ƏġĠr bəġĠROĞlu h h



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə5/34
tarix19.07.2018
ölçüsü1,04 Mb.
#56900
1   2   3   4   5   6   7   8   9   ...   34

Hamının Sevimlisi 
 
15 
 
heykəlini  kombinatın  önündən  kimlər  götürüb?  Onun  adına  Bakıda  niyə  metro 
stansiyası yoxdur? 
 
MĠLYONÇU QIZI – ÇĠLĠNGƏR KÖMƏKÇĠSĠ... 
Bolşeviklər gəlib və Hacının hər şeyini əlindən alblar. Mərdəkandakı bağında 
yaşamağa  başlayıb. Sona  xanım  xəstə  olub.  Kürəkəni –  Saranın  əri  Zeynalabdin də 
xaricə gedib. Sara xanım atasıyla qalıb.  
Tağıyevin qız rus-türk məktəbinin müəllim və şagirdlərinin dedikləri: 
1924-cü  ildə  Hacı  vəfat  eləyib,  daha  sonra  Sona  xanım.  Sara  da  baş  götürüb 
gedib  Leninqrada.  Əvvəlcə  kitabxanada  çalışıb,  sonra  zavodda  tokar  köməkçisi... 
Orada  tatar  Nikalar  Sarayev  adlı  bir  nəfər  buna  vurulub.  Ailə  qurublar.  Müharibə 
başlayanda Nikolay cəbhəyə gedib. 1942-ci ildə ölüm xəbəri gəlib. Saranın o vaxt iki 
övladı varmış. Onları da götürüb Bakıya gəlib... 
-
 
Bakı Sara xanımı necə qarşılayıb? 
 
ATA EVĠNDƏN BĠR GECƏLĠK YER... 
Sara  xanım  Bakıda  qalmağa  yer  tapmayıb.  Oğlanlarını  yetimxanaya  verib. 
Axşamçağı gəlib atasının evinin qabağına. Bu bina o vaxt hərbi hospital olub. Onu 
içəri buraxmayıblar. Deyib, ərim cəbhədə ölüb, sabah Hərbi komisarlığa gedəcəyəm. 
Xahiş edirəm, bir gecəlik yer verin. Səsə baş həkim gəlib. Sara ona deyib ki, küçədə 
soyuqdur,  mənə  elə  qapının  ağzında  yer  verin,  çantamı  başımın  altına  qoyub 
yataram... Ona icazə veriblər. 
 
BAĞIROB  SORUġUB KĠ, KĠMDĠR GƏLƏN? 
Sabahı  Hərbi  Komissarlığa  gedib,  vəziyyətini  danışıb.  Hərbi  komissar 
M.C.Bağırova  zəng  çalıb  ki,  bir  nəfər  gəlib  Leninqraddan,  qeydiyyatı  yoxdur. 
Bağırov  maraqlanıb  ki,  kimdir  o  adam?  Deyib  Sarayeva  Sara  Zeynalabdinovna. 
Bağırov onları yaxşı tanıyırmış. Tapşırıb ovaxtki Maarif naziri Süleyman Rəhimova.  
Deyib,  savadlı  qadındır,  ona  münasib  iş  tap.  Sara  xanım  rus  dilini  ruslardan  yaxşı 


Əşir Bəşiroğlu 
16 
 
bilirdi.  Bu  dildə  elmi  məqalələr,  dissertasiyalar  yazmışdı.  Özüm  görmüşəm.  Sara 
xanımı  Maarif  Nazirliyinin  kadrlar  şöbəsinə  təlimatçı  götürürlər.  Yaxşı  maaş,  ev 
verirlər.  1956-cı  ilə  qədər  orada  işləyib.  1956-da  göndəriblər  ovaxtki  Rus  dili  və 
Ədəbiyyaitı  İnstitutunun  kitabxanasına.  1956-da  Bağırov  güllələnir,  bir  il  sonra 
kommisiya  yaranır  və  komissiya  qərara  alır:  “Atası  milyonçu  Tağıyevin 
maarifpərvərliyindən disertasiya yazmaq istədiyinə görə institutdan kənar edilsin”. O 
komissiyanın qərarı məndədir. Arxivdən götürmüşəm.  
-
 
Bəs işsiz-gücsüz necə yaşadı Sara xanım? 
 
1957-CĠ ĠLDƏN KÜÇƏLƏRƏ ATILDI... 
Nə  qədər  məktublar  yazdı,  baxan  olmadı.  1970-ci  ildən  sonra  Sara  xanımın 
daha  ağır  günləri  başlayır.  Mən  onda  Respublika  Xalq  Nəzarəti  Komitəsində 
tərcüməçi  işləyirdim.  Boş  vaxtlarımda  gələn  ərizələrə  baxırdım.  1972-də  Sara 
Sarayevadan ərizə daxil olmuşdu. MK-ya yazılan ərizə Heydər Əliyevin dərkənarı ilə 
komitəyə  göndərilmişdi.  Vəziyyətondən  şikayət  edir,  iş  istəyir.  “Pensiya  azdır”  – 
deyir.  Dolana  bilmədiyini  yazır.  Amma  Sara  xanım  heç  vaxt,  heç  kimin  yanında 
qürurunu sındırmazdı. Bəziləri deyir o, dilənirdi. Xeyr! Belə şey olmayıb. Ona kömək 
edənlər də elə edərdilər ki, bir Allah, bir də özləri bilərdi... 
 
DƏRMAN ĠÇMĠRDĠ, HƏKĠM ÇAĞIRMIRDI 
Sara  xanım  dərman  içmirdi,  həkim  çağırmırdı,  onlardan  qorxurdu,  onu 
öldürmək istəyirdilər. Bu qadın ölmürdü. Və deyirdi ki, mənim atamın nə günahı var? 
Tağıyev  maarifçi  olub.  Millət  üçün  çox  işlər  görüb.  Mən  onlardan  yazıram.  Bunu 
sübut etmək istəyirəm. Güclə aparırdılar onu təcili yardıma ruhi xəstəxanaya... 
 
SARA XANIM SOVET HÖKÜMƏTĠNĠN ÇÖKÜġÜNÜ GÖRDÜ... 
1985-ci  ildə  yenidənqurma  başlayanda,  Sara  xanım  sağ  idi.  Mən  yenə  onun 
yanına  gedirdim.  Başa  düşürdü  ki  yeni  cəmiyyət  gəlir,  demokratik  quruluş  olacaq. 
Ürəklənirdi,  sevinirdi.  Mühasibələri  var.  Deyir,  mən  sevinirəm  ki,  atamın  arzuları 
yerinə yetir. Hətta fond yaratmaq istəyirdi. Özünə qismət olmadı. Amma qızı Səfiyyə 


Hamının Sevimlisi 
 
17 
 
xanım bu fondu yaratdı – Sara Sarayeva adına Fond. Burada mən də iştirak edirdim. 
Qocalara  corab  paylayırdı.  Səfiyyə  xanım  özü  nə  vəziyyətdəydi...  yaxşı  yaşamırdı. 
Amma anasının adını daşıyan fondun xatirinə hamıya kömək etmək istəyirdi... 
-
 
Teyyub müəllim, Sara xanım nə vaxt dünyadan köçdü?  
 
BĠRĠNCĠ ÖLÜM XƏBƏRĠ 
Sara  xanımın  ölüm  xəbəri  iki  dəfə  çıxdı.  Birinci  dəfə  Azərbaycan 
televiziyasında dedilər. Dedim, nə əcəb mənə xəbər etməyiblər?  Onun əhatəsində o 
zamanlar  çoxlu  adam  var  idi.  Aliyyə  Abbasova,  Səməd  Vurğunun  qızı  Aybəniz 
xanım,  Nəriman  Əliyev  və  b.  Gəldim  Şərifzadə  küçəsinə.  Yenə  qapı  açıq.  Yenə 
“gəlirəm, gəlirəm” sözü... Sevindim.  
 
ĠKĠNCĠ ÖLÜM XƏBƏRĠ 
İkinci  ölüm  xəbəri  düz  çıxdı.  1991-ci  ildə  vertolyot  qəzasından  sonra  Sevda 
xanım, Azadlıq Radiosunun dinləyiciləri bunu birinci dəfə eşidirlər. O qəzadan Sara 
xanım  çox  sarsılır.  Sara  xanıma  həyan  olanlardan  biri  Vəli  Məmmədov  idi.  Vəli 
müəllimin  xətrini  çox  istəyirdi.  Xəbəri  eşidib  zəng  vurur  Vəli  müəllimin  həyat 
yoldaşına.  Ağlayır,  başsağlığı  verir.  Sara  xanım  bilirdi  ki,  vertolyotdakılar  məhv 
olandan  sonra  Qarabağı  almaq  asanlaşacaq...  Bu  hadisə  ona  o  qədər  təsir  edir  ki, 
1991-ci ilin dekabrın 15-də dünyasını dəyişir... 
 
ONU ATASININ YANINDA DƏFN ETDĠLƏR 
Azərbaycan  dövləti  –  başda  Ayaz  Mütəllibov  olmaqla  onu  dəfn  elədi.  Onun 
tabutu ilk dəfə laylay eşitdiyi evdən – indiki Tarix Muzeyindən qaldırıldı. Bunu heç 
vaxt  demirik.  Sara  xanım  iki  il  sonra  rəhmətə  getsəydi,  onu  heç  vaxt  o  evdən 
götürməzdilər.  Bu,  mənim  qəti  qənaətimdir.  Və  Sara  xanımın  tabutu  Neftçilər 
prospektindən  Hökümət  Evinə  qədər  piyada  aparıldı.  Mən  də  o  tabutu 
daşıyanlardandım. Onu Mərdəkanda atasının yanında dəfn etdilər. 
 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə