ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə4/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   2   3   4   5   6   7   8   9   ...   34

Əşir Bəşiroğlu 
12 
 
Tağıyevin yaxından köməyi olmuşdur. Hacı Zeynalabdin iki dəfə evlənmişdir. Birinci 
arvadı  öz  əmisi  qızı  Zeynəb  xanım  idi.  Zeynəb  xanımdan  onun  iki  oğlu,  bir  qızı 
olmuşdu.  Oğlanları:  İsmayıl,  Sadiq  və  qızı  Xanım.  İkinci  arvadı  məhşur  general-
leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinskinin iki qızından 
böyüyü  Hacının  oğlu  Sadığın  arvadı  idi.  Hacı  oğlugildə  olarkən,  kiçik  bacı  Sonanı 
görüb, bəyənmiş və onunla evlənmişdi. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu 
olmuşdur. Qızları: Leyla (sonralar Şəmsi Əsədullayevin oğluna ərə getmişdi), Sara və 
Sürayya.  Oğlanları  Məhəmməd  və  İlyas.  Məhəmməd  “Dikaya  diviziya”nın  zabiti 
olarkən özünü öldürmüş, İlyas isə xəstəliyə tutularaq ölmüşdür.  
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət 
kökündən dəyişir. İnsanların mülküyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib 
edilməyə  başlanır,  hər  şey  Rusiyanın  maraqlarına  yönəlir.  Yerli  əhalinin  xahişi  ilə 
yeni  hakimiyyətin  rəhbərlərindən  biri  olan  Nəriman  Nərimanovun  göstərişi  ilə 
Tağıyevə  mülk  seçmək  imkanı  verilir.  O  özünün  artıq  əlindən  alınmış  keçmiş 
mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.  
Hacı  Zeynalabdin  Tağıyev  1924-cü  il  sentyabrın  1-də,  axşam  səkkizin 
yarısında, 101 yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir. Onun dəfninə 
çox  böyük  izdiham  toplanmışdı.  İnsanlar  yas  mərasiminə  bütün  Bakı  və  ətraf 
kəndlərdən ərzaq gətirirdilər.  
N.Nərimanovun  köməkliyi  ilə  Bakının  “Kommunist”  və  “Bakinskiy  raboçiy” 
qəzetlərində onunla bağlı nekroloq çap edildi. Bir gün Axund Hacı Turab Hacı üçün 
Quranı, daha doğrusu, Yasin surəsini, oxuyub tərcümə edirdi. 82-ci ayəyə,yəni “Allah 
bir şeyə iradə eləsə, ona “Oll” deyər, o da dərhal olar” çatanda, Hacı soruşdu, yəni 
mənim bu qədər var-dövlətim var. Allah istəsə, bir anın içində əlimdən alar? Axund 
cavab verir ki, bəli!” Azərbaycan Sovet hakimiyyətinin qurulması ilə demək olar ki, 
bütün sərvəti əlindən alınan Hacı vəsiyyət edir ki, öləndə onu Hacı Turabın ayağının 
altında  dəfn  etsinlər.  Bu  barədə  başqa  bir  rəvayət  belədir:  Bir  dəfə  Hacı  gedərkən 
sınıq  bir  arabaya  minən  Axund  Hacı  Turabla  üzbəüz  gəlir.  Tez  faytonu  saxlatdırıb, 
onu  Hacı  Turaba  bağışlamaq  istəyir.  Hacı  Turab  faytonu  almır  və  deyir:  Təşəkkür 


Hamının Sevimlisi 
 
13 
 
edirəm,  mən  nəyim  varsa  onunla  kifayətlənirəm.  Verdiklərinə  görə  də  ilahiyə 
minnətdaram. Hər şey – varlını da bir anda dilənçiyə çevirə bilən Allahın əlindədir.  
Nacı Zeynalabdin o vaxt önəm verməsə də, hər şeyi əlindən alınandan sonra bu 
uzaqgörən kişinin sözlərini xatırlamamış  deyildi.  Ona görə  də  vəsiyyət  edir  –  məni 
onun ayağı altında basdırın, onun ayağı bildiyini mənim başım bilmir.  
Azərbaycan  mesenatı  Hacı  Zeynalabdin  Tağıyevin  qızı  Sara  xanımın 
yoxluğundan 20 il keçdi.  
Azadlıq Radiosunun “İz” proqramı bu nəcib xanımın xatirəsini yazıçı Teyyub 
Qurbanla anır.  
 
DÖġÜMDƏ KOMSOMOL NĠġANI VARDI 
-
 
Teyyub müəllim, Sara xanımla necə tanış oldunuz? 
-
 
Mən  1954-cü  ildə  Universitetin  Jurnalistika  fakultəsinə  daxil  olmuşam. 
Universitet o zaman indiki İstiqlaliyyət küçəsində yerləşirdi. Sara xanımı ilk dəfə o 
küçədə görmüşdüm. Əlində çanta, qoca, kimsəsiz bir qadın kimi... Bir il sonra Sara 
xanımla  elə  universitetdə  tanış  oldum.  Universitetin  əsaslı  kitabxanasının 
şərqşunaslıq bölümü vardı. Onun müdiri Kiçikxanım adlı ziyalı bir xanım idi. O, bir 
gün  mənə  dedi  ki,  yanıma  bir qadın  gələcək,  de  ki,  onu qapıdan  buraxsınlar.  Gəlib 
gördüm  küçədə  gördüyüm  qadındır.  Onunla içəri keçmək  istədim,  Kiçikxanım  dedi 
hələ gəlməginən. Çünki döşümdə komsomol nişanı vardı, rəsmi adamlardan da Sara 
xanım çəkinirdi. Kiçikxanım dedi ki, hər cümə günü Sara xanım mənim yanıma gəlir. 
Bir yerdə nahar edirik. Çantasında da yağını, pendirini, çörəyini gətirir. Və heç kimin 
də  çörəyini  yemir.  Gələn  cümə  gələrsən,  tanış  edərəm.  Gəldim,  tanış  elədi  ki,  bu, 
əlaçıdır, jurnalistikada oxuyur. Day demədi ki, mən komsomol katibiyəm (gülüşmə) 
 
QAPISI AÇIQ OLARDI 
Söhbətə  başladıq.  Dedim  Sizin  həyatınızla  maraqlanıram.  Beləcə  tanış  olduq. 
Universiteti  bitirəndə  evinə  də  getdim.  O,  Şərifzadə  küçəsində  yaşayırdı.  Birinci 
mərtəbədə tək qalırdı. Qapısı həmişə açıq olardı. Qapını döyərdin, deyərdi ki, gəlirəm. 


Əşir Bəşiroğlu 
14 
 
Gözləri  yaxşı  görmürdü  onun.  Tanıdığı  adamların  əlini  sıxmaqla  kim  olduğunu 
bilərdi. Bir neçə dəfə getdim yanına, həyatını mənə danışdı. O zamanlar bir jurnalist 
vardı – Mailə Muradxanova, ona dedim ki, belə bir yazı yazmaq istəyirəm. Dedi, yaz! 
Mən  də  yazdım.  Arxivlərdən  də  sənədlər tapdım.  Sonra  da  yeni  sənədlər  əlavə  edib 
“Sara”  adlı  bir  əsər  yazdım.  Təəssuflər  olsun  ki,  az  tirajla  çıxıb  –  cəmi  200  nüsxə. 
Amma onu təkrar nəşr etdirmək fikrim var. 
 
SARA XANIM ĠNDĠKĠ TARĠX MUZEYĠNĠN BĠNASINDA DUNYAYA 
GƏLĠB... 
Sara xanım indiki Tarix muzeyinin binasında dünyaya gəlib, atasının binasında 
–  1899-cu  il  mayın  20-də.  Günləri  cox  firavan  keçib.  Hacı  Zeynalabdin  başqa 
milyonçular  kimi  var-dövlətini  kef  məclislərində  qoymurdu.  Bir  dəfə  halalca  ailə 
qurub  –  buzovnalı  Zeynəb  xanımla.  Onun  vəfatından  sonra  bir  neçə  il  evlənməyib. 
İkinci dəfə general Ərəblinskinin qızı Sona xanımla ailə qurub. Ondan olan övladları 
da  çox  istedadlı  olub.  Onlar  piano  çalıblar,  bir  neçə  dil  biliblər.  Ədəb-ərkan,  ataya 
hörmət  olub.  Hacı  Zeynalabdin  İçərişəhərdə  doğulub.  Uşaqlıqdan  azan  səsi  eşidib. 
Quranı  oxuyub,  Həcc  ziyarətinə  gedib.  Ona  görə  Hacı  Zeynalabdin  çağırılıb.  İslam 
tərbiyəsi  Hacının  ata-anasının  da,  övladlarının  da  qanına  hopub.  Sara  xanım  da 
atasının açdığı Qızlar Məktəbini bitirəndən sonra Peterburq Universitetinə daxil olub. 
Əla oxuyub. Oranı bitirəndən sonra onların firavan həyatına son qoyulub.  
 
HACI CUMHURĠYYƏTĠ YARADANLARDAN BĠRĠDĠR 
Hacı Zeynalabdin olmasaydı, Azərbaycan Cumhuriyyətinin iqtisadi bünövrəsi 
olmayacaqdı.  
Cumhuriyyət  baniləri  –  xüsusən  M.Ə.Rəsulzadə  Hacının  yaxın  adamı  olub. 
Hacının var-dövləti Müsavat Partiyasına xərclənib. Bu partiya “İsmailiyyə” binasında 
yerləşirdi.  Yəni,  Hacı  Zeynalabdin  Tağıyev  müstəqil  Azərbaycan  Cumhuriyyətini 
yaradanlardan biridir. İndi məni yandıran budur ki, nə Tağıyevə qiymət verirlər, nə də 
qızı  Sara  xanıma.  Heykəlini  götürüblər.  Mən  başa  düşmürəm  Tağıyevin  əzəmətli 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə