ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə7/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   2   3   4   5   6   7   8   9   10   ...   34

Hamının Sevimlisi 
 
21 
 
əlli  illik  məişəti  və  cəmaətə  xidmətləri”  sözlərindən  məlum  olur  ki  Hacı  əmək 
fəaliyyətinə  1850-ci  ildə  başlamışdır.  Axund  Yusif  Talıbzadənin  N.Nərimanovun 
“Nadir  Şah”  faciəsinin  farsca  tərcüməsinə  yazdığı  müqəddəmədəki  məlumatda 
N.Nərimanovun məlumatını təsdiq edir. O yazır “Mən Bakıda milli məktəblərə şəriət 
müəllimi  təyin  olunduqdan  sonra dəfələrlə  Hacı  Zeynalabdin Tağıyev  ilə görüşmək 
şərəfinə  nail  oldum.  H.Z.Tağıyevin  maarif  və  mədəniyyət  sahəsindəki  xidmətləri 
barədə  bir  kitab  yazmaq  istədim,  lakin  N.Nərimanov  bu  barədə  Azərbaycan  dilində 
müxtəsər  bir  əsər  yazıb  çap  etdirmişdir.  Mən  Hacının1901-ci  il  sentyabrın  20-də 
keçiriləcək  fəaliyyətinin  50  illiyi  münasibəti  ilə  həmin  kitabı  fars  dilində  tərcümə 
etməyə başladım”. Hacının 1901-ci ildə çəkdirdiyi şəkildən də onun təxminən 50-60 
yaşlarında olduğunu demək olar. Belə olduğu halda, bəs Hacı nə üçün 1899-cu ildə 
yazdırdığı  doğum  haqqında  şəhadətnamədə  özünün  1823-cü  ildə  anadan  olduğunu 
qeyd  etdirmişdir?  Fikrimizcə,  bu  tarixi  yazdırmaqda  Hacının  nə  isə  müəyyən  bir 
məqsədi olmuşdur. Çox ehtimal ki, gələcək təddiqatlar Hacının öz təvəllüdünü 1823-
cü il yazdırmasının səbəblərini aşkar edəcək. Məlumdur ki, Şimali Azərbaycan 1828-
ci  ildə  Rusiyanın  müstəmləkəsinə  çevrilmişdir.  Ola  bilər  ki,  bu  tarixdən  əvvəl 
doğulmuşlar üçün nə isə bir imtiyaz və sair varmış.  
Hacının təvəllüdü ilə əlaqədar bir şeyi də qeyd etmək istəyirəm. Məlumdur ki, 
Hacının  böyük  oğlu  İsmayıl  1865-ci  ildə  anadan  olmuşdur.  Əgər  Hacının  1823-cü 
ildə anadan olduğunu qəbul etsək, deməli, Hacının ilki onun 42 yaşı olarkən anadan 
olmuşdur. Adi halda azərbaycanlılar 20-30 yaşlarında evlənir, ilk uşağı 1-3 ilə anadan 
olur. Əgər Hacının 1840-cı ildə anadan olduğunu nəzərə alsaq, İsmayılın 1865-ci ildə 
anadan olması təbii görünür.  
10  yaşında  atası  Məhəmmədtağı  tərəfindən  bənna  şagirdliyinə  verilən 
Zeynalabdin  ilk  günlər  6  qəpiyə  işləyir,  palçıq  qayırmaq,  daş  və  kərpic  verməklə 
məşğul  olur.  Öz  zəhməti  və  işgüzarlığı  sayəsində  gündən-günə  tərəqqi  edən  Hacı 
1873-cü  ildə  pul  toplayıb  neftli  torpaq  alır  və  quyu  qazdırır.  Neft  fantanları  onu 
milyonçu-neftxuda  Haxı  Zaynalabdin  Tağıyeva  çevirir.  Lakin  Hacı  milyonlarını 
banklara qoymaqla kifayətlənmir. Özünün kasıb günlərini bir an belə unutmur. Buna 


Əşir Bəşiroğlu 
22 
 
görə də milyonlarını xalqın maariflənməsi yolunda xərcləməkdən çəkinmir. Həm də 
təkcə öz xalqının yox başqa xalqların da yolunda xərcləyir. Bütün bunlar insanda elə 
təsəvvür  oyadır  ki,  Hacı  sanki  öz  milyoblarını  maarif  sahəsində  xərcləməkdən  zövq 
almışdır.  
Hörmətli  oxucularım  mətləbdən  uzaqlaşdıq,  Hacının  təvəllüdü  haqqında  bir 
qərara  gələ  bilmədik.  Qeyd  etdiyimiz  kimi  əksər  yazılarda  Hacının  1838-ci  ildə 
anadan  olduğu  göstərilir.  Müasir  tədqiqatçı  M.Əliyev  onun  1823-cü  ildə  andan 
olduğunu,  1924-cü  ildə  101  yaşında  vəfat  etdiyini  yazırsa,  ölümü  münasibətilə 
“Bakinski zaboçi”qəzetində verilmiş nekroloqda isə 1924-cü ildə sentyabrın birində 
105 yaşında sətəlcəm xəstəliyindən öldüyü yazılmışdır. Burdan belə məlum olur ki, 
H.Z.Tağıyevin 1819-cu ildə anadan olduğunu iddia edənlərdə olmuşdur. Hətta onun 
1841-1842-ci  illərdə  də  anadan  olduğunu  iddia  edənlər  tapılır.  Bütün  bu  deyilənləri 
götür-qoy  etdikdən  sonra  mən  Hacıya  ruhani  idarəsindən  12  oktyabr  1899-cu  ildə 
verilmiş “D475/99  №-li doğum haqqında şəhadətnaməni əsas tutaraq onun 1823-cü 
ildə anadan olmasını düzgün hesab edirəm.  
 
HACI  ZEYNALABDIN  TAĞIYEV 
Hacı  Zeynalabdin  Tağıyev  1823-cü  ildə  Bakıda  İçərişəhər  deyilən  yerdə 
anadan  olmuşdur.  Atası  Məhəmmədtağı  başmaqçı  olduğundan  ailəsi  çox  kasıb 
yaşayırmış.  Ailəsinə  kömək  məqsədi  ilə  Zeynalabdin  də  kiçik  yaşlarından  atasının 
emalatxanasında işləməyə başlayır. 10 yaşına çatdıqda atası onu bənna yanına fəhlə 
qoyur. Çox keçmir ki, oğlanın fərasətini görən bənna onu özünə köməkçi təyin edir. 
Bir az pul qazandıqdan sonra Zeynalabdin ticarətlə də məşğul olmağa başlayır.  
1872-ci ildə nefli torpaqlar hərraca qoyulduqdaTağıyev də torpaq payı icarəyə 
götürür. Ümidini heç zaman itirməyən Tağıyev, nəhayət, arzusuna çatır. Götürdüyü 
torpaqdan  neft  fantan  vurur.  “H.Z.Tağıyev”  adlandırdığı  neft  şirkətini  qeydiyyata 
aldıran  Zeynalabdin  mədənində  ustalara  yüksək  maaş  verir,  ən  yeni  avadanlıq 
quraşdırır. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır. Bundan sonra o həm də 
neft  zavodları  alır.  1882-ci  ildə  Tağıyev  1-ci  gildiya  tacir  rütbəsinə  layıq  görülür. 
1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur. 32 milyon pud 


Hamının Sevimlisi 
 
23 
 
neft  hasil  edir.  (1  pud-16kq-dır).  Müqayisə  üçün  xatırladaq  ki,  Nobel  qardaşları 
şirkəti ildə 28 milyon pud neft hasil edirdi. O, həm də Bakı neftini, Xəzər dənizi və 
Qafqaz  dəmir  yolu  vasitəsilə  ixrac  edən  ən  böyük  sahibkarlardan  idi.  Məqsədyönlü 
tədbirləri  nəticəsində  Tağıyev  Azərbaycan  iqtisadiyyatının  müstəmləkə  xarakterinə 
zərbə vuran, onu sındıran ilk milli sənayeçimizdən oldu. 
1897-ci  ildə  neft  mədənlərini  Britaniya  şirkətlərindən  birinə  satan  Tağıyev 
qeyri-neft  sektoruna  sərmayə  qoyur.  Onun  inşa  etdirdiyi  Bakı  toxuculuq  fabriki 
Azərbaycanda  yeni istehsal  sahəsində başlanğıc olur.  Toxuculuq fabrikini  xammalla 
təmin etmək məqsədi ilə Tağıyev Yevlax rayonunda pambıq əkini üçün torpaq sahəsi 
alır və 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirir. Bakının ən iri ticarət 
mərkəzi sayılan ticarət evini də Tağıyev təşkil etmişdir. 1890-cı ildə balıq sənayesinə 
güclü  sərmayə  qoyan  Tağıyev  iri  balıqçılıq  vətəgələrinə  sahib  olmuşdur.  O,  balıq 
məhsullarının  saxlanmasını  təmin  etmək  üçün  Port-Petrovsk  (indiki  Mahaçqala) 
şəhərində  soyuducu  zavodu,  buz  istehsalı  zavodu,  çəllək  zavodu  inşa  etmişdir. 
Tağıyevin fəaliyyət sahələrindən biri də rabitə ilə bağlı olmuşdur. Telefon xətlərinin 
çəkilməsində əsas mövqelər onun şirkətinə məxsus idi. O, həm də daşınmaz əmlakın 
alınıb-satılması  ilə  məşğul  olurdu.  Tağıyev  həmçinin  Port-Petrovskda  tikiş  fabriki, 
Moskvada ticarət  müəssisələri  açmışdır. Onun  metal emalı  və  gəmi  təmiri  zavodları 
da var idi.  
Bakıda  elektrik  xətləri  çəkən  “Elekrosila”  səhmdar  cəmiyyətinin  direktorları 
arasında  Tağıyev  yeganə  azərbaycanlı  olmuşdur.  1903-cü  ildə  onun  təklifi  ilə  milli 
sahibkarlarımızdan  ibarət  yaradılmış  yeni  ittifaq  Xəzər  yanacaqdoldurma 
donanmasında  milli  kapitalı  bu  sahənin  əsas  qüvvəsinə  çevirdi.  Yeyinti  sənayesinə 
diqqət  yetirən  Tağıyev  üzüm  bağları  saldırmış,  üzümçülük  təssərrüfatları  yaratmış, 
Mərdəkanda elektrik dəyirmanı tikdirmişdir. Onun “Kür-Xəzər gəmiçilik cəmiyyəti” 
xarici nəqliyyat şirkətləri ilə rəqabət aparırdı. 
Tağıyevin bank kontoru kredik  müəssisələri sırasına daxil olmuşdur. 1914-cü 
ildə 
onun  yaratdığı  Bakı  Ticarət  Bankı  yeni  sənaye  müəssisələrinin 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə