ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə3/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   2   3   4   5   6   7   8   9   ...   34

Hamının Sevimlisi 
 

 
yanına  usta  köməkçisi  işinə  düzəldir.  12  yaşına  çatanda  o  artıq  daş  yonurdu,  15 
yaşında  ikən  bənnalıq  etməyə  başlamışdı.  Bir  müddətdən  sonra  tikinti  ustası  və 
təşkilatçısı kimi tanınmağa başlayır. 
Müəyyən  qədər  vəsait  toplayaraq  Tağıyev  artıq  20  yaşında  ev  tikintisi  və 
daşyonma işləri təşkil edir. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edirdi. 
Tikdirdiyi  binalarda,  məsələn,  özünün  yaşadığı  binada  və  şəxsən  açdırdığı  qızlar 
gimnaziyasının binasında (indi burada Tarix Muzeyi və AMEA Əlyazmalar İnstitutu 
yerləşir) onun dəsti-xətti hiss edilir. Sonradan o özünü ticarətdə və yüngül sənayedə 
də  sınayır.  Hər  ikisində  qabiliyyəti  ilə  uğur  qazanır,  dükanlara  və  manufakturaya 
sahib  olur.  1870-ci  ildə  onun  artıq  iki  qazanxanadan  ibarət  kerosin  zavodu  var  idi. 
Kerosin  zavodu  ilə  yanaşı  o  sonradan  möhtəşəm  olacaq  “Г.З.А.Тагиев”  şirkəti 
yaradır.  
Bütün  müsəlman  aləmində  tanınmış  milyonçu  –  neftxudanı  Bakıdakı 
müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr 
seçmişdilər.  Bu  dövrlərdə  Bakı  əsl  neft  səltənətinə  çevrilmişdi.  Bakı  ətrafındakı 
kəndlərdə  torpaqlar  Rusiyadan  və  xaricdən  gəlmiş  sərməyədarlar  tərəfindən  alınıb, 
onlarda  neft  buruqları  ucaldılırdı.  Bu  Hacını  da  maraqlandırır  və  podratçılığı 
buraxaraq,  neft  işinə  qurşanır.  Bu  işə  başlarkən  onun  riskli  olduğunu  da  bilirdi. 
Adamlar var ki, ətək-ətək pul töküb, quyu qazdırır, lakin quyu neft vermirdi.  
1873-cü ildə iki nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürür. Avadanlıq 
alır,  usta  və  əmələlər  tutur,  buruq  qurdurub  quyu  qazdırmağa  başlayır.  Günbəgün 
xərc artır, neft isə görünmür. Şəriklər ümüdlərini itirir – öz paylarını satmağa müştəri 
axtarırlar, axırda Hacı özü onların pulunu verib buruğa və yerə yiyələnir. İş daha da 
ağır  gedir.  Nəhayət,  quyu  gözlənilmədən  fantan  vurur.  Başmaqçı  Tağının  oğlu 
palçıqçı Zeynalabdin dönür olur milyonçu Tağıyev. Üç ilə şəhərin mərkəzində (1895-
1897-ci  illər)  böyük  bir  saray  tikdirir.  Bu  kaşanənin  hər  dörd  fasadı  və  damdakı 
nəhəng  qübbələr  diqqəti  uzaqdan  cəlb  edir.  Bir  üzü  Bariyantinski,  digəri  Starıy 
politseyski,  üçüncüsü  Merkuri,  dördüncüsü  isə  Qarçakov  küçələrinə  baxır;  hər 
cəhətdən,  həm  xarici  arxitekturasına,  həm  də  daxili  bər-bəzəyinə  görə  şəhərin  ən 


Əşir Bəşiroğlu 
10 
 
yaraşıqlı  binalarından  biridir.  Layihənin  müəllifi  Qoslavski  əsasən  Avropa  order 
memarlıq  üslübundan  istifadə  edib,  fərdi  kompozisiya  yaradıb  (Azərbaycan  tarixi 
muzeyi).  Binanın  hər  dörd  tinində  və  baş  girəcəyinin  qabağında  nəhəng  qaz  fanarı 
yanırdı, gecələr bu aralar işığa qərq olar, yerə iynə düşsəydi tapılardı.  
Tağıyev həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq 
sənayeçisi (bütün Kür  ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də 
ticarət və yük gəmilərinin sahibi idi. Quba tərəfdə Atlixanda, Yevlax ətrafında böyük 
meşələri  vardı.  Ənzəli  və  Rəşt  ərazisində  də  Hacının  meşələri,  böyük  malikanəsi, 
binaları  və  nümayəndəliyi,  başqa  şəhərlərdə,  o  cümlədən  Moskvada  4  mərtəbəli  iri 
sarayı, İranda karvansaraları vardı.  
İmperator  II  Nikolayın  qardaşı  böyük  knyaz  Mixail  Aleksandroviç  polyak 
qızına  evlənib,  taxt-tacından  əl  götürəndən  sonra  Tağıyevdən  xahiş  edir  ki,  Yevlax 
ətrafı  meşələrdə  ov  edib  dincəlməyə  ona  icazə  versin.  O,  Hacıya  cəvahiratla 
bəzədilmiş  bir  qızıl  çarka  (peymanə)  bəxşiş  göndərmişdi.  Xəzərin  Azərbaycan 
sahillərindən  tutmuş  Dağıstanın  sahillərinə,  Dərbənd,  Port-Petrovsk  (indiki 
Mahaçqala)  daxil  olmaqla  uzunluğu  300  kilometr  olan  torpaq  sahəsi  alıb  vətəgə 
salmışdı. Kür qırağındakı vətəgələri dövlətdən icarəyə götürmüşdü.  
O zamanlar dustaqları Nargin adasında saxlayırdılar. Camaat ora gedib-gələndə 
yaman əziyyət çəkirdi. Axırda Zeynalabdinə müraciət edirlər ki, bu işdə bizə kömək 
elə,  dərdimizə  bir  çarə  qıl.  O  da,  o  zaman  şəhərin  ucqar  yeri  hesab  edilən  Quba 
(Füzuli)  meydanı  ilə  Kömürçü  meydanı  arasında  tikdirdiyi  beşmərtəbəli  dəyimanı 
(indiki şirniyyat fabrikini) düstaqxana üçün verir. Bu barədə digər bir rəvayət də var. 
Bakıya yüksək rütbəli təzə məmur təyin edilir. Hacı onun görüşünə gedir və deyir ki, 
sizə  nə  kömək  lazımsa,  utanmayın,  söyləyin,  mən  padşahlıqdan  heç  nə  müzayiqə 
edən  deyiləm.  Yüksək  rütbəli  şəxs  izah  edir  ki,  “dustaqları  Nargin  adasında 
saxlayırıq,  işçilər  gedib-qayıtmağa  çox  vaxt  sərf  edirlər.  Həm  də  əziyyət  çəkirlər; 
mümkünsə  bu  işdə  bizə  kömək  edin”.  Hacı  Zeynalabdin  tikilib  qurtarmış  dəyirman 
binasını  dustaqxana  üçün hökümətə  verir.  Xaricdən gətirdiyi  dəyirman  avadanlığını 
toxuculuq  fabriki  yerləşən  əraziyə  daşıtdırır,  orda  dəyirman  tikdirir.  Özü  və  ailəsi 


Hamının Sevimlisi 
 
11 
 
yaşamaq  üçün  fabrikin  yaxınlığında  xüsusi  mülk  tikdirmişdi  və  vaxtaşırı  orda 
qalırdılar.  
“Mazut”  şirkətinin  yaranması  ilə  əlaqədar,  yerli  varlılardan  Çolaq  Ağabala 
Quliyevin başçılığı ilə “Bakı-Batum” neft kəməri aksioner şirkətini yaradırlar.  
O zaman üçün nəhəng inşaat hesab edilən bu neft kəməri Bakıdan başlayaraq 
Kür  düzənliyindən  keçib,  Qafqaz  dağlarının  ətəyini  və  Suram  qalasının  yamancını 
aşıb,  Reon  düzənliyindən ötərək  800 kilometr  məsafədə  uzanıb  Xəzər sahilini  Qara 
dəniz  sahiliylə  birləşdirəcəkdi.  Bakı  neft  okeanlara,  uzaq-uzaq  ölkələrə,  beynalxalq 
bazarlara yol açacaqdı.  
Kəməri uzatmağa 1897-ci ildə başlayıb, 1907-ci ildə (10 ilə) tamamlamışdılar.  
1901-ci  ildə  300  min  manatlıq  vəsait  sərf  edərək,  Bakıda  ilk  qızlar  məktəbi 
tikdirir.  Bu  bütün  Zaqafqaziyada  yeganə  qızlar  məktəbi  idi.  Binanı  1898-ci  ildə 
tikməyə  başlayırlar.  1900-cü  ildə  hazır  olur.  Bu  məktəb  Nikolayevski  (Kommunist) 
küçəsində  (Azərbaycan  SSR  Elmlər  Akademiyasının  Əlyazmaları  fondunun  binası) 
yerləşir.  
Qızlar  məktəbinin  binası  memarlıq  baxımından  Azərbaycan  memarlığının 
milli-romantik üslubundadır. Əsas fəsaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı 
daşdan hörülüb.  
Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz  mesenatlığı və 
maarifpərvərliyi  ilə  tanınmışdır.  Onun  maarifpərvər  xidmətləri  əsasən  XX  əsrin 
əvvələrindən  başlayır.  Bu  da  təsadüfü  deyildi.  1905-ci  il  inqilabından  sonra 
hökümətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb 
oldu. Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yarandı. Qəzet və 
jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap 
edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı 
rolunu  oynayırdı.  Xeyriyyə  məqsədilə  yaradılan  cəmiyyətlər  ya  Tağıyevin  şəxsi 
iştirakı  və  vəsaiti  ilə,  ya  da  onun  yaxından  köməyi  ilə  yaradılmışdır.  İlk  xeyriyyə 
cəmiyyəti  1905-ci  ildə  yaranmış  Müsəlman  Xeyriyyə  Cəmiyyəti  idi.  Bundan  başqa 
“Nəşr  və  maarif”,  “Nicat”  cəmiyyətlərinin  yaranmasında  da  Hacı  Zeynalabdin 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə