ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə6/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   2   3   4   5   6   7   8   9   ...   34

Əşir Bəşiroğlu 
18 
 
H.Z.TAĞIYEV  HAQQINDA  BIR  QƏDƏR  GENĠġ 
Biz tarixə düşmüş şəxsiyyətlərin, hansı xalqa,millətə mənsub olmasının fərqinə 
varmadan onları yad edirik. Onların arasında H.Z. Tağıyevdə olan keyfiyyətlərə görə 
tarixə  düşən  varsa  da  çox  azdı.  Bunlardan  biri  əfsanəvi  Hatəm  idi,  Səxavət  Sahibi 
Hatəm.  Xalq  arasında  belə  bir  məsəl  də  deyirlər:  -  Hacını  nəinki  bütün 
azərbaycanlılar,  o  cümlədən,  bir  çox  başqa  xalqlar  da  tanıyır.  Hansı  xidmətlərinə 
görə? Hatəm səxavətinə, bəli, bəli Hatəm səxavətinə görə. Özü də onun səxavəti adi 
səxavət  deyildi.  Onun  əl  açmış  dilənçiyə  pay  vermək  səxavəti  yox,  xalqının, 
millətinin rifahı, savadlanması üçün bütün varını verməyə hazır olmaq qabilliyətinə. 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  bu  Hatəm  səxavətli  kişi  ona  əl  uzatmış,  lakin 
işqabiliyyəti  olana  pay  verməyi  xoşlamazdı,  deyərdi  ki,  qeyrətli  kişi  işləməlidir,  əl 
açmamalıdır.  
H.Z.Tağıyev Şərq aləminin ilk messenatı idi. Sərvət və sərməyadarlıq onu heç 
zaman xalqdan ayırmamış, mənən və qayğıları ilə xalqla özü arasında daimi bir körpü 
salmışdı.  Xalqın  kədəri  onun  kədəri,  sevinci  onun  sevinci  olmuşdur.  Bakı 
sərmayədarları  içərisində  heçbir  milyonçu  xalqa,  camaata  bu  dərəcədə  yaxın 
olmamışdı.  Çünki  o,  özü  xalqın  içərisindən  çıxmışdı,  adi  palçıq  daşıyan  fəhlədən, 
adlı-sanlı, qüdrətli sərmayədar dərəcəsinə yüksəlmişdi.  
XIX  əsrin  əvvələrində  doğulmuş  Hacı  Zeynalabdin  Tağıyev  uzun,  mühüm 
hadisələrlə  zəngin  ömür  sürmüşdür.  Başlıca  fəaliyyəti  kapitalist  münasibətlərinin 
formalaşdığı  və  bərqərar  olduğu  dövrə,  habelə  XX  əsrin  əvvəllərinin  coşğun  siyasi 
çarpışmalar dövrünə təsadüf edir.  
H.Z.Tağıyevin tərcümeyi-halında heç də faktlar axıra qədər aydın deyildir. Elə 
anadan  olma  tarixinin  özü  tarixi  ədəbiyyatda  olan  müxtəlif  ziddiyyətli  məlumatları 
araşdırmağı tələb edir. Çox yerdə Tağıyevin 1838-ci ildə doğulduğu yazılır. Görünür, 
bu məlumatlar N.Nərimanovun adı çəkilən kitabından və H.Z.Tağıyevin 1903-cü ildə 
nəşr  edilmiş  tərcümeyi-halından  gətirilən  materiallardan  götürülmüşdür.  Lakin  bu 
bizim  Azərbaycan  Respublikası  MDTA-da  aşkara  çıxardığımız  və  bu  kitabda  surəti 
verilən  doğum  haqqında  şəhadətnamədə  tamamilə  başqa  tarix  göstərilir.  Həmin 
sənədin doğurduğu maraqla əlaqədar olaraq, onu bütövlükdə verməyi lazım bilirik.  


Hamının Sevimlisi 
 
19 
 
«D475499 №-li şəhadətnamə 
Zaqafqaziya Şiə Ruhani İdarəsindən verilən o haqda ki, Bakı şəhərinin sakini 
Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə öz atası Tağı Tağıyevin qanuni arvadı Ümmi 
xanım Axund Zülfüqar qızından doğulmuşdur.  
12 oktyabr 1899-cu il, Tiflis. 
İmza: Ruhani İdarəsinin sədri, Zaqafqaziya Şeyxulislamı Ə.Azundzadə» 
Zaqafqaziya  müsəlmanları  idarəsi  tərəfindən  verilmiş  bu  sənəd  heç  bir  şübhə 
doğura  bilməz,  çünki  XIX  əsrdə  doğum  haqqında  qeydlər  məhz  dini  idarələrdə 
aparlırdı.  
1916-cı ildə yanvarın 17-də tərtib olunmuş və arxivdə saxlanılan digər sənəddə 
də  xatırladılır  ki,  H.Z.Tağıyevin  artıq  92  yaşı  var.  Bu  da  onun  1823-cü  ildə 
doğulduğunu bir daha təsdiq edir.  
Maraqlıdı  ki,  1899-cu  il  yanvarın  16-da  qızı  Leylanın  anadan  olması  ilə 
əlaqədar  verilmiş  doğum  haqqında  şəhadətnamədə  H.Z.Tağıyevin  56  yaşı  olduğu, 
yəni onun 1842-ci ildə doğulduğu göstərilir ki, bu da nə birinci, nə də ikinci təvəllüd 
tarixinə uyğun gəlir. Hüseyn Nəcəfovun “Balaxanı mayı” (B. 1986) kitabçasında və 
Mövsüm Əliyevin “Maarifçi H.Z.Tağıyev” (“Odlar yurdu” № 14,1988) məqaləsində 
Tağıyevin 100 ildən çox yaşamağı barəsində məlumat verilir.  
Əksər yazılarda  “Sərvət səxavətlə məhşur cənab Hacı Zeynalabdin Tağıyevin 
1938-ci  ildə  Bakı  şəhərində  anadan  olduğu  qeyd  edilir.  Müasir  tədqiqatçılardan  M. 
Əliyev  “Maarifpərvər  H.Z.Tağıyev”  adlı    məqaləsində  onun  1823-cü  ildə  anadan 
olduğunu,  1924-cü  ildə  101  yaşında  sətəlcəm  xəstəliyindən  vəfat  etdiyini  yazırsa, 
ölümü münasibətilə “Bakınski zaboçi” qəzetində verilmiş nekroloqda isə 1924-cü il 
sentyabrın  1-də  105  yaşında  sətəlcəm  xəstəliyindən  vəfat  etdiyi  yazılmışdır.  İkinci 
məlumatlardan belə çıxır ki, H.Z.Tağıyev 1819-cu ildə anadan olmuşdur.  
1900-cu  ildə  Nəriman  Nərimanov  və  1903-cü  ildə  Axund  Yusif  Talıbzadə 
trəfindən  yazıldığı  ehtimal  olunan  Hacı  Zeynalabdin  Tağıyevin  tərcümeyi-halında 
onun hicri-qəməri 1256, miladi 1838-ci ildə anadan olduğu göstərilmişdir.  


Əşir Bəşiroğlu 
20 
 
Təxminən 20 il bundan əvvəl hacının qızı Sara xanım Sarayeva – Tağıyeva ilə 
söhbət  edərkən  o,  atasının  1838-ci  ildə  doğulduğunu  söyləmiş  və  demişdi  ki,  atam 
anamla  1896-cı  ildə  evlənmişdi.  Anam  Sona  xanım  Zaqatalalı  mülkədar,  general-
leytenant Balakişi bəy Ərəblinskinin qızıdır. Ana babamın adı rəsmi sənədlərdə rusca 
Vladimir Aleksandroviç kimi yazılmışdır. O, 1828-ci ildə anadan olmuş, 1902-ci ildə 
vəfat etmiş və Dərbənddə dəfn olunmuşdur. (Qəbri “Qırxlar” adı ilə məşhur olan çox 
qədim qəbiristanlıqda Tuti Bikənin türbəsi yaxınlığındadır). Hacının Sona xanımdan 
üç qızı və iki oğlu olmuşdur: - Leyla, Sara, Məmməd, İlyas və Sürəyya. Sara xanım 
1899-cu  ildə  doğulmuş,  1916-cı  ildə  Zeynal  bəyə  ərə  getmişdir.  Ondan  bir  qızı 
olmuşdu. 30-cu illərdə həbsxanadan buraxılandan sonra Sarayev familiyalı bir şəxsə 
ərə getmiş və ondan iki oğlu olmuşdur. Əgər M.Əliyevin məlumatını və 1899-cu ildə 
verilmiş  doğum  haqqında  Şəhadətnamədəki  təvəllüd  tarixini  əsas  götürsək  məlum 
olur  ki,  Hacı  1896-cı  ildə  ikinci  dəfə  73  yaşında  evlənmişdir.  (1896-1823=73). 
Hacının  bu  izdivacından  birinci  övladı  Leyla  xanım  1898-ci  ildə,  sonuncu  övladı 
Sürəyya isə 1904-cü ildə, o, 81 yaşında olarkən anadan olmuşdur.  
Fikrimizcə,  Hacı  hicri-qəməri  təqvimlə,  həqiqətən,  1256-cı  ildə  anadan 
olmuşdur. Çünki o, anadan olduğu illərdə Azərbaycanda əhali arasında əsas təqvim 
hicri-qəməri  idi.  Miladi  təqvimindən,  əsasən  dövlət  idarələrində  istifadə  olunurmuş. 
Kimsə  birinci  dəfə,  hicri-qəməri  1256-cı  ilə  miladiyə  səhv  olaraq  1838-ci  il  kimi 
çevirmiş,  sonralar  heç  kim  bu  səhv  çevrilməyə  fikir  verməmiş  və  Hacının  1838-ci 
ildə  anadan  olduğu  rəsmiləşmişdi.  Buna  görə  biz  Hacının  1840-cı  ildə  anadan 
olduğunu,  1896-cı  ildə  56  yaşında  Sona  xanımla  evləndiyini  söyləyənlərlə 
razılaşmırıq.  
12  oktyabr  1899-cu  ildə  yazılmış  doğum  haqqında  şəhadətnamədə  Hacının 
1823-cü  ildə  anadan  olduğu  yazılmışdır. Qarşıya  belə  bir  sual  çıxır:  -  Hacı  nə  üçün 
doğum  haqqında  şəhadətnaməni  təvəllüdündən  76  il  sonra,  1899-cu  ildə  tərtib 
etdirmişdir? Nə üçün bu tarixdən təxminən bir il əvvəl, 16 yanvar 1898-ci ildə anadan 
olan  Leyla  xanımın  doğum  haqqındakı  şəhadətnaməsində  atasının  56  yaşı  olduğu 
yazılmışdır?  1901-ci  ildə  Hacının  əmək  fəaliyyətinin  50  illiyi  münasibətilə 
N.Nərimanovun  1900-cu  ildə  çap  etdirdiyi  kitabçası  “Hacı  Zeynalabdin  Tağıyevin 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə