 milyon rubla yaxın sərmayə qoymuş, 1910-cu ildən ən iri vətəgələrdən 
olan  “Bankə”  vətəgəsinin  sahibi  olmuşdur.  Balıq  məhsullarını  saxlamaq  üçün 
Dağıstanın Petrovsk-Port (indiki Mahaçqala) şəhərində soyuducu zavod, buz istehsal 
edən və çəllək zavodları tikdirmişdi. 1916-cı ildə balıq sənayesi sahəsində yaradılan 
“Kaspi-Tağıyev”  səhmdar  cəmiyyətinin  əsas  kapitalının  üçdə  iki  payı  Tağıyevə 
məxsus  idi.  Tağıyevin  fəaliyyət  sahələrindən  biri  də  rabitə  ilə  bağlı  idi.  Telefon 
xətlərinin  çəkilişində  də  öncüllərdən  biri  Tağıyev  olmuşdur.  O,  torpaq  sahələrinin, 
mülklərin  və  b.  Daşınmaz  əmlakın  alqı-satqısı  ilə  bağlı  əməliyyatlarla  da  məşğul 
olurdu.  Tağıyev  Bakı  Şəhər  Dumasının  üzvü  kimi  şəhərsalma  məsələsinə  xüsusi 
diqqət  yetirirdi.  Bakının  mərkəzində  ticarət  passajı  (köhnə  Bakı  univermağı),  bank 
binası,  üçmərtəbəli  yaşayış  mülkü  (Azərbaycan  tarix  muzeyinin  binası),  ilk  əsaslı 
teatr  binası  (Tağıyev  teatrı,  1883),  müsəlman  qızları  üçün ilk  təhsil  məktəbi  (1901; 
AZEA-nın  Əlyazmalar  İnstitu),  Abşeronda  ilk  dəfə  xüsusi  olaraq  fəhlələr  üçün  Zığ 
kndində  salınmış  qəsəbə  və  s.  ona  məxsus  idi.  1904-13-cü  illərdə  xüsusi  kredit 
müəssisələri  şəbəkəsinə  “H.Z.Tağıyev”  bankir  kontoru  da  daxil  olmuşdu. 
H.Z.Tağıyevin 
fəaliyyətinin 
zirvələrindən 
biri 
sənaye 
müəssisələrini 
maliyyələşdirmək,  yerli  sahibkarlara  maddi  dəstək  vermək  məqsədilə  1914-cü  ildə 
yerli  sahibkarlarla  birlikdə  Bakı  ticarət  bankını  təsis    etməsi  idi.  1917-ci  ilin 
axırlarında Tağıyevin kapitalı 30 milyon manata çatırdı.  
Tağıyev  müsəlmanların  mənafeyi  ilə  bağlı  ictimai-siyasi  məsələlərdə  daim 
fəallıq  göstərmişdir.  1905-ci  ildə  şəhər  özünüidarəsi  sahəsində  müsəlmanların 
hüquqlarının  məhdudlaşdırılmasının  ləğvi  ilə  əlaqədar  ləngimədən  tədbirlər 
görülməsini təklif etmiş, Əhməd bəy Ağayev tərəfindən Azərbaycan dilinə çevrilmiş 
1864-cü il “Əsasnaməsi” onun köməyi ilə dərc olunmuşdu. O, Cənubi Azərbaycanda 
gedən  milli  azadlıq  hərəkatına  (1905-11)  yardım  olaraq  pul  vəsaiti  və  silah 
göndərmişdi.  


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə